kataloq

Lobya Çığırtması

Yəgin fikirləşirsiniz ki, bu Fəridə hara yoxa çıxdı  birdən birə. Məbi bağışlayın ki, neçə müddətdir yeni resept yazmıram sizə. Amma məşqulam, özüdə çox. Bakıya səfərimə hazırlaşıram. Digər tərəfdən də kitabımın üzərində işləyirəm. Amma gözünüzü yolda qoymaq istəmirəm, odur ki, bu gün sizə mənim ən çox xoşladığım yay yeməyini dəqdim edirəm - Lobya Çığırtması. Nuş olsun!

Lobya Çığırtması

4 pay üçün

1 kilo göy lobya -  5 sm uzunluqda doğrayın
təxminən 6 xörək qaşığl duru yağ və ya kərə yağı

2 ədəd baş soğan - xırda-xırda doğrayın (2 stəkan alınacaq)
2 ədəd pomidor - qabığını soyub xırda-xırda doğrayın (2 stəkan alınacaq)
1 stəkan xırda-xırda doğranmış reyhan
Zövqə görə duz, istiot
4 ədəd yumurta

Əvvəlcə lobyanı su doldurulmuş qazana qoyub, qaynadıb tamaməm bişməzdən əvvəl süzün. Sonra ya elə olduğu kimi qoyun qalsın, ya da stəkanın dibiylə lobyanı bir az əzin, çox deyil (bu metod Zaqatala-Balakən rayonlarında məşhurdur. Lobyanı əzməklə onun həm dadı üzə çıxır, həm də lobya yumuşalır. Bu metod mənim çox xoşuma gəlir).

Tavada yağı qızdırın. Soğanı yağda bir az qızardın. Üstünə pomidor və reyhanı əlavə edib 5 dəqiqə də bişirin. Lobyanı buraya əlavə edin. Duz, istiot vurun. Tavanın qapağını örtün və yeməyi arada bir qarışdıra-qarışdıra, suyu çəkilənə və lobya bişənədək bişirin, təxminən 15 dəqiqə.

Yumurtaları  bir kasaya qırıb qarışdırın. Sonra bu qarışığı lobyanın hər tərəfinə tökün. Qapağı bağlı, yumurtalar bərkiyənədək bişirin.

Related Posts with Thumbnails
Page 2 of 86«12345»...Last »