My Book

Qırmızı Mərci Şorbası (Kırmızı Mercimek Çorbası)

Oxucularımın çoxsaylı istəklərini nəzərə alaraq, bu gün onlara Türk mətbəxinin ən çox sevilən şorbası olan Mercimek Çorbasının necə hazırlanmasını izah edəcəyəm. Bu şorba Türkiyənin müxtəlif yerlərində bir az fərqli qaydada bişirilsə də, içində istifadə olunan ərzaqların hamısı, demək olar ki, eynidir. Bəzi yerlərdə buna  müxtəlif ədviyyalar da qatırlar. Mənim bişirdiyim üsul Türkiyədə daha çox bilinən üsuldur. Sizə iki resept verirəm. Aralarındakı fərq cüzidir. İstədiyinizi seçib, bişirin. Mən hər ikisini də bəyənirəm.

Qırmızı Mərci Şorbası (Kırmızı Mercimek Çorbası)

4 porsiya üçün nəzərdə tutulub

1 stəkan  qırmızı mərci
1 ədəd orta boy soğan – xırda-xırda doğrayın
1 ədəd orta boy yerkökü  – xırda-xırda doğrayın
1 ədəd orta boy kartof – xırda-xırda doğrayın
1 xörək qaşığı tomat (tomat pastası)
6 stəkan su
zövqə görə duz
zövgə görə istiot (şorbanın acı olmasını istəyirsinizsə, bir az acı qırmızı pul bibər əlavə edin)
1-2 qaşıq yağ

Üstü üçün (bu zəruri deyil və şorbanın süfrəyə verəndə gözəl görünməsi üçün edilir –  şəkildəki kimi)
2 x. qaşığı kərə yağı və yaxud zeytun yağı
1/3 çay qaşığı qırmızı şirin bibər tozu (paprika)

Süfrəyə vermək üçün:
limon
çörək

Variant 1:

Mərci, soğan, kartof, yerkökü və suyu bir qazana qoyub qaynadın. Orta  odda üstünü örtmədən təxminən 20-25 dəqiqə ərzində bişirin. Bu müddət ərzində şorbanın üzünə kəf çıxarsa, kəfi yığın. Tez-tez qarışdırın ki, dibi yanmasın. Ərzaqlar yumuşalanda, blenderdən keçirin ki, püre halına gəlsin. Duz və istiot vurun. Şorbanızın daha ləzzətli olması üçün yağ əlavə edib qarışdırın. Dİyetik şorba istəyirsinizsə, onda yağa gərək yoxdur.

Şorbanı qablara tökün. Üstünü bəzəmək istəyirsinizsə, balaca tavada yağı qızdırın. Qızan kimi, şirin bibər tozunu yağa əlavə edin (fışıldamalıdır). Sonra isə bu sousdan bir az qabdakı şorbalara  tökün.

Şorbanın üstünə limon sıxıb, çörəklə yeyin.

Variant 2:

Mərci, kartof, yerkökü və suyu bir qazana qoyub qaynadın. Bu vaxt soğanı yağda bir az qızardın. Üstünə tomatı əlavə edib, qarışdıra-qarışdıra bişirin. Sonra bu qarışığı mərci olan qazana tökün. Qoyun hamısı bir yerdə yumuşalanadək bişsin. Bu müddət ərzində şorbanın üzünə kəf çıxarsa, kəfi yığın. Tez-tez qarışdırın ki, dibi yanmasın. Ərzaqlar yumuşalanda, blenderdən keçirin ki, püre halına gəlsin. Duz və istiot vurun.

Şorbanı qablara tökün. Üstünü bəzəmək istəyirsinizsə, balaca tavada yağı qızdırın. Qızan kimi, şirin bibər tozu əlavə edin (fışıldamalıdır). Sonra isə bu sousdan hər qaba bir az tökün. Şorbanın üstünə limon sıxıb, çörəklə yeyin.

QEYD 1: Bu şorba qaldıqca qatılaşır. Üstünə su əlavə edib qarışdırın.

QEYD 2: Əgər blenderiniz yoxdursa, onda ərzaqları ya kartof əzənlə əzin, ya da heç əzməyin. Belə halda kartof və yerkökünü sürtkəcin iri dişlərindən keçirin ki, bişəndə ərisinlər.

Afiyət Olsun!

Related Posts with Thumbnails
100 Şərh
  1. mmmm acdim lap))))
    Salam Feride cox sagol ellerine sagliq men merci supunu xoshlayiram amma ozum bishire bilmirem (((indi bu reseptden goturub oxlayaram

  2. Salam Feride xanim,ellerinize sagliq!Men mercimek corbasina Turkler demis:bayilirim.Amma men yerkoku,sogan vurmuram,duzdu bele de hazirlayirlar.Merciye sogan,tomat,duyu elave edib” Ezogelin corbasi”bisirirler,o da ela olur!.Men sade sevirem,daha yungul ve dadli olur,hazirlanmasi da cox asandi:mercini gaynadib kefini yigirsan,yagda 1/2 x.q.un qovurub duz,istiot vurub qarisdira-qarisdira qazana elave edirsen.Ayri tavada yagi qizdirib quru nane, qirmizi pul biber tokub altini sondurub corbanin uzerine tokursen!Afiyet olsun!

  3. SALAM Feride xanim .Men bu sorbani cox xoshlayiram.Bizim evde demek olar ki heftede 2 defe bishir.Sizin resept uzre bishirecem. Kartofu 2 yera bolunmush halda saxlamaq olar? Her gun birinci sizin bloqunuza baxiram ki gorum ne yenilik var.Sizden yenilikleri hemishe gozleyirik.

  4. SALAM FERIDE XANIM, COX COX SAG OLUN KI, BU SHORBANIN DEQIQ RESEPTINI VERDINIZ / HEC BIR SUALIM YOXDUR.FERIDE XANIM , BIR DE DIQQETINIZE CATDIRMAQ ISTERDIM KI, BIZIM EVDE EN COX BISHIRDIYIM PIROQ YUNAN , KABACKI PIROQUDUR/ BU PIROQU DADANLAR O GEDER XOSHLAYIRLAR KI, DEFELERLE MENE BISHIRTDIRIRLER/SADECE MINNETDARLIGIMI BILDIRIREM. :))

  5. Salam eride hanim,

    Mercimek corbasinin resepti dogrudur ,inaniram ki cox lezzetlidirde, amma daha da lezzetli olmasi ünün size bir tavsiyede bulunum: dediyiniz malzemeleri qaynatdikdan sinra bir assüzenden elle ezilerek kecirilse da güzel olur ve üzerine baska bir kabda tere yaginda 1 qasik un, nane pul biber qovuruldukdan sonra tomat ve biber tomati qoyarag qavurub corbaya qarisdirdikdan sonra duzunu qara biberini elave edib 5 deqiqe qaynatmak lazimdir.

    Menim de bilgilerimden yararlanmanizi isterim.
    Saytinizi cox beyendim ,size basariklar dilerim.

    Sevgilerle,
    Khadija Yildiz

  6. cox sagolun.mende bu nu oyrenmek isteyirdim amma tam duzgun formada tapa bilmirdim.inshallah bu dadli alinar.Allah razi olsun

  7. salam, Feride xanim men coxdadir bu sorbanin reseptini axtarirdim

  8. cox sag olun

  9. SALAM FERIDE XANIM NECESINIZ?BAKIDAN QUCAQ DOLU SALAMLAR.KECMIS RAMAZAN BAYRAMINIZ MUBAREK.BU SORBA COX ELADIR.MEN TEZ TEZ BISIRIREM AMA KARTOF ELAVE ETMIREM BU DEFE YOXLAYACAM HERHALADA DAHA TUTUTUMLU OLAR.NEYCUN YENI TORTLAR BISIRMIRSINIZ?YEQIN VAXT MEHDUDIYETDIYINDENDIR.HELELIK SAQOLUN.

  10. SLADKOYEWKA: Nush olsun:)

    ESMIRA: Cox sagh ol. Ezogelin sorbasini men de xoslayiram, tez tez bisirirem. Icine bulgur da elave edirem. Yaxsi olur.

    ULYA: Kartofu istediyin kimi kese bileren, amma b alaca olsa daha tez biser. Sonra blenderden kecir.

    CEYRAN: Cox sagh ol. Cox sevinirem ki, reseptlerimden istifade edirsen.

    Khadija: Bilgilerin icin cox tesekkkurler. Mutleq yararnalacagam.

    AYNURE, ULVIYYE: Deymez. Nush olsun:)

    SEMA: Tort tez tez bisirmediyim ucun reseptler de yavas yavas gelir:) Amma gelecek.

  11. Feride xanim,salam necesiniz?
    merci supu alindi cox qesheng ozude/ Bir daha size tewekkurumu bildirirem bu sayta gore. ve size sualim var. sizin kitabiniz varmi? ve yaxudda varsa men onu nece elde ede bilerem?cox sagolun,ma4 sizi.

  12. GUNAY: Sevindim. Nush olsun:)

    Kitabima geldikde ise, kitabim ingilis dilinde cixacaq, Amerikada. Helelik Azeri dilinde kitabim yoxdur, amma bilmek olmaz, o da olar:)

  13. Salam FERIDE xanim necesiniz.Merci sorbasini hazirladim cox dadli alindi size cox saq ol deyirem.Birinci defe idi ki bu sorbani hazirladim.Cox sevinirem.TESEKKURLER !

  14. Feride xanim, siz ele bil menim fikirlerimi oxudunuz – Qirmizi Merci Shorbasinin reseptini verdiniz. Butun Internetde axtar tapabilmeyeceksen!)) hem asan ve tez bishirilen hem de lezzetli dir. Ailemden yuz min teshekkur!!!

    Zehmet olmasa, Feride xanim, esil un halvasinin reseptini de verebileceksizniz mi)) ele BU resept da indi defisitdir)

    Ellerinize sagliq!!!!!

    Leyla

  15. LEYLA: Un halvasinin resepti refiqem Gullunun saytinda var: azerifood.com

  16. cox gozel reseptler yazirsiz tesekkur

  17. Feride xanim, chooox sag olun!

  18. En esası mercini 10-12 defe yuyun. Ag suyu tam getmemish bishirsez, merci gec acilir ve dadsiz olurI(

  19. cox sagolun. sadece olaraq men bileni bu corbaya unda qatilir axi:$

  20. AYGUN: Mercimek sorbasi Turkiyein muxtelif yerlerinde ferqli bisirilir. Bu ey yayqin formasinidir. Un qatilan novume sehf etmiremse SUZME MERCIMEK CORBASI deyirler. Yani ki, ola biler, amma bu reseptde yox. Nush olsun:)

  21. salam . men xahis edirem kim , qoyun buglamasinin hazirlanmasini bilirse yazsin.zehmet olmasa.

  22. salam seki asi bilen varsa resebini yazsinda

  23. SALAM FƏRİDƏ XANİM.MƏN MƏRCİMƏK SORBASİ HAQQİNDA COX ESİTMİSDİM AMMA BİSİRMƏMİSDİM.BU GUN BİSİRDİM.OGLUMUN ALERGİYASİ OLDUGU UCUN YERKOKU VURMADİM.COX DADLİ ALİNDİ.BİRDƏ VAR YASİL MƏRCİMƏK VAR ONU DA BUNUN KİMİ BİSİRMƏK LAZİMDİRMİ.SAG OLUN MİNNƏTDARAM.

  24. PERVANE: Yasil mercimeyi deyesen basqa cur bisirirler. Deqiq oyrensem yazaram

  25. Axsaminiz xeyir,necesiniz?Cavabiniza gore cox saq olun.Menim yoldasim bu sorbani yemekden otru hemise hansisa turk lokantalarina gedirdik.Nehayetki yayda bunun reseptini bir turk saytindan tapdim,onunda dadi super olur.Cox gumanki bu reseptde yaxsidir.Men sayta abune oldum,Amma size yene sualim var :) sayta ilk daxil olduqda avtomotik olaraq daxil olunur,yoxsa ?Meselen size yazmaq ucun ele hemise haxsisa resepte sehr yazmaq lazimdir yoxsa basqa yolu var.Cunki ne qeder baxmisamsa size bir basa elaqe gormurem :))

  26. COX XOSUMA GELDI AMA ZEHLEM GEDIR BU YEMEKLERDEN

  27. canim FERIDE XANIM MEN MERCIMEK SORBASINI COX BISIRMEK ISTEMISEMAMMA ALINMAYIB BUNU DENEYIB SIZE DEYECEM

  28. Menim hazirladigim merci sorbasi sizin ikinci reseptle uygunlasir, amma men koku de surtgecden kecirdikden sonra soganla yagda azca qarisdiriram yeni yaga dusenden sonra mercinin uzerine elave edirem. Nush olsun :)

  29. salam

  30. salam men qoyun etinin buglamasinin reseptinin istiyirem. cox sagolun

  31. men bunu coxdan bilirdim hazirlamisam cox dadlidi.

  32. Hadice xanimla tam raziyam. awsuzenden ke4irilmesi meslehetdir. mercinin qabiqlari mede bagirsaq u4un o qeder de xeyirli deyil

  33. Fəridə xanım Mərci şorbasının reseptinə görə çox sağolun.Neçə vaxt idi ki, bu şorbanın reseptini axtarırdım.

  34. salam Feride xanim.men merci şorbasini çox tez-tez bişirirem esas da hava serin olanda daha lezzetli olur .teşekkürler.

  35. Feride xanim mene toyuq levengisinin resepti lazimdir tam deqiq nece olmalidi..çoxlarindan soruşmuşam her kes başqa şeyler deyir xahiş etsem onu mene yaza bilersiniz ..gözleyecem sağ olun..

  36. salam zehmet olmasa mene merci supunun hazirlanmasini yazin.bashqa variantda olan eger varsa.

  37. salam Feride xanim!Cox saq olun,cox gozel reseptler verirsiniz.Ancaq men ozum bu corpani biwirende onu et suyunda,ve biwmiw eti mawindan kecirib ona qataraq biwirirem,o da cox gozel olur.Sizce,Turkiyede bunun etle biwen varianti var?

  38. YEGANA: Duzu etli novunu esitmemisem, amma ola biler.

  39. ferde xanim teshekkur edirem esl merci shorbasinin reseptini bize teqdim etdiyiniz ucun.menim ise oz metodum var tam ayri formada bishirirem merci shorbasini coxda lezetli alinir.istesez resepti yazaram.birde sizden xahishim var mumkundurse zehmet olmasa turklerin hazirladigi kuru fasulye yemeyini teqdim ederdizde bize.

  40. Feride xanim,her weye gore tewekkurler,men de Mehriban xanimin xahiwine qatilib sizden mumkunse kuru fasulyenin reseptini yazmaqinizi xahiw edirem.

  41. Salam feride xanim.Feride xanim Yazdiginiz yemekler verdiyiniz terkibatlar cox gozeldir.Yeqin ki asbazsiniz?Cunki verdiyiniz terkibatlarda neyse gizli saxlayirsiniz.O ki qaldi Merci supuna esil Turk mercisinde kartof,yerkoku olmur.

  42. YUSIF: Salam. Xeyir asbaz deyilem. Neyi gizli saxladigimi basa dusmedim. Reseptleri ozum nece hazirlayiramsa hamiya ele catdirmaga calisiram. Eger kimse reseptin terkibini gizli saxlamaq isteyerdise, onda size bu bloqu yaradardi? Mercimek supuna geldikde ise, bilmirem Turkiyede olmusunuz ya yox. Amma orda her seherin, her bolgenin, her kendin oz mercimek corbasi var. Kimi suzme mercime bisirir, kimi adi mercimek sorbasi, kimisi karktof vurur, kimi vurmur. Musahidenize ve serhinize gore cox sag olun.

  43. FERIDE XANIM evvelceden size tesekkur edim butun bu reseptler ucun.bu gun merci sorbasini bisirdim cox dadli alindi.ama bir sey sorusmaq isteyirem.kartofu,koku bisenden sonra ezmek bir az cetin olur tam pure kimi olmur.bele olar ki terevezleri evvelden surtkecden kecirib sonra bisirek?

  44. Salam Feride xanım bu gözel blogunuzdan dolayı sizi tebrik edirem.Genc gızlarımıza metbex sirlerini öyredirsiniz.bu cox teqdir edilen bir şey.Nigar xanıma cavab verelim ki,gırmızı mercimek çorbasının gözel olması üçün metbexinizde blenderiniz olsa çox gözel olur.türk metbexiinin çorbalarının kıvamı homojen olmalı yanı blenderden keçirilmesi lazım,sürtgecden keçirmeniz gözel olmaz.Bir de men türkiyede Ezogelin çorbası bişirmeyi öyrendim.bu da kırmızı mercimek çorbasının bir çeşididir.Çox lezzetlidir ve de cox asan ve tez bişirilir.ve blender istifade olunmur.el çırpıcısı istifade olunur.inanılmaz lezzetlidir.bizim ailemizin favori çorbasıdır.sevgi ve saygılarımla

  45. beh beh beh

  46. Salam, mercimek shorbasi reseptine gore sagolun. Amma, mene bir sey muemmali qaldi reseptde 6 stekan un lazim oldugu gosterilir. Amma, ondan ne ucun istifade edileceyi baresinde hec bir melumat yoxdu. Zehmet olmasa bu haqda melumat verin

  47. RƏŞİDƏ – Un deyil su yazılıb. 6 stəkan su.

  48. Feride, butun reseptlercun cox sagol. Menim nisanlim bu sorbani xoslayir,is basa dusdu;) Allah razi olsun

  49. cox super shorbadir.Feride xanim mumkunse alma piroqunun reseptini yazardiniz.

  50. cox gozel shorbadi.Feride xanim mumkunse alma piroqunun reseptini yazardiz

  51. cox dadli yemek novudur.siz qaymaqli shorba reseptini yaza bilersinizmi?(mumkunse)

  52. cox sag olun men telebeyeb butun xoreklei ozum biwirmek mecburiyetindeyem ozum menrci biwirende hec yaxsi alimirdi meslehetlerinizi sinadim sinaqdan “5” aldiniz. Size ugurlar bir daha tesekkur

  53. Evvala,salam.
    Sizin kimi Aizerbaycan Qadinina ehsen!!
    Men de metbaxi sevirem,herseye oz fantaziyami da uyqun olarsa elave etmeyi xoslayiram.
    Sizde en cox deyerlendiyim shey odur ki fikrinizi bizim kimi oxuculara cox gozel catdira bilirsiz,ele insanlar var neyise unudur demeyi,size ehsen ki herseye cox hessas yanasib detalinca izah edirsiz.
    hemise izleyecem bu linki.
    UQURLAR DILEYILE ALLAHA EMANET OLUN!!!!

  54. blendrle olan suplar

  55. blendrle olan suplari oyrenmek isteyirem bilmirsiz?

  56. en sevdiyim yemeydi !!!!!!!!!

  57. Çox saq ol indi gedib bişirərəmş.

  58. Salam,her iki variant yaxşidir,amma amma 1.si daha sağlıqlıdır.Təşəkkürlər…

  59. cox sag olun.men bisirdim cox dadli alindi.qeyd etmeliyem ki,en cox sevdiyim supdur.

  60. cox maraqlidir

  61. mende bisirirem amma blendirden istifade etmirem butun erzaqlari tyorkadan keciirem

  62. evde bisirirler bu sorbani. amma nedense gorunduyu kimi dadli olmur.

  63. Salam, Feride xanim! Biz tanishiq, yeni shexsen olmasa da, Mirseid balaya destek olmushduz) Men sizi tanish etmishdim.
    Bu resepti ise men choxdan burdan goturmushem, istifade de etmishem, choooox gozel alinib, esl merci supu bele olmalidir, mence de!
    Teshekkur etmek istedim, o vaxti tanimirdim sizi, amma indi taniyiram, ve shexsen teshekkurumu bildirirem!!!

  64. cox sagolun Feride xanim men sizin verdiyiniz 2ci variantda hazirladim dadli alindi

  65. Feride xanim biz merciyi sade usulla bisirirdik bu usullada bisirerik:)

  66. en sevdiyim sulu xorek(xashdan sonra)

  67. eyni bele bishirirem hami beyenir

  68. salam aleykum, men pishirmekde yeniyem, bu gun bu supu pishirdim, amma bilmirem neden ogeder dadsiz olduki, hech bilmedim niye(, belke ikinci variantini pishirim sabah baxim necedi.

  69. birde bu merci puresi oldu daha chox , istiyerdim sulu olsun.

  70. Salam feride xanim merci supunu cox sevirem.ama men bu supu baska cur edirem.feride xanim yasil merciye aid sup bilsez yazarsizda yasil mercide cox dadlidi

  71. Salam Feridə xanim. Resept üçün cox sağ olun. Ele mene tam lazim olan resepti verdiniz. Cox sağ olun

  72. Cooox saq olun yardimlariniz ucun.Bu gun mene cox komekci oldunuz.

  73. Salam, har weya gora cox sagolun, amma, bir sualim var man qirrmizi marcini qaynadannan sinra rangi olur sari bu nadandi? Va kimdasa bela olur? cox sagolun.

  74. salamlar haiya”… cooox dadli supdur. lap acdimee. feride xanim twk edirem sizeki bele dadli reseptlerinizi bizimle boluwursunuz…ALLAH caninizi sag elesin…. opurem sizi…. Mutleq hazirlayacam sabah…

  75. sezar salatinin reseptini isteyirem ay qizlar ona adi kelem vurulmur birdeki onun sosuna hansi edvalar qatilir.
    restaranda yedim cox xowuma geldi ama bilmirem nece hazirlamisdilar.. xaiw ediren bilen varsa fikrini bildirsin”…..

  76. he Vafa xanim mende qaynadanda rengi saralir bilmirem niya
    hec mercinin qirmizisi supa cixmir olur sapsari….

  77. Salam Fəridə xanım Çox sağ olun sizin verdiyiniz qaydayla mərci çorbasını bişirdim ALLAH sizdən razı olsun Mümkünsə mənə Pizzanın bişirilmə qaydasını mənə deyə bilərmisiniz Öncədən təşəkkür edirəm

  78. blendri qazanin icine salib erzaqlari blendrdan keciririk yoxsa erzaqlari basqa bosqaba qoyub blendrdan keciririk

  79. Iftara Biwirdim coox dadli alindi, rewekkur esirem size ;)

  80. halal olsun size cox aciq ve net yazirsiz… bir isi pisdi ki salatlar sorbalar yazan kimi hamisi gelmir gerey adlari ayri ayri yazaq ki gelsin.. meselen sorbalarin icinde merci yoxdu merciye baxmaq ucun ayrica yazmaq lazimdi

  81. biwirdim ela cixdi..hami beyendi.. twk

  82. Salam Feride Xanim recepte gore Coxsagol Sabax bishirmek fikirim var.Ama kartof,kok merci qarishimini usdelik yag sogani sonrada terkadan kecirmey cetin olar mence(blender olmadigi ucun)xahish edirem cavab yazasiz

  83. Feride Xanim Cooxsagolun hazirladim ele indice bu shorbani.Cox Gozel alindi cooxsagolun!!!Inshaallah bu yaxin gunlerde pizza va paxlava recepetlerini sinaqdan kecirmey fikirim var.Allah Sizden Cox Cox razi Olsun!

  84. Super 1-ci defe eledim ela alindi. cooox sag olun

  85. Fəridə xanım, çox sağ olun resept üçün. Mənə çox kömək oldu və inanıram ki, dadlı alındı :)

  86. Fəridə xanım, çox sağ olun resept üçün. Mənə çox kömək oldu və inanıram ki, dadlı alındı :)

  87. merci worbasini sevirem.

  88. Sizin facebook adresinizi zahmat olmasa oyrenmek isterdim

  89. Bu merci şorbası deyil bu şorbanın adı Ezo Gelindir. esl Mercide kartof sogan kok virulmur

  90. Feride xanim coxdandi bu spu axtarirdim cox sagolun

  91. Bu sorba coox gozeldi

  92. Bu sorba coox gozeldi

  93. feride xanim salam.supu cox beyendim .

  94. 2 variantdan hansini etsek? hansın daha çox məsləhət görərsiz? soğanın dadını çox da xoşlamırıqsa, yəni soğanın dadı hansında daha az hiss olunar ki? .. تşəkkürlər

    • NECAB, soğan qızardılan variantı bəyənirəm.

    • ONCE MERHABA SUNLA BASLAYIM BEN BIR TURK OLARAQ MERCIYI ILK DEFA 2 GUN ONCE IFTARA GITDIYIM YERDE YEMISDIM VE DE BEYENDIM SIMDI MERCIMEK CORBASINI BISIRDIM OZUM YEMISEM VE SIZLERE SU MEKTUBLERI GONDERIYARUM FAKAT BEN YA KOK DIYIL YADA KARTOSKA BURMAMISIM HER NE ISE BOYLE DAHA IYI HEMDE IYI RAHAT SINDIRILIYAR TSK

  95. Men mercini yuyuram bir gabda isladiram biraz kecennen sonra merci suyu canina cekir ve acilir.gazanda yag sogan edirem icine duz istiot tomat pul biber biraz da un vurub govururam. .govruldugdan sonra uzerine et bulyonu elave edib gaynamaga goyuram.gaynayandan sonra mercini elave edirem biraz da sarikok.goyuram bismeye zovge gore xirda dogranmish kartof da vura bilersiz.bisdikden sonra mutleg uzerine guru nane sepirem.cox lezzzetli olur.bu resept meslehetlidi

  96. Feride xanim, cox tewekkur.Bu deqiqe biwirdim sizin reseptle.Cox gozel alindi.Dadli..tewekur edirem

  97. yoldasim hec sulu yemek yemir.Amma buna yox demedi.indi her hefte bu bisirilir evimizde.
    tesekkur

  98. cOk LeZiZ gOrUkUyOr YaA

Sizin Şərhiniz