
Bütün qadınlarımızı 8 Mart bayramı münasibətilə ürəkdən təbrik edir, onlara zərif kokoslu bezenin reseptini həsr edirəm.
Kokslu Mereng (Beze)
Cooking Light, December 2007 jurnalından dəyişikliklərlə götürülmüşdür
Qeyd: Kokos lopalarını sobada bir az qızartdığınızda onların dadı daha da dərinləşir. Amma bu addım zəruri deyil. İstəyə görə, lopalar elə olduqları kimi, qızardılmadan da bezeyə əlavə edilə bilər.
31 beze üçün
yarım stəkan şirin kokos lopaları
3 ədəd iri yumurtanın agı
bir çimdik duz
yarım stəkan şəkər tozu
1/4 çay qaşlğı vanik ekstraktı
1/8 çay qaşığı kokos ekstraktı (zəruri deyil, mən çox vaxt vurmuram)
1 xörək qaşığı kakao tozu (şirin olmasın)
Əgər merengə qızarmış kokos əlavə etmək istəyirsinizsə, onda kokos lopalarını belə hazırlayın. Sobabı 180Cdək qızdırın. Lopaları soba listinə bir lay düzün. Sobanın orta təbəqəsində 5 dəqiqə bişirin. Tez-tez baxın ki, lopalar yanmasınlar. Üstləri bir az qızardığında lopalar hazırdır. Listi sobadan çıxardıb, lopaları bir qaba qoyun.
Sobanın hərarətini 130Cdək azaldın. 2 iri listin dibinə kalka kağızı sərin.
Yumura ağları və duzu bir qabda mikserlə köpüklənənədək çalın.

Tədricən, qaşıq-qaşıq, şökər tozunu əlavə edib, çalmağa davam edin. Hazır kütlə mikserin çəngəliylə qaldıranda tökülməməlidir. Ekstraktları əlavə edib qarışdırın. Yavaşca kokos lopalarını əlavə edib, qarışdırın. Çox qarışdırmayın, yoxsa merenglər şişməz.
Kütlədən xörək qaşığı qədər götürüb listə bir-birilərindən 5 sm aralıqda bezelər düzün.
Listin birinin sobanın alt yerində, digəri isə üst yerində olmaq şərtilə merengləri 30 dəqiqə bişirin. Sonra listlərin yerini dəyişib, 30 dəqiqə də bişirin. Merenglərin üstü azacıq qızaracaq, amma çox deyil. Sobadan çıxardın. Soyuduqdan sonra üzərlərinə kakao tozu səpin.
8 Comments Add your own
1. nisanur23 | Mart 8th, 2010 at 12:17 pm
Farida Hanım,ziyaretinize çok memnun oldum,her zaman beklerim
Bezeleriniz çok güzel.
2. XEYALE | Mart 8th, 2010 at 1:29 pm
nisanur hanım sizin sitenize bende girdim tatlı tarifine bakmak istedim tıkladım ama bişey açmadı neden acaba yalnız sitenizi nerden buldum diye sorarsanız isminize tıklarken otomatik açtı acaba o sitemi doğrumu?şimdiden teşekkürler
3. FƏRİDƏ | Mart 8th, 2010 at 3:56 pm
XEYALE: Nisanir xanimin yerine cavab verim. Beli, bloqa onun adina tiklayanda girmek olur. Duz girmisdin.
4. Fefa | Mart 9th, 2010 at 12:45 am
Feride xanim salam. Evvelceden size oz minnetdarligimi bildirirem. cunku men sizden cox yemekler oyrendim. Birde mende duzlu badimcan yaxsi alinmir. yumsaq olur. xahis edirem o haqda deyesiniz.
5. NIGAR | Mart 9th, 2010 at 6:26 am
FERIDE XANIM KAKOSLU BEZE SUPER GORUNUR
6. Gunay | Mart 10th, 2010 at 1:10 pm
sizin sehife ile teze tanis oldum. cox xosuma geldi. yemekler cox gozel , yazilar ise oxunaqlidir. cox boyuk zovq aldim. tesekkur edirem!!!
7. nigar | Mart 15th, 2010 at 4:44 am
men badambura resptini hec yerden dogru duzgun tapa bilmedim xahis edirem bilen mutleq yazsin
8. ilahe | Mart 19th, 2010 at 8:16 am
her sey cox gozeldi.xahis edirem tiramisunun reseptini nverin.
Şərh Yaz
Trackback this post | Subscribe to the comments via RSS Feed