My Book

“Nar Bilərziyi” Salatı (Qranatovıy Braslet)

Məktəb vaxtı yadımdadır, Rus yazıçısı Aleksandr Kuprinin esərlərini keçirdik (rus sektorunda oxuyanlar bilər yəgin). Bu yazıçının şah əsərlərindən biri Qranatovıy Brasletdir. Çox maraqlı hekayəsi var idi. Düzü detalları yadımda deyil, amma hekayə Vera adlı bir xanımın ad günündə bir nəfərin ona məktubla bərabər göndərdiyi bilərzikdən başlayır. Bilərziyin üstü qranat daşı ilə bəzənmişdi.  Qranat daşın adıdır və əsl qranatın rəngi qırmızı olur, nar gilələri kimi. Daşın adı elə qranat, yəni nar sözündən gəlir. Qranatoviy Salat adı da məncə elə bu hekayədən gəlir. Düzü burada daş-qaş yerinə yeməli nar dənələri var, bu da ki mənə daş-qaşdan daha maraqlı gəlir:)  Olduqca ləzzətli salatdır. Nuş olsun!

Nar Bilərziyi Salatı (Qranatovıy Braslet)

Qeyd: Bəzən bu salatın içinə yağda qızardılmış soğan da qatırlar, amma mən salatda artıq yağlı ərzaqlar (mayonez, qoz) olduğundan soğançadan istifadə etmirəm.

3 ədəd yerkökü
3 ədəd kartof
2 ədəd kiçik və ya 1 ədəd iri çuğundur
3 ədəd yumurta
1 stəkan qoz ləpəsi – xırda-xırda doğranmış
2 ədəd sümüksüz, dərisiz toyuğun döş əti
mayonez (istəyə görə mayonezi xamayla qarışdırmaq da olar)
duz
istot
nar dənələri (təxminən 1 iri nardan)

Yerkökü, kartof, çuğundur (ayrı qazanda) və yumurtanı suda bişirin. Sürtkəcin iri gözündən keçirib ayrı-ayrı qablara yığın. Ayrı qazanda bir az duz salınmış suda toyuq ətini də bişirib, əlinizlə didin.

İri yastı qabın ortasına su stəkanı qoyun. Ərzaqları bu stəkanın ətrafında bu ardıcıllıqla yayın:

Qeyd: arada layları duzlayın, amma çox deyil, çünki mayonez duzlu olur.

1. kartof
2. mayonez (təxminən 2 x. qaşığı)
3. çuğundurun yarısı
4. mayonez
5. yerkökü
6. mayonez
7. qoz
8. toyuğun yarısı
9. mayonez
10. yumurta
11. mayonez
12. qalan toyuq
13. mayonez
14. qalan çuğundur
15. mayonez

Axırda mayonezi salatıın hər tərəfinə çəkin. Üstünə və kənarlarına nar dənələri səpin və əlinizlə yüngülvari basın ki, yapışsınlar. Bir neçə saatlıq soyuducuya qoyun.

Related Posts with Thumbnails
94 Şərh
  1. Sabahiniz xeyir olsun Feride xanim. Her gun kimi bu gunde saytiniza girdiyime cox sadam. Men ozun sirniyyata ve salatlara ustunluk verirem.Bu gozel salata gore tesseekkur bu salati eslinde bilirik amma her kes oz evinde elaveler ederek deyisdirir bu salati cox sag olun duzu bu gun sayta girerken yeni bir sey gorduyume cox sevindim. opdum sizi ozunuze yaxsi baxin)))))))) Sizden oyrendiklerimi evde anama ve yaxin insanlarima oyredirem ve sizin kimi bir xanimin bizi bele temsil ediyinizi fexrle deyirem. Manim kimi 22 yasinda olan genclere yeni ve dadli seyler oyretdiyinize gorede cox sag olun birde

  2. salam FERIDE XANIM,bu salati esetmisdim..ama here bir cur basa salirdi..axirki sizde saytiniza bu salati elave etdiniz…size minnetdaram buna gore…menim 20 yasim var,18 yasinda aile qurmusam,indi maskvada yasayiram…qurbet olkede ne anam nede yaxin bir insanim varki yemey bisirmeyi oyretsin..sizin sayti tapdigimcun cox xosbextem…allah canivizi sag elesinki,bildiklerinizi biznen bolusursuz..cox sagolun..

  3. Feride bu harika gorunuyor WOW!!!! Tarifini bekliyorum!

  4. Salam Fəridə xanım ! Sizin narlı reseptlərinizə lap heyran olmuşam !

  5. MÜKEMMEL, MÜKEMMEL. SUPER. DAHA NE DEYİM FERİDE XANIM COX SAG OLUN. DADI VE GORUNUSE SOZ OLA BİLMEZ.
    SUFREYE QOYANDA ADAM ELE TAMASA ETMEK İSTEYİR.

  6. Salam.Dogurdan da gorunushu chox gozeldi.Biz de hazirladiq.Adam gorunushune baxib korlamamaq uchun yemek istemir.Chox sag olun

  7. Salam Feride xanim. Bu salati mende cox beyendim. Men bir qeder bashqa cur edirdim ancaq bunun formasi cox gozeldir. Teshekkur edirem. Menim sizden xahishim var. Zehmet olmasa eger mumkunse Doshemeli Ash reseptini yazardiz burda. Cox isteyirem onu bishirmek. Ama deqiqliyi ile bilmek isteyirem. Teshekkurler

  8. salam Feride xanim.Necesiz??men hemise baxirdim bu sayta yazdiqlarinizi mende eliyirdim ama serh yazmirdim.bu salati eliyennen sonra serh yazmamaq olmur..hem gorunusu hem de dadi cox gozeldi.cox saqolun minnetdaram!!!

  9. Salam,xanimlar. 1-ci defedir bu sayti achmisham,chox beyendim.ellerinize sagliq,chox gozel reseptler yazmisiniz.
    bilirsiniz menim bu yemek bishirmek ishlerile aram pis deyil amma bishirdiyimi stola qoyanda yerleshdire bilmirem.ora qoyuram-bura qoyuram nese ureyime yatmir.(esasda boyuk stol hazirlayanda) qisacasi servirovka bilmirem.oyredindeee mene :-)
    Her kese teshekkur edirem!!!

  10. Men salatlari umiyyetle sevirem!

  11. Salam Fəridə xanım ! Zəhmət olmasa deyə bilərsinizmi ?
    Self rising flour(mən belə başa düşdüm ki, özü köpən un )
    reseptdə necə əvəz etmək olar.Sag olun.

  12. ULYA1: Self-rising powder adi un, qabartma tozun ve duz qarisigidir. Eger bir reseptde self-rising un istifade edin deyilirsen, sen adi un gotur, her 1 stekan una 1 cay qasigi qabartma tozu ve bir cimdik duz elave et , qarisdir. Olsun self-rising un.

  13. Sualımı cavablandırdığınıza ğörə çox sağ olun !

  14. ela ela ela:))Feride sizin bloqu cox beyenirem,sizin sayenizde ecnebi dostlarima super qonaqliq verirem,hetta menimle birge kicik kursda ozlerini sinayiblar;))bloqunuzu daim izleyirem yeni reseptler gozleyirik:))ugurlar:))cox sag olun!!!!

  15. Bu salati hazirladim.Cox dadli idi.Cox saq olun Feride xanim.

  16. Elleriniz ve beyniniz yorulmasin.T ESEKKURLER.YENI ILINIZ MUBAREK!

  17. cox sag olun.

  18. Farida, sizin mayoneze munasibetiniz necedi, men bildiyime gore chox tehlukeli sheydi, mumkun qeder uzaq olmaq lazimdi… Ne meslehet gorursuz, kartof qizartmasini hansi ile yeyek, mayonez ile, yoxsa ketchapla..?

  19. NOVARG: Mayonezi cox xoslamiram, amma arada salatlarda isledirem. Az yeseniz zereri olmaz. Coxun hemise zereri var, ne olursa olsun. Kartof qizartmasini mayonezle birinci defedir esidirem.

  20. SALAM, FERIDE XANIM.RESEPTLERINIZI COX BEYENIREM. SIZDEN QUSH YUVASI SALATI HAQQINDA OYRENMEK STEYIREM.EVVELCEDEN COX SAQ OLUN.

  21. agzim sulandi

  22. FERİDE XANİM SALAM, BUNUN ICINE CUGUNDUR VURMASAQ OLARMI?

  23. TUNZALE: Cugundursuz da olar, amma onda dadi bri qeder ferqli olacaq. Basqa salat olacaq, amma mence pis olmaz.

  24. salam,feride xanim bes eti qovurub vursam nece olar?

  25. GUNAY: Toyuq etini nezerte tutursunuz? Mence sert olar. Bu salat cox yumusaqdir, qovurulmus toyuq sertlik verer mence. Amma yene de “prob’ edin, belke yaxsi alinar.

  26. feride xanim shirniyyat barede size cox ehtiyacim var! keks hazirlayanda istediyim kimi wiwmirler,men ne edim ?zehmet olmasa mene bir yol deyin mumkunse.

  27. qiymeni nezerde tutmuwdum,cunki bele ewitmiwem ne derecede yaxwi olar bilmirem,sizce meslehetlidi

  28. men sizin siteni cox beyendim insalah ne lazim olursa burdan alaram yenilikler isdiyirem bunlarin coxsunu bilirem indi sizin nar bileriyini haqzirlamaq isdiyiram insalah yaxsi olar saq olun

  29. Bu salati hazirladim.Hem gorunushu,hem dadi superdir.Chooooooooooox teshekkurler

  30. SALAM FERIDE XANIM BUTUN BUNLARA GORE SIZE OZ MINNETDARLIQIMI BILDIRIREM.XAIS EDIREM YENI SALAT RESEPLERI YAZIN.

  31. feride xanim bes unsuz skalad tortuna soda vurulmu,eger mumkundurse yazardiz.

  32. AYTƏN: Xeyir, vurulmur.

  33. Salam.Sizin yemeklerinizi chox beyenirem.
    Size de teshekkurlerimi bildirirem ki,insanlara bu qeder komekliyiniz deyir.

  34. Tesekkurler, cox geseng gorunur. Insallah, hazirlayacam

  35. Feride xanum elleriniz var olsun. Mashallah cox gozel reseptleriniz var. Menim heyat yoldashim xaricidr. Ve sizin reseptler esnasinda yoldashimi Azerbaycanin milli xorekleri ile tanish edirem. Cox sag olun.

  36. Salam Feride xanim,bütün reseptleriniz cox gözeldi,cox beyenirem.Yeni reseptlerinizi sebirsizlikle gözleyirem.

  37. Nar bilərziyi salatının reseptini çoxdan götürsəm də ancaq dünən hazırlaya bildim. Çox dadlı alınmışdı. Xoşumuza gəldi ailəlikcə. Onun üçün də təşəkkür etmək istədim. Çox sağ olun :)

  38. saLAM.Men bu sayta daxil olanda gözlərimə inana bilmədim.halaldi sizə.cox gözəl asand və başadüşüləcək dərəcədə yazılib.
    İnana bilmirəmki Azerbaycanda bele səviyyədə inkişaf var internet aləmində.
    Bu saytın yaradılmasında əməyi keçən hər bir insana 1-1 minnətdarlıqımı bildirirəm.
    bu sayat tez tez daxil olacam və ümid edirəmki yeniliklər daim olacaq.

    Bu salat haqqında isə açıqı 1-ci dəfədir görürəm və oxuyuram..
    bilməməymin səbəbi bəlkə mənim daim avropa mətbəxinə meyl etməimdi.
    Maarifləndirdiyiniz üçün sizə cox minnətdaram!!!!

  39. salam.reseptler ucun tesekkur. cox maraqlidir ve izahi da cox gozel verirsiz.sekillere baxanda adam ele yemek isteyir:)nar bilerziyi salatinin reseptini coxdan gotursem de bu gun hazirladim.ama duzu o qeder de qeyri adi bir dad g ormedim. bir az mimoza salatiniin bir az da karalevski salatinin dadini verirdi.mumkun olsa maraqli salat reseptlerinizi gozleyirem.

  40. salam feride xanim butun sherhlerle raziyam yaxshiki varsiniz.mende ukraynada yashayiram ve metbexde sizin kimi bir beledciye cox ehtiyacim variydi.sizden cox xahish edirem mene tez cavab yazasiniz cunki 5 gunnen sonra yoldashimin adgunudu qonagim olacaq.Bu toyuq etini basha dushmedim 2 dene deyende 2 tike nezerde tutursunuz yoxsa 2 toyugun sinesi.cavabiniz ucun evvelceden teshekkurler.heqiqeten cox gozel gorsenir ellerinize sagliq

  41. AYTEN: 2 eded toyuq sinesi.

  42. Salam feride xanim. necesiniz? bu salati etdim refiqem meslehet gordu.cox ela gorunuwu ve lezzeti var. Evde hami cox beyendi
    Sag olun.

  43. Salam Feride xanim.Nar bilerziyi salatini Bakida olanda qonaqliq verilislerinde gormusdum.reseptini ise sizin saytdan goturdum ve hazirladim.tesadufen qonaqlarim geldi.sufreye getirende hamisi onun gorunusune heyran qalmisdi.dadina baxdilar ve cox beyendiler.hardan oyrendiyimi sorusduqda sizin haqqinizda onlara danisdim.qonaqlarimin her biri ayriliqda size oz tesekkurunu bildirdi.Allah sizden razi olsun.

  44. Incredible.very beautiful.

  45. salat reseptleri daha cox yerleshdirseniz coooox memnun olardiq, qabaqdan da bayram gelir, istifade ederdik :) evvelceden tesekkurler )

  46. bu salatdan cox xosum geldi.

  47. salam,her kesin bayramini tebrik edirem,nece bele bayramlara.Dunen bu salati hazirladim,ve cox gozel alindi,ailem de coxbeyendi.Opurem meslehetlere gore minnetdaram.

  48. QRANOTOVIY BRASLET MENDE BU RECEPTI ARTIQ UC ILDIR HAZIRLAYIRAM.DADLIDIR.AMMA NESE SON ZAMANLAR USTUNLUK VERIREM SALAT CEZAR KRAB SALATI CUGUNDUR MARKOVKA SALATI VINEQRED BIRDE SELT POD SHUBA.KIM ISTESE MEN BUTUN SALATLARI COXUN BILIREM HAZIRLAYIRAM KIME NESE LAZIM OLSA SORUSSUN DEYEREM.

  49. NURA – Xahiş edirəm maraqlı reseptləriniz varsa, onları FORUMda digər oxucularla bölüşün. Orada salatlar, suplar, və digər kateqoriyalar var. İstədiyiniz resepti qoya bilərsiniz. Orada onları oxuyan daha çox olacaq.

  50. salamlar men serin salatinin.belke size tecublu olacag amma adi sef etmiremse beledi.terkibinde almada var reseptini bilmek isterdim mumkundurse deyerdiniz cox sagolun

  51. cox sagolun.men sizden yawar salatinin reseptini oyrenmek istiyirem.bir restoranda yemiwdim demiwdilerki adi yawar salatdi.eyib olar deye resepti soruwmadim.siz deye bilersiz?

  52. hazirlamisham mende bu salati. cox dadli ve gorunushcede cox gozeldi.

  53. Vauuu… Görüntüsü möhtəşəmdi. Dadına da şübhəm yoxdu. Mütləq hazırlayacam… Təşəkkürlər Fəridə…

  54. həqiqətən də çox gözəl

  55. təşəkkürlər

  56. COX GOZEL SALATDIR HEMDE GOZEL GORUNUSU VAR.TESEKKURLER

  57. 1-2defe hazirlamisam amma yememisem.cunki mayenezle hazirlanir.mayenezle hazirlanan hec 1salati sevmirem.yenede tesekkurler!

  58. Feride xanim nar salatinin reseptini bilirdim. soganca, toyuq eti yumurta ve nardan ibaret idi. elemisden. dadli deyildi. sizin reseptinizin daha dadli olacagina inaniram

  59. Salam Feride xanim. Men bu salati cox beyendim İnshallah sabah hazirlayacam.

  60. SALAM FƏRİDƏ XANIM TƏŞƏKKÜR EDİREM SALAT RESEPTİNƏ GÖRƏ EVDƏ BƏYƏNDİLƏR SALATI XÜSUSƏN DƏ YOLDAŞIM. MƏN BİŞİRMƏK HƏVƏSKARI DEYİLƏM HƏRDƏN EVDƏKİLƏRİ TƏƏCÜBLƏNDİRİRƏM.AMMA DEYƏSƏN HƏVƏSLƏNİRƏM SİZİN YAZILARINIZ SAYƏSİNDƏ

  61. bu salati men hazirlamisam ve olduqca dadli olub ancaq men uzerini basqa fason bezedim ve mence elede gozel alindi resepte gore tesekur

  62. salam.bu resep cox xosuma geldi.hazirladim ve beyendim.isterdim ki,bundanda maraqli reseptler veresiniz.

  63. Men yeni il uchun bu salati etmeyi planlashdirirdim. Amma men oxudughum menbede yazilib ki, en sonda salati butunluke yemek uchun strech -e sariyib en az 102 saat soyuducuda saxlamaq lazimdir…

  64. 12 saat *

  65. hal-hazirda bu salati hazirlayiram. neticeni sabah bolusecem)

  66. Suba salatini bilen olsa reseptini yaza

  67. salam Feride xanim Bayraminiz mubarek. Men Yeni ile bu salatdan hazirladim cox qesseng alindi. Cox sag olun. Ne yaxsi ki varsiniz:))

  68. Men bu salatı kecen ıl yeni ilde hazırlamısdım.Ela alınmısdı ve cooox dadlı idi.Cox sağ olun Feride xanım bu qeder asan dîlde ve cox aydın reseptler yazdıgınız ucun ))hele sekıllerını de cekırsız.Superrrr

  69. Mene italyan metbexinin salatlari lazimdi eee hardan tapa bilerem?:(

  70. salam cox gozel salatadi elemiwem ve beyenmiwem hamiya meslehet gorerdim

  71. tesekkur ….

  72. Cox super biwirmeye deyer

  73. Salam. ÇOX dadlı salatdı. bişirdim,hamı bəyəndı

  74. cox tewekkur edirem,bele maraqli salat reseptlerine gore.

  75. Feride xanim bunu qozsuz etsem olar qoza qarwi allergiyam var qozsuz etsem nece alinar

  76. grunushu cox gozeldir bu gun mende bu salati duzeldecem .size yazacam nece alindi?

  77. Yuz defe hazirlamiwam bu salatdan, sabah yene hazirlayacam.
    Feride Xanim men yeni salatlar oyrenmek isteyirem artiq eynilikden bezdim. Yeni ferqli dadli resept paylawsaniz cox sevinerem. Hamiya ugurlar…

  78. salam. Feride xanim size cox teshekkur edirem. verdiyiniz napaleon tortunun resepti inanilmaz dadli alindi. cox istedimki meyveli biskvit tortlarinin reseptleride olsun. birde kumpirin reseptini bilmek isterdim. onceden teshekkurler.

  79. Salam.Feride xanim nar deneleri sirin,yoxsa turs olmalidir? cavablandidsaz sevinerem.evvelceden tesekkur.

  80. tisbaga salatini axtarirame

  81. salam mende bugun nar salati etdim cox gozel alindi yoldasinda beyendi ressebe gore tesekkurler

  82. Mence cugundur korluyur! ama bele qewenk salatdi

  83. COX ACIQLAMALI yazmiziz ama bu salatin icinde cugundurun hec yeri yoxdu e.

  84. Men hazirladim superdi.sagolun Feride xanim.

  85. men umumiyyetle butun salatlari sevirem en cox da nar salatin super olur

  86. Cox sag olun. Eladir

  87. Feride xanim nar sirin olmalidir, yoxsa turş?

  88. feride xanim cox gozeldi bizde hazirladiq.. cox gezeldi. tesekkur edirem bu reseptdi yazdigiviza gore. men bu reseptdi ilk defe burda gordum

  89. ZULFİYYE – Turşməzə olsa yaxşı olar, ama zəruri deyil. Çox şirin olmasın amma.

  90. Feride xanim,bu ingredientler texminen neche neferlikdi,zehmet olmasa qeyd eliyerdiz.

  91. Feride men bu salatdan çox etmisem dadlida alinir

  92. umumiyetle bir sey hazirlamaq isteyende o deqe feride xanimin reseptlerine baxib edirem

  93. salam gozel saytiniz var bilmediyimiz cox sheyler var orgenmek ayib deyl

Sizin Şərhiniz