kataloq

Qırmızı Mərci Şorbası (Kırmızı Mercimek Çorbası)

Oxucularımın çoxsaylı istəklərini nəzərə alaraq, bu gün onlara Türk mətbəxinin ən çox sevilən şorbası olan Mercimek Çorbasının necə hazırlanmasını izah edəcəyəm. Bu şorba Türkiyənin müxtəlif yerlərində bir az fərqli qaydada bişirilsə də, içində istifadə olunan ərzaqların hamısı, demək olar ki, eynidir. Bəzi yerlərdə buna  müxtəlif ədviyyalar da qatırlar. Mənim bişirdiyim üsul Türkiyədə daha çox bilinən üsuldur. Sizə iki resept verirəm. Aralarındakı fərq cüzidir. İstədiyinizi seçib, bişirin. Mən hər ikisini də bəyənirəm.

Qırmızı Mərci Şorbası (Kırmızı Mercimek Çorbası)

4 porsiya üçün nəzərdə tutulub

1 stəkan  qırmızı mərci
1 ədəd orta boy soğan - xırda-xırda doğrayın
1 ədəd orta boy yerkökü  - xırda-xırda doğrayın
1 ədəd orta boy kartof - xırda-xırda doğrayın
1 xörək qaşığı tomat (tomat pastası)
6 stəkan su
zövqə görə duz
zövgə görə istiot (şorbanın acı olmasını istəyirsinizsə, bir az acı qırmızı pul bibər əlavə edin)
1-2 qaşıq yağ

Üstü üçün (bu zəruri deyil və şorbanın süfrəyə verəndə gözəl görünməsi üçün edilir -  şəkildəki kimi)
2 x. qaşığı kərə yağı və yaxud zeytun yağı
1/3 çay qaşığı qırmızı şirin bibər tozu (paprika)

Süfrəyə vermək üçün:
limon
çörək

Variant 1:

Mərci, soğan, kartof, yerkökü və suyu bir qazana qoyub qaynadın. Orta  odda üstünü örtmədən təxminən 20-25 dəqiqə ərzində bişirin. Bu müddət ərzində şorbanın üzünə kəf çıxarsa, kəfi yığın. Tez-tez qarışdırın ki, dibi yanmasın. Ərzaqlar yumuşalanda, blenderdən keçirin ki, püre halına gəlsin. Duz və istiot vurun. Şorbanızın daha ləzzətli olması üçün yağ əlavə edib qarışdırın. Dİyetik şorba istəyirsinizsə, onda yağa gərək yoxdur.

Şorbanı qablara tökün. Üstünü bəzəmək istəyirsinizsə, balaca tavada yağı qızdırın. Qızan kimi, şirin bibər tozunu yağa əlavə edin (fışıldamalıdır). Sonra isə bu sousdan bir az qabdakı şorbalara  tökün.

Şorbanın üstünə limon sıxıb, çörəklə yeyin.

Variant 2:

Mərci, kartof, yerkökü və suyu bir qazana qoyub qaynadın. Bu vaxt soğanı yağda bir az qızardın. Üstünə tomatı əlavə edib, qarışdıra-qarışdıra bişirin. Sonra bu qarışığı mərci olan qazana tökün. Qoyun hamısı bir yerdə yumuşalanadək bişsin. Bu müddət ərzində şorbanın üzünə kəf çıxarsa, kəfi yığın. Tez-tez qarışdırın ki, dibi yanmasın. Ərzaqlar yumuşalanda, blenderdən keçirin ki, püre halına gəlsin. Duz və istiot vurun.

Şorbanı qablara tökün. Üstünü bəzəmək istəyirsinizsə, balaca tavada yağı qızdırın. Qızan kimi, şirin bibər tozu əlavə edin (fışıldamalıdır). Sonra isə bu sousdan hər qaba bir az tökün. Şorbanın üstünə limon sıxıb, çörəklə yeyin.

QEYD 1: Bu şorba qaldıqca qatılaşır. Üstünə su əlavə edib qarışdırın.

QEYD 2: Əgər blenderiniz yoxdursa, onda ərzaqları ya kartof əzənlə əzin, ya da heç əzməyin. Belə halda kartof və yerkökünü sürtkəcin iri dişlərindən keçirin ki, bişəndə ərisinlər.

Afiyət Olsun!

Related Posts with Thumbnails

31 Comments Add your own

  • 1. sladkayewka  |  Sentyabr 23rd, 2009 at 10:26 pm

    mmmm acdim lap))))
    Salam Feride cox sagol ellerine sagliq men merci supunu xoshlayiram amma ozum bishire bilmirem (((indi bu reseptden goturub oxlayaram

  • 2. Esmira  |  Sentyabr 23rd, 2009 at 11:36 pm

    Salam Feride xanim,ellerinize sagliq!Men mercimek corbasina Turkler demis:bayilirim.Amma men yerkoku,sogan vurmuram,duzdu bele de hazirlayirlar.Merciye sogan,tomat,duyu elave edib” Ezogelin corbasi”bisirirler,o da ela olur!.Men sade sevirem,daha yungul ve dadli olur,hazirlanmasi da cox asandi:mercini gaynadib kefini yigirsan,yagda 1/2 x.q.un qovurub duz,istiot vurub qarisdira-qarisdira qazana elave edirsen.Ayri tavada yagi qizdirib quru nane, qirmizi pul biber tokub altini sondurub corbanin uzerine tokursen!Afiyet olsun!

  • 3. ulya1  |  Sentyabr 24th, 2009 at 6:16 am

    SALAM Feride xanim .Men bu sorbani cox xoshlayiram.Bizim evde demek olar ki heftede 2 defe bishir.Sizin resept uzre bishirecem. Kartofu 2 yera bolunmush halda saxlamaq olar? Her gun birinci sizin bloqunuza baxiram ki gorum ne yenilik var.Sizden yenilikleri hemishe gozleyirik.

  • 4. Ceyran  |  Sentyabr 24th, 2009 at 10:25 pm

    SALAM FERIDE XANIM, COX COX SAG OLUN KI, BU SHORBANIN DEQIQ RESEPTINI VERDINIZ / HEC BIR SUALIM YOXDUR.FERIDE XANIM , BIR DE DIQQETINIZE CATDIRMAQ ISTERDIM KI, BIZIM EVDE EN COX BISHIRDIYIM PIROQ YUNAN , KABACKI PIROQUDUR/ BU PIROQU DADANLAR O GEDER XOSHLAYIRLAR KI, DEFELERLE MENE BISHIRTDIRIRLER/SADECE MINNETDARLIGIMI BILDIRIREM. :))

  • 5. Khadija Yildiz  |  Sentyabr 25th, 2009 at 2:52 pm

    Salam eride hanim,

    Mercimek corbasinin resepti dogrudur ,inaniram ki cox lezzetlidirde, amma daha da lezzetli olmasi ünün size bir tavsiyede bulunum: dediyiniz malzemeleri qaynatdikdan sinra bir assüzenden elle ezilerek kecirilse da güzel olur ve üzerine baska bir kabda tere yaginda 1 qasik un, nane pul biber qovuruldukdan sonra tomat ve biber tomati qoyarag qavurub corbaya qarisdirdikdan sonra duzunu qara biberini elave edib 5 deqiqe qaynatmak lazimdir.

    Menim de bilgilerimden yararlanmanizi isterim.
    Saytinizi cox beyendim ,size basariklar dilerim.

    Sevgilerle,
    Khadija Yildiz

  • 6. Aynure  |  Sentyabr 25th, 2009 at 10:37 pm

    cox sagolun.mende bu nu oyrenmek isteyirdim amma tam duzgun formada tapa bilmirdim.inshallah bu dadli alinar.Allah razi olsun

  • 7. ulviyye  |  Sentyabr 26th, 2009 at 9:10 am

    salam, Feride xanim men coxdadir bu sorbanin reseptini axtarirdim

  • 8. ulviyye  |  Sentyabr 26th, 2009 at 9:11 am

    cox sag olun

  • 9. Sema  |  Sentyabr 27th, 2009 at 12:51 am

    SALAM FERIDE XANIM NECESINIZ?BAKIDAN QUCAQ DOLU SALAMLAR.KECMIS RAMAZAN BAYRAMINIZ MUBAREK.BU SORBA COX ELADIR.MEN TEZ TEZ BISIRIREM AMA KARTOF ELAVE ETMIREM BU DEFE YOXLAYACAM HERHALADA DAHA TUTUTUMLU OLAR.NEYCUN YENI TORTLAR BISIRMIRSINIZ?YEQIN VAXT MEHDUDIYETDIYINDENDIR.HELELIK SAQOLUN.

  • 10. FƏRİDƏ  |  Sentyabr 28th, 2009 at 10:50 am

    SLADKOYEWKA: Nush olsun:)

    ESMIRA: Cox sagh ol. Ezogelin sorbasini men de xoslayiram, tez tez bisirirem. Icine bulgur da elave edirem. Yaxsi olur.

    ULYA: Kartofu istediyin kimi kese bileren, amma b alaca olsa daha tez biser. Sonra blenderden kecir.

    CEYRAN: Cox sagh ol. Cox sevinirem ki, reseptlerimden istifade edirsen.

    Khadija: Bilgilerin icin cox tesekkkurler. Mutleq yararnalacagam.

    AYNURE, ULVIYYE: Deymez. Nush olsun:)

    SEMA: Tort tez tez bisirmediyim ucun reseptler de yavas yavas gelir:) Amma gelecek.

  • 11. Gunay  |  Sentyabr 30th, 2009 at 4:01 am

    Feride xanim,salam necesiniz?
    merci supu alindi cox qesheng ozude/ Bir daha size tewekkurumu bildirirem bu sayta gore. ve size sualim var. sizin kitabiniz varmi? ve yaxudda varsa men onu nece elde ede bilerem?cox sagolun,ma4 sizi.

  • 12. FƏRİDƏ  |  Sentyabr 30th, 2009 at 8:07 am

    GUNAY: Sevindim. Nush olsun:)

    Kitabima geldikde ise, kitabim ingilis dilinde cixacaq, Amerikada. Helelik Azeri dilinde kitabim yoxdur, amma bilmek olmaz, o da olar:)

  • 13. cinara  |  Oktyabr 6th, 2009 at 10:16 pm

    Salam FERIDE xanim necesiniz.Merci sorbasini hazirladim cox dadli alindi size cox saq ol deyirem.Birinci defe idi ki bu sorbani hazirladim.Cox sevinirem.TESEKKURLER !

  • 14. Leyla  |  Oktyabr 23rd, 2009 at 12:08 pm

    Feride xanim, siz ele bil menim fikirlerimi oxudunuz - Qirmizi Merci Shorbasinin reseptini verdiniz. Butun Internetde axtar tapabilmeyeceksen!)) hem asan ve tez bishirilen hem de lezzetli dir. Ailemden yuz min teshekkur!!!

    Zehmet olmasa, Feride xanim, esil un halvasinin reseptini de verebileceksizniz mi)) ele BU resept da indi defisitdir)

    Ellerinize sagliq!!!!!

    Leyla

  • 15. FƏRİDƏ  |  Oktyabr 26th, 2009 at 12:30 pm

    LEYLA: Un halvasinin resepti refiqem Gullunun saytinda var: azerifood.com

  • 16. mehriban  |  Oktyabr 26th, 2009 at 3:16 pm

    cox gozel reseptler yazirsiz tesekkur

  • 17. Leyla  |  Oktyabr 31st, 2009 at 9:33 am

    Feride xanim, chooox sag olun!

  • 18. Lale Si  |  Noyabr 5th, 2009 at 10:22 pm

    En esası mercini 10-12 defe yuyun. Ag suyu tam getmemish bishirsez, merci gec acilir ve dadsiz olurI(

  • 19. Aygun  |  Noyabr 11th, 2009 at 5:23 am

    cox sagolun. sadece olaraq men bileni bu corbaya unda qatilir axi:$

  • 20. FƏRİDƏ  |  Noyabr 11th, 2009 at 8:58 pm

    AYGUN: Mercimek sorbasi Turkiyein muxtelif yerlerinde ferqli bisirilir. Bu ey yayqin formasinidir. Un qatilan novume sehf etmiremse SUZME MERCIMEK CORBASI deyirler. Yani ki, ola biler, amma bu reseptde yox. Nush olsun:)

  • 21. aygun  |  Dekabr 12th, 2009 at 10:47 am

    salam . men xahis edirem kim , qoyun buglamasinin hazirlanmasini bilirse yazsin.zehmet olmasa.

  • 22. aynur  |  Dekabr 18th, 2009 at 5:55 am

    salam seki asi bilen varsa resebini yazsinda

  • 23. PƏRVANƏ  |  Dekabr 22nd, 2009 at 3:34 am

    SALAM FƏRİDƏ XANİM.MƏN MƏRCİMƏK SORBASİ HAQQİNDA COX ESİTMİSDİM AMMA BİSİRMƏMİSDİM.BU GUN BİSİRDİM.OGLUMUN ALERGİYASİ OLDUGU UCUN YERKOKU VURMADİM.COX DADLİ ALİNDİ.BİRDƏ VAR YASİL MƏRCİMƏK VAR ONU DA BUNUN KİMİ BİSİRMƏK LAZİMDİRMİ.SAG OLUN MİNNƏTDARAM.

  • 24. FƏRİDƏ  |  Dekabr 30th, 2009 at 2:37 pm

    PERVANE: Yasil mercimeyi deyesen basqa cur bisirirler. Deqiq oyrensem yazaram

  • 25. Guler  |  Yanvar 8th, 2010 at 2:06 pm

    Axsaminiz xeyir,necesiniz?Cavabiniza gore cox saq olun.Menim yoldasim bu sorbani yemekden otru hemise hansisa turk lokantalarina gedirdik.Nehayetki yayda bunun reseptini bir turk saytindan tapdim,onunda dadi super olur.Cox gumanki bu reseptde yaxsidir.Men sayta abune oldum,Amma size yene sualim var :) sayta ilk daxil olduqda avtomotik olaraq daxil olunur,yoxsa ?Meselen size yazmaq ucun ele hemise haxsisa resepte sehr yazmaq lazimdir yoxsa basqa yolu var.Cunki ne qeder baxmisamsa size bir basa elaqe gormurem :))

  • 26. SAMIRE  |  Yanvar 24th, 2010 at 12:51 pm

    COX XOSUMA GELDI AMA ZEHLEM GEDIR BU YEMEKLERDEN

  • 27. aynure  |  Fevral 17th, 2010 at 12:47 am

    canim FERIDE XANIM MEN MERCIMEK SORBASINI COX BISIRMEK ISTEMISEMAMMA ALINMAYIB BUNU DENEYIB SIZE DEYECEM

  • 28. Bahar  |  Mart 25th, 2010 at 7:49 am

    Menim hazirladigim merci sorbasi sizin ikinci reseptle uygunlasir, amma men koku de surtgecden kecirdikden sonra soganla yagda azca qarisdiriram yeni yaga dusenden sonra mercinin uzerine elave edirem. Nush olsun :)

  • 29. erestun  |  Aprel 21st, 2010 at 9:44 am

    salam

  • 30. erestun  |  Aprel 21st, 2010 at 9:45 am

    salam men qoyun etinin buglamasinin reseptinin istiyirem. cox sagolun

  • 31. nigar  |  May 2nd, 2010 at 2:55 am

    men bunu coxdan bilirdim hazirlamisam cox dadlidi.

Şərh Yaz

Lazımdır

Lazımdır, bloqda görünməyəcək

(Varsa)

Trackback this post  |  Subscribe to the comments via RSS Feed