kataloq

Nar Qovurması

Bu yeməyin vətəni Göyçaydır. İndi ki narın və şabalıdın mövsümüdür, bu yeməyi bişirmənin əsl vaxtıdır. Düzü buradakı narlar Göyçay narı qədər ləzzətli olmasa da, onlardan hazırladığım nar qovurması pis alınmır. Siz də bişirin nuş edin. Bloqlarımız vasitəsiə tanış olduğum Mehinə bu reseptə görə təşəkkürümü bildirirəm.


Nar Qovurması

4 pay üçün

1 kilo sümüklü və ya sümüksüz qoyun əti - orta tikələrə doğranmış
təxminən 6 x. q. yağ
1 ədəd iri baş soğan - uzunlamasına yarı bölün sonra nazik-nazik doğrayın (aşın qarasında olduğu kimi)
4 stəkan təmizlənmiş şabalıd
duz
istiot
bir çimdik zəfəran tozu
2 x. qaşığı qaynar su
2 stəkan turşməzə nar dənəsi (Gülöyşə narı yaxşı olardı)

Əti bir qazana qoyub, qazanı suyla doldurun. Əti qaynadın və içinin qırmızısı gedənədək suda bişirin. Bu müddət ərzində kəfini yığın. Ətin suyunu süzüb bir kanara qoyun. Əti ayrı qaba qoyun.

Tavada (kənarları bir az hündür olsun) yağı qızdırıb soğanı bir az saralanadək qızardın. Əti soğana əlavə edib, tez tez qarışdıra-qarışdıra bərabər qızardın (təxminən 20 dəqiqə).

Təmizlənmiş şabalıdı ətə əlavə edin. Zərəfan tozunu 2 qaşıq suda dəmləyin, sonra isə bu dəmi ətə əlavə edin. Kənara qoyduğunuz ət suyundan 1 stəkan götürüb qazana əlavə edin. Zövqə görə duz və istiot vurun.

Tavanın qapağını qoyun və yeməyi orta odda təxminən 30 dəqiqə, və ya ət bişənədək  bişirin. Bişməzdən 5 dəqiqə əvvəl narı əlavə edib bişirin. Süfrəyə ya plov ya da çörəklə verin.

Qeyd: Bu yemək qaldıqca nar qaraldığına görə, bunu bişdikdən sonra həmən yemək məsləhətdir. Əgər sonra yemək üçün bişirirsinizsə, onra narı süfrəyə verməzdən əvvəl qazana əlavə edib bişirin. Və yaxud, narı heç  bişirməsəniz də olar. Bir qaba qoyun ki, hər kəs istədiyi qədər isti yeməyinə nar əlavə etsin, bişirmədən.

nar xoşlayan 2 yaşlı bir uşaq:)

Related Posts with Thumbnails

17 Comments Add your own

  • 1. Sema  |  Noyabr 21st, 2009 at 2:35 am

    salam Feride xanim necesiniz?ilk once ellerinize saqliq.bir sualim var sabalidi bisirmek lazimdir yoxsa ciy halda qabiqini temizleyib elave etmek.MEN SERH YAZMASAMDA ILK KOMYUTERI ACAN KIMI SIZIN BLOQA NEZER YETIRIREM.TESEKKURLER.QUCAQ DOLU SALAMLAR.

  • 2. ulya1  |  Noyabr 21st, 2009 at 3:26 am

    Çox gözəl görüntüdür!!! Bloqun şəkillərində nar ,reseptdə nar.
    Görəsən nardan gözəl meyvə var ? Mənim nardan çox xoşum gəlir.Fəridə xanım bu gözəlliyi bizimlə paylaşdığınıza görə çox sag olun.Bu resepti mütləq hazırlayacam.

  • 3. Gunay  |  Noyabr 21st, 2009 at 6:31 pm

    Salam Feride xanim, size doqrudan da halal olsun! Sayti teze keshf elemishem, everything is perfect! Butun detallar adami celb edir,shekiller, reseptlerin deqiqliyi ve izahlarin sadeliyi. Chox saq olun.

  • 4. afag  |  Noyabr 23rd, 2009 at 10:31 am

    salam Feride xanım.bu saytı tapanda ele sevindimki. bizim yemeklere aid sayt axtarırdım hemise vallah cox isime yaradı
    ellerinize sagliq.

  • 5. FƏRİDƏ  |  Noyabr 23rd, 2009 at 2:06 pm

    SEMA: Sabalidin qabighini onu suda bir az qaynatdirqan sonra temizlemek lazimdir. sonra yemeye elave etmek. Ona gore, men reseptde SHABALID sozunun ustunde link qoymusam. Ora tikla, orda sabalid nece temizlenmelidir izah olunub.

    Haminiza serhleriinzie gore tesekkurler.

  • 6. samira  |  Noyabr 27th, 2009 at 8:39 am

    salam farida xanim bu syti tapanda cox sevindim.farida xanim mana dondurmanin neca hazirlanmasini deyardizda

  • 7. FƏRİDƏ  |  Noyabr 30th, 2009 at 2:45 pm

    SAMIRA: Dondurma resepti RESEPLERin icinde bax. Ora baxin.

  • 8. yegane  |  Dekabr 12th, 2009 at 7:20 am

    Feride xanim salamlar,ilk defeydi saytiniza girdim ve heyran oldum..gozel reseptlere gore size sonsuz tesekkurlerimi bildirirem
    bir seyi oyrenmek isteyerdim bu yemekde qoyun etinden yox mal etinden istifade etmek olarmi?sagolun varolun

  • 9. FƏRİDƏ  |  Dekabr 13th, 2009 at 3:35 pm

    YEGANE: Adeten qoyun etiyle bisirilir, amma mal eti de olar.

  • 10. TUNZALE93*  |  Yanvar 10th, 2010 at 11:35 pm

    INCIMEYIN FERIDE XANIM AMMA XOSUMA GELMEDI,AMMA YENEDE EZYYETINIZE GORE ALLAH RAZI OLSUN

  • 11. Novarg  |  Yanvar 14th, 2010 at 12:44 am

    Nar-zad qarishdirib gul kimi yemeyi korlamayin… Farida, shexsen mene bele gelir ki, mes. dolmani qatiqla yemek dolmanin lezzetini itirir, siz nece dushunursuz..?

  • 12. FƏRİDƏ  |  Yanvar 15th, 2010 at 7:00 pm

    NOVARG: Zovg meselesidir. Men qatiqla dolmani xoslayiram mesel ucun.

  • 13. gunay  |  Fevral 18th, 2010 at 11:44 am

    feride xanim super alindi mende.cox sagolun bu resepte gore.nar ona xususi lezzet verir

  • 14. CEMILE  |  Aprel 24th, 2010 at 4:13 am

    bir daha salam men de GOYCHAYLIYAM!BIR MESLEHETIM VAR BU YEMEYLE BAQLI!NAR QOVURMA esaen cholpa ve hindushka etinden daha dadli olur mal ve qoyun etinden daha ferqli!tebiiki herenin bir aqiz dadi var!nuw olsun her kese!butun dunyada yawayan azerilere salam olsun!

  • 15. CEMILE  |  Aprel 25th, 2010 at 8:48 pm

    FERIDE,Eynen bunu kimidir ama ki cholpa etini qaynatmirsan yaq soaqana tokenden sonra bir stakan falan su tokub aqzini ort az xodda biwsin oz aleminde qalan her wey reseptdeki kimidir ve hind toyuqu etinden ise edende hind toyuqunu ama qaynatmaq lazim ve onun bulyonundan tokmek lazim eti yaq soqana tokende yene eyni qayda ile biwirin!menim en en en sevdiyim yemekdir!BIRDE bir reseptim var SUPERDIR!YAQI TOKUN TAVAYA IKI DIW SARIMSAI XIRDA DOQRAYUN TOKUN ARDIYCA IKI BAW SOQANI BIR AZ QOVRULANDAN SONRA RENGBERENG BIBERLERI UZUN UZUN doqrayun bolqar biberini yeniki ora tokun bir az yumwalandan sonra aci severler aci biberi bir eded doiqrayib qatun daha sonra pomidorun qabiqini soyun doqrayun ve ardiyca heyvani ya kibik weklinde y7a uzununa doqrayun tokun , isteyen kartof da elave dede biler kubik ya chop weklinde duz istiot oz yerinde isteyen toyuq etini icine doqrayib toksun aqzini ortsun oz buqunda biwsin istemeyen toyuqu kenarda qizardun yaqda ve birinci biwmiwi iri buluda tokub toyuqlari da ortasina yerlewdierib zovge gore bezeyion ve qoyun sufreye dehwet dadli olure

  • 16. Fəridə  |  Aprel 26th, 2010 at 12:16 pm

    CƏMİLƏ: Reseptə görə çox çox sağ olun.

  • 17. CEMILE  |  Aprel 29th, 2010 at 6:57 am

    FERIDE xanim borcumdur men wadamki bu sayt var bu bloq yeni chun bir chox milletlerin bele bir blloqu var bizim niye olmamaliydi minnetdaram ne resept deseniz men hazir bir chox wey haqda melumatim var

Şərh Yaz

Lazımdır

Lazımdır, bloqda görünməyəcək

(Varsa)

Trackback this post  |  Subscribe to the comments via RSS Feed