kataloq

Maskarpone Pendiri (Mascarpone)

Maskarpone Pendiri (Mascarpone)
Mənbə: Baking Obsession (pendirin şəkli bu keçiddə var)

Bu pendir Tiramisu şirniyyatının kreminin hazırlanması üçün sizə lazım olacaq.

340 qram pendir üçün

Ərzaqlar

500 ml (2 stəkan) 36 %-lik pasterizə edilmiş süd qaymağı
1 xörək qaşığı limon suyu

Enli qazana 3 santimetrə qədər su töküb qaynadın. Sonra qazı azaldın ki, su yavaşca qaynasın. Qaymağı oda dayanıqlı kasaya töküb, bu kasanı qazanın içinə oturdun (suyun içinə). Tez-tez qarışdıra-qarışdıra, qoyun krem 88C-dək istinsin. Bunu xüsusi mətbəx termometri vasitəsilə ölçə bilərsiniz. Mətbəx termometrəniz yoxdursa, əgər qaymağın üstünə köpüklər çıxmaq istəyirsə, deməli qaymaq yetərli dərəcədə istinib. Bu proses hardasa 15 dəqiqə çəkəcək.

Sonra qaymağa limon suyunu əlavə edin, və kütlə qatılaşanadək (bir qədər çürüyən kimi olacaq, amma kəsmikdə olduğu kimi çürüməyəcək) dəyanmadan qarışdırın.  Kasanı sudan kənara çəkib 20 dəqiqə ərzində soyudun.

Sonra isə xırda deşikli süzgəcə (ələk kimi) 4 qat nəm tənzif (marlya) sərin. Bişmiş və soyumuş qaymağı tənzifə tökün. Süzgəc qalsın altında. Tənzifi qatlamayın, qaymağı qarışdırmayın. Qaymaq tamamilə soyuduqdan sonra üstünü mətbəx sellofanı ilə örtün  və elə süzgəcdəcə soyuducuya qoyun. Qaymaq soyuducuda ən azı 8 saat qalmalıdır ki, bərkisin. Onu axsamdan hazırlayıb səhərə kimi soyuducuda saxlasanız, vaxtınıza qənaət etmiş olarsınız. Qaymaq bərk krem-pendir halına gələcək. Maskarpone pendiri soyuduca 3-4 gün qala bilər.

Related Posts with Thumbnails

9 Comments Add your own

  • 1. AZ Cookbook - Azərbaycan&hellip  |  Mart 30th, 2010 at 2:48 pm

    [...] çay qaşığı brendi dörtdə bir stəkan şəkər tozu (110 qram) üçdə bir stəkan (75 qram) maskarpone pendiri 24-30 ədəd qadın barmağı qurabiyəsi 2 xörək qaşığı şirnisiz kakao [...]

  • 2. nigar  |  Aprel 1st, 2010 at 6:38 am

    cox tewekkur edirem hazirlayacam.mutleq reseptlerinizi yerlesdirin.oxuyub yararleneq.bes oz milli pendirimizi nece hazirlayaq?bilirsinizse bize de deyin.onceden tesekkur edirem.

  • 3. Məleykə  |  Aprel 4th, 2010 at 12:37 pm

    Fəridə xanım 36 %-lik pasterizə edilmiş süd qaymağı mən bilmirəm nədir mağazada satılan 500qramlıq hazır smitandır? zəhmət deyilsə pasterizə edilmiş süd qaymağını mənə başa salarsızda nədir nolar öpdüm

  • 4. FƏRİDƏ  |  Aprel 5th, 2010 at 9:45 am

    MƏLEYKƏ: Süd qaymağı və smetan fərqli məhsullardır. Süd qaymağı südün üzünə çıxan qaymaqdır, yağlı yeridir. Onu elə qaymaq kimi satərlar dükkanlarda. Sulu olur, amma süddən qatə, çünki qaymaqdır.

  • 5. Məleykə  |  Aprel 5th, 2010 at 12:26 pm

    Aha inda anladım çox sağolun Fəridə xanım elə bizim rayonda mənim alıb evdə bişirdiyim südün üzərində nəqədər qaymaq olur mən onu istifadə adəcəyəm və bu yaxınlarda Teramisu hazırlayacağam sizin verdiyiniz dəyərli resept sayəsində mən şirniyyatı çox sevirəm və sizin reseptləri görüb hamısını bişirmək və oturub yemək istəyirəm amma bu kökəlmək olmasa lap əla olar

  • 6. xatire  |  May 22nd, 2010 at 12:21 pm

    salam feride men ukraynada yasiyiram ona gore produktlarin adini cox bilmerem.ama intiresno sud gaymaqi nedir.sagol

  • 7. FƏRİDƏ  |  May 22nd, 2010 at 3:17 pm

    XATIRE: Sud qaymagi Rusca SLIVKI adlanir. Ukraynaca da yegin ona yaxin bir sozdur.

  • 8. nervin80  |  Avqust 31st, 2010 at 4:33 am

    mene gaymagli kremin resepti lazimdi bilen varsa yazsin xaiw edirem..noolar..bu kremden en coz azzadaki torlarda istifade olunur

  • 9. Aynu-şəkili  |  Fevral 25th, 2011 at 3:21 am

    Nervin80: Tortla bölməsinə gi orda çiyələkli tort var orda qaymaqlı kremden istifadə olunub ordan resepti götürə bilərsiniz.

Şərh Yaz

Lazımdır

Lazımdır, bloqda görünməyəcək

(Varsa)

Trackback this post  |  Subscribe to the comments via RSS Feed