Bu qurabiyələr İtalyan deserti olan Tiramisuda istifadə edilir. Tək başına, qurabiyə kimi də yeyilə bilər. Və ya 2 qurabiyənin arasına istədiyiniz kremdən yaxıb, qurabiyə sandviçi də hazırlaya bilərsiniz. Bu qurabiyələr marketlərdə satılmamış olmaz, amma resepti o qədər asandır ki, məncə marketə getməyə dəyməz. Qurabiyələrin üstü bir az xırt-xırt, içi isə yumuşaq olur. Siz qurabiyələrinizi bişirib hazır tutun - tezliklə sizə Tiramisu reseptini yazacağam.
“Qadın Barmağı” Qurabiyəsi (Savoiardi)
Təxminən 24 ədəd iri qurabiyə və ya 28-30 ədəd balaca qurabiyə üçün
3 ədəd yumurta - ağını sarısından ayırın
6 xörək qaşığı şəkər tozu (75 qram)
bir stəkanın dörtdə üçü (95 qram) un
2 xörək qaşığı qarğıdalı nişastası
5 xörək qaşığı şəkər kirşanı (pudrası)
Sobanı 175Cdək qızdırın. 2 ədəd soba listini duru yağla və ya kərə yağıyla yağlayın. Üstünə kalka kağızı sərin.
Yumurta ağlarını mikserlə yaxşıca çalın. Tədricən şəkər tozunu əlavə edib kütlə bərkiyənədək çalın.
Unu nişastayla qarışdırın. Kənara qoyun.
Ayrı qabda yumurta sarılarını cəngəllə bir az qarışdırın. Bu kütləni taxta qaşıqla çaldığınız yumurta ağına əlavə edin və yavaşca kütlələri bir birinə yedirdin. Unlu qarışığı da buraya əlavə edib, qarışdırın. Mikserlə çalmayın. Yalnız və yalnız yüngülvari hərəkətlə kütlələri bir-birinə qaşırdırın. Əks tədqirdə qurabiyələr şişməyəcək.
Alınan kütləni qənnadı torbasına doldurun (qənnadı torbanız yoxdursa, sərt sellofan torbanın ucunu kəsib qənnadə torbası kimi istifadə edə bilərsiniz). Torbanı sıxaraq listə bir birindən 2 sm yarım məsafədə uzunluğu 12 sm, eni isə 2 sm olan barmaqlar düzün.
Şəkər kirşanının yarısını balaca ələk (çaysüzən) vasitəsiylə qurabiyələrin üstünə ələyin. 5 dəqiqə qalsınlar. Sonra isə qalan şəkər kirşanını da qurabiyələrin üstünə ələyin.
Kalka kağızına bir ucdan baş barmağınızla basın. Listləri bir az qaldırıb yüngülvari masaya vurun ki, artıq olan şəkər kirşanı tökülsün.
Qurabiyələri 10 dəqiqə ərzində bişirin (bir list üstə, o biri aşağıda olmaq şərtilə). Sonra yerlərini dəyişdirib, 5 dəqiqə də bişirin. Hazır qurabiyələr şişməli və üstləri bir az qızarmalıdır (çox deyil, şəkildəki kimi).
Listləri sobadan çıxardın. Qoyun qurabiyələr listdə 5 dəqiqə soyusun, sonra kalka kağızından soyub çıxardın. Qurabiyələr tamamən soyuduqdan sonra ağzı kip bağlı qabda 2-3 həftə qala bilər.
30 Comments Add your own
1. xanim | Mart 27th, 2010 at 10:33 pm
feride xanim coooooooox sag olun . men her gun seher yuxudan oyanan kimi sizin sayta baxirdim ki qoymusunuzmu diye inanin o qeder sevindim ki coxlu -coxlu tesekkurler. bir de ki bu resept esl italyan reseptidir?turkler kedidili pecenyeden istifade edirler.olar qargidali nisastasinin evezine kartof nisastasi istifade edim?
mende kremin resepti var
2. aynure | Mart 28th, 2010 at 9:01 am
Salam Feride xanim. Yeni reseptinize gore cox sag olun. Yaxin gunlerde bisirib dadina baxariq. Ugurlar, yorulmayasiniz!
3. Aynurcan | Mart 28th, 2010 at 9:11 am
salam Feride Xanim..men bunu mütleq edecem görnüsü cox gözel görükür …ellerin var olsun..cox saqol
4. Shahla | Mart 28th, 2010 at 10:20 am
Salam. Men sizin sayta teze abune olmusam. Cooox raziyam. Hem reseptleriniz gozeldir, hem de bisirmek ysulunu cox aydin yazirsiz. Ellerinize saqliq.
5. xatire | Mart 28th, 2010 at 11:44 pm
salam.gec yazdiqima gore uzr isteyirem.Ancaq sizin yazilarinizi hemishe izleyirem.saq olun
6. XEYALE | Mart 29th, 2010 at 2:03 am
çox gözel görünürler mende sayta tez tez girip baxıram yeniliklerden xeberdar olmaq üçün elleriniz dert görmesin men burdan bir iki resept götürüb elemişem ela alınıb inanıram ki buda gözel olacak alinize sağlık Feride xanım
7. FƏRİDƏ | Mart 29th, 2010 at 7:57 pm
QIZLAR, SERHLERINIZE GORE COX SAG OLUN
.
XANIM: Beli, bu esl savoiardi qurabiyesinin reseptidir. Fransaniz en meshur asbaqliz mektebinin reseptidir. Turkiyede bu qurabiyeye Kedi dili deyirler. Kartof nisastasi da olar.
8. xanim | Mart 29th, 2010 at 8:12 pm
tesekkurler.Cavab yazdiginiza gore de cox sag olun
9. Sima | Mart 29th, 2010 at 9:53 pm
Feride xanim cox sag olun minnetdaram bele gozel reseplere gore men sizin verdiyiniz reseplerden istifade edirem ozumde yaxinlarimda cox razidir ve her zaman fexrle deyirem ki bunu bizim hem vetenimix feride xanimdan oyrenmisem ve artiq sizin reseplerinizi paylasiram artiq basqa xanimlarla birde cox sag ol tiramisunun reseptini yazacaginiz geyd etmisiniz sebirsizlikle gozleyirem birde eger mumkunse ne vaxtsa Suşinin reseptini bilseniz yazarsiniz zehmet olmasa
10. ulya1 | Mart 30th, 2010 at 12:49 pm
Salam Fəridə xanım ! Həmişə olduğu kimi bu reserti də hazırladım.Əllərinizə sağlıq…Dadı çox gözədir ,amma mənim qurabiyələrim bir az yayıldı…Sizcə bu nədən ola bilər?
Əvvəlcədən sağ olun
11. FƏRİDƏ | Mart 30th, 2010 at 1:48 pm
ULYA1: Belke mikserle cox caldin? Ve yaxud xemir cox duru idi? Ve ya sobanin xerareti basqa idi? Bunlardan biri sebeb ola biler. Yaninda olsaydim daha yaxsi basa duserdim problemi:)
12. AZ Cookbook - Azərbaycan&hellip | Mart 30th, 2010 at 3:09 pm
[...] hazırlamaq üçün sizə reseptini yazdığım Savoiardi qurabiyəsi (qadın barmağı) lazımdır. Bir də ənənəvi olaraq, məşhur İtalyan pendiri - Maskarpone [...]
13. Məleykə | Aprel 4th, 2010 at 11:37 am
bilmək istərdim tiramisu üçün vrdiyiniz qurabiyə reseptində 2 x.q qarğıdalı nişastası əvəzinə kartof nişastası istifadə etmək olar ya yox?Əvvəlcədən sizə təşəkkür edirəm
14. FƏRİDƏ | Aprel 4th, 2010 at 11:48 am
MƏLEYKƏ : Bəli, əvəz edə bilərsiniz.
15. Məleykə | Aprel 4th, 2010 at 12:18 pm
Çox sağ olun Fəridə xanım cavab yazdığınız üçün sizin bu saya oqədər xoşum gəlib heç ayrılmaq istəmirəm o qədər gözəl və ətraflı yazırsınız əlləriniz var olsun
16. xanim | Aprel 10th, 2010 at 5:22 am
Salam.Men bu qurabiyeni bisirdim amma sizin ki kimi alinmadi.Liste tokduyum andan yayilmaga basladi .Deye bilersinizmi niye bele alindi.cox uzuldum
17. FƏRİDƏ | Aprel 10th, 2010 at 10:44 am
XANIM: Belke xemir cox sulu idi? Eyniyle sekildeki kimi olmalidir, cox sulu deyil. Erzaqlarda bir deyisiklik olmusdu mu?
18. xanim | Aprel 12th, 2010 at 10:18 am
salam. insallah yaxsisiniz.eger isteseniz http://www.SAY7.ru saytina da baxa bilersiniz orda da maraqli reseptler var.
19. İradə | May 13th, 2010 at 5:51 am
Salam Feridə xanım size cox sag olun demek isteyirem.Mən sunger biskviti ile tortu bişirdim ele gozel ve dadlı alındı.Bilirsiniz gerek eynen siz yazan resepte riayet etmək lazimdı eks halda alınmır .Siz bişirmə prosesindeki her bir şeyi etrafli yazırsınız.Men size teşekkür edirem.
20. yalanchi dolma | Avqust 21st, 2010 at 10:54 am
Salam.SIZIN VE BUTUN BLOGCHULARIN RAMAZAN BAYRAMINI TEBRIK EDIREM. Bawqa 1 saytdan resept goturmuwem. Ichine vanil pudinqi de qatilir. Amma erinib hec nece hazirlandigini yazmayiblar. Amma size halal olsun resepte 5 muxtelif qariwim da getse yene de onu izah edirsiniz. CHOOOOX SAGOLUN… Daha demirsiniz get hardan tapirsan tap. Ona gore men de oldum buranin daimi sakini.
21. jale | Sentyabr 6th, 2010 at 1:36 am
cox sag olun sizin sayenizde mende yemek bisirmeyi oyrendi
22. jale | Yanvar 5th, 2011 at 2:30 pm
salamlar. Men indi qoshuldum size. Cox shad oldum ki, ana dilimizdede bele recept ceshidleri coxdur. Artiq mende bundan istifade decem. Teshekkurler
23. konul | Avqust 10th, 2011 at 10:49 pm
SALAM Feride xanim qadin barmagi qurabiyyesini ele-bele yemek olar
24. FƏRİDƏ | Avqust 10th, 2011 at 10:54 pm
KONUL - Olar. bir qeder sert olurlar, amma yene de olar:)
25. ofelya | Sentyabr 1st, 2011 at 12:35 pm
Feride xanim, sizin reseptde soda ve ya qabartma tozu yoxdur. Amma Italiya istehsali olan Savoiardi pechenyesinin baglamasinin uzerinde yazilan ingridiyentler icherisinde qabartma tozu var. Sizin reseptde pechenyeler yumurta aginin ayrica chalinmasi hesabina shishir?
26. Fəridə | Sentyabr 3rd, 2011 at 11:37 am
OFELYA - Eş şəraitində bişirilən bu qurabiyələrə soda vurulmur. Burada gördüyünüz əsl savoiardidir. Satışa çıxardılan yeyintilərin içinə çox vaxt əlavə ərzaqlar da qatılır. Buradakılar şişir, narahat olmayın.
27. Abbasova Aybəniz | Oktyabr 13th, 2011 at 8:34 am
Salam Feride xanim. Digərləri kimi bu resept də mükəmməldir:)
28. Gulya | Yanvar 16th, 2012 at 9:55 pm
Eziz Feride xanim. Sizin cox reseptlerinizden faydalanmisam. Inanin cox lezzetli alinib ve ailemde seve seve yeyilib ve yeyilirde. Size hemise minnetdar olmusam. Coxdan idi size yazmamisdim. Sizen bir xahisde bulinmag isterdim. Men hamilelik dovrumde honey twist adli bir cookie yemisdim. Bu mandarin restoranlarin birinde idi. Sonradan her defe onu yemek ucun ora grtmeli oluram. Sizden ricam eger onun reseptini bilirsiizse lutfen bizimle paylasin. Cinliler demek istemir. Defelerce sorusduguma ragmen. Bizim xvorosta benzeyir ama o deyil. Size minetdaram olaram. Daime sizi izleyen Gulya
29. lale | Fevral 5th, 2012 at 2:13 am
salamlar.eyer qargidali nisastasi icerisine vurulmasa olmazmi?yoxdu onuncun.. cox saqolun
30. Fəridə | Fevral 5th, 2012 at 11:03 pm
LALE - Olar, nişastanın miqdarı nə qədərdirsə, onu unla əvəz edin. Amma nişastayla olsa qurabiyələr daha yaxşı olar.
Şərh Yaz
Trackback this post | Subscribe to the comments via RSS Feed