kataloq

Limonlu Alt-Üst Piroq

Limon sevərlərə həsr olunur. Olduqca ləzzətli piroqdur. Piroq bişdikdən sonra onu alt-üst çeviririk ki, limon halqaları yuxarıda olsun. Beləliklə görünüşü dadı qədər gözəl piroq əldə etmiş oluruq.

Limonlu Alt-Üst Piroq
*Luscious Lemon Desserts* (müəllif: Lori Longbotham) kitabından bir az dəyişdirilərək götürülmüşdür

3 ədəd limon
170 q kərə yağı - otaq hərarətində
1/4 stəkan (yəni dörddə bir) mixəyi şəkər tozu (tünd rəngdə olan şəkər tozudur. əgər yoxdursa, adi şəkər tozundan istifadə edin)
bir stəkan yarıım un
2 çay qaşığı qabartma tozu
çay qaşığının  dörddə biri qədər duz
1 stəkan şəkər tozu
3 xörək qaşığı sürtgəcdən keçirilmiş limon qabığı
2 ədəd iri yumurta - ağını sarısından ayırın
çay qaşığının  dörddə biri qədər vanil ekstraktı
yarım stəkan süd

Sobanı 180Cqək qızdırın.

Limonların uclarını kəsin, sonra isə iti  bıçaqla limonları 3 millimetr qalınlığı olan nazik halqalara döğrayın (nə qədər nazik olsalar, o qədər yaxşıdır) . Toxumlarını çıxardın.

25 sm ölçüsündə olan dibi yapışmayan və soba istisinə dayanıqlı tavada 70 qram kərə yağını mixəyi şəkərlə bərabər orta odda əridin. Limon halqalarını əlavə edib, odu bir az artırıb, tavadakı ərzaqları qarışdıra-qarışdıra 1 dəqiqə bişirin. Tavanı kənara çəkin. Tavadakı limonları səliqəli şəkildə düzün.

Un, qabartma tozu və duzu bir kasada qarışdırın.

Qalan 100 qram yağı mikserlə rəngi açılanadək çalın. Şəkər tozu və limon qabığını əlavə edərək kütlə *yüngülləşənədək* çalın. Yumurta sarısı və vanil ekstraktını əlavə edərək ərzaqlar qarışanadək çalın. Mikserin sürətini azaldaraq unlu qarışıq və südü arayla və az-az əlavə edərək kütləni hər əlavədə ərzaqlar qarışanadək çalın.

Yumurta ağlarını təmiz və quru qabda *bərkiyənə* qədər çalın. Çalınmış ağları tədricən digər kütləyə əlavə edin və kütlənin içinə yüngülvari hərəkətlə qarışdıraraq yedirdin. Mikserlə deyil! Spatula və ya qaşıqla! Diqqətli olun, çox qarışdırmayın.

Alınan kütləni limon dilimlərinin üstünə töküb spatula və ya qaşıqla üstünü hamarlayın.

Piroqu sobanın orta təbəqəsində 45-50 dəqiqə və yaxud üstü qızaranadək bişirin. Piroqun hazır olub olmadığını onun ordasına kibrit soxub çıxartmaqla yoxlamaq olar - əgər kibrit təmizdirsə və üstünə xəmir yapışmayıbsa, deməli piroq hazırdır. Tavanı kənarda 10 dəqiqə soyudun.

Spatula və ya bıçaqla piroqun kənarlarını tavadan ayırın və piroqu istiyə dayanıqlı qaba alt-üst çevirin. Piroqu 5 dəqiqə də soyutduqdan sonra süfrəyə bir az istiykən verin.

Related Posts with Thumbnails

37 Comments Add your own

  • 1. GunelKA  |  Fevral 17th, 2010 at 1:18 pm

    Salam. Men bu sayta tesadufen daxil oldum, ilk defedir. Farida xanim, size heqiqeten halal olsun! Sayti, onun dizaynini, icindeki melumatlari cox beyendim. Hele coxunu oxuya bilmemishem. Amma eziyyet cekib bele bir teshebbus gosterdiyinize gore size cox minnetdaram. Xususile, xaricilerin bizim dadli yemeklerle tanish ola bilmesi ucun imkan yaratmaginiz cox gozeldi. Bravo!

  • 2. Aynur  |  Fevral 17th, 2010 at 11:07 pm

    Ay Feride xanimmmm bu tum-turş dadareeee.
    Şekile baxanda ağzım büzüşüb sulanmağa başladı.Amma ne deyim bişmiş halı gözəl görsənir.

  • 3. Hicran  |  Fevral 18th, 2010 at 3:07 am

    Salam Fəridə xanım. Ay Fəridə xanım bu limonun qabıqları bişəndən sonra acılığını itirir? Bir də piroq turş olmur ki?
    Mən soruşmaq istəyirəm sizdən istənilən tortu bişirəndə ora əlavə etdiyimiz unu mikserlə çalanda onun qabarmasında problem olmaz ki. Çünki bu türklər biskiviti hazırlayanda çox vaxt unu töküb mikserlə çalırlar. Təşəkkürlər.

  • 4. FƏRİDƏ  |  Fevral 18th, 2010 at 12:06 pm

    Qizlar, serhlerinize gore cox sag olun.

    HICRAN: Beli, qabiqlar artiq aci olmur, cox lezzetli olurlar. Piroq hem turs hem sirindir. Tortun qabarmagina geldikse ise, siz reseptde nece yazilib ele de edin. Bezi reseptlerde ola biler cox calmaq lazim deyil, bezilerinde ise calmaq lazimdir.

  • 5. leyla  |  Fevral 21st, 2010 at 6:01 am

    salam Feride xanim piroq superrrrrr gorunur ve bilirem ki dadi gorunusunu de vurub kececek.bunuda Allah qoysa hazirlayacam,dadini indiden tesevvur ede bilirem.UGURLAR.BILGEHDEN sevgilerle LEYLA

  • 6. Leyla  |  Fevral 21st, 2010 at 2:27 pm

    salam hormetli Feride xanim. hemiwe oldugu kimi maraqli reseptlerinizle bizi sevindirmekdesiniz. Buna gore size derin minnetdaram. Bu piroqu ise olduqca cox beyendim. inwallah ki yaxin gunlerde hazirlamaq fikrindeyem. Amma sizden bir weyi deqiqlewdirmek isterdim. resepte hem mixeyi weker tozu, hemde ki adi weker tozu qeyd etmisiniz. mixeyi weker tozu olmasa, toplam ne qeder weker tozu bu piroqda istifade edilir? bir de piroqa lazim olan limon qabigini halqalara dogradiginiz limonlardan goturmek lazimdir ya bunun ucun ayrica, teze limonlardan istifade edilir? onceden size minnetdaram.

  • 7. ulya1  |  Fevral 22nd, 2010 at 5:04 am

    Fəridə xanım mənim də sualım eynilə Leyla xanımın sualıdır.
    Cavabınızı gözləyirik :)

  • 8. FƏRİDƏ  |  Fevral 22nd, 2010 at 11:49 am

    LEYLA: Mixeyi sekerin evezine eyni miqdan ag seker tozundan istifade edin. Limon rendesi ucun ayri limondan istifade etmek lazimdir, cunki piroqun ustune geden halqalar qabiqli olmalidir.

  • 9. ulya1  |  Fevral 23rd, 2010 at 3:09 am

    Fəridə xanim əllərinizə sağlıq !Mən bu piroqu hazırladım ,əla alındı…Hamıya bişirməyi məsləhət görürəm .Sağ olun!

  • 10. Xumar  |  Fevral 27th, 2010 at 4:35 am

    Salam Fəridə xanim çox maraqlı reseptdir .Novruz bayramı ilə əlaqədar şirniyyatlar versəniz çox əla olardi.Sağolun.

  • 11. Lale  |  Mart 16th, 2010 at 12:23 pm

    feride xanim cox sag olun,gozel basa salirsiniz.resepti aldim .bisirecem.men limonu cox sevirem.minnetdaram.qarsidan gelen novruz bayraminizi tebrik edirem!!!!

  • 12. Aida  |  Mart 16th, 2010 at 12:55 pm

    Herkese tövsiyye edirem çox geşeng piroq alındı… Feride xanım teşekkür edirem resept üçün :)

  • 13. Aida Gençdoğan  |  Mart 16th, 2010 at 12:56 pm

    p.s. İlaxır çerşenbeniz mübarek!!! ;)

  • 14. lala  |  Iyun 17th, 2010 at 1:29 am

    slm

  • 15. gulnar  |  Iyul 22nd, 2010 at 11:58 am

    salam necesen mene limonlu tortun reseptini gonder

  • 16. Gunel  |  Dekabr 8th, 2010 at 8:45 am

    allah caninizi saq elesin feride xanim reseptler super

  • 17. gulu  |  Dekabr 17th, 2010 at 5:23 am

    salam feride xanim.zehmet olmazsa shokalat rasepti yaza bilersiniz?birde maraqli tort kremleri isteyirem.teshekkur edirem.

  • 18. gulnare  |  Fevral 19th, 2011 at 12:33 pm

    salam Feride xanim . Sizin verdiyiniz reseptlere gore tewekkur edirem. Cox gozel reseptleriniz var. Men limonlu piroqu biwirdim xemiri cox gozel olmuwdu amma limonlu hissesi aci idi. Sebebini aciqlaya bilersinizmi. Tewekkurler.

  • 19. FƏRİDƏ  |  Fevral 19th, 2011 at 1:09 pm

    GÜLNARƏ - Səbəbi bəlkə limonun qabığının acı olmasındandır. Buradakı limonların qağıbı çox acı olmur, ona görə problemim olmur.

  • 20. ulker82  |  Aprel 25th, 2011 at 2:14 am

    feride xanim necesiz ellerinize sagliq biwirdim cox dadli idi uwaqlarda cox beyendi.ela cixdi bir sozle.cox sag olun.sizin daimi oxucunuz ulker82

  • 21. Ruba  |  May 2nd, 2011 at 2:32 am

    insallah mende bisirecem. cox sag olun Feride xanim

  • 22. lale  |  May 29th, 2011 at 6:52 am

    salam Feride xanim.cox gozeldi.cox beyendim.

  • 23. Samire  |  Dekabr 3rd, 2011 at 7:20 am

    Salamlayiram sizi,sayti cox beyendim,reseptler gozeldir,amma reseptleri oldugu kimi edirem mende alinmir,neden ola biler

  • 24. sabina  |  Dekabr 3rd, 2011 at 9:45 am

    men bu saytin yemeklerini defelerle elemisem pis gunde alinir milleti aldatmiyin heyfdi erzaqlarimiz

  • 25. Guler /admin/  |  Dekabr 4th, 2011 at 1:58 am

    Sabina, pis gündə alınırsa dəfələrlə bu blogdakı reseptləri ilə yemək hazırlamağa sizi nə vadar edib? Yaxşısını bilirsizsə özünüz hazırlayın və yeyin.

  • 26. ofelya  |  Dekabr 4th, 2011 at 7:58 am

    Dunen ekiz qizlarimin ad gunu idi. Shokoladli-armudlu ve bu piroqu hazirladim. Shokoladli-armudlunu bir defe artiq hazirlamishdim, amma bu limonlunu birinci defe idi ki, bishirirdim. Her ikisi de gozel alindi. Hem gorunushleri chox gozel oldu, hem de dadlari.
    Limonlu alt-ust piroq choooooooooox gozel, zerif ve etirli piroqdur. Ele tez yeyildi ki, shekilini cheke bilmedim ki, gonderem. Men sizin bu saytinizdan ne hazirlamishamsa, hamsi chox gozel ve lezzetli alinir. Qonaqlarim da hemishe beyenirler, ailem de. Hamsina da bu saytin adini veriem. Her hansi bir bayrama, qonaqliga hazirlashanda artiq fikirleshmirem ki, ne hazirlayim, bu saytda muraciet etmekle menyumu tertib edirem. Hem salatlar, hem ikinci yemekler, hem de shirniyyatlari ele bu saytdan hazirlayiram. meselen, dunen bu iki piroqla yanashi hem de “nar bilerziyi, toyuqlu-bolqar biberli salat, heyvali-zeferanli toyuq qizartmasi ” da hazirladim. Hamisi da suuuuuuuuuuuuuuuuuuper!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    Teshekkur edirem, Feride!!!

  • 27. ofelya  |  Dekabr 4th, 2011 at 8:04 am

    Bu piroqun ananasli variantini da hazirlamisham. O da yaxshidir, amma limonlu daha lezzetli ve chox etirlidir.

  • 28. mehbube  |  Dekabr 16th, 2011 at 1:46 am

    ellerinize sagliq.

  • 29. NERMIN  |  Fevral 5th, 2012 at 1:28 am

    COX GOZEL SAYTDI.

  • 30. medine  |  Fevral 7th, 2012 at 2:36 am

    slm ellerineze sagliq

  • 31. Nermin  |  Fevral 8th, 2012 at 9:56 am

    Salam xanim xosh gorduk siz ve sizin timsalinizda butun gozel xanimlari mende sizderden biriyem sizi 1il ya olar yada olmazki izliyirem oyrendiyim 1cox sheyler olub ve ilk once buna gore size coooooooox minnetdaram sonucda qerara geldimki mende 1sheyler yazim.Araniza qatilmagima cox shadam calishacamki tez tez unsiyyet qurum hele sizden oyrenmali 1 cooooooooooooox sheyler var:)

  • 32. natavan  |  Fevral 9th, 2012 at 10:32 pm

    Salam Feride xanim. cox sag olun varsiz. sayenizde kulinariya biliklerine yiyellenirik . eslinde bu xanimlar ucun her sheyden vacibdir. bu reseplerden istifade edirem ve aiede balacadan tutmush boyuye qeder beyenir. teshekkurler!!! )))

  • 33. əsnad  |  Fevral 16th, 2012 at 6:18 am

    cox sag olun feride xanim ela peroqdu

  • 34. Sabina  |  Mart 11th, 2012 at 3:52 pm

    Farida xanum,minnetdaram Size gozel reseptlerinize gore! Piroqu chox beyendim ! InshAllah tezlikle hazirlayacam.

  • 35. aygun  |  Aprel 1st, 2012 at 9:12 am

    oy oy oy.bu nə gözəllikdir belə. mütləq bişirəcəm.

  • 36. Yegane  |  Aprel 15th, 2012 at 10:34 am

    salam.böyùk memuniyyetle hazirlayaram.

  • 37. İRADƏ  |  May 4th, 2012 at 10:47 am

    salam.mən burdan 1 neçə yemək resepti etmişəm.hamı tərəfindən bəyənilib.təşəkkürlər

Şərh Yaz

Lazımdır

Lazımdır, bloqda görünməyəcək

(Varsa)

Trackback this post  |  Subscribe to the comments via RSS Feed