kataloq

Napoleon Tortu

Uzun çəkən səssizlikdən sonra yenidən sizinləyəm. Bu günlər başım bir az qarışıq idi, odur ki, çoxdandır resept yazmadığım üçün üzürlü hesab edin. Eybi yoxdur, belə olanda mənim üçün daha çox darıxarsınız:) Sizə çoxdandır söz verdiyim Napoleon tortunun reseptini yazmaq verirəm. Etiraf edirəm - Napoleon tortunu birinci dəfədir ki, bişirirəm, amma pis alınmadı. Nuş Olsun!

NAPOLEON TORTU

Əvvəla bunu deyim ki, Napoleon bir neçə qayda ilə hazırlanır. Əsl qat-qat xəmirdən, tez hazırlanan qat-qat xəmirdən və bu reseptdəki kimi adi yağlı xəmirdən. Kremini isə “zavarnoy” kremdir. Əgər sizin öxünüzün bildiyi və bəyəndiyi krem varsa, burdakı kremlə əvəz edə bilərsiniz.

Xəmir Üçün:
200 q soyuq kərə yağı - iri-iri doğrayın
4  stəkan un
1 yumurta
1 stəkan xama

Krem Üçün:
3 yumurta
1   stəkan yarım şəkər tozu
6 xörək qaşığı un və ya qarğıdalı nişastası (qaşığı çox doldurmayın)
4 stəkan süd
200 q kərə yağı

Əvvəlcə kremi hazırlayın. Kasada yumurta və şəkəri bir az rəngi açılana qədər çalın. Alınan kütləni bir qazana boşaldın. Üstünə un və südü əlavə edin və yaxşıca qarışdırın kı, un açılsın. Sonra bu kütləni orta odda qarışdıra-qarışdıra qatılaşanadək bişirin, təxminən 6-7 dəqiqə. Kənara çəkin. Qoyun bir 10 dəqiqə soyusun. Sonra üstünə kərə yağını əlavə edib krem halına gələnədək mikserkə çalın. Kremi soyuducuya qoyun.

İndi isə xəmiri hazırlayın. Bunun üçün qaba un və kərə yağını qoyun. Bunları ya bıçaq,  ya da barmaqlarınızla iri umac əldə edənə qədər  döyün.

Ayrı qabda yumurta və xamanı qarışdırın. Sonra bu qarışığı unlu-yağlı qarışığa əlavə edin. Əlinizlə xəmir əldə edənə kimi qarışdırın. Xəmir yumuşaq və zərif olmalıdır (qeyd: adətən 4 stəkan un kifayət olur, amma əgər xəmir hələ də ələ yapışırsa, onda ona bir az da un əlavə edin).

Xəmiri 7 hissəyə bölüb kündələyin (8 kündə də ola bilər, istəsəniz). Kündələri sellofana büküb 2 saatlığa soyuducuya qoyun.

Xəmir soyuduqdan sonra bişirilməyə hazırdır.

Sobanı 200Cdək qızrıdın.

Kündələri bir-bir bişirin. Bunun üçün hər kündəni oxlovla təxminən 28 sm-lik kvadrat şəklində nazik-nazik açın. Formanızın ölçüləri fərqlidirsə, layların ölçüsünü ona görə edin. Laylar nazik olmalıdır, şəkildə gördüyünüz kimi. Açdığınız layı formaya yerləşdirin (formanı yağlamayın!). Əgər cırılan yerləri varsa, xəmirlə yapışdırın. Layın üstünü çəngəllə 3-4 yerdən deşin. Bunu ona görə edirsiniz ki, xəmir sobada çox qabarmasın. Qabarsa da, narahat olmayın. Sonrakı mərhələdə onları *partladacaqsınız*.

Hər layı 6-8 dəqiqə ərzində üstü bir az qızarana qədər bişirin. Tez-tez baxın ki, yanmasınlar. Hazır layın üstü yarı ağ, yarı qızarmış yamaqlar şəklində olacaq ki, bu, belə də olmalıdır. Bütün kündələri eyni şəkildə açıb bişirin. Bişən layları ehtiyyatla bir-birinin üstünə yığın. Ən çox bişən və ya qırılan layı ovub kənara qoyun, bu ovuntunu sonrakı mərhələdə tortun üstünə səpəcəksiniz.

İndi isə layları aralarına bol-bol krem çəkmək şərtilə üst-üstə yığın. Layların qabarıqları varsa, onları çəngəllə *partladın*. Kremi layların kənarlarına daha da bol çəkin, çünki tortun kənarları ən çətin yumuşalandır.

Kənara qoyduğunuz ovuntunun bir hissəsini tortun üstünə, digər hissəsini isə kənarlarına səpin. Tortunuzun kənarları bir o qədər səliqəli deyilsə, onda ora ovuntu səpməyin. Gözləyin tort yumuşalsın, sonra kənarlarını bıçaqla kəsib düzədin və ovuntu səpin.

Qoyun tort ən az 7-8 saat ərzində və ya gecədən səhərədək otaq hərarətində yumuşalsın. Yumuşaldığında Napoleon tortunuz hazırdır. Nuş olsun!

Related Posts with Thumbnails

48 Comments Add your own

  • 1. Kamil  |  Noyabr 8th, 2009 at 2:16 am

    Salam. Bu mənim ən çox xoşladığım tortdur. Çox dadlı olur.

  • 2. aysel  |  Noyabr 8th, 2009 at 6:48 am

    salam Feride xanim.Yoldasimin ən çox xoşladigi tortdur.sabah mütleq bişirəcəm,necə alindiğini da yazacam.təşşəkür edirəm

  • 3. ulya1  |  Noyabr 8th, 2009 at 10:17 pm

    Salam Fəridə xanım,doğrudan da darıxmışdıq.Yeni resepti bloqda görən kimi hazırladım.Xəmiri çox zərif və yumşaq alındı amma krem nəsə xoşuma gəlmədi.Elə bil quymaq dadı verdi.Unu siz yazdığınız qədər əlavə eləmişdim.Səbəbini bilsəniz mənə deyərsiz zəhmət olmasa. Yenı reseptlərinizi gözləyirəm.Sag olun.

  • 4. FƏRİDƏ  |  Noyabr 9th, 2009 at 1:14 pm

    ULYA1: Duzu bilmirem krem niye ele alindi. Yani ki qati alindi? yoxsa dadi quymaq kimidir? Mende ele alinmir. Belke unu cox olub? Bu krem bir az zovg meselesidir, belke sebeb o da ola biler. Gelecekde basqa kremlerden Napoleon bisirecem, onda gorek nece alinacaq.

  • 5. Serğpil Uğur Baysal  |  Noyabr 9th, 2009 at 10:48 pm

    Sevgili Feride,

    Seninle gurur duyuyorum.

    Birlikte güzel tatları paylaşmamız dileğiyle, kucak dolusu sevgiler…

    Ablan

  • 6. FƏRİDƏ  |  Noyabr 10th, 2009 at 10:17 am

    ULYA 1: Kreme un evezine qarghidali nisastasi da elave etmek olar. Indi resepte elave etdim. Belke gelen defe onunla “prob” edese. Onra krem un dadmaz.

  • 7. Banu  |  Noyabr 10th, 2009 at 10:54 pm

    Salam Feride xanim.Necesiz?Napoleon tortuna gore cox cox sag olun.Balaca olanda anam tez-tez bisirirdi,amma teessuf ki,anami tez itirdiyim ucun bu tortun reseptini oyrene bilmemisem.Ureyimce oldu bu resept.Bir daha cox sag olun.
    Mene cox tort resepti lazim idi,ona gore bashga bir azeri saytina girdim ki,gorum teze tort reseptleri var.Inanirsiz sizin saytdaki tort reseptlerinden bashga hec ne tapmadim.Sherhler de tamamile sizinki idi,sadece shekilleri bir az deyishdirmishdiler.Sizde en cox xoshuma gelen odur ki,hazir shekili ora qoymursuz,izahli shekilde ardicil olaraq yerlesdirirsiz.ALLAH sizden razi olsun.

  • 8. ulya1  |  Noyabr 11th, 2009 at 2:43 am

    Diqqətinizə görə çox minnətdaram.Gələn dəfə mütləq yoxlayaram. Çox sag olun ! ! !

  • 9. aysel  |  Noyabr 12th, 2009 at 4:16 am

    Fəridə xanim tortu bisirdim xemiri berk alinmisdi yayanda biraz məni incitdi amma buna baxmayaraq zərif və dadli alinmisdi.men xemire lazim olsa bir az artiq smetan vura bileremmi,he birdeki menim anam bisirende 1 cimdik limon duzuda vurur niye bilmirem?

  • 10. gulu  |  Noyabr 12th, 2009 at 5:36 am

    cox superdir size halaldir heqiqeten.istahim acildi.cox superdir.birde siz deye bilersniz mi ki sekerburanin xemiri qalxmamasi ucn ne etmek olar?bisdikden sonra adama ele gelir ki ici lepeyle doludur ama yeyende gorurem ki xemir sisib deye hele gorsenir.

  • 11. SEVGI  |  Noyabr 13th, 2009 at 3:30 am

    Salam Feride xanim.Necesiniz?bu tortunuzda super cixib .Bundanda bisirerem.men sirniyyat xestesiyem.gunde 3-4 bele tort bisirib yesem ureyim uf demez. yox ha dusunmeyinki bu bu qeder yeyir hardasa 100-150 kilo olar?hecde bele deyilem kilom 49 dan o yana kecmir.deyirem birazda sizin sirniyyatlardan yeyim belke kokeldim. INSALLAH.

  • 12. FƏRİDƏ  |  Noyabr 13th, 2009 at 11:45 pm

    AYSEL: Xemir berkdirse, bir az elini sudle islat yene yogurt. Smetana gerek yoxdur. Men limon duzu qatmiram. ola bilsin ele resept de var. emin deyilem.

  • 13. FƏRİDƏ  |  Noyabr 13th, 2009 at 11:46 pm

    GULU: sekerbura xemirini bu saytdan goturmusunuz? burdaki reseptle eleseniz, onda xemir cox sismir. az droj vurulur ki yumusaq olsun. shekerburanin icini yaxsi doldurma lazimdir.

  • 14. PƏRVANƏ  |  Noyabr 14th, 2009 at 11:39 am

    SALAM Fəridə xanim,mənə kəsmə peçenyə resepti lazımdır.məsələn;ürək,ulduz,çiçək və s. formalarda bişən.bilirsinizsə xais edirəm yazasiniz.sağ olun.

  • 15. vusale  |  Noyabr 25th, 2009 at 3:08 pm

    salam Feride xanim.bu menim ve heyat yoldasimin en sevdiyi tortdur.cox sagolunki nece bisirmek lazim oldugunu basa saldiz,mutleq bisirecem.sagolun…

  • 16. Lale  |  Dekabr 7th, 2009 at 4:12 am

    Yaxsidir Arvadim nihat

  • 17. Lale  |  Dekabr 7th, 2009 at 4:13 am

    Yaxsidir Arvadim Nihata

  • 18. Valide xanim  |  Dekabr 9th, 2009 at 8:13 am

    salam, cox sagolun ki bucur nefis bir tortun reseptini bize teqdim etmisiniz, hazirladim amma yeyen yoxdur (zarafat), eladir!

  • 19. konul  |  Dekabr 11th, 2009 at 2:19 pm

    salam aleukum FERIDE xanim bu resepte gore cox saqolun men ozum biwirmiwdim amma xemire yaqi cox atmisdim deyen yaxsi yayilmadi cox ezyet verdi mene yaxwi oldu siz yazdiz duz resepti bilmiw oldu tewekur elerinize saliq

  • 20. Aysun  |  Dekabr 30th, 2009 at 10:39 am

    bu tortu cox xowlayiram.xaiw edirem eger sinikers tortunun nece hazirlandigini bilin varsa menim mailime gondersinde

  • 21. Elbrus  |  Yanvar 1st, 2010 at 10:55 am

    Salam, Fəridə xanım. Bu reseptə görə çox sağ olun. Yoldaşım bişirəndən sonra başqa şiriniyyat yemək istəmirəm. Hamımız sizə minnətdarıq. Çox sağ olun.

  • 22. Manana  |  Yanvar 3rd, 2010 at 2:53 am

    Napalyonu xoshlamiram yalniz mecbur oldugum zaman dadina baxiram.Yoxlamaq ucun bunu mutleq bishirecem,belke meni qane etdi.Yenede elinize saglik!

  • 23. Azerbaycan  |  Yanvar 18th, 2010 at 4:06 am

    Cox sag olun bu resepte gore. Bashqa tortlarin da reseptini verseniz minnetdar olariq.

  • 24. Aysel  |  Yanvar 21st, 2010 at 7:10 am

    Feride xanim cox sag olun. ne qeder vaxt idi ki men bu tortu nece bisirmeyi oyrenmek isteyirdim. cox sag olun

  • 25. Xalide  |  Yanvar 24th, 2010 at 1:55 am

    Salam Feride xanim. Men de bisirdim amma sekildeki kimi seliqeli alinmadi((((Dadi ise superdi))))

  • 26. sladkayewka  |  Fevral 2nd, 2010 at 11:22 am

    salam Feride
    bu tortu da cox beyenirem ele bu yaxinlarda hazirlamishdim amma men biraz bashqa cur etmishdim sende bu resepte gore cox sagol ellerine sagliq

  • 27. yumow  |  Fevral 3rd, 2010 at 1:59 am

    feride xanim cox saqolun birazda trt reseptleri yazindaaaa

  • 28. Gunay  |  Fevral 23rd, 2010 at 1:53 pm

    ,

  • 29. kanan  |  Fevral 24th, 2010 at 7:58 am

    supper

  • 30. Gunay  |  Fevral 27th, 2010 at 4:02 pm

    Salam Feride xanim mumkunse mene etli qat-qatin receptin yazardiniz. sagolun.

  • 31. Sevinc  |  Mart 11th, 2010 at 6:45 am

    Mən bu tortu bişirdim,həqiqətən çox dadlı çıxdı. Çox sağolun Fəridə xanım, Allah razı olsun sizdən

  • 32. NaRa  |  Mart 23rd, 2010 at 8:05 am

    surerdi!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • 33. NaRa  |  Mart 23rd, 2010 at 8:08 am

    superdi:))))))))))))))))))))))

  • 34. ulker  |  Aprel 1st, 2010 at 1:45 am

    cox sagolun,men nece vaxtdi Napaleonun reseptini axtariram

  • 35. feride  |  Aprel 10th, 2010 at 8:49 am

    salam menim adimda feridedir.men bu saytdan bir cox reseptler goturmusem hamisida cox xosuma gelib.reseptlere gore cox sag olun

  • 36. A  |  Aprel 10th, 2010 at 10:26 am

    Cox sag olun, Feride xanim. Ilk defedir ki,tort bisirmek istedim.Sizin reseptinize baxdim cox xosuma geldi ve bisirdim.Heqiqeten ela alindi. Thanks!!!!!!!

  • 37. Mina  |  Aprel 20th, 2010 at 4:07 am

    salam Feride xanim.napoleon tortunu hazirladim.amma cox yumusaq alindi.marketlerde satilana oxsamirdi.fikirlesdimki goresen niye bele alindi?dedimki yeqin sobada cox saxlamamisam xemiri.amma ailemizde hami beyendi.cunki cox dadli idi.coooox sag olun

  • 38. ELNARƏ  |  Aprel 27th, 2010 at 3:05 am

    RESEPTLERE GORE COX SAG OLUN.BİLMEDİKLERİMİ BURADAN OYRENDİM .BUNA GORE EZİYYETİ OLANLARA MİNNETDARLİGİMİ BİLDİRİREM.THANK YOU VERY MUCH FOR EVERYTHİNG

  • 39. sona  |  May 14th, 2010 at 1:35 pm

    ellerinize saqliq Feride xanim chox gozel alindi,teshekkur edirem size!!!

  • 40. dr.ina  |  May 27th, 2010 at 2:59 am

    salam feride xanim saytiniz cox gozeldir.balli tortu sizden oyrenib biwirdim ve artiq hami mennen o hemiwe tortu biwirmeyi teleb edir, quw sudu tortunun reseptini zehmet olmasa vererdiz

  • 41. NURENGIZ  |  Iyun 1st, 2010 at 12:27 pm

    FERIDE XANIM COX SAG OLUN BU RESEPTE GORE,MEN BU RESEPTI COXDAN AXTARIRDIM,BU TORTU MUTLEQ BIWIRECEM .BIRDE SIZDEN BIR XAHIW EDIM ,ZEHMET OLMASA EGER BILIRSIZSE YAGSIZ HAZIRLANAN UWAQ PECENYESININDE RESEPTINI YAZARDIZ.QABAQCADAN SIZE TEWEKUR EDIREM .ALLAH SIZIN KIMI XANIMLARIN KOMEYI OLSUN.

  • 42. Nübar  |  Iyun 8th, 2010 at 3:25 am

    Salam Feride xanim! Hergah Siz menim sherhlerimi cavablandirmirsiniz amma men butun hisslerimi Sizinle ve hami ile bolushecem. Sizin reseptlerinizi goturub bir-bir hazirlayiram hamisi da ele gozel alinir ki… Xanimlara onu catdirmaq isteyirem ki, reseptde nece yazilibsa ele etsinler,inaninki alinacaq. Napaleon tortunu hazirladim. Cox gozel alindi. Elece de bulkularim,yeni balli corekler,men hemishe onlari hazirlamagi arzu edirdim,Sizden bir de sorushmaq isteyirdim ki,balli coreklere kishmish qatsam nece olar………. Size cox-cox teshekkur edirem, Sizin sayenizde bilmediyim cox sheyi oyrenmishem. Heyat yoldashim menden tez-tez ekler bishrmeyi xahish edir.Bu da menim coxdan ki arzum idi. Allah butun arzularinizi heyata kecirsin.Haminizi opurem…..

  • 43. FƏRİDƏ  |  Iyun 8th, 2010 at 8:08 am

    NUBAR: Salam. Cox sag olun serhinize gore. Serhlerinizde nese sual var idi se, men adeten sual olan serhleri cavablandiriram, vaxtimin mehdudiyyetinden. Amma hamisini oxuyuram ki, sualina olana cavab yazim. Eger sual vermisinizse, ve men cavab yazmamisamsa, onda demeli gozumden yayinib. Bagislayin:) Reseptleri olduqca deqiqlikle yaziram ki, hec kim cetinlik cekmesin. Cox sag olun deyerlendirdiyinize gore. Hamisi nus olsun:)

  • 44. FƏRİDƏ  |  Iyun 8th, 2010 at 8:44 pm

    NUBAR: Yadimdan cixdi yazrim, bulkalara kismis qatsaniz da yaxsi olar.

  • 45. Nübar  |  Iyun 8th, 2010 at 10:12 pm

    Salam Feride xanim. Sualimi cavablandirdiginiz ucun cox sag olun. Deyesen menim o biri sherhlerimde sual yox idi. Siz dogru qeyd edirsiniz. Sadece bilmek isteyirdim ki,menim de sherhlerimi oxuyursunuzmu.. yeqin bir az paxilliq etmishem Inanin ki,cavabinizi gorub cox sevindim,sizi cox sevirem. menim iki yashinda bir oglum var,o menim shirniyyatlarimi cox sevir. Yeqin ki,kishmishli bulkularimi da beyener. Haminizi orurem

  • 46. NILUFER  |  Iyun 22nd, 2010 at 11:14 am

    sizden cox xais edirem qus sudu tortun hazirlayinda lay lay olanin indiden cox sagolun

  • 47. Xumar  |  Iyun 24th, 2010 at 3:57 am

    Salam Fəridə xanim sizdən çox xahiş edirəm yaxın günlərdə tortların üzünü bəzəmək üçün şəkər xəmirin reseptini yazasınız.Bunu nəzərə alıb saytda yerləşdirsəniz çox sevinərəm.İnanın ki bunu şox xanımlar var ki axtarırlar.Çox məmnun olarıq. Sağolun

  • 48. Xumar  |  Iyun 24th, 2010 at 4:03 am

    SALAM FƏRİDƏ XANIM SİZDƏN ÇOX XAHİŞ EDİRƏM TORTU BƏZƏMƏK ÜÇÜN ŞƏKƏR XƏMİRİN RESEPTİNİ SAYTDA YERLƏŞDİRİN.BUNU BİR ÇOX XANIMLAR AXTARIR BUNU ÜÇÜN DƏ YAZSANIZ MƏMNUN OLARDIQ.ƏVVƏLCƏDƏN TƏŞƏKKÜR EDİRƏM

Şərh Yaz

Lazımdır

Lazımdır, bloqda görünməyəcək

(Varsa)

Trackback this post  |  Subscribe to the comments via RSS Feed