kataloq

Kakaolu-Albalılı Qurabiyyə + Bayramlarınız Mübarək!

Hamınızı qarşıdan gələn Yeni İl və Dünya Azərbaycanlıları Həmrəylik günü münasibətilə ürəkdən təbrik edirəm. Qoy yeni il heyatınıza yalnız və yalnız sevinc gətirsin. 2010-cu ildə görüşənədək!

Kakaolu-Albalılı Qurabiyyə
Cooking Light jurnalından dəyişdirilərək götürülmüşdür

Orijinal reseptdə quru albalı (gilənar, ruscası - vishnya) yoxdur. Bu, mənim öz əlavəmdir. Məncə bu cur qurabiyyələr daha ləzzətli olur.

24 qurabiyyə üçün

1   stəkan + 1/4 stəkan + 3 xörək qaşığı un
1   + yarım stəkan şəkər kirşanı (pudrası)
1/3  stəkan  şirinləşdirilməmiş kakao tozu
1 xörək qaşığı qarğıdalı nişastası
1/4 çay qaşığı duz
115 qram soyuq kərə yağı - xırda-xırda doğrayın
yarım stəkan doğranmış quru albalı
1/3 stəkan buz kimi soyuq su
1/4 çay qaşığı vanil ekstraktı (vanilla extract)

İri qabda un, şəkər kirşanı, kakao tozu, nişasta və duzu qarışdırın.Kərə yağını əlavə edib çəngəllə kütlə ləpə boyda komalar halına gələnədək döyün. Üzərinə quru albalını əlavə edin, qarışdırın.

Ayrı qabda su və vanil ekstraktını qarışdırın. Sonra bu qarışığı tədricən unlu qarışığa əlavə edin və çəngəllə qarışdırın. Xəmir bir qədər yapışqan olacaq. Bu normaldır.

Alınan xəmiri mətbəx selofanına (plastic wrap) qoyun və bükün. Sonra əlinizlə  xəmirə uzunsov şəkil verin (eyniylə kolbasa kimi). “Kolbasa”nın uzunluğu 30 sm olmalıdır. Onu sellofana yaxşıca sarıb konfet kimi kənarlarını bükün. Qoyun soyuducuda ən azı 1 saat qalsın. Nə qədər çox qalsa, o qədər yaxşıdır. Xəmir bir az bərkiyəcək.

Sobanı 175C-dək qızdırın. İri listin dibinə kalka kağızı sərin.

Xəmiri soyuducudan çıxardın və1.2 sm qalınlığında dairələrə döğrayın. Dairələrin şəkli əzilsə əlinizlə düzəldin. Qurabiyyələri listə 5 sm aralıqla düzün. 15 dəqiqə ərzində bişirin. Hazır qurabiyyələrin üstü  bir qədər yumuşaq qalmalıdır (elə biləcəksiniz ki, bişməyiblər, amma əslində bişiblər). Sobadan çıxardın. Qoyun listdə soyusunlar. Bu müddət ərzində qurabiyyələrin üstü bir az bərkiyəcək.

Related Posts with Thumbnails

17 Comments Add your own

  • 1. Aysel  |  Dekabr 24th, 2009 at 10:02 pm

    cox sag olun bele gozel yemekler ucun.
    Azerbaycan metbegi dogrudan cox lezzetli ve qiyymetli metbexdi.

  • 2. ulya1  |  Dekabr 24th, 2009 at 11:40 pm

    Salam Fəridə xanım ! Qurabiyyələr gözəl görünürlər.Dadını isə hazırlayandan sonra yazaram.Sizin və ailənizin qarşıdan gələn yeni linizi təbrik edirəm ! Mən bu il bu saytdan çox faydalandım .Buna görə sizə minnətdaram və qarşıdan gələn 2010-cu ildə sizdən daha yeni reseptlər gözləmək ümidi ilə sağ olun.
    Qoy 2010-cu il bütün süfrələrə bol bərəkət və ruzi gətirsin!Amin!

  • 3. nur  |  Dekabr 28th, 2009 at 2:46 pm

    Salam Feride xanim.Gözel ishlerinizde Size ugurlar dileyir,ellerinize,könlunuze saalig deyirem.Yeni iliniz Size aile sevinci getirsin.Ehvaliniz hemishe ela olsun ki Sizde biz gerib Azerilere ela, dadli yemekler öyredesiniz.
    Saygilarla Isvecireden Nur

  • 4. turkan  |  Dekabr 29th, 2009 at 1:29 am

    salam feride xanim eziyyete gore cooox sagol xahis edirem artiq derecede stekanla yox qramlarla yazin nezere alsaniz memnun olaram

  • 5. Mamed  |  Dekabr 29th, 2009 at 12:41 pm

    Salam Feride xanim.qurabiyeler nefis gorsenirler.amma teessuf ki menim uchun bele sheyleri hazirlamaq kosmosa uchmaq kimi bir sheydir.men ozum rusiyada yashayiram .isteyerdim mene paytaxt salatinin reseptini deyesiz .birde qatıği nece hazirlamaq olar.chox saq olun.qarshidan gelen bayraminizi tebrik edirem.

  • 6. FƏRİDƏ  |  Dekabr 30th, 2009 at 3:04 pm

    TURKAN: Stakanla mence daha asandir axi. Stakan dediyimde cay fincanlari ki var, onlardan istifade etmek olar. Eyniyle o qeder tutur. Ruscasi chashka olan.

  • 7. FƏRİDƏ  |  Dekabr 30th, 2009 at 3:04 pm

    HAMINIZA TEBRIKLERE GORE TESEKKURLER! Yeni ilde gorusenedek!

  • 8. Aybeniz  |  Yanvar 6th, 2010 at 7:09 am

    Yemek hazirlamaga vaxtim olmur amma bu saytdaki reseptler meni yemek bishirmeye heveslendirir sag olun Farida xanim.

  • 9. Guler  |  Yanvar 6th, 2010 at 4:37 pm

    Salam,necesiz Feride xanim.Men sizin sayta vaxtim olduqca daxil oluram,reseptlerle maraqlaniram,amma 1 ci defedirki size yaziram.Size 2 sualim var.1.lor pendiri azerbaycan dilinde nedir ve ya ne ileevez etmek olar? 2.Men sizin sayta abune olmaq isteyirem,amma “abune ol”a tiklayiram hec ne alinmir :( Cavablasaniz size coxx minnetdar olaram.PS: e mail adrese yollasaniz super olar,tsk.

  • 10. azik  |  Yanvar 10th, 2010 at 10:05 pm

    Milli yeməklərimizi daha çox təbliq etsəniz daha yaxşı olar.Bunalra da görə çox sağ olun.

  • 11. TUNZALE93*  |  Yanvar 10th, 2010 at 11:19 pm

    DADLI BIR SEYE OXSUYUR GEREK EVDE MUTLEQ HAZIRLAYIM, HER KESI GECDE OLSA SEMIMI QELBDEN YENI ILINIZI TEBRIK EDIREM, ALLAH BIZE SIPSIRIN GUNLER ACININ, KEDERIN OLMADIGI GUNLER NESIB ETSIN, AMIN

  • 12. Fidashka  |  Yanvar 11th, 2010 at 4:43 am

    Salam Feride.Necesen?Bu menim 1ci sherhimdi.Azca heyecanliyam:)Bu sayti chooox beyenirem.Izahli yazmagin xoshuma gelir.Bezilerini hazirlamisham,ailem de beyenib.Ishinde ugurlar,Feride.

  • 13. Mehin  |  Yanvar 12th, 2010 at 12:24 am

    Günaydın Fəridə.
    Narlı dizayn saytına xüsusi gözəllik verib.

  • 14. turkan  |  Yanvar 12th, 2010 at 9:48 am

    TUILES VE LASAGNE VERNI AL FORDO BUNLAR INGILIS DILINDEDIR ZEHMET OLMASA AZERBAYCAN DILINIDE YAZASINIZ STEKAN MEN ONU NEZERDE TUTURDUM KI 2\1 3\1 3\2 VE S BASA DUSMUREM

  • 15. azade  |  Yanvar 16th, 2010 at 6:50 am

    salam FERIDE xanim.men ve anam SOLMaZ XANIM sizin reseptlerinizden faydalaniriq.menim anamainda coooox gozel,dadli,rahat hazirlana bilen salatlari,tortlari ve s. var.bizde bunlari sizin sehifelerinizde gosterilmesini isteyerdik.ancaq bunu nece edeceyimizi bilmirik.bize komek etseniz cox sad olardiq.

  • 16. azade  |  Yanvar 16th, 2010 at 7:02 am

    men yalniz bunu feride xanim ucun yox bunu bilen xanimlar ucunde yaziram.komek etseniz sad olaram

  • 17. FƏRİDƏ  |  Yanvar 17th, 2010 at 9:06 pm

    AZADE: Bizimle yeni reseptler paylasmaq isteyinizi beyenir ve alqislayiram. Cox gozel fikirdir. Bunun ucun men ayrica bir sehife - FORUM - yaratmagi planlasdirmisam. Forumda isteyen oz reseptini yazar. Buna bir az vaxt lazimdir. FORUM hazir olanda burada xeber vereceyem. Cox sag olun.

Şərh Yaz

Lazımdır

Lazımdır, bloqda görünməyəcək

(Varsa)

Trackback this post  |  Subscribe to the comments via RSS Feed