kataloq

Lahmacun + Ayran

Çoxdandır sizə söz verdiyim resepti nəhayət ki, sizə çatdırıram. Aranızda lahmacunu xoşlamayan var? Mən şəxsən çox xoşlayıram. Hələ yanında buz kimi soyuq ayran olanda, heç özümü saxlaya bilmirəm. İlk dəfə lahmacunu deyəsən tələbəlik illərim vaxtı yemişdim, dadı damağımda qalmışdı.  O vaxtlar, yəni 90-cı ilin ortaları lahmacun təzə-təzə məşhurlaşmağa başlayırdı. İndi isə onu Azərbaycanda tanımayan az olar. Əsl lahmacun təndirdə bişirilir, və belə lahmacunun özünəməxsus dadı olur, elə bütün təndirdə bişən çörəklər kimi. Burada mənim üçün təndiri sobam əvəz edir. Lahmacunum heç də pis alınmır. Sizə də nuş olsun. Və ya Türkcə desək - Afiyət Olsun!

LAHMACUN
Resept kiçik dəyişikliklər etməklə Özcan Özanın - The Sultan’s Kitchen: A Turkish Cookbook - kitabından götürülmüşdü.

8 ədəd lahmacun üçün

Xəmiri Üçün:
1 xörək qaşığı quru maya
1 çay qaşığı şəkər tozu
1  3/4 stəkan ilıq su
4 stəkan əla növ un
2 çay qaşığı duz

Üstü Uçün:
225 q çəkilmiş qoyun əti
1 ədəd kiçik soğan - xırda-xırda doğranmış  (1/2 stəkan)
3 ədəd yetişmiş pomidor - qabığı soyulmuş, sıxılaraq dənəsi çıxarılmış və xırda-xırda doğranmış  (1stəkan)
3/4 stəkan xırda-xırda doğranmış cəfəri
3 diş xırda-xırda doğranmış sarımsaq
1 xörək qaşığı acı qırmızı bibər tozu
2 çay qaşığı şirin qırmızı bibər tozu (paprika)
duz
4 xörək qaşığı soyuq su

Süfrəyə Vermək Üçün:
cəfəri
limon
ayran (resept aşağıda)

Əvvəcə xəmiri hazırlayın. Bir qabda maya, şəkər və 1/2 stəkan ilıq suyu maya həll olana qədər qarışdırın. Qoyun isti yerdə 10 dəqiqə, üstü köpüklənənədək qalsın.  1 stəkan unu iri qaba ələyin. Üstünə mayalı qarışığı əlavə edib, qarışdırın. Qabın üstünü sellofanla örtüb 30 qədiqəlik isti yerə qoyun ki, qarışıq gəlsin və süngər (qubka) kimi olsun. Sonra qalan unu da bu qarışığa əlavə edin. Duzu və qalan 1  1/4stəkan suyu da əlavə edib, yaxşıca qarışdırın.

Xəmiri 10 dəqiqə ərzində yoğurun. Hazır xəmir elastik olmalı və ələ yapışmamalıdır. Xəmiri iri qaba qoyub üstünü dəsmalla örtün.  1 saatlıq isti yerə qoyun ki, xəmir gəlsin.

İçi hazırlayın. Bunun üçün içə ayrılan ərzaqları bir qaba qoyub, yaxşı qarışanadək yoğurun.

Sobanı 230Cdək qızdırın. İri dəyaz formanı tərs çevirin (şəkilə bax) və üstünü bir az unlayın. Kənara qoyun.

Gəlmiş xəmiri  bir az un səpilmiş yerə qoyun və əlinizlə ona uzunsov şəkil verin. İti bıcaqla 8 hissəyə  bölün. Hissələri kündələyib ovcunuzla üstlərinə  basaraq, bir az yastıladın. Sonra isə bu kündələrin üstünü sellofan və ya dəsmalla örtüb, 20 dəqiqəlik isti yerə qoyun ki, dincəlsinlər.

Sonra isə kündələrin birini unlanmış yerdə 25 sm-lik çox  nazik dairə əldə edənədək oxlovla açın və unlanmış formaya qoyun. Dairənin üstünə içdən yayın. Lahmacunu istinmiş sobada ət bişənədək, təxminən 7 dəqiqə bişirin. Bişən lahmacunu sobadan çıxardan kimi, kənarlarındakı xəmirə yağ sürtün (bu, kənarlarını yumuşaldacaq). Bir lahmacun bişənədək, digər kündələri də eyniylə açıb, içdən yayıb, bişirin. Lahmacunu isti-isti süfrəyə verin. Üstünə limon sıxıb, cəfəri qoyub yeyin. Süfrəyə ayran da verilir.

Bu da mənim ayran reseptim.

AYRAN
4 stəkan qatıq
4 stəkan soyuq su
duz

Ərzaqları üstü köpüklənənədək çalın. Əgər qatığınız suludursa, suyun miqdarını az edin. Yox əgər çox qatıdırsa, onda suyu çoxaldın.

Related Posts with Thumbnails

48 Comments Add your own

  • 1. Aygun  |  Sentyabr 9th, 2009 at 5:25 pm

    İlk şəhr mənnən :) TƏŞƏKKÜRLƏR…. Əsl tələbə yemeyidi,amma hazır formada :) Tez-tez yeyirəm,amma heç vaxt evdə hazırlanan lahmacunnan yeməmişəm. Bunu mütləq bir gün özüm sınaqdan keçirəcəm. Yaxın günlərdə… Soyuq ayrandan danişmaq istəmirəm daha :) FƏRİDƏ XANIM, ÇO….X SAĞOLUN. ƏLLƏRİNİZƏ SAĞLIQ, TÜRKLƏR DEMİŞKƏN.

  • 2. Ceyran  |  Sentyabr 9th, 2009 at 11:11 pm

    SALAM FRIDE NECESEN? LAHMACUNUN ICI BISHMISH OLUR YOXSA CIY VEZIYYETDE QOYURSAN XEMIRIN USTUNE???????

  • 3. sladkayewka  |  Sentyabr 10th, 2009 at 8:12 am

    salam
    men yene qayitdim bu defe size dogma vetenden yaziram )))
    axir ki menim coxdan axtardigim resept tapildi Feride cox sagol ALLAH RAZI OLSUN
    YERI GELMISHKEN HAMINIZIN MUQQEDDES RAMAZAN AYINIZ MUBAREK OLSUN ETDIYINIZ DUALAR QEBUL OLSUN
    AMIN
    RESEPTI ISE EN QISA VAXTDA BISHIRIB NECE ALINDIGINI DEYECEM

  • 4. FƏRİDƏ  |  Sentyabr 10th, 2009 at 6:06 pm

    AYGUN: Duz deyirsiniz, esl telebe yemeyidir:))

    CEYRAN: Men yaxsiyam, siz de yaxsi olun. Icini ciy qoyursunuz xemirin ustune, sonra sobada bisirirsiniz.

    SLADKAYEWKA: Xosh geldin:) Men de seni ve aileni tebrik edirem. Lahmacun yeyende meni yada sal:)

  • 5. esmer  |  Sentyabr 10th, 2009 at 11:01 pm

    sag olun Feride xanim reseptlerdir

  • 6. Nigar  |  Sentyabr 13th, 2009 at 5:54 am

    Salam Feride xanım.Reseptə göre çooooox sag olun.Lahmacunu evdə tok sacda bişirmək olarmı?Önceden teşekkürlər.

  • 7. FƏRİDƏ  |  Sentyabr 13th, 2009 at 8:31 am

    NIGAR: Lahmacunun ustu de bismelidir, ona gore sacda olmayacaq. Sobada bisirmek lazimdir ki, hem alti hem ustu bissin.

  • 8. sladkayewka  |  Sentyabr 15th, 2009 at 8:53 am

    Feride yada saldim))))amma lahmacun quru cixdi niye ele olsun?

  • 9. SEVGI  |  Sentyabr 15th, 2009 at 11:36 am

    Feride xanim bisirdim super cixdi.

  • 10. FƏRİDƏ  |  Sentyabr 16th, 2009 at 12:45 pm

    SLADKAYEWKA: Sobada bisen lahmacun tendirdekinden daha quru cixir, amma cox da quru olmamalidir. Belke cox bisirmisen, ve ya sobanin temperaturu cox idi?

    SEVGI: Nush olsun:)

  • 11. sladkayewka  |  Sentyabr 18th, 2009 at 1:51 am

    Feride sobada bishirmishdim men tendirimiz yoxdu))))amma tempratur 230 -250 arasi idi yene yoxlayacam gorum belke cox bishirmishem

  • 12. Suzy  |  Sentyabr 23rd, 2009 at 8:11 am

    Salamlarrr her kese. Hiiii alllll.FERIDE xanim men bisirdim ela cixdi cox saqol..ellerun var olsun. reseptleri artir zehmet olmasa. opdum.

  • 13. Gulnare  |  Sentyabr 27th, 2009 at 2:36 am

    salam Feride.inan senin saytinin vurgunuyam.men de senin kimi metbexe vurgunam ve yemek biwirmek menim hobbimdir. coxdandir ki lahmacunun reseptini axtarirdim, tewekkurler axir ki tapdim. mutleq biwireceyem, cunki cooox sevirem lahmacunu:)))

  • 14. FƏRİDƏ  |  Sentyabr 28th, 2009 at 11:00 am

    SUZY: Nush olsun.

    GULNARE: Cox sagh ol serhine gore. Umid edirem ki, beyeneceksen. Nush olsun.

  • 15. feride  |  Sentyabr 28th, 2009 at 11:28 am

    feride xanim menimde adim feridedir ve dadli yemekleri cox sevirem arig olmagima baxmayarag.mene dadli gobelek sorbasi resepti vere bilersinizmi?men onu bakida restoranlarin birinde yemisem.ve o yerde ancag xosuma gelir.ne geder bisirmisem tuta bilmemisem.tursumuz dad verir men bisirdiyimde.eger bilirsinizse xais edirem boluserdiniz (qaymaqli gobelekli sorba)

  • 16. FƏRİDƏ  |  Sentyabr 28th, 2009 at 11:33 am

    FERIDE: Gobelekli shorbanin resepti ingilis dilinde var burada: http://www.azcookbook.com/creamy-mushroom-soup-with-fresh-herbs/

    Duzu, bu sebzeli gobelek sorbasidir, amma sadece gobelekli olmasi ucun o biri sebzeleri qoymayin, olacaq gobelek sorbasi. Eger ingnilis dilini bilmirsinizse tercume ederem.

  • 17. feride  |  Sentyabr 29th, 2009 at 1:15 am

    SIZE BIR SUALIM OLACAQ?BU GOBELEK SORBASINI BIRISMISINIZ OZUNUZ?TURSUMUZ DADI VERMIRKI?CUNKI MEN NECE RESEPTLE BISIRMISEM HAMISI TURSUMUZ DAD VERIR

  • 18. FƏRİDƏ  |  Sentyabr 29th, 2009 at 4:01 pm

    FERIDE: Buraya qoydughum butun reseptleri b isirib, sekili cekib qoyuram, yani ki, bu shorbani da bisirmisem. lezzetli olur.

  • 19. feride  |  Oktyabr 1st, 2009 at 7:45 am

    cox sagolunI)

  • 20. Nigar  |  Oktyabr 6th, 2009 at 4:18 am

    Salam Feride xanim.Men lahmacunu cox xoshlayiram.Resept ucun teshekkurler!!!Inshallah bundan sonra evde tez-tez hazirlayacam.

  • 21. Ulya  |  Oktyabr 10th, 2009 at 4:22 am

    Feride Xanim Inanirsiz men bunu ne qeder muxtelif saytlarda axtarmisham duzdu dapmisham amma yaxshi basha dushmurdum turk saytlarinda tapirdim orda da ele sozdet var idi ki tercume eliye bilmirdim amma sizden sonra rahat basha dushdum.size minnentdaram…neche vaxtdi ozum evde hazirlamag isteyirdim amma bacarmirdim indi ele lezzetli oldu ki……dadinnan doymadim chox sagolun…….

  • 22. Ulya  |  Oktyabr 10th, 2009 at 4:44 am

    Birde bir shey sorushmag isterdim shekillerdeki o gozel eller sizindir?

  • 23. FƏRİDƏ  |  Oktyabr 11th, 2009 at 8:57 pm

    NIGAR, ULYA: cox sagh olun.

    Ulya, ellerimin gozel olmasi barede bilmirem, amma eller menimdir:)

  • 24. esmira  |  Oktyabr 16th, 2009 at 1:58 am

    Salam Feride xanim. Men turk shorbalarinin reseptini isteyecekdim. Erimin chox xoshuna gelir. Unlu shorbalari tercid edir. Zehmet olmasa yazardiniz. Evvelceden sag olun.

  • 25. FƏRİDƏ  |  Oktyabr 16th, 2009 at 10:39 am

    ESMIRA: Vaxtim olanda yazaram.

  • 26. Ramil  |  Oktyabr 19th, 2009 at 4:49 am

    Salam. Bu yemeklerin hazirlanma qaydasini coxdan idi ki qxtarirdim. Saytda verdiyiniz ucun cox sag olun deyirem.

  • 27. ulya1  |  Oktyabr 24th, 2009 at 2:01 am

    Salam Fəridə xanım. Lahmacun əla alındı .Sizin bloqdan götürdüyüm hər resepti hazırladıqca sizə təşəkkür etməyi özümə borc bilirəm.Sizin reseptlərinizi hazırlamağa başlayandan sonra evdəkilər məni rahat buraxmır deyirlər ki , nə olar keçən gün bişirdiyin piroqdan bişir də.Bir sözlə çox sag olun.

  • 28. rEHMAN  |  Oktyabr 29th, 2009 at 11:55 am

    XOSUMA GELDI

  • 29. reyhane  |  Noyabr 24th, 2009 at 10:00 am

    adam sekle baxarken doyur.

  • 30. Esmer_bdu  |  Dekabr 1st, 2009 at 5:45 am

    Salam
    Lahmacunu cox sevirem
    Xususile de pendirli lahmacunu

    Resepti verdiyiniz ucun COOOX SAG olun
    .axtarirdim . bisirecem
    (dogrusu bir defe resepsiz bisirmisdim adi xemirle. elbette ki cooox quru cixmisdi :( )

  • 31. elnure  |  Dekabr 5th, 2009 at 2:57 pm

    eyni ile bu recepti türk gonshumla bir yerde hazirlayirig.cox dadli olur.xahish edirem esasen salat receptleri veresiz.evvelceden teshekkürümü bildirirem sag olun feride xanim

  • 32. lale  |  Dekabr 13th, 2009 at 5:39 am

    salam FERIDE XANIM.resepte göre cox sagolun. Men de sizin kimi qurbetde yasayiram.Saytinizi tapanda cox sevindim. Verdiyiniz reseptlerden bir necesini bisirmisem ,ela alinib. lahmacunu da bisirmek isteyirem,amma burda quru maya tapa bilmemisem. quru mayanin evezine xemir kimi olan berk mayadan istifade etmek olar? Olarsa texmini ne qeder? burdaki maya 50 qramliq paketde olur. evvelceden tesekkurler.

  • 33. FƏRİDƏ  |  Dekabr 13th, 2009 at 3:41 pm

    LALE: Beli, o mayadan da istifade ede bilersiniz. Texminen 25 qram kifayet olmalidir. Amma siz isteyirsiniz o paketin arxasina baxin, belke nese bir resept var ve orada ne qeder maya istifade olunub qeyd olunur. Belelikle texmini bilersiniz ki, ne qeder istifade etmek lazimdir reseptlerde. Belke ordaki 50 qram burdaki 25 qramdan zeifdir, ve hamisini istifade etmek lazimdir. Amma mence 25 qram olmalidir.

  • 34. lale  |  Dekabr 23rd, 2009 at 7:35 am

    SALAM,FERIDE XANIM.MEN LAHMACUNU BISIRDIM.AMMA NEDENSE YUXALAR BERK ALINDI,AGIZDA XIRTILDAYIRDI. HER SEYI SIZ YAZDIGINIZ KIMI ELEMISDIM,GÖRESEN NIYE BELE OLDU?

  • 35. Fəridə  |  Dekabr 24th, 2009 at 2:42 pm

    LALE: Ola biler ki yuxani cox nazik acmisiniz. Ve ya cox bisirmisiniz.. Men nazik edirem amma ki quru alinmir.

  • 36. XaNiMXaTuN  |  Dekabr 29th, 2009 at 2:29 am

    Cox saq olun sayta 1-ci defedi girirem cox saq olun ki doqma ana dilimizde bele saytl var.Ressepti de biwirib baxariq.

  • 37. nara  |  Yanvar 8th, 2010 at 4:30 am

    cox xoslayiram.superdi

  • 38. TUNZALE93*  |  Yanvar 12th, 2010 at 3:06 am

    KLAHMACUNU COX SEVİREM AMMA HAZİRLAYA BİLMİRDİM TESEKKUR FERİDE XANİM ALLH RAZİ OLSUN

  • 39. Maya  |  Yanvar 13th, 2010 at 5:13 am

    Salam. Mumkunse mene Julyenin reseptini qeyd ederdiniz. Men bu yemeyi chox xoshlayiram. Onceden teshekkur!

  • 40. Adil  |  Fevral 18th, 2010 at 4:03 am

    Salam Feride xanim. Menim sobamin en yuksek temperaturu 200 derecedir. Men bu lapmacunu bu temperaturda bishire bilerem ve bishirsem quru cixmazki?
    Bele gozel tarifler ucun size teshekkur edirem.

  • 41. FƏRİDƏ  |  Fevral 18th, 2010 at 12:06 pm

    ADIL: Beli, 200 derecede biser, problem olmaz.

  • 42. GÜNEL  |  Mart 5th, 2010 at 9:52 am

    salam fəridə xanim bura təsadufən girdim ama bele görürəm burda daimi olacam . reseptlerinizi çox beyendim .bugun merci şorbasini bisirdim. evdə çox bəyəndilər . əvvəlcə bir iki dəfə sınamışdim alınmaşdı bu dəfə oldu çox sağ olun

  • 43. Sebine  |  Mart 15th, 2010 at 7:38 am

    Salam Fəridə Men esl paxlava reseptini çox axtardım.Amma tapa bilmədim.Buradaki Soçi Piroqu olmasin esl Paxlava olsun.Mümkündürsə.Bir də Dönər,Türklərin Mərcimək Şorbası və s.Bunları tapa bilseniz çox minnetdar olaram.Bunları sayta əlavə etseniz minnətdar olaram.Bu gözəl tariflər üçün teşekkür edirəm.Lahmacun çiy xemirdə olur yoxsa bişmiş%=)

  • 44. Sebine  |  Mart 15th, 2010 at 7:40 am

    Cavab verin dəHeyy üzr istəyirəm ordasız

  • 45. Sebine  |  Mart 15th, 2010 at 7:42 am

    Cavab yaz da ala

  • 46. NIGAR  |  Mart 15th, 2010 at 7:45 am

    Sebine xanim siz ne qeder sual verirsiniz.FERIDE XANIM BU SUALLARIN HAMISINA NECE CAVAB VERSIN :) :)

  • 47. FƏRİDƏ  |  Mart 15th, 2010 at 8:22 am

    SEBINE: Mercimek corbasi bloqumda var. Reseptlere baxin.

    Bunu da bildirim ki, aramizda 12 saat ferq var, ona gore men suallariniza tez-tez cavab vere bilmirem. Bir de ki, bura forum ve yaxud chat deyil ki, yazilar tez-tez gelsin. Cox sag olun.

  • 48. aylin  |  May 24th, 2010 at 11:23 am

    biwirmeye caliwaram ama cetin alinsin))

Şərh Yaz

Lazımdır

Lazımdır, bloqda görünməyəcək

(Varsa)

Trackback this post  |  Subscribe to the comments via RSS Feed