
Təzə ispanaqdan hazırlanan bu salat çox ləzzətli olur. Azərbaycanda ispanağı adətən bişmiş vəziyyətdə yeyirlər, amma məncə təzəsi də çox ləzzətli olur. Təzə ispanaq Amerikada salatların içində ən çox istifadə olunan yaşıl ərzaqlardandır. Burada ispanaq salatının bir çox növü var. Onlardan biri isə mənim ən çox bəyəndiyim pendirli və qozlu salatdır.
Pendirli və Qozlu İspanaq Salatı
4 porsiya üçün nəzərdə tutulub
Ərzaqlar
200 qram təzə ispanaq
1/3 stəkan ovulmuş duzlu ağ pendir
1/3 stəkan iri-iri doğranmış qoz ləpəsi
1 ədəd qabığı soyulmuş və kub şəklində doğranmış alma
1/3 stəkan ağ kişmiş
1 ədəd kub şəklində doğranmış orta boy pomidor (mən bəzən bu salata pomidor qoymuram)
2 xörək qaşığı zeytun yağı
yarım limonun suyu
1 xörək qaşığı balzamik sirkə (zövqə görə alma sirkəsi ilə əvəz oluna bilər)
zövqə görə duz (pendir çox duzludursa, əlavə duz vurmayın)
zovqə görə istiot
İspanağı yaxşıca yuyun və qurulayın. Yarpaqlarını iri doğrayın. Yarpaqlar çox iri deyilsə, onları doğramamaq da olar. Bütün ərzaqları böyük salat qabına qoyub, qarışdırın. Nuş olsun!
7 Comments Add your own
1. canan | Iyun 7th, 2009 at 5:28 am
çok guzel görunuyor salata
2. BARBIE | Avqust 11th, 2009 at 11:36 am
FERIDE XANIM COX SAGOLUN RESEPLERE GORE..YEMEK BISIRMEK EN CETIN ISDI MANIMCUN HAMISE FIKIRLESIREM KI,GORESEN BUGUN NE BISIRIM EVDE XOSUNA GALSIN HAMININ .SIZIN SAHANIZDA ARTIQ FIKIRLESMIREM HAR GUN BURDAN BIRWEY GOTURUB BIWIRIREM..
3. Iradə | Sentyabr 29th, 2009 at 3:56 am
hmm maraqlıdır .birinci dəfədi qarşılaşıram bu salatla.vaxt tapıb edim gərək.Təşəkkürlər.
4. elnur | Dekabr 26th, 2009 at 10:18 pm
Oxudum cox vitaminli bir salat olmalidir.Qalir dadina baxmaq.Tesekkurler
5. ülviyyə | Dekabr 29th, 2009 at 9:26 am
təşəkkürlər…Bayramınız mübarək……..Yenə də söyləyirəm zəhmət deyilsə Şuba salatını deyərdiniz…..Men de maraqlı reseptlər bilirəm………Onları şerhe yazım?……….
6. FƏRİDƏ | Dekabr 30th, 2009 at 3:06 pm
ULVIYYE; Shubani big gun yazaram. Sizin reseptleri ise isteyirsiniz serhe yazin, ve ya mene gonderin. Nece isteyirsiniz. Gelecekde forum yaradacam orda isteyen reseptini yaza bilecek. Bir az vaxta ehtiyyacim var:)
7. mirramiz | Mart 1st, 2010 at 12:29 pm
salam hecne
Şərh Yaz
Trackback this post | Subscribe to the comments via RSS Feed