Best in the World!
Dadlı yemək reseptləri bloqu

Meksikasayağı Pendirli Kesadiya (Quesadilla)

Westgold

 
Cheese Quesadilla

Uşaqlar məktəbdən evə gələndə həmişə yeməyə nəsə axtarırlar. Tez-tez onlara kesadiya (ispanca quesadilla) bişirirəm. Queso ispanca pendir deməkdir. Kesadiya hazırlamaq üçün Meksika yuxası olan tortiyanın arasına əsasən pendir, bəzən toyuq və tərəvəz doldurub tavada bişirilir.

Mozzarella Cheese

Tortiya buğda unundan və yaxud qarğıdalı unundan hazırlanır. Görünüşü  lavaşa bənzəyir, amma lavaşdan bir qədər qalın olur. Bu gün təqdim edəcəyim resepti lavaşdan da hazırlaya bilərsiniz. Lavaş çox nazikdirsə (kağız kimi), iki lavaşı üstü üstə qoya bilərsiniz. Çox nazik deyilsə, bir lay lavaş da kifayətdir.

Cheese Quesadilla

Meksikasayağı Pendirli Kesadiya (Quesadilla)

Bir başqa variant olaraq toyuqlu kesadiya da hazırlaya bilərsiniz. Bunun üçün pendirin üstünə xırda doğranmış bişmiş (suda, qrildə, sobada) toyuğun döş əti, doğranmış bibər və az miqdarda pomidor qoyub aşağıdakı qaydada bişirin.

4 ədəd kesadiya üçün

Ərzaqlar:

4 tortiya çörəyi və yaxud lavaş (lavaş çox nazikdirsə, 8 lavaş)
Təxminən 2 stəkan sürtgəcdən keçirilmiş pendir (Çedar pendiri, Hollad pendiri, Mozarella pendirili – bunların qarışığından istifadə edə bilərsiniz)
Westgold kərə yağı

Hazırlama Qaydası:

Cheese Quesadilla

Tortiya və yaxud lavaşın yarısına şəkildə gördüyünüz kimi  pendir səpin.

Cheese Quesadilla

Lavaşın digər tərəfiylə pendiri örtün.

Cheese Quesadilla

Teflon tavada bir çay qaşığı kərə yağı əridin. Kesadiyanın hər iki tərəfini qızardın. Hər kesadiya üçün kərə yağı qızdırın. Bir başqa variant əsasında kesadiyaları yağsız tavada bişirə bilərsiniz, sonra isə üstünə kərə yağı çəkib süfrəyə verə bilərsiniz.

Cheese Quesadilla

Bişən kesadiyaları isti-isti doğrayıb süfrəyə verin.

Cheese Quesadilla

Westgold

Bir cavab yazın

3 Şərh
  1. Bizdə bu fason bir sey bisiririk. Ama evde olan her hansi pendir və ya kəsmikle. Eynile bu qaydada,lavasin arasinda yigib duru yagda qizardiriq. Cox dadli təamdir. Həm də tez.

  2. Feride xanim, elinize saglik, ele sadedi ve ele lezzetli alindi ki! Balam cox pis yeyir bu aralar amma Kesadiyani seve-seve yedi. Tesekkurler ve sevgiler ♥

Bir cavab yazın