kataloq

“Qara Məxmər” Şokoladlı Mus

Fransız dilində mousse “köpük” deməkdir. Mus (mousse) şirniyyatına elə məhs köpüklü və yüngül olduğuna görə bu ad verilib. Bu mənim ən çox sevdiyim mus reseplərindən biridir. Nuş Olsun!

“Qara Məxmər” Şokoladlı Mus
Resept Lori Longbothamın ”Luscious Chocolate Desserts” kitabından adaptə edilmişdir

Qeyd: Orijinal reseptdə bildirilir ki, bu mus üçün həm acı-şirin (bittersweet) həm yarı-şirin (semisweet) şokoladdan istifadə etmək olar. Acı-şirin şokoladdan istifadə edirsinizsə, onda reseptdə qeyd edilən şəkərin miqdarı musda gərəkən şirinliyi təmin edəcək. Yox əgər yarı-şirin şokoladdan istifadə edirsinizsə, onda şəkərin miqdarını bir az azaldın və yaxud ondan heç istifadə etməyin. Bu qalıb sizin musu necə şirin xoşladığınıza.

4 pay üçün

115 qram acı-şirin (bittersweet) və yaxud yarı-şirin (semisweet) plitka şokolad - doğrayın
dörtdə bir stəkan yağlı süd qaymağı (ruscası: slivki)
dörtdə bir stəkan şəkər tozu
4 ədəd iri yumurta - ağını sarısından ayırın
bir çimdik duz

Şokolad və qaymağı istiyə dayanıqlı bir kasaya qoyun. Balaca qazanda su qaynadın, və kasanı qazanın üstünə yerləşdirin. Kasa qaynayan suya dəyməməlidir! Kasadakı ərzaqları qarışdıra qarışdıra əridin. Şəkər tozunu əlavə edib, əriyənəqək qarışdırın. Kasanı kənara çəkin, və qarışığa bir-bir yumurta sarılarını əlavə edib, çırpma teliylə qarışdırın. Mikserlə deyil! Alınan qarışığı kənara qoyun.

Ayrı qaba yumurta ağlarını və bir çimdik duzu qoyub mikserlə ağlar köpüklənib bir qədər bərkiyənədək çırpın. Mikserin çırpma telini qaldırdığınızda, ağlar gərək tökülməsin.

İndi isə çırpma teli və ya rezin spatula vasitəsiylə kənara qoyduğunuz şokoladlı kütləni hissə-hissə çaldığınız yumurta ağlarına əlavə edib, yavaşca, yüngül hərəkətlə iki kütləni bir-birinə “yedirdin.”

Musu 4 stəkan və ya kiçik kasalara boşaldın. Üstlərini örtüb soyuducuda ən azı 4 saat, ən çoxu isə 2 gün saxlayıb süfrəyə verin.

Related Posts with Thumbnails

33 Comments Add your own

  • 1. Aysel  |  May 4th, 2010 at 3:03 pm

    Salam.cox sagolun gozel reseptleriniz ucun.demey her defe burda verdiyiniz reseptleri bisirirem. musda bir seyi yazmamisiz..sekeri hansi merhelede qatiriq?yumurta aglarini calarken?

  • 2. Fəridə  |  May 4th, 2010 at 3:22 pm

    AYSEL: Şəkəri yaddan çıxartmışdıım. Çox sağ olun bildirdiyinizə görə. Əlavə etdim reseptə.

  • 3. Nargiz  |  May 4th, 2010 at 9:20 pm

    Oyyy…yumurtalar chiy qalir??? :)

    ~Nargiz

  • 4. FƏRİDƏ  |  May 5th, 2010 at 8:03 am

    NARGIZ’: Yumurtalarin sarisi isti sokolada elave olundugunda, qarisdirila qarisdirila bir az bisirler. Ag ise bismir. Mus bele olur:)

  • 5. Nermin  |  May 8th, 2010 at 3:41 am

    Salam necesiniz? super gorunur insallah hazirlayacam sirniyyati dehset xoslayiram zehmet omasa bir gun de meyveli tort resepti qoyun da.tesekkurler!!!!!!

  • 6. Hicran  |  May 11th, 2010 at 4:28 am

    Fəridə xanım salam necəsiniz? Mənim sizdən bir ricam var . Bu ayın 14-ü sevimli qardaşımın ad günüdü. Əgər mümkünsə mənə Kudriyaj və ya Qrilyaj tortunun reseptini verəsiniz. Əgər heç biri sizdə yoxdursa onda maraqlı və dadlı bir başqa resept verin. Əvvəlcədən təşəkkür edirəm. Sevgi və hörmətlərimi göndərirəm !

  • 7. cavad  |  May 11th, 2010 at 10:23 am

    salam feride xanim ilk defe bura daxil olanda heyatin burda odugunu basa dusdum. sag olun!

  • 8. Nermin  |  May 11th, 2010 at 9:30 pm

    Salam Feride xanim sizden bir sey xais etmek isteyirem eger bilirsinizse snikers tortunun hazirlanma qaydasini qoyun xais edirem sag olun!

  • 9. PƏRVANƏ  |  May 12th, 2010 at 12:37 am

    SALAM NƏRMİN XANİM.SİNİKERS TORTU QADİN NET.SAYİTİNDA VAR.İKİ CURƏ FORMADA.ORA BAXA BİLƏRSİNİZ.DƏQİQ VƏ ƏTRAFLİ YAZİLİB.

  • 10. Hicran  |  May 12th, 2010 at 2:21 am

    Pərvanə xanım salam. Bir sualım var. Snikers tortununu reseptinə baxmaq üçün Qadın net .saytında dəqiq hansı bölməyə giriş etmək lazımdır?

  • 11. PƏRVANƏ  |  May 12th, 2010 at 3:35 am

    HİCRAN XANİM SALAM.SİNİKERS TORTUNA BAXMAQ UCUN “BİZİM MƏTBƏX” “TORTLAR ” BOLMƏSİNƏ BAXİN .ORADA 2 VARİANTDA SİNİKERS TORTU VAR.

  • 12. Hicran  |  May 12th, 2010 at 3:52 am

    Pərvanə xanım çox təşəkkür edirəm baxdım.

  • 13. FƏRİDƏ  |  May 12th, 2010 at 10:26 am

    HICRAN: Kudrash tortu refiqem Gullunun saytinda var:

    http://azerifood.com/ru/12/129.html

  • 14. Hicran  |  May 12th, 2010 at 10:41 pm

    Yox Fəridə xanım Güllünün saytındakı adi gecə-gündüz tortunun bir az dəyişdirilmiş formasıdır. Mənə əsl kudriyaj tortunun resepti lazımdır. Yenə də çox sağ olun. Burdakı xanımlardan bilən varsa zəhmət olmazsa mənə resepti yazsınlar.

  • 15. Nermin  |  May 13th, 2010 at 7:10 am

    Salam Pervane xanim.Diqqetinize gore cox sag olun baxaram.Tesakkurler!

  • 16. FƏRİDƏ  |  May 13th, 2010 at 1:02 pm

    HICRAN: O saytdaki gece-gunduz deyil, kudrashdir. Men de ele bisirirem. Duzdur, iki tort bir birine cox oxsayir, odur ki qarisiq salmisiniz. Amma bu kudrashdir, bisire bilersiniz:)

  • 17. ramiz  |  May 16th, 2010 at 10:24 am

    sizin bir komentariyanizi oxudum lahic haqda yazmishdiniz amma coxdan 2008 de siz yemekler haqda yazirsiniz demishdiniz size komek elemek isterdim cunki men Lahicdanam size comeyim deyer ya yox isteseniz bu emailden elaqe saxliya bilersiniz ryok.16@mail.ru sag olun

  • 18. Nübar  |  May 20th, 2010 at 5:14 am

    Salam Feride xanim. Sizden Sezar salatının reseptini isteyirem.Evvelceden teshekkürler…..

  • 19. FERIDE_M  |  Iyul 10th, 2010 at 10:34 pm

    SALAM FERIDE XANIM.RECEPTLERINIZE GORE COX SAG OLUN.BIZE YENI RECEPTLERIN OYRENMESINE KOMEK EDIRSINIZ.COX SAG OLUN.SUALIM BELEDIR.OLAR KI YUMURTA SARISI 4EDED YOX 2EDED OLSUN?

  • 20. AFET  |  Avqust 18th, 2010 at 7:23 am

    salam feride xanim saq olun hamsi cox kozeldir men yeni bilmediyimiz resepleri xais edirem uqurlar

  • 21. Feride  |  Sentyabr 4th, 2010 at 5:15 am

    FERIDE_M: resepti yazildigi kime etseniz daha yaxsi olar. 2 yumurta sarisi ona az gele biler.

  • 22. Suniya  |  Yanvar 15th, 2011 at 5:50 am

    Burada her shey superdir.Minnetdaram sizlere..

  • 23. Turkan  |  Fevral 10th, 2011 at 1:53 am

    yumurta ciy qalir???? eeee……qalmasinda..:(

  • 24. “Qara Məxmər” Şoko&hellip  |  Fevral 27th, 2011 at 10:02 am

    [...] bu amillərə görə, Fəridə xanımın bloqunda şokoladlı mus reseptini görən kimi dedim sizlərlə də [...]

  • 25. leyla  |  Mart 5th, 2011 at 6:44 pm

    men sikaladi cox sevirem ozumde bilmirem niye???

  • 26. Aydan  |  Mart 19th, 2011 at 6:04 am

    wokolat cox xeyirlidi haaaaa insan orqanizmi ucun.cox sag olun deyerli reseptler ucun

  • 27. Gunel  |  May 3rd, 2011 at 12:49 pm

    Feride xanim,cox sag olun bele aydin reseptlerinize gore.Men sokoladi dehset cox sevirem sizde de sokoladli reseptler coxdu.Bes bu leziz seyleri yeyende adam kokelir axi bunun 1caresi yoxdu sizde?

  • 28. Gunel  |  Sentyabr 14th, 2011 at 8:36 am

    salam Feride xanim . Oktyabr-in 2 -nde oglumun ad gunudur , sizden bir mohteshem tort reseptini xahish edirem. Evvelceden teshekkurumu bildirirem

  • 29. merve  |  Sentyabr 27th, 2011 at 10:30 pm

    salam Feride xanim.Buradaki reseptlere gore cox saq olun.Bisirirem<heqiqeten de masallah dadli cixir.Allah sizden razi olsun.Amma cox isterdim ki<usaq yemeklerine de diqqet ayirasiniz.Oqlumun insallah 2 yasi olacaq<mense seherler ona ne bisirim bilmirem.eyni seylerden tez bezir.cox usaq yemekleri de olsaydi<cox sevinerdim.Deyerlendirdinizse<Allah razi olsun!

  • 30. Gulnar  |  Oktyabr 30th, 2011 at 3:38 am

    Salam Feride Xanim. Men sizi de yemeklerinizi de cox sevdim. Cox sag olun. Heqiqeten cox ehtiyac var idi.Siz den qabaq Nastya adli bir xanimin blogundan istifade edirdim. Sizinkini gorende cox sevindim axi siz bizimkisiz, dogmasiz.Allah sizden razi olsun! Tesekkurler!!!

  • 31. nazli kerimova  |  Dekabr 30th, 2011 at 12:23 am

    Feride xanim salam .Men sizden ”Aliviye ” salatinin reseptini oyrenmek isterdim onun reseptini mene vere bilersiz?

  • 32. LALE  |  Yanvar 28th, 2012 at 5:32 am

    cox gozeldi her sey xais edirem turk boyreklerinin reseptlerinide yazin

  • 33. Guler /admin/  |  Yanvar 28th, 2012 at 7:34 am

    LALƏ,”böyrək” adlı yemək yoxdur. “Börək”dir.

Şərh Yaz

Lazımdır

Lazımdır, bloqda görünməyəcək

(Varsa)

Trackback this post  |  Subscribe to the comments via RSS Feed