Artıq əldə tutula bilməyəcək qədər yumşalmış, hətta içi bir az qaralmış bananları nə etmək olar? Yəgin çox insan onları atmaq istəyər. Amma atmayın. O bananlar bu ləziz, yumşaq keksin tərkibinə əlavə oluna bilər! Üstəlik, eyni reseptdə istifadə etdiyimiz qaragilə bananla bir yerdə çox maraqlı təama yol açır. Qaragiləniz yoxdursa, istədiyiniz giləmeyvədən istifadə edə bilərsiniz. Nuş olsun!
Qaragiləli-Bananlı Keks
Ərzaqlar:
225 qram un (bir stəkan yarım)
Bir çimdik duz
Yarım çay qaşığı qabartma tozu
1 çay qaşığı soda
Yarım çay qaşığı darçın
Bir çimdik üyüdülmüş zəncəfil qurusu (mütləq deyil)
160 qram şəkər tozu (stəkanın 3/4-ü)
2 yumurta
2 çay qaşığı vanil ekstraktı
75 qram Westgold kərə yağı
2 yetişmiş yumşaq banan (1 stəkan banan əzməsi əldə etmək üçün)
1 stəkan qaragilə
Hazırlanma Qaydası:
Sobanı 180Cdək qızdırın. Ölçüləri 23 X 13 X 8 santimetr olan keks formasının içini yağlayıb, bir az da unlayıb kənara qoyun.
Bir qabda un, duz, qabartma tozu, soda, darçın və zəncəfil tozunu qarışdırıb kənara qoyun.
Sevirem gilemeyveleri ve onlardan hazirlanan hersheyi. Bakida nece boldu ancaq Istanbulda tapa bilmirem:( chox adam hech adlarini da bilmir. Resmen hesret qalmisham:)
Nərmin xanım, mən bu qaragilədən illərdi Bakıda tapa bilmirəm) Qalan giləmeyvələr var, ama məhz bu qaragilə yoxdu 🙁
Əlləriniz sağlıq.Çox dadlı görsənir.Hazırlayacam mütləq! 🙂
resepte göre cox sag olun Feride xanim)))
Feride xanim salam! Sizin blogunuzu izlemek cox xosdur. Eger mumkundurse, “Lasagna” reseptini paylasa bilersinizmi? Tesekkur edirem.
Salam Feride xanım garagilenin adını rusca yazabilirmisiniz.Men anlamadım bu hansı gilemeyvedir.bir de eger o yoxdursa onu böyürtkenşe evez etmek olurmu
Chernikadir. Bəli, böyütkən olar.
İndi qaraqilə tapmaq bir az gəliz məsələdir, amma bu cütlüyü cox gözəl fikirləşmisiz!
Resept ucun təşəkkurlər