Bu resepti mənə bir rəfiqəmin anası Türkan xanım verib. O, bir gün bu ləzzətli olduğu qədər də yüngül olan bu deserti başqa bir rəfiqəm gilin evində yığışdığımız gün oraya gətirmişdi. İlk qaşıqdan məhəbbət deyilən budur yəgin. O qədər bəyəndim ki! Türkan xanım heç tərəddüd etmədən reseptini məni dedi, mən də yazdım. Desept nədən ibarətdir - bir lay meyvə, bunun da üstünə vanilli-limonlu krem krem. Orijinal reseptdə müxtəlif meyvələrdən istifadə edilmişdir - gavalı, banan, hətta üzüm belə var idi. Mən resepti bir qədər dəyişdirərək yalnız bir lay banan, bir lay da giləmevyələrdən istifadə etdim. Üstünə də möhtəşəm krem! Və mənim giləmeyvəli hər növ şirniyyata yaraşdırdığım bəzək - təzə nanə yarpaqları. Nuş olsun!
Banana and Berries with Cream
Note: Istəyə görə, deserti bir iri qab yerinə, paylıq stəkanarda, bakallarda da hazırlaya bilərsiniz. Bir də qeyd edim ki, buradakı krem bir qədər qatı olur, puddinq kimi. Kremin bir az duru olmasını istəyirsinizsə, südün miqdarını bir az azaldın.
Krem Üçün:
2 stəkan + bir stəkanın dörtdə biri qədər süd
2 ədəd yumurta
14 xörək qaşığı şəkər tozu
4 xörək qaşığı un
2 xörək qaşığı qarğıdalı nişastası (kartof unuyla əvəz etmək olar)
2 xörək qaşığı təzə sıxılmış limon suyu
1 çay qaşığı vanil ekstraktı (və ya iki paket vanil tozu)
2 xörək qaşığı narın rəndələnmiş limon qabığı
1 xörək qaşığı kərə yağı
Meyvə Layları Üçün:
5-6 ədəd banan - yumru-yumru doğrayın
3-4 stəkan qarışıq morux, böyürtkən, və qaragilə (çiyələk və ya istədiyiniz başqa yumuşaq meyvələr də olar)
Bəzək Üçün:
Təzə nanə yarpaqları
Hazırlanma Qaydası:
Əvvəlcə kremi hazırlayın. Qazanda süd, yumurta, şəkər tozu, un, qarğıdalı nişastası və limon suyunu yaxşıca qarışdırın. Taxta qaşıqla qarışdıra-qarışdıra, kütlə qatılaşanadək bişirin, təxminən 2 dəqiqə. Kənara çəkib, vanil, limon qabığı və yağı əlavə edin. Mikserlə və ya mətbəx teliylə yağ əriyənə, və kütlə bir az soyuyanadək çırpın.

Banan dilimlərini ölçüsü 33 x 25 sm olan qalın şüşə qabın dibinə düzün.

Üstünə giləmeyvələri yığın.

İlıq kremi meyvələrin üstünə tökün. Qoyun soyusun. Üstünə mətbəx streçi örtüb, qabı nir neçə saat müddətinə soyuducuya qoyun. Süfrəyə verməzdən əvvəl desertin üstünü nanə yarpaqları ilə bəzəyin.

16 Comments Add your own
1. raska | Avqust 27th, 2011 at 10:36 pm
cox lezzetli gorsenir,cox sagol
2. Pervane_pervane | Avqust 28th, 2011 at 4:57 am
Chox xoshum geldi. Chalishacam mutleq edim. Chox sagh olun!
3. mehriban | Avqust 28th, 2011 at 7:31 pm
cox lezzetli golersenir .teshekkurler Feride xanim.
4. Guler | Avqust 29th, 2011 at 11:32 pm
mmmm…. gözel görünür çox:)))
5. n_1 | Avqust 31st, 2011 at 10:13 pm
eliyecem.kokteyl resepti qoya bilersiz?
6. elmina | Sentyabr 5th, 2011 at 2:04 am
bes yumurta sudun icinde biwmir???????
7. FƏRİDƏ | Sentyabr 5th, 2011 at 4:36 pm
ELMİNA - Bişmir.
8. Sona | Sentyabr 6th, 2011 at 10:33 pm
Cox lezzetli gorsenir, mutleq edecem. Chox sagolun!
9. Pərvanə | Sentyabr 9th, 2011 at 2:07 pm
Beh-beh olsada burda yesek ay Feride xanim.
10. Leyla | Sentyabr 10th, 2011 at 11:30 am
Sizin saytinizin sayesinde bir cox yemekleri bisirmeyi oyrenmisem..Buna gore minnetdaram.Eger mumkunse badambura ve cudunun reseptini saytinizda yerlesdire bilersiniz?
11. Leyla | Sentyabr 10th, 2011 at 11:32 am
Salam.sizin saytin sayesinde bircox yemekleri bisirmeyi oyrenmisem .Buna gore minnetdaram.Eger mumkunse badambura ve cudunun reseptini yerlesdire bilersiniz?
12. Nur | Oktyabr 1st, 2011 at 3:17 pm
Salam Feride xanim. Elleriniz derd görmesin hamisi biri-birinden gözel görsenir ve ehtiraf edim ki, sayitinizdan örgenerek bishirdiklerimin dadi da en azi görsendikleri geder gözeldir.
Krem hazirlanmasinda 14 xörek gashigi sheker tozu yazmisiniz?
Bu cox deyilmi? Yoxsa men sehfmi basha dushurem? Cavabiniz ücun teshekkurler.
13. FƏRİDƏ | Oktyabr 3rd, 2011 at 7:27 pm
NUR - Çox deyil çünki bu iri porsiya üçündur.
14. Nur | Oktyabr 7th, 2011 at 2:26 pm
Teshekkurler Feride xanim.
15. Aynure | Fevral 15th, 2012 at 11:13 pm
Salam Feride xanim, qi$ fesli oldugu ucun hemin gilemeyvelerin evezine hansi meyveleeden istifade ede bilerem?
Apelsin?
Kivi?
Alma?
Armud?
Nar?
Ananas?
16. Guler/admin | Fevral 16th, 2012 at 8:05 am
AYNURƏ,təqdim etdiyiniz meyvələrdən kivi,portağal və ananas- krem,qaymaq kimi qatqının içində turşulaşır,acılaşır. Giləmeyvəni əvəz etməz istəsəniz çalışın ki su salmayan meyvələri seçəsiniz.
Şərh Yaz
Trackback this post | Subscribe to the comments via RSS Feed