Bir gün elektron poçt ünvanıma bir məktub gəldi. Amerikada yaşayan Kathy adlı bir xanım yazırdı. Kathy bir neçə il əvvəl Amerikadan Azərbaycana övladlığa uşaq götürmək üçün gəlmişdi. Bakıda qaldığı müddətcə bol-bol ləziz Azərbaycan mətbəxindən dadmışdı. Amerikaya qayıtdıqdan sonra xüsusilə iki yemək, dolma və mimoza salatı üçün, darıxmağa baslamışdı. Məktubunda məndən mimoza salatının reseptini istəyirdi. Mən də onun arzusunu yerdə qoymayıb, onun üçün və övladlığa götürdüyü Azəri balası üçün bloqumda mimoza salatının reseptini yerləşdirdim. Ən çox bibimoğlunun yoldaşı Səidənin mimoza salatını bəyəndiyim üçün, elə onun reseptini yazdım.
Bu salatı Azərbaycandakı uşaq evlərindən övladlığa uşaq götürub onlara ailə bəxş edən hər kəsə həsr etmək istəyirəm.
MIMOZA SALATI
Ərzaqlar
450 qram dərisiz və sümüksüz toyuğun döş əti
1/2 çay qaşığı duz (toyuğun qaynadığı suya əlavə etmək üçün)
1/2 stəkan xırda doğranmış qoz ləpəsi
3 ədəd orta boy kartof
2 ədəd yumurta
3 ədəd orta boy yerkökü
zövqə görə duz
6 qaşıq xama (zövqə görə bu miqdarı artırmaq da olar) + 6 qaşıq mayonez (zövqə görə bu miqdarı artırmaq da olar)
rəndələnmiş Holland pendiri
Qeyd 1: Əgər mayoneziniz duzludursa, layların arasına səpdiyiniz duzun miqdarını azaldın ki, salat çox duzlu olmasın.
Qeyd 2: Mimoza salatını balıqla da düzəltmək olar. Toyuq ətinin əvəzinə, duzlu siyənək balığından (rusca: selyodka) istifadə edin.
1. Toyuq ətini duz əlavə edilmiş suda bişirin. Sonra süzün və kənara qoyun. Soyuduğunda, bıcaqla uzunsov doğrayın və ya əlinizlə didin.
2. Karktof, yerkökü və yumurtaları suda bişirib qabıqlarını soyun. Sürtgəcin iri dişindən keçirib, ayrı-ayrı qablara qoyun.
3. Hazırladığınız ərzaqları aşağıda verilən ardıcıllıqla servis qabına lay-lay düzün.
toyuq ətinin yarısı
xama-mayonez qarışığı
qozun yarısı
kartofun yarısı
duz
xama-mayonez qarışığı
yumurtaların yarısı
duz
yerkökünün yarısı
xama-mayonez qarışığı
Layları eyni şəkildə davam edin. Ən üstdə yerkökü olmalıdır.
4. Axırıncı layın üstünə və salatın kənarlarına xama-mayonez qarışığı sürtüb, üstünə Holland pendiri sərpişdirin (bəzən mən pendirin yerinə nar dənələri qoyuram).
Nuş Olsun!
63 Comments Add your own
1. fira | Mart 26th, 2009 at 9:00 am
sag ol feride xanim.sizden bir resept xahis edecem mumkunse.eristenin icine tokulen bezi yerlerde mars adlanan lobyadan hazirlanan yemek.evvelceden tesekkurler.
2. Fəridə | Mart 26th, 2009 at 12:50 pm
FİRA: Mash shorbasini deyirsiniz? Onu Ordubad bolgesinde bisirirler. Mende resepti var, onu tezlikle bloqa qoyacagham. Cox lezzetli olur.
3. konul | Aprel 12th, 2009 at 2:23 am
salam Feride xanim.men bele basha dushdum kibu salatda her laydan iki defe olmalidir eledirmi?
resepte gore cox sagolun ellerinize sagliq…
4. FƏRİDƏ | Aprel 12th, 2009 at 12:29 pm
KÖNÜL: Bəli, hər lap iki dəfə olacaq. Nuş Olsun.
5. BETUL | Aprel 12th, 2009 at 1:59 pm
SALATA GORE CHOX SAGOLUN. NECHE VAXTDI BU RESEPTI AXTARIRDIM. SAYTI TESADUFEN TAPDIM. CHOX GOZEL BIR SAYTDI.
6. FƏRİDƏ | Aprel 13th, 2009 at 10:20 am
BETUL: Xoş gəldiniz. Bəyəndiyinizə sevindim.
7. sladkayewka | Aprel 19th, 2009 at 7:20 am
he deyim ki hazirladim cox qeweng olmushdu Feride senin sayende terifler qazandim)))cox sagol
8. Gulnar | Aprel 26th, 2009 at 12:32 pm
Salam Ferıde xanım.Mumkunse ( Sezar salatı)-nın reseptını veresınız.
9. Fəridə | Aprel 27th, 2009 at 10:12 am
SLADKOYWKA: Nus olsun:)
GULNAR: Sezar salatini yazaram.
10. Feride(adasiniz) | May 4th, 2009 at 12:17 am
cooox sag olun,en sevdiyim salatlardan biridir
11. FƏRİDƏ | May 4th, 2009 at 12:04 pm
Adasim Feride, siz de sagh olun serhinize gore.
12. tarana | May 5th, 2009 at 9:13 pm
Feride, men Firanin mart ayinda yazdigini oxudum.Fira erishte asini isteyib.Oda ORDUBADIN lezzetli yemeyidir.Ona qatilan masha bizde qoca mash,BAKI tereflerde qaragoz lobya deyilir.Balaca mashlardir. Bu erishte ashi qovurma ile daha lezzetli olur.
13. FƏRİDƏ | May 6th, 2009 at 11:54 am
TARANE XANIM: Firanin sehini tapmadim, amma erishte ashini bilmirem. Rehmetlik nenem hemise bisirerdi. Ele anam da bisirir, herden ozum de bisirirem. Olduqca lezzetli olur, duz deyirsiniz.
14. Nazan | May 26th, 2009 at 12:11 am
Salam Feride xanim ellerinize sagliq chox gozel aydin yemeklerin torlarin ve.s hazirlanma qaydasini yazmisiniz. Sizden chox xahish var eger mumkundurse choxlu salat resepleri ve hazirlanma qaydalarini saytiniza eave edesiniz evvelceden minetdarligimiz bildirirem.
15. Nazan | May 26th, 2009 at 12:14 am
Feride xanim eger mumkundurse biskivitniy tortun hazirlanma qaydasini elave ede bilersiniz torlarin siyahsina chox sag olunnnnnn.
16. Yasemen | May 26th, 2009 at 2:46 am
Feride xanimsayti tesadufen tapmisham ne qeder sevincliyem. Sag olun eziyyetinize gore minnetdaram. Mene ele gelir ki menim kimi teze gelinlerin lap ishine yariyacaq.
17. FƏRİDƏ | May 26th, 2009 at 10:21 am
NAZAN, xosh geldiniz. Cox sagh olun serhinize gore. Salatlar da olacaq, biskvitlerde. Vaxtim mehdud oldughundan tez-tez yeni resept qoya bilmirem. O qeder istek gelib ki, catdira bilmirem. YAvas-yavas edeceyem.
YASEMEN: Xos geldiniz. Cox sevindim ki, buradan faydalanirsiniz.
18. Gunay | Iyun 9th, 2009 at 12:49 am
Cox sagolun Feride xanim bu resepti axtarirdim ele. Bloqunuzda cox xosuma geldi ugurlar size qadasi.
19. FƏRİDƏ | Iyun 9th, 2009 at 9:35 pm
GUNAY, xosh geldiniz. Tesekkur edirem serhinize gore.
20. Nermin | Iyun 18th, 2009 at 1:53 am
Bugune qeder mimozani ancaq restoranlarda yemisem.Dunen bunun hazirlanmasini sizin saytda gordum. Indi anam hazirlayir. Sebrsizlikle qurtarmagini gozleyirem.Inaniramki coox lezzetli alinacaq.Derin minnetdarlig ve tesekkurumu bildirirem.Cox sagolun.
Nermin.
21. FƏRİDƏ | Iyun 18th, 2009 at 12:54 pm
NERMIN: Nush olsun:) Bu salati duzlu baliqlada hazirlamaq olar.
22. leyla | Iyul 5th, 2009 at 9:03 am
canada
23. leyla | Iyul 5th, 2009 at 9:05 am
feride xanim allah sizin canivizi sag elesin cox gozeldi
24. Elish | Iyul 5th, 2009 at 12:15 pm
verdiyim saytlara baxa bildinizmi? xoshunuza geldiimi? inshallah sizin saytda gormek isteyerdim zovgunuze gore secdiklerinizden.
25. Elish | Iyul 5th, 2009 at 12:17 pm
yeri gelmishken bu gun sizin qoydugunuz toyuq cigirtmasindan bishirdim, menim de kitabima elave olundu
26. leman | Iyul 13th, 2009 at 10:16 am
salam Feride xanim.men ilk defe idi ki bu saite girirdim.eslinde Shuba salatinin reseptini axtarirdim.ama basqa lazimli salatlarin ve.s reseptlerini kocurtdum.Bele bir site yaratdiginiz ucun size tesekkur edirem.Eslinde biz,Azerbaycandan kenarda yasayan azerbaycanlilar ucun bele siteler cox gereklidir.tekrar cox sagolun
27. FƏRİDƏ | Iyul 14th, 2009 at 10:49 am
LEMAN: Xosh sozlere gore cox sagh olun.
28. Nuranə | Iyul 29th, 2009 at 1:40 am
FƏRİDƏ XANIM SİZE ÇOX ÇOX SAĞ OLUN DEYİREM. İLK DEFE İDİ BURA DAXİL OLURDUM.MİMOZA SALATININ RESEPTİ ÜÇÜN AMMA O QEDER LAZIMİ RESEPTLER VAR Kİ………:-) ÇOX SAĞ OLUN. VAR OLUN
29. FƏRİDƏ | Iyul 29th, 2009 at 9:59 pm
NURANE: Siz de sagh olun. Hemise gelin.
30. aysu | Avqust 7th, 2009 at 3:15 am
cox sagolun tam men istediyim saytdi……=)
31. Leman | Avqust 17th, 2009 at 11:30 am
salam, Afrikada yashayiram,azeriyem,Qarshidan Orucluq ayi gelir, coxlu qonaqlarim olacaq, Inshalla saytinizin vasitesile Azerbaycan metbexini en gozel shekilde numayish etdire bilecem.
Salati tarifi ucun cox sag olun,amma men hemishe bu salata cugundur da rendeleyib qatiram.bele de yoxlayim, Inshallah gozel olar.
32. FƏRİDƏ | Avqust 19th, 2009 at 4:18 pm
AYSU: Cox sagh olun.
LEMAN: Saytimin faydali oldughunu esitmek menim ucun sevindiricidir. Eslinde mimoza salatinda cugundur olmur. Suba ve ya kral salatinda olur, amma ferqi yoxdur, adi ferq etmez, esas odur ki, dad iyaxsi olsun. Cugurndurlu salatlari xoslayiram.
33. Gunay | Sentyabr 6th, 2009 at 5:31 am
men bu salati bu formada bilmirdim,,,,,,yenilik olar,,thanks:)
34. Fargana | Sentyabr 16th, 2009 at 3:19 am
Salam,men dunen tesadufen bu saytagirdim.Duzunu desem Azerbaycan metbexinin yemeklerin axtarirdim,onda gordum.Onu da qeyd eleyim ki,cox xosuma geldi,yeri gelmiske Feride xanima oz tesekkurumu bildirirem.Cunki ele gozel yazir ki,adamin hevesi gelir.Men hele yemek bisirmeyi indi oyrenmeye baslayiram.
35. FƏRİDƏ | Sentyabr 16th, 2009 at 12:56 pm
GUNAY, FARGANA: Cox sagh olun. Hemise gelin.
36. Iradə | Sentyabr 29th, 2009 at 3:47 am
Salam Fəridə xanım.Mən bu saytla dunən təsadüfən tanış olmuşam və inanın artıq iki gündür girriəm və çıxmağım gəlmir.Çox bəyəndim saytınızı və görürəm ki doğurdan halaldı sizə ki bu işi bu qədər ciddi şəkildə həyata keçirirsiz və həqiqətən də lazımlı və faydalı bir sayt olduguna artıq şahid olmusam.Uğurlar və daha həvəslə və maraqla işlərinizin davamını gözləyirik.
37. Iradə | Sentyabr 29th, 2009 at 3:52 am
Aa unutdum ki salatla bağlı fikrimi deyəcəkdim.Hə mən də bu salatı çox sevirəm və sizin qeyd etdiyiniz resept də maraqlıdır.Bəs göyərti əlavə olunmamalıdır? həm dekoratsiya üçün həm də təam üçün məncə göyərti də əlavə olunsa (şüyüd,cəfəri) fərqli bir dad verər,təbii zövgə və damaq dadına görə.
38. FƏRİDƏ | Sentyabr 29th, 2009 at 4:09 pm
IRADE: Cox sagh olun xosh sozlerinize gore. Beli, goyerti ile bezeye bilersiniz salati. Ceferi bu salata belke o qeder de yaxsi getmez, amma keshnis ve shuyud ola biler.
39. KAMA | Oktyabr 10th, 2009 at 3:23 am
Salam FERIDE..sen bize ne qeder komek etdiyini bilirsen? buna gore sene cox saq ol deyirem.men senden mimoza salati,ekler pirojnasinin teriflerin goturdum.bu ne gozel saytdir.cox saq ol .opdum
40. Melania | Oktyabr 26th, 2009 at 3:33 am
Feride xanim, sizin reseple mimoza da, pirojkiler de hazirladim, super oldu, size chox chox chox minnetdaram. Chox sag olun, ellerinize sagliq
41. Aygun | Noyabr 11th, 2009 at 5:13 am
Cox sagolun. etrafli yazdiginiza gore tewekkurler
42. Esmira | Noyabr 17th, 2009 at 11:55 pm
Salam Feride xanim. Men bu sayti iki gundur ki keshf etmishem, cox maraqli yazirsiz cox aydin izah edirsiniz, buna gore size minnetdaram. Mimoza salatini mende cox sevirem. Bloqa yazdiginiz ucun de teshekkurler
43. vusale | Noyabr 26th, 2009 at 12:33 pm
FERIDE xanim size derin minnetdarligimi bildirirem,her seyi aydin sekilde izzah etdiyiniz ucun..yeni yeni retsepler oyrenmek menim en sevimli pesemdi.ALLAH sizden razi olsun…men burani cox sevdim,bundan sora hemise burda olacam:))yeni yeni salat ve siriniyyat retseplerini sebirsizlikle gozdeyecem..sagolun..
44. Xumar | Dekabr 3rd, 2009 at 4:14 am
Fridə xanım salam mimozanı balıqla hazırlandığına görə sevmirdim ama bu cür xoşuma gəldi çox sağolun.
45. GULNUR | Dekabr 7th, 2009 at 8:50 am
ÇOX SAGOLUN
46. Lamiye | Dekabr 8th, 2009 at 1:15 am
Salam Feride xanim. Bu salati hazirladim. Bu metbexde demek olarki ilk isim idi. Evde cox beyendiler, bir az duzlu alindigini nezere almasaq cox lezzetli idi. Size tesekkur edirem, cunki bu stimulu siz vermisiniz mene.
47. Lala | Dekabr 18th, 2009 at 1:33 am
Salam Feride xanim.Reseptlərinizə söz ola bilməz çox köməyimiz olur sağ olun.Zehmet olmasa mene limonlu peçenyenin və limonlu piroqun reseptini tapa bilersiz?Əvvəlcədən təşəkkürlər.
48. feride | Dekabr 23rd, 2009 at 3:08 am
yeni ilde bu salati mutleg hazirlayacam.bayraminiz mubarek:)
49. ulya1 | Dekabr 23rd, 2009 at 7:41 am
Salam Fəridə xanım ! Bu gün axşam yeməyində bu salatı hazırladım.Çox gözəl alındı və evdəkilərin hamısı bəyəndi.
Sizə bütün ailəmiz adından təşəkkür edirəm.Yeni il süfrəsi üçün yenə də hazırlayacam. Sağ oluuuuuuuuuuun:)
50. ülviyyə | Dekabr 26th, 2009 at 10:51 am
Salam……..salata görə minnətdaram.Zəhmət deyilsə ŞUBA salatının reseptini yazardınız……….. sayt çox uğurludu……Şəkillər perfect!!!!!!!
keyfiyyətlidi…… təşəkkürlər……
51. Guney | Dekabr 29th, 2009 at 2:57 pm
Salam olsun herkese. Feride xanim siz evdar xanimlara orneksiniz. bravo bu sayt chox xoshuma geldi. burdaki shekiller mene chox yardimci oldu. facebookda Azerbaycan metbexi adli albomumda bu shekilleri yerleshdirmishem.. siteniz orjinaldir..mimoza en sevdiyim salatdir yeni ilde hazirlayacam insaALLAH bu salati. her kesin bayrami kutlu olsun. : )
52. Turxan | Dekabr 30th, 2009 at 11:06 am
Feridecik Necesen? Halaldi sene men evdekilere deim biwirdiler yeri varrrrrrrrrrrrrrr oglanam ama yenede xowladimn mene bidene de zadi yazdana ,napaleon salatini okeymi?
53. tunzale | Yanvar 10th, 2010 at 10:53 pm
bu menim en cox beyendiyim ve hazirladigim salatdir
54. efsane | Yanvar 13th, 2010 at 5:55 am
cox sag olun feride xanum minnetdaram size ve bu saytin yaraducisina tesekkurler.
55. Aynurcan | Fevral 2nd, 2010 at 9:06 am
salam Feride xanim necesiniz?? Mimoza salatin cox esidirdim ne olduqunu bilmirdim bugun sizin sayitdan tapdim götürdüm edecem..cox saqolun
56. gulnar | Fevral 2nd, 2010 at 1:07 pm
feride xanim size ne qeder tesekkur etsem azdi cox sagolunki bele bir sayt acilib men bu gun bilmisem
57. terane | Fevral 10th, 2010 at 4:12 am
salam feride xanim size tesekkur edirik ki bele sayt acmisiniz cunki bezi xanimlarimiz adi salat bele hazirlaya bilmirler.ama reseptlerinizi artirsaniz yaxsi olar.sagolun
58. NIGAR | Fevral 19th, 2010 at 6:08 am
FERIDE XANIM YENI TORT RESEPTLERI NE VAXT OLACAQ?:} :}
59. ulviye | Fevral 19th, 2010 at 8:04 am
feride xanım menim yazılarıma neden cavab gelmir?
60. FƏRİDƏ | Fevral 19th, 2010 at 9:15 am
ULVIYE: Hansi yaziniza cavab gelmedi? Eger suali olan serh yazmisinizsa ona cavab yaziram adeten. Teessufler olsun ki, butun serhlere cavab vermeye vaxtim olmur.
61. ulviye | Fevral 19th, 2010 at 2:46 pm
geceniz xeyir olsun feride xanım.men türkiyede yaşadıgımı yazmışdım size belkede bilirsizde burda sukuşonu malako yoxdur evde nece hazırlaya bilerem onu soruşmuşdum eyer bilirsinizse xaiş edirem yazında mene
62. Fəridə | Fevral 19th, 2010 at 3:43 pm
ULVİYE: Men sualiniza cavab yazmisdim gorunur gozunuzden qacib. Men qatilasmis sudun ev seraitinde nece hazirlandigini bilmirem.
63. Hasanova Sabina | Mart 7th, 2010 at 10:48 am
Feride xanim size cox Teshekkur edirem bele gozel,dadli reseptler ucun! Teze tapdim bu sayti,cox sevindim!!! 27yashim var,aileliyem,1 oglum var 3 yashinda.Sizin reseptlere baxiram ve seviniremki,onlari InshAllah dadli yemeklerinizle sevindirecem:) Ugurlar size
Şərh Yaz
Trackback this post | Subscribe to the comments via RSS Feed