Best in the World!
Dadlı yemək reseptləri bloqu

Almalı Şarlotka

Almalı Şarlotka

Bloqumun başlığını dəyişdim. Necədir, nar dənələri xoşunuza gəlir? Artıq bloqun adı AZ Yemək Kitabı olacaq. Qısa və konkret. AZ ilə nə demək istədiyimi öyrənmək üçün buranı oxuyun. Bu sözarası. İndi isə keçək yeməyə.

Keçən həftə sonu uşaqlarla alma tarlalarına getdik. Tarlalar bizdən təxminən bir saatlıq yolda yerləşir. Tarla kənardan gələnlərə açıqdır – düzü bu pulsuz deyil – tarladan alma yığdıqdan sonra almalar çəkilir və pulu ödənilir. Hayıf ki, bu il alma barı zəif idi. Amma yenə də bir iki alma tapdıq. Almaların yarısını yedik, yarısıyla isə almalı Şarlotka piroqu bişirdim.

Almalı Şarlotla Rusiyanın məşhur piroqlarıdan biridir. Piroqun əsl kökü Fransaya gedib çıxır.  Fransız aşbazlarının icad etdiyi Şarlotka sonralar Rusiya mətbəxi tərəfindən bəyənilib mənimsənmişdir. Fransız Şarkotkasında piroqun xəmiri isladılmış çörək dilimlərindən hazırlanır. Rusiya versiyasında isə çörək yerinə sadə biskvit xəmiri hazırlanaraq almaların üstünə tökülür. Piroqun sobada bişməsi hardasa 1 saat çəkməsinə baxmayaraq, hazırlanması 10 dəqiqə çəkir. Nuş olsun!

ALMALI ŞARLOTKA

5 ədəd turşməzə alma (1 kg)
1 xörək qaşığı çörək qırıntısı (suxarik)
bir-iki çimdik darçın (zəruri deyil)
4 ədəd yumurta, oda hərarətində (soyuducudan hardasa 30 dəqiqə əvvəldən çıxardın)
1 stəkan şəkər tozu
1 stəkan un
bir çimdik vanil və ya bir neçə damcı vanil ekstraktı
şəkər kirşanı (pudrası), üstü üçün

1. Əvvəlcə almaları soyun. Sonra 4 hissəyə bölüb, hər hissəni nə çox nazik, nə də çox qalın dilimlərə doğrayın.

2. Kənarları çıxan tort formasının (23 cm diametri olan) dibini və kənarlarını yağlayın. Əgər belə formanız yoxdursa, onda adi formadan da istifadə edə bilərsiniz. Dibinə çörək qırıntısı səpin. Alma dilimlərini formaya yığın. Əgər istəyirsinizsə, üstünə  bir az darçın səpin.

3. İri qabda yumurta və şəkəri kütlənin rəngi açıq sarı olana qədər mikserlə çalın. Nə qədər çox çalsanız piroqunuz bir o qədər yaxşı şişər. İçinə vanil və unu əlavə edib, bir az da çalın.

4. Alınan kütləni almaların hər tərəfinə tökün. Qarışdırmayın.

5. Sobanı 180C-dək qızdırın. Piroqu 1 saat ərzində üstü qızaranadək bişirin. Piroqun hazır olub olmamasını yoxlamaq üçün içərisinə kibrit batırıb çıxardın – çıxan kibritə xəmir yapışmayıbsa¸ piroqunuz hazırdır. Piroq  öz formasında bir qədər soyuduqdan sonra, onu formadan çıxardın. Üstünə şəkər kirşanı səpin və süfrəyə verin. Bu piroq istiykən də çox ləzzətli olur – üstünə bir az dondurma qoyub yeyin.

  • Mimoza Salatı | AZCookbook.com by Feride Buyuran
    Mimoza Salatı (Video)
    Oktyabr 12, 2017
    Bu yazını  24 mart 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ___ Mimoza Salatı qat-qat olub, toyuq əti, müxtəlif bişmiş tərəvəzlərdən və yumurtadan hazırlanır. Qatların arasına mayonezli-xamalı sous sürülür.  Salat Sovet  vaxtlarında Rusiyada icad olunmuşdu, amma...
    DAVAMINI OXU
  • Balqabaqlı Keks | AZCookbook.com by Feride Buyuran
    Balqabaqlı Keks (Video)
    Oktyabr 6, 2017
    Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə  dəfələrlə sınadığım və mükəmməlləşdirdiyim reseptdir ki, istəyirəm hamınız əla nəticə alasınız....
    DAVAMINI OXU
  • Evdə Hazırlanmış Balqabaq Püresi
    Evdə Hazırlanmış Balqabaq Püresi
    Oktyabr 4, 2017
    Bu yazını  14 noyabr 2014 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). _____ Balqabaq sesonu açıq elan olunur! Şəhərimizin bütün marketləri və bazarlarında artıq boy boy balqabaqlar satışa qoyulub. Tezliklə burada hamı balqabaqlı şirnilər bişirməyə başlayacaq.  Bunun...
    DAVAMINI OXU
  • Mütəkkə (Mutaki) | AZCookbook.com
    Mütəkkə (Mutaki) – Video
    Sentyabr 29, 2017
    Bu yazını  9 iyun 2017 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu hilli-qozlu mütəkkələr mükəmməldirlər, əsl olmalı olduqları kimi yumşaq, eyni zamanda çox şirin olmayan və hil ətrinin, qozların xırçıldamasının kifayət qədər hiss olunduğu konsistensiyadadırlar....
    DAVAMINI OXU
  • Çaxoxbili | AZCookbook.com | Feride Buyuran
    Çaxoxbili (Video)
    Sentyabr 26, 2017
    Bu yazını 26 iyun 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu gün qonşu ölkə Gürcüstana ləzzət səyahətinə çıxırıq. Çox ləzzətli toyuq yeməyiylə. Adı çaxoxbilidir.  Həyatımda  yediyim toyuq yeməklərindən ən ləzzətlilərindən biridir. Bir qədər bizim...
    DAVAMINI OXU
  • Asan Pendirli Piroq | AZCookbook.com | Feride Buyuran
    Asan Pendirli Piroq (Video)
    Sentyabr 22, 2017
    Olduqca tez hazırlanan bu ləzzətli, içi göyərti ilə dadlandırılmış pendirli duzlu piroqu mütləq sınayın. Bəyənəcəyinizdən əminəm. Bilirsiniz bu resept necə yaranıb? Deməli, bir gün mən türksayağı pendirli poğaça bişirmək istədim, amma təmbəlliyim tutmuşdu. Öz-özümə fikirləşdim ki, niyə mən bunu böyük çörək, ya da piroq şəklində bişirməyim ki? Elə də elədim. İki iri xəmir dairəsinin arasına pendirli içlik səpdim və bişirdim....
    DAVAMINI OXU
  • Yerkökü Salatı | AZCookbook.com | Feride Buyuran
    Yerkökü Salatı – Havuç Salatası (Video)
    Sentyabr 19, 2017
    Bu yazını 29 fevral 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Yerkökü Salatı (Havuç Salatası) Türkiyə mətbəxinə aid olub, oranın süfrələrində ən çox rast gələn salatlardan biridir. Həm vitamin doludur, həm də ki,  olduqca ləzzətli...
    DAVAMINI OXU
  • Yarpaq Dolması (Video) | AZCookbook.com | Feride Buyuran
    Yarpaq Dolması (Video)
    Sentyabr 15, 2017
    Bu resepti 10 fevral 2009 tarixində dərc etmişdim və bu gün yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ________ Bu gün menyumuzda Azərbaycan süfrəsinin ən sevilən yeməklərindən biri olan yarpaq dolması var. Azərbaycan dolmasının özünəməxsus ləzzəti və ğörünüşü var. İçindəki bol-bol göyərti dolmaya gözəl dad və ətir...
    DAVAMINI OXU