Best in the World!
Dadlı yemək reseptləri bloqu

Qaymaqlı vanilli dondurmada yumurtaların sarısını istifadə etdiniz, bəs ağlarını neyləyəcəksiniz? Bu sualın cavabını sizə elə özüm verəcəyəm – yumurtanın ağından Fransada çox məşhur olan və ingilis dilində Macaroon Sadwich Cookie adıyla tanınan Sandviç Qurabiyyələr düzəltəcəksiniz. Yumurtanın ağından üyüdülmüş badam və şəkər kirşanı əlavə etməklə bezelər hazırlanıb bişirilir. Sonra da 2 bezenin arasına istədiyiniz kremdən çəkib,  bezeleri sandviç kimi  bağlayırsınız. Arasına sürtmək üçün mən shokoladlı qanaş düzəldirəm. Bu qurabiyyələri listə düzmək üçün sizə qənnadı torba (rusca: konditerskiy meshok) lazım olacaq. Qurabiyyələr eyni böyüklükdə və yumru olmalıdır. Əgər qənnadı torbanız yoxdursa, onda ustalıqca qaşıqdan da istifadə edə bilərsiniz. Əgər bezelərin rəngli olmasını istəyirsinizsə (məsəl üçün, çəhrayı, yaşıl, mavi), onda çaldığınız yumurta ağının içərisinə bir damcı qida boyası əlavə edib qarışdırın. Nuş Olsun!

MACARON (BEZELI SANDVİÇ QURABİYƏLƏR)
Bezenin resepti Desserts Magazine jurnalından götürülmüşdür
Qanaş Musun resepti Williams-Sonoma Baking kitabından götürülmüşdür

Təxminən 22 sandviç üçün

Ərzaqlar

Bezelər üçün:

5 iyi və ya 6 balaca yumurtanın ağı (toplam 200 q), otaq hərarətində
1/2 stəkan (100 q) şəkər tozu
1  1/2 stəkan (220 q)  QABIĞI SOYULMUŞ badam içi,
4 stəkan (400 q) şəkər kirşanı (pudrası)

Qanaş Mus (ganache mousse) üçün:
115 q sadə yarım-şirin və ya acı-şirin şokolad (plitka)
1/4 stəkan (60 ml) süd
1/4 stəkan (125 ml) qaymaq

Əvvəlcə Qanaş Mus hazırlanmalıdır.

Qanaş Musun hazırlanması

1. Şokoladı xırda-xırda doğrayın və istiyə-dayanaqlı bir qaba qoyun. Südü qaynadın və şokoladın üstünə tökün. Dəyanmadan, şokolad əriyib südə qarışanadək qarışdırın.

2. Ayrı qabda qaymağı mikserlə qatılaşanadək çalın. Çaldığınız qaymağı ehmallıca şokolada əlavə edib yüngülvari qarışdırın (çalmayın). Hazır kütlənin üstünü sellofanla örtüb bərkiməsi üçün təxminən 1 saatlığına (və ya bir gecəlik) soyuducuya qoyun.

Bezelərin hazırlanması:

1. İri qabda yumurta ağlarını mikserlə köpüklənənədək çalın . Üstünə şəkər tozunu əlavə edib bir az qatılaşanadək çalın (şəkildəki kimi alınmalıdır).

2. Qabığı soyulmuş badamı toz halına gələnədək üyüdün. Ayrı qabda üyüdülmüş badam və şəkər kirşanını qarışdırın. Sonra bu qarışığı çaldığınız yumurta ağına əlavə edib, qaşıqla yavaşca qarışdrın.

3.    2 iri soba listinin dibinə kalka kağızı sərin (mütləq!). İri qənnadı torbasını (rusca: konditerskiy meshok) yumurtalı qarışıqla doldurun  (torbanın ucu adi olsun, yani gül və ya ziq-zaq şəklində deyil). Torbadan listin üstünə bir birindən ən azı 2 cm aralıda olmaq şərtilə  diametri 4 cm olan yastı dairərər sıxın (şəkilə baxın).

4. Qoyun listlər bezelərin bir az bərkiməsi üçün 45 dəqiqə ərzində kənarda qalsın. Sonra isə sobanı 150C-dək qızdırın. Listləri bir bir sobanın orta rəfində təxminən 15 dəqiqə ərzində  bişirin. Hazır bezelərin üstü bir qədər qızaracaq, amma çox deyil. Listləri sobadan çıxardın. Bezelər bir az soyuduqdan sonra, onları ehtiyyatla listdən çıxardın.

Sandviçlərin hazırlanması
İki bezenin arasına bir az qanaş mus sürtüb sandviç hazırlayın.

  • Mimoza Salatı | AZCookbook.com by Feride Buyuran
    Mimoza Salatı (Video)
    Oktyabr 12, 2017
    Bu yazını  24 mart 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ___ Mimoza Salatı qat-qat olub, toyuq əti, müxtəlif bişmiş tərəvəzlərdən və yumurtadan hazırlanır. Qatların arasına mayonezli-xamalı sous sürülür.  Salat Sovet  vaxtlarında Rusiyada icad olunmuşdu, amma...
    DAVAMINI OXU
  • Balqabaqlı Keks | AZCookbook.com by Feride Buyuran
    Balqabaqlı Keks (Video)
    Oktyabr 6, 2017
    Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə  dəfələrlə sınadığım və mükəmməlləşdirdiyim reseptdir ki, istəyirəm hamınız əla nəticə alasınız....
    DAVAMINI OXU
  • Evdə Hazırlanmış Balqabaq Püresi
    Evdə Hazırlanmış Balqabaq Püresi
    Oktyabr 4, 2017
    Bu yazını  14 noyabr 2014 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). _____ Balqabaq sesonu açıq elan olunur! Şəhərimizin bütün marketləri və bazarlarında artıq boy boy balqabaqlar satışa qoyulub. Tezliklə burada hamı balqabaqlı şirnilər bişirməyə başlayacaq.  Bunun...
    DAVAMINI OXU
  • Mütəkkə (Mutaki) | AZCookbook.com
    Mütəkkə (Mutaki) – Video
    Sentyabr 29, 2017
    Bu yazını  9 iyun 2017 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu hilli-qozlu mütəkkələr mükəmməldirlər, əsl olmalı olduqları kimi yumşaq, eyni zamanda çox şirin olmayan və hil ətrinin, qozların xırçıldamasının kifayət qədər hiss olunduğu konsistensiyadadırlar....
    DAVAMINI OXU
  • Çaxoxbili | AZCookbook.com | Feride Buyuran
    Çaxoxbili (Video)
    Sentyabr 26, 2017
    Bu yazını 26 iyun 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu gün qonşu ölkə Gürcüstana ləzzət səyahətinə çıxırıq. Çox ləzzətli toyuq yeməyiylə. Adı çaxoxbilidir.  Həyatımda  yediyim toyuq yeməklərindən ən ləzzətlilərindən biridir. Bir qədər bizim...
    DAVAMINI OXU
  • Asan Pendirli Piroq | AZCookbook.com | Feride Buyuran
    Asan Pendirli Piroq (Video)
    Sentyabr 22, 2017
    Olduqca tez hazırlanan bu ləzzətli, içi göyərti ilə dadlandırılmış pendirli duzlu piroqu mütləq sınayın. Bəyənəcəyinizdən əminəm. Bilirsiniz bu resept necə yaranıb? Deməli, bir gün mən türksayağı pendirli poğaça bişirmək istədim, amma təmbəlliyim tutmuşdu. Öz-özümə fikirləşdim ki, niyə mən bunu böyük çörək, ya da piroq şəklində bişirməyim ki? Elə də elədim. İki iri xəmir dairəsinin arasına pendirli içlik səpdim və bişirdim....
    DAVAMINI OXU
  • Yerkökü Salatı | AZCookbook.com | Feride Buyuran
    Yerkökü Salatı – Havuç Salatası (Video)
    Sentyabr 19, 2017
    Bu yazını 29 fevral 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Yerkökü Salatı (Havuç Salatası) Türkiyə mətbəxinə aid olub, oranın süfrələrində ən çox rast gələn salatlardan biridir. Həm vitamin doludur, həm də ki,  olduqca ləzzətli...
    DAVAMINI OXU
  • Yarpaq Dolması (Video) | AZCookbook.com | Feride Buyuran
    Yarpaq Dolması (Video)
    Sentyabr 15, 2017
    Bu resepti 10 fevral 2009 tarixində dərc etmişdim və bu gün yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ________ Bu gün menyumuzda Azərbaycan süfrəsinin ən sevilən yeməklərindən biri olan yarpaq dolması var. Azərbaycan dolmasının özünəməxsus ləzzəti və ğörünüşü var. İçindəki bol-bol göyərti dolmaya gözəl dad və ətir...
    DAVAMINI OXU