Best in the World!
Dadlı yemək reseptləri bloqu

Mərakeş Noxud Salatı

Mərakeş mətbəxi çox gözəldir. Burada heç vaxt Mərakeşli tərəfindən hazırlanan xörəklərinin dadına baxmayan birindən bunu eşitmək bir qədər qəribə gələ bilər, amma bu belədir. Lakin bu ölkənin mətbəxi haqqında o qədər kitab ve resept oxumuşam ki, iddiamda yanılmadığımı düşünürəm.

Mərakeş xörəkləri demək olar ki, rəngli, ədvalı, qeyri-adi təamların qarışığından ibarət, şirin və turş, parlaq və dadlı olur. Mən bir neçə Mərakeş reseptini sınaqdan keçirərək maraqlı, ekzotik nəticələr əldə etdim.

Dadlı noxud salatı Mərakeş xörəkləri kitabımdan çoxdan tapdığım yeməklərdən biridir. Bu yaxınlarda qonaqlarımız üçün hazırladım. Düşünürəm ki, onlar bu salatı bəyəndilər.

Soğan və Paprika ilə Mərakeş Noxud Salatı

Orijinal reseptdə 1 xörək qaşığı döyülmüş zirənin qatılması da qeyd olunub. Mən isə ondan ya heç istifadə etmirəm, ya da bir cimdik qatıram. Siz zövqə görə istədiyiniz qədər qata bilərsiz. Yadda saxlamaq lazımdır ki, salata digər ərzaqları qatarkən noxud isti olmalıdır. Belə olan halda noxud bütün təamları özünə yaxşı çəkir.

4 pay üçün

Ərzaqlar:

1 1/4 fincan noxud, gecədən soyuq suda isladılır
1 orta boylu qırmızı soğan, ikiyə bölüb, incə-incə doğranır
4 diş sarımsaq, xırda doğranır
Bir cimdik döyülmüş zirə (vacib deyil)
1 çay qaşığı (və yaxud zövqə görə) paprika
3 xörək qaşığ (və yaxud zövqə görə)zeytun yağı
Təzə sıxılmış 1 limonun şirəsi
Bir qədər doğranmış cəfəri
Bir qədər doğranmış keşniş
120 qram ovulmuş keçi pendiri yaxud hər hansı növ ağ pendir (vacib deyil)
Zövqə görə duz, döyülmüş qara istiot


Hazırlanması:

Suda isladılmış noxudlar süzülür, dərin qazana tökülür. Üzərinə çıxanadək su əlavə edilib qaynamağa qoyulur. Orta dərəcəli odda, noxudlar yumşalana qədər təxminən 45 dəqiqə qaynadılır. Diqqət yetirmək lazımdır ki, noxudlar əzilməsin. Bişmiş noxudların suyu süzülür, qabıqları ovuşdurularaq çıxarılır.

İsti noxudlar bir qaba töküb, üzərinə doğranmış soğan, sarımsaq, zirə, paprika, zeytun yağı və limon şirəsi əlavə edilir və yaxşıca qarışdırılır.

Zövqə görə duz, istiot qatılır, doğranmış göyərtinin çox hissəsi əlavə olunur. Əgər istifadə olunacaqsa salatın üzərinə pendir ovulub tökülür və göyərtinin qalan hissəsi səpilir. Hazır salat isti halda çorəklə birgə süfrəyə verilir.

Bir cavab yazın

15 Şərh
  1. mmm,dadli gorsenir.

  2. salam men sezar salatinin nece hazirlanmasini bilmek isterdim

  3. men Merakesde yasayiram hec bu salatdan dadmamisam.men merakes metbexinden kuskus ve tajin adli yemekleri cox sevirem

  4. Salam Feride xanlm. sizin yayınladığınız reseptləri çox bəyənirəm və bəzilərini evdə də bişirmişəm. Ən çox bəyəndiyim Kələkoş olub və icazə verirsinizsə bu resepti başqa bir yemek saytında paylaşmaq istəyirəm.Məqsədim həm Azərbaycanın tanınmamış yemeklərini,həm də sizin saytınızı tanıtmaqdır.Sizdən cavab gözləyirəm.

  5. ZEYNEB – Çox sağ olun. Reseptlərin olduğu kimi burada götürüb başqa yerdə istifadəsinin bir prinsip olaraq əleyhinəyəm. Bir reseptdirsə mənbə göstərmək şərtilə paylaşıla bilər. Anlayışınıza görə çox sağ olun.

  6. Mən də sizə təşəkkür edirəm Fəridə xanım . Bu resept yayinlandıqdan sonra sizə xəbər verərəm siz də baxarsınız.Mən yeməyin mənbəsini yazdım .İnşaAllah göstərməyi unutmazlar. Haqqınızı halal edin.

  7. salam Feride xanim gozel reseptleriniz ucun size tewekkur edirem sayenizde yeni yeni yemek novleri oyrenirik allah sizden razi olsun,sizden cox boyuk xaiwim olacaq eger mumkunse sahmat tortunun hazirlanmasini yazardizda onceden tewekkur edirem,..

  8. reseptler superdi tewekkurler

  9. Salam, mene Sezar salatinin resepti lazimdir. Vere bilersiniz? Evvelceden teshekkur edirem.

  10. Feride Salam ! Qarşidan gelen Novruz bayraminiz mûbarek olsun.Size ve ailenize can sagligi,bol sevincler arzulayiram.Allah Sizleri qorusun! Salata gelince cox sarmisaqli olmur?Sarmisaqi o qeder de sevmirem.

  11. Feride xanim, evvala cox sagolun, ellerinize ureyinize sagliq. Birnece gun bundan qabaq yoldasim bloqunuzu tesadufen tapib, birde gorurem meni cagirirki gel bax gor nece gozel reseptler var. Men azerbaycanca bele gozel sayta hele rast gelmemisdim, ona gore cox sevindim. Indi bayram hazirliqlari edirem. Birinci defediki wirniyyat filan biwirecem omrumde, ona gorede bu reseptler mene cox vacib idi. Sizse cox sade v’ addim addim yazmisiz herseyi. Hamisi cox gozel alinir. Cooox tewekkurler!

  12. noxudu çox sevirəm. Məncə çox gözəl salat alınar. Sizin saytı çox sevirəm.

  13. FERIDE merhaba,sana tesekkur ediyom,shu salata nohut musalle adlaniyor aslan LIVAN matbaxi,ama kim ki soyler merakeshde yasiyo su salatayi yememish gunah etmish.inaallah su yakin zamanlarda benim turk- azeri mutfak keyfli bi proqrami yayimlanacak LIvan,bahreyn ,suriya,jordaniya .sizlere ugurlar nasib olsun

  14. Feride xanim,2 defe hazirlamisham,gonaglarim var idi ve hami cox beyendi.Hemishe oldugu kimi ela! Minnetdaram,cox sag olun! Ne muddetdi imkan edib comment yaza bilmirdim,amma cox sheyler hazirlamisham burdan.Indi imkan tapdim ki,bu cure dadli receptleri hazirlayib minnetdarlig etmemek insaf deyil deyib comment yazmagi borc bildim:)

  15. eladi

Bir cavab yazın