kataloq

Lobya Çığırtması

Yəgin fikirləşirsiniz ki, bu Fəridə hara yoxa çıxdı  birdən birə. Məbi bağışlayın ki, neçə müddətdir yeni resept yazmıram sizə. Amma məşqulam, özüdə çox. Bakıya səfərimə hazırlaşıram. Digər tərəfdən də kitabımın üzərində işləyirəm. Amma gözünüzü yolda qoymaq istəmirəm, odur ki, bu gün sizə mənim ən çox xoşladığım yay yeməyini dəqdim edirəm - Lobya Çığırtması. Nuş olsun!

Lobya Çığırtması

4 pay üçün

1 kilo göy lobya -  5 sm uzunluqda doğrayın
təxminən 6 xörək qaşığl duru yağ və ya kərə yağı

2 ədəd baş soğan - xırda-xırda doğrayın (2 stəkan alınacaq)
2 ədəd pomidor - qabığını soyub xırda-xırda doğrayın (2 stəkan alınacaq)
1 stəkan xırda-xırda doğranmış reyhan
Zövqə görə duz, istiot
4 ədəd yumurta

Əvvəlcə lobyanı su doldurulmuş qazana qoyub, qaynadıb tamaməm bişməzdən əvvəl süzün. Sonra ya elə olduğu kimi qoyun qalsın, ya da stəkanın dibiylə lobyanı bir az əzin, çox deyil (bu metod Zaqatala-Balakən rayonlarında məşhurdur. Lobyanı əzməklə onun həm dadı üzə çıxır, həm də lobya yumuşalır. Bu metod mənim çox xoşuma gəlir).

Tavada yağı qızdırın. Soğanı yağda bir az qızardın. Üstünə pomidor və reyhanı əlavə edib 5 dəqiqə də bişirin. Lobyanı buraya əlavə edin. Duz, istiot vurun. Tavanın qapağını örtün və yeməyi arada bir qarışdıra-qarışdıra, suyu çəkilənə və lobya bişənədək bişirin, təxminən 15 dəqiqə.

Yumurtaları  bir kasaya qırıb qarışdırın. Sonra bu qarışığı lobyanın hər tərəfinə tökün. Qapağı bağlı, yumurtalar bərkiyənədək bişirin.

Related Posts with Thumbnails

11 Comments Add your own

  • 1. Aydin  |  Iyun 13th, 2010 at 11:12 am

    Eziz Feride xanim!
    Size chox teshekkur edirem bu lobya chigirtmasinin reseptine gøre. Bilirsisniz neche iller idi ki Norvechde yashayaraq evde anamin mene tez-tez bishirdiyi resepti tapa bilmirdim, indi ise sizin sehifenizi achanda lobya cigirtmasina rast geldim. Bu sizin terefinizden chox layiqli tedbirdir ki, bele metbex haqqinda sehife yaratmisiniz.
    Hørmetle, Aydin

  • 2. Nezaket  |  Iyun 13th, 2010 at 9:31 pm

    Salam.Gozumuz yolda qalmisdi.Cooooooox sag olun.

  • 3. sevgi  |  Iyun 14th, 2010 at 11:08 am

    SALAM CANIM FERIDE.COXDANDIR HECNE HAZIRLAMIRSINIZ? NIGARAN QALMISDIM.SUKURLER OLSUN KI, BU GUN BIZIMLESINIZ.CANIM FERIDE BIR GOZEL SALAT RESSEPTI TAPMISAM COX LEZZETLI SALATDIR.EGER ISTESENIZ RESSEPTINI SIZE YAZARAM.COX INCE VE KEYFIYYETLI SALATDIR.YEKEXANALIQ EDIB SORUSMADAN SIZE RESSEPTI GONDERMEDIM.EYER ISTESENIZ SIZE YAZARAM.SIZ DE BISIRIB HEM OZUNUZ DADARSINIZ HEM DE DIGER XANIMLAR.INANIN MENE MENIM EN SEVDIYIM SALATLARDANDIR.COX SADEDIR.

  • 4. FƏRİDƏ  |  Iyun 14th, 2010 at 12:43 pm

    SEVGI: Elbette ki, etirazim yoxdur yeni resepte: ) Gonderin email unvanima: farida_sr@yahoo.com. Ve ya buradaca yazin. Cox sag olun.

  • 5. gulnaz  |  Iyun 14th, 2010 at 1:37 pm

    salam feride xanim xos gorduk sizi inanirsiz her gun baxiram ki goresen yeni ne var.gozel reseptlere gore cox sag olun.feride xanim sizden xahisim var turk paxlavasinin reseptini yaza bilersiz.

  • 6. mehriban  |  Iyun 14th, 2010 at 11:03 pm

    eziz feride xanim recepte gore cox sagolun.yeni receptler gozleyirik.size yaxwi yol .mende bakini istedim))))))))))))))).

  • 7. EVEZ  |  Iyun 15th, 2010 at 12:43 am

    SALAM FERIDE XANIM COX SAGOLUN BU RESEPTLERE GORE

  • 8. mika  |  Iyun 15th, 2010 at 9:14 am

    salam,Feride xanim,biz demek olar ki bele biwiririk lobyani,amma,nenem hemiwe lobyani novruzda paxlava biwiririk onun kimi romb kimi ve 1 stekan su tokuruk vam xodda ozu biwir,soganla bir yerde ,soram pomidoru da tokur qizardir,ele 4ox dadli olur

  • 9. Valide  |  Iyun 16th, 2010 at 5:51 am

    Feide xanim Sizden bir xahiwim var!! Eger mumkundurse ve yaxud da bele elemek olarsa kursoru saytdaki wekillerin ustune yerlewdirerken onlarin adi da gorunsun!! chox xahiw edirem! Tewekkurler!!

  • 10. ləman  |  Iyul 5th, 2010 at 5:01 am

    Salam, Fəridə xanım xahiş edirəm mənimlə əlaqə saxlayın.
    055;480-35-20.Ləman

  • 11. ləman  |  Iyul 7th, 2010 at 4:31 am

    Salam, Fəridə xanım sizin cavabınızı gözləyirəm.Saytın bütün işçilərinə təşəkkür edirəm.

Şərh Yaz

Lazımdır

Lazımdır, bloqda görünməyəcək

(Varsa)

Trackback this post  |  Subscribe to the comments via RSS Feed