kataloq

Moldaviya Üsulu Göbələk Yeməyi (Tokana)

Tokana Moldaviyanın məşhur yeməklərindən  biridir. Ənənəvi olaraq, tokana mamalıqa adlanan qarğıdalı əzməsi ilə yeyilir, amma mən adətən adi kartof əzməsi (püresi) isə süfrəyə verirəm. Nuş Olsun!

Moldaviya Üsulu Göbələk Yeməyi (Tokana)
Mənbə - “Please to the Table: the Russian Cookbook”, Anya von Bremzen and John Welchman

700 g göbələk  (istədiyiniz növ ola bilər, və ya bir neçə növün qarışığı)
5 xörək qaşığı günəbaxan yağı və yaxud zeytun yağı
bir xörək qaşığı yarım limon suyu
1 ədəd iri soğan - iri-iri doğrayın
1 ədəd qırmızı Bolqar bibəri - kubiklərə doğrayın
3 ədəd iri yetişmiş pomidor - qabığını soyun, dənələrini çıxardın, iri-iri doğrayın
2 diş sarımsaq - doğrayın
1 çay qaşığıl şirin qırmızı bibər tozu (paprika)
bir çay qaşığının ucunda quru kəkliotu
yarım çay qaşığı cirə
2 çay qaşığı un
3/4 stəkan (bir stəkandan bir az az) ağ şərab
duz
istiot
3 xörək qaşığı xırda-xırda doğranmış cəfəri

Göbələklərin papaqlarını “ayaqlarından” ayırıb, papaqlarını nəm tənziflə təmizləyin. Nə çox nazik, nə də ki çox qalın dilimləyin. Gğbələklərin “ayaqları” çox qalın və bərk deyilsə, onları da doğrayınb istifadə edə  bilərsiniz.

İri tavada 4 qaşıq yağı qızdırın. Göbələyi əlavə edib, tez-tez qarışdıra-qarışdıra 7 dəqiqə bişirin. Üstünə limon suyu töküb, tavanı kənara çəkin.

Qalan yağı dibi qalın qazanda orta odda qızdırın. Soğan və bibərləri əlavə edib, soğanın rəngi  bir az saralanadək bişirin, təxminən 7-8 dəqiqə. Pomidor, sarımsaq, bibər tozu, kəklikotu və cirəni əlavə edib, tez-tez qarışdıra-qarışdıra 3-4 dəqiqə bişirin.

Qazı vam oda gətirin. Qazana unu və şərabı əlavə edib, qarışdırın. Zövgə görə duz, istiot əlavə edin. Vam odda qapağı örtülü halda 12-15 dəqiqə bişirin. Sonra isə qazana kənardakı göbələyi də əlavə edib, 10 dəqiqə də bişirin. Üstünə cəfəri səpib, süfrəyə verin.

Related Posts with Thumbnails

25 Comments Add your own

  • 1. Elvira  |  Mart 24th, 2010 at 4:16 am

    Göbeleyi cox sevirem.Bu yemeyide bishirib dadina baxarig .Yegin ki o biri receptler kimi bu da dadli olar her halda :)

  • 2. Sabira  |  Mart 24th, 2010 at 10:22 am

    Seçim çox azdı mən istədiyimi tapa bilmirəm burda.Günəbaxan salatının reseptini yazsaydız yaxsı olardı.tort növləri də çox azdı.

  • 3. xanim  |  Mart 25th, 2010 at 1:33 am

    sabira xanim sizin bloqda ne qederdi yaza bilersinizmi?

  • 4. Destop tiger  |  Mart 25th, 2010 at 11:31 pm

    size cooooooooooooooooox tesekkur edirem

  • 5. Mina  |  Mart 26th, 2010 at 3:18 am

    salam.FERIde xanim. ag serab tokmesek onun yarine spirtsiz evezleyici ne toke bilerik

  • 6. ilahe  |  Mart 26th, 2010 at 7:57 am

    cox xosuma geldi yeni resept.mumkunse italyan yemeyi olan tiramisunu da elave edin

  • 7. FƏRİDƏ  |  Mart 26th, 2010 at 9:08 am

    MINA: Serab vurmasaniz da olar. Ve yaxud onun evezine bri cay qasiqi alma sirkesi ola biler, cox deyil amma.

  • 8. GUNEL  |  Mart 27th, 2010 at 6:23 am

    GUNEL:SALAM FERIDE XANIM.necesiniz?men coxdan sizin yazilari izleyirem.ve cox xahis edirem yazimi oxuyun ve cavab yazin cunki gozleyecem.sezar salatinin tam deqiq resepti ve sosu.opdum gozleyecem…………

  • 9. GUNEL  |  Mart 27th, 2010 at 6:28 am

    GUNEL:hEE BIRDEKI Cox resepylerim var hem yemek hem sirniyyat.dehset coxdu.gonderim?lazimdursa xeber edin gonderim.by by…………………………

  • 10. aynur  |  Mart 27th, 2010 at 10:43 am

    cox sag olun ela reseptdir

  • 11. Aynur  |  Aprel 19th, 2010 at 12:53 am

    Salam Fəridə xanım, belə maraqlı reseptə görə təşəkkür edirəm. Amma siz orda “şərab” qeyd etmisiz. Mən onu başqa nə ilə eəvəz edə bilərəm?
    Dinimizə görə spirtli qidalar bizə qadağandır. Bu səbəbdən növbəti reseptlərinizdə bunları nəzərə alacağınıza böyük ümid bəsləyirəm.

    Hörmətlə Aynur.

  • 12. FƏRİDƏ  |  Aprel 19th, 2010 at 7:41 am

    AYNUR: Şərabdan istifadə etmirsinizsə, onda adi su qoyun. Bir az da sirkə əlavə etmək olar.

  • 13. Turkan  |  Avqust 27th, 2010 at 9:55 am

    Bu resepte gorede sagolun Feride xanim. men gobeleyi cox seven birisi oldugum ucun hemen bishirdim bu yemeyi ve cox da xoshuma geldi.

  • 14. laura  |  Oktyabr 9th, 2010 at 5:37 am

    tiramisu reseptin yazsaniz cox ela olardi

  • 15. Husniyye  |  Noyabr 12th, 2010 at 12:59 pm

    Feride xanim,niye gobeleyi suda yuyun demirsiz,silin deyirsiz,yumaq olmaz ki?yumagin ne menfi ceheti var?

  • 16. FƏRİDƏ  |  Noyabr 12th, 2010 at 1:40 pm

    HUSNIYE: Men magazadan aldigim gobeleyi yumuram burdakilar temizlenmis veziyyetde gelir, ona gore silirem. Hem de ki yuyanda gobelek bisilende sulanir, su buraxir.

  • 17. Terane  |  May 29th, 2011 at 3:59 am

    bunu da bisirecem.gobeleyi cox xoslayiram.siz cooox sag olun ki bele reseptleri yerlesdirirsiniz.bir necesini artiq bisirmisem.hami beyenib.

  • 18. kəmalə  |  Avqust 28th, 2011 at 7:49 pm

    salamlar yemeyin reseptini yazan ve bu sayti hazirlayanlara esq olsun

  • 19. sevinj  |  Oktyabr 21st, 2011 at 6:11 am

    salam,Feride xanim.
    Size 1 sualim var,gobeleleyi (shampinion gobeleyi) bisirende ustune cixan su tund reng olduqundan men kenara atiram,nese qorxuram,amma bezi xanimlar suyu cekilene qeder gozleyib dalinca yaqin tokub qizardirlar.Sizin fikrinizi bilmek isteyirem men nece edim?onceden tesekkurler.
    Allah amaninda!

  • 20. FƏRİDƏ  |  Oktyabr 21st, 2011 at 5:49 pm

    SEVİNC -Göbələyi tavaya bir lay yığın, zeytun yağı qızdırılmış tavaya. Qoyun bir üzü bir az qızarsın, qarışdırmayın, sonra çevirin, sulanmayacaq. Tezliklə buna aid bir reseptim olacaq.

  • 21. NURLAN  |  Dekabr 23rd, 2011 at 10:32 am

    pisdi

  • 22. Esmira Mehdiyeva  |  Fevral 13th, 2012 at 4:10 am

    Men serab yerine 1 defe alma siresi (sok-juice) istifade etmisem, beyendik. Mence uzum siresinden(sok-juice) istifade etmek olar.

  • 23. arzuNY  |  Fevral 15th, 2012 at 12:44 pm

    salam herkese!!!
    Men bu yemey beyenmedim o qederde,bilmirem belkede mende bele alindi!!!

    FERIDE xanim men her seyi siz dediyiniz kimi ve eyni olcukerde etdim,lakin soqan pamidor olan qarisiq mende pure kimi alindi bilmirem neden???amma men sizin sekile baxiram orda her sey diri qalib yeni pure halda deyil((((EGER MUMKUNSE SOYLEYE BILERSIZ NE UCUN MENDE BELE ALINDI YOXSA BELEDE OLUR????

  • 24. Guler/admin  |  Fevral 16th, 2012 at 7:59 am

    ARZU NY, pomidorun tumlu,sulu hissəsi yeməklərə qatılanda su salır. Ona görə də sizdə də püre kimi alınıb. Qabığını soyduqdan sonra pomidorların həmin toxumlu,sulu hissəsini də ayırın. İri-iri doğrayıb sonra soğana qatın. Belə etsəniz su salmadan diri qalacaq,püreyə çevrilməyək.

  • 25. mah  |  May 6th, 2012 at 1:45 am

    salam,FERIDE xanim! ilk defedir ki,sizin sayta girirem.internetde milli metbeximizin yemeklerini axtarirdim ve sizin sayti tapdim.cox beyendim saytinizi.hem reseptler hem dizayn umumilikde her sey.bu yemekle bagli 1sualim var:serabi basqa 1seyle evez etmek olarmi?1sualim da badimcan-biber dolmasiyla baglidir:dolmalri tavaya yiganda uzerine 1az su tokmek lazim deyil?yeni yapismayacaqlar tavaya? ugurlarinizin davamli olmasini dileyirem FERIDE xanim!

Şərh Yaz

Lazımdır

Lazımdır, bloqda görünməyəcək

(Varsa)

Trackback this post  |  Subscribe to the comments via RSS Feed