Best in the World!
Dadlı yemək reseptləri bloqu

Qaymaqlı Vanilli Dondurma

Dondurma sevənlər üçün sürpriz! Dükkandan dondurma almaq yerinə, artıq dondurmanı özünüz hazırlaya bilərsiniz. Lap reklam kimi səsləndi ki:) Dondurma hazırlamaq o qədər də çətin iş deyil. Dondurma maşını olanlar üçünsə, bu iş daha da yüngülləşir. Maşınınız yoxdursa, narahat olmayın, aşağıda dondurmanın maşınsız necə hazırlaması detallı şəkildə izah olunur. Maşın sadəcə olaraq dondurmanı qarışdırmaq və bərkitmək üçün istifadə olunur. Bunu bizim üçün öz əllərimiz, mikserimiz, soyuducumuz və buzluğumuz da edə bilər.

Bu reseptdən olduqca ləzzətli qaymaqlı dondurma alınır. Lap Bakıda əvvəllər satılan plombirin dadını verir. Siz də hazırlayıb dadına baxın, yayın gəlişini dondurma ilə qeyd edin.

DİQQƏT! DİQQƏT! – Ayırdığınız yumurta ağlarını soyuducuya qoyun. Yumurta ağı soyuducuda qapağı bağlı qabda bir həftəyə dək qala bilər. Tezliklə sizə onları istifadə edə biləcəyiniz sürpriz şirniyyat resepti çatdıracağam!


QAYMAQLI VANİLLİ DONDURMA

Resept Dori Qrinspənin “Baking: From My Home to Yours” kitabından bəzi dəyişikliklər edilməklə  götürülmüşdür.

Ərzaqlar

2 stəkan süd
2 stəkan qaymaq
5 iri yumurta sarısı (yumurtalar balacadırsa, 6 yumurta sarısı istifadə edin)
3/4 stəkan şəkər tozu
2 çay qaşığı vanil ekstaktı (pure vanilla extract)


QEYD: Vanil ekstaktl duru olur. Supermarketlərdə olmamış olmaz. Əgər yoxdursa, onun əvəzinə yarım çay qaşığı vanil tozu istifadə edə bilərsiniz. Belə  halda, vanil tozunu addım 2-d
ə yumurta və şəkər qarışığına əlavə edib qarışdırın.

1. Südü və qaymağı qazana qoyub (dibi qalın olsun ki, dondurma yanmasın), orta odda qaynadın. Qaynayan kimi kənara çəkin.

2. İri qabda yumurta sarısı və şəkər tozunu mikser və yaxud da qaşıqla rəngi bir az açılanadək və kütlə bir qədər qatılaşanadək çalın. Mikserlə təxminən 3 dəqiqə, qaşıqla təxminən 6 dəqiqə.

3.  Qaynatdığınız süd-qaymağı  təxminən 1/3-ünü yavaş-yavaş yumurtalı qarışığa əlavə edib qaşıqla dəyanmadan qarışdırın ki, yumurta  bişməsin. Sonra qalan qaynar süd-qaymağı da tədricən yumurtaya əlavə edib qarışdırın.

4. Alınan qarışığı qazana geri tökün. Orta odda taxta qaşıqla dəyanmadan qarışdıra-qarışdıra kütlə bir az qatılaşanadək bişirin. Bu proses təxminən 7 dəqiqə çəkəcək. Süd qaynamamalıdır! İlk etapda südlü qarışığın üzünə çıxan köpüklər qarışıq hazır olana yaxın yox olacaq. Qarışığın qatılığının kifayət olub olmamasını bu cür yoxlayın: taxta qaşığı qarışığa salıb çıxardın. Əgər qaşığın üstündə südlü plyonka əmələ gəlirsə, və əgər barmağınızla o plyonkanın ortasından bir xət çəkdiyinizdə o xət yenidən birləşmirsə, onda qarışığın qatılığı istənilən kimidir.

5. Qazanı kənara çəkin. İri, soyuğa dayanaqlı bir qabın (qapağı da olsun, sonra lazım olacaq) üstünə süzgəc qoyun. Südlü qarışığı süzgəcdən keçirmək şərtilə qaba boşaldın. Vanil ekstraktını qaba əlavə edib, qarışdırın. Qabı soyuducuya qoyun ki, dondurma tamamilə soyusun – ən az 3 saat ərzində, ən çox isə bir gecə ərzində.

6. Soyumuş dondurmanı soyuducudan çıxardın. Qapağını örtüb buzluğa qoyun. Təxminən 45 dəqiqə sonra çıxardıb, ya mikserlə ya da qaşıqla yenidən bərk-bərk çalın. Dondurmanı buzluğa geri qoyun. Bundan sonra iki dəfə hər 30 dəqiqədən bir eyni addımı təkrarlayın. Bu addım ona görə lazımdır ki, dondurma buz bağlamasın və  daha qaymaqlı olsun (aşağıdakı şəkildə dondurma buzluqdan qarışdırılması üçün çıxardılmışdır). Dondurmanı buzşuğa qoyun və tamamilə bərkiməsini gözləyin. Dondurmanız hazırdır. Dondurmanı qablara paylaşdırdıqdan sonra bir neçə dəqiqə gözləyin ki, dondurma bir az yumuşalsın, özünə gəlsin. Nuş Olsun!

  • Mimoza Salatı | AZCookbook.com by Feride Buyuran
    Mimoza Salatı (Video)
    Oktyabr 12, 2017
    Bu yazını  24 mart 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ___ Mimoza Salatı qat-qat olub, toyuq əti, müxtəlif bişmiş tərəvəzlərdən və yumurtadan hazırlanır. Qatların arasına mayonezli-xamalı sous sürülür.  Salat Sovet  vaxtlarında Rusiyada icad olunmuşdu, amma...
    DAVAMINI OXU
  • Balqabaqlı Keks | AZCookbook.com by Feride Buyuran
    Balqabaqlı Keks (Video)
    Oktyabr 6, 2017
    Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə  dəfələrlə sınadığım və mükəmməlləşdirdiyim reseptdir ki, istəyirəm hamınız əla nəticə alasınız....
    DAVAMINI OXU
  • Evdə Hazırlanmış Balqabaq Püresi
    Evdə Hazırlanmış Balqabaq Püresi
    Oktyabr 4, 2017
    Bu yazını  14 noyabr 2014 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). _____ Balqabaq sesonu açıq elan olunur! Şəhərimizin bütün marketləri və bazarlarında artıq boy boy balqabaqlar satışa qoyulub. Tezliklə burada hamı balqabaqlı şirnilər bişirməyə başlayacaq.  Bunun...
    DAVAMINI OXU
  • Mütəkkə (Mutaki) | AZCookbook.com
    Mütəkkə (Mutaki) – Video
    Sentyabr 29, 2017
    Bu yazını  9 iyun 2017 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu hilli-qozlu mütəkkələr mükəmməldirlər, əsl olmalı olduqları kimi yumşaq, eyni zamanda çox şirin olmayan və hil ətrinin, qozların xırçıldamasının kifayət qədər hiss olunduğu konsistensiyadadırlar....
    DAVAMINI OXU
  • Çaxoxbili | AZCookbook.com | Feride Buyuran
    Çaxoxbili (Video)
    Sentyabr 26, 2017
    Bu yazını 26 iyun 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu gün qonşu ölkə Gürcüstana ləzzət səyahətinə çıxırıq. Çox ləzzətli toyuq yeməyiylə. Adı çaxoxbilidir.  Həyatımda  yediyim toyuq yeməklərindən ən ləzzətlilərindən biridir. Bir qədər bizim...
    DAVAMINI OXU
  • Asan Pendirli Piroq | AZCookbook.com | Feride Buyuran
    Asan Pendirli Piroq (Video)
    Sentyabr 22, 2017
    Olduqca tez hazırlanan bu ləzzətli, içi göyərti ilə dadlandırılmış pendirli duzlu piroqu mütləq sınayın. Bəyənəcəyinizdən əminəm. Bilirsiniz bu resept necə yaranıb? Deməli, bir gün mən türksayağı pendirli poğaça bişirmək istədim, amma təmbəlliyim tutmuşdu. Öz-özümə fikirləşdim ki, niyə mən bunu böyük çörək, ya da piroq şəklində bişirməyim ki? Elə də elədim. İki iri xəmir dairəsinin arasına pendirli içlik səpdim və bişirdim....
    DAVAMINI OXU
  • Yerkökü Salatı | AZCookbook.com | Feride Buyuran
    Yerkökü Salatı – Havuç Salatası (Video)
    Sentyabr 19, 2017
    Bu yazını 29 fevral 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Yerkökü Salatı (Havuç Salatası) Türkiyə mətbəxinə aid olub, oranın süfrələrində ən çox rast gələn salatlardan biridir. Həm vitamin doludur, həm də ki,  olduqca ləzzətli...
    DAVAMINI OXU
  • Yarpaq Dolması (Video) | AZCookbook.com | Feride Buyuran
    Yarpaq Dolması (Video)
    Sentyabr 15, 2017
    Bu resepti 10 fevral 2009 tarixində dərc etmişdim və bu gün yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ________ Bu gün menyumuzda Azərbaycan süfrəsinin ən sevilən yeməklərindən biri olan yarpaq dolması var. Azərbaycan dolmasının özünəməxsus ləzzəti və ğörünüşü var. İçindəki bol-bol göyərti dolmaya gözəl dad və ətir...
    DAVAMINI OXU