kataloq

Nar Salatı

Bu gün sizə asan və ləzzətli salat resepti yazıram.  Nuş Olsun!

NAR SALATI

4-6 porsiya üçün nəzərdə tutlub

Ərzaqlar

1 ədəd iri nar
4 ədəd kartof
1 ədəd qırmızı baş soğan
½ stəkan doğranmış şüyüd
zövgə görə mayonez
zövgə görə duz
zövgə görə istiot (mən istiot vurmuram)

1. Kartofu qaynayan suda bişirib, qabığını soyun və kiçik kublar şəklində doğrayın.

2. Soğanı ikiyə bölüb incə-incə dilimləyin.

3. Narı bir qaba dənələyin. Üstünə kartofu, soğanı, şüyüdü, və zövgə görə mayonez, duz və istiot əlavə edib qarışdırın. Süfrəyə verməzdən əvvəl soyuducuda ən azı 30 dəqiqə ərzində saxlayın.

Related Posts with Thumbnails

21 Comments Add your own

  • 1. konul  |  Aprel 12th, 2009 at 2:28 am

    Feride xanim cox sagolun…bir soz sorushum sogan vurmasaq olar?yeni men sogan xoshlamiram sogansiz etsem olar?

  • 2. LEYLA  |  Aprel 12th, 2009 at 3:09 am

    cooooooox lezzetli salata oxshayir!yeqin ki ele o curdur
    Feride xanim ellerinize saglik!!! :)

  • 3. FƏRİDƏ  |  Aprel 13th, 2009 at 10:09 am

    KÖNÜL: Soğansız dadı bir az yegin yavan olar, amma əgər soğan sevmirsənsə, onda soğan vurma. Bəs yaşıl soğan necə, xoslayırsan? Salata yaşıl soğan da doğraya bilərsən.

  • 4. sladkayewka  |  Aprel 17th, 2009 at 3:45 am

    FERIDE XANIM YASHIL SOGANDA XOSHLAMIRAM((((
    AMMA SALATI POZMAMAQ UCHUN DOGRADIM AZ DOGRADIM HEMDE COX NAZIK DOGRADIM KI BILINMESIN
    AD GUNUMDE HAZIRLAMISHDIM HAMI BEYENDI COX SAGOLUN

  • 5. Mehri.  |  May 20th, 2009 at 3:10 am

    Fəridə xanım salam.Bu cur gözəl reseptlərə görə təşəkkür edirem.men tezeliycən girmişem sizin sayta .sadəcə sizin yazdıgınız “ricotta” kurabiyesinə neçə stakan un gedir deqiqliyiylə.sadəcə bişenden sonra çox nazik çıxdı mende.qabaqcadan teşekkür edirem.

  • 6. Mehri.  |  May 20th, 2009 at 3:21 am

    Salam Fəridə xanım.Onu bildirim ki reseptləriniz çox gözəldi.sadəcə bilmək istiyirdim ki “ricotta” kurabiyəsinə neçə stakan un vurursuz? mende bişenden sonra çox nazik çıxdı.Qabaqcadan teşekkür edirem.

  • 7. FƏRİDƏ  |  May 20th, 2009 at 11:24 am

    MEHRI, reseptde qeyd ettiyim kimi, 2 1/2 stəkan əla undan istifade edirem. amma eger ricottaniz suludursa, miqdari bir az artirin. xemir sekilde gorduyunuz kimi olmalidir, yani “palchiq” kimi. Bir de, xahis ederdimd, eger mumkundurse, gelecekde serhleri hansi resepte aiddirse, o seyfede yazin, daha yaxsi olur, oxucular da ocuya bilsinler. burdaki nar salatidir:)

  • 8. maisa  |  Avqust 19th, 2009 at 1:29 am

    Men bu salata kartof qatmiram.Nari deneleyir,azca ezir,sogani fal-fal dograyir,shuyudu narin dograyir,duz qatir ve bunlarin hamisini yaxshica qarishdiraraq soyuducuya qoyuram.Yagli xorek yaninda yeyilen lezzetli bir salatdir.

  • 9. FƏRİDƏ  |  Avqust 19th, 2009 at 4:23 pm

    MAISA: COx sagh olun serhinize gore. Dediyiniz nar salatini men de cox sevirem. Adeten onu esas yemeklerde yeyirler, qanitur salat kimi. Men bileni. LEzzetli olur. Cox sagh olun.

  • 10. zumrud  |  Sentyabr 29th, 2009 at 3:59 am

    Feride xanim coz sagolun cox lezzetli alindi hazirlanmasida cox asan idi.

  • 11. Gunay  |  Oktyabr 22nd, 2009 at 5:37 am

    resept xoshuma geldi bu gun edecem eyer yene maraqli reseptleriniz varsa yazin

  • 12. xedice  |  Oktyabr 29th, 2009 at 3:05 am

    Feride xanim nar salatini hazirladim cox super alindi. Qonagimizda beyendi. Tesekkur edirem!

  • 13. Gulnare  |  Oktyabr 31st, 2009 at 2:09 pm

    Feride, canim salati hazirladim.cooox gozel alindi.saat 12nin yarisi bu salati oxudum saytda, getdim hazirladim,indi de gece saat 1 tamam men bu salatin dadina baxa baxa yaziram.yeriniz melum:)
    yeri gelmiwken, kicicik 1 meslehet, kartofu qaynatdiqdan sonra onu kub weklinde dogramaq cetin olur. men kartofu ciy iken qabigini soyuram kub weklinde dograyiram, uzerine iliq su tokub biwirirem. bele hem de tez biwir. tez tez baxmaq lazimdir ki cox biwmesin.eziler yoxsa. asan ve vaxta qenaet:)

  • 14. PƏRVANƏ  |  Noyabr 8th, 2009 at 12:37 am

    FƏRİDƏ XANİM MƏN BU SALATİ HAZİRLADİM AMMA EVDƏ MAYONEZ OLMADİGİ UCUN SMETANA ƏLAVƏ ETDİM .COX DADLİ ALİNDİ.HAMİMİZ BƏYƏNDİK.TƏSƏKKUR EDİRƏM.

  • 15. Susen  |  Noyabr 16th, 2009 at 12:18 am

    o qeder xoshuma geldi ki, acdim ee

  • 16. turane  |  Yanvar 13th, 2010 at 12:46 pm

    teze salat resseptleri niye yazmirsiz cox seyif isleyirsiz

  • 17. NIGAR  |  Fevral 14th, 2010 at 8:24 am

    ELADI.COX SAG OL:}

  • 18. Gulbeniz  |  Fevral 23rd, 2010 at 6:11 pm

    10 barmaqda 10 maharat Vallah farida hansina baxiram xosum galir. Dadina soz yox. Biliram gozaldir. Cunki man saglam yemaklari salatlari cox seviram. Amma ranglari lap sahlara layiq gorunur. Vallah sisirtmiram urakdan deyiram. Ugurlar.

  • 19. aycan  |  Mart 15th, 2010 at 4:05 pm

    feride xanim size alaldi ehsen

  • 20. valide  |  Aprel 14th, 2010 at 3:58 am

    FERIDE XANIM SIZDEN KOKTEL RESEPTINI YAZMANIZI XAIŞ EDİRİK.

  • 21. TUTU XANIM  |  May 22nd, 2010 at 5:23 am

    salam cox sag olun bizi yemek hazirlamagi oyredirsiz Allah komeyiniz olsun

Şərh Yaz

Lazımdır

Lazımdır, bloqda görünməyəcək

(Varsa)

Trackback this post  |  Subscribe to the comments via RSS Feed