Yay gəlir. Bu da o deməkdir ki, giləmeyvələr tezliklə dükkan-bazarları dolduracaq. Azərbaycanda vedrə-vedrə satılan giləmeyvələrin qədrini bilin. Çünki xaricdə bunlar vedrə-vedrə deyil, balaca qutularda satılır, özüdə olduqca baha qiymətə. Yəni, məsələn, morux mürəbbəsi bişirmək üçün gərək neçə qutu alasan ki, ortaya bir mürəbbə çıxsın.
Giləmeyvə demişkən, sizə olduqca ləzzətli və asan yay keksinin reseptini yazıram. Mən bu keksi qarışıq giləmeyvələrdən bişirirəm - çiyələk, moruq, və ya böyürtgən və birdə burda blueberry adlanan giləmeyvə var, ondan. Azərbaycandasınızsa, qara və ya xar tutdan da istifadə edə bilərsiniz. Məncə ləzzətli olar. Kaliforniyada tut olmur deyə, mən tut əlavə edə bilmirəm. Uzun sözün qısası, əlinizin altında hansı giləmeyvədən varsa, onu istifadə edin. Hətta bir növ olsa da olar, amma mən 3 fərqli giləmeyvənin qarışığından hazırlanan keksi daha çox bəyənirəm. Bu keks çox ətirli və ləzzətli olur.
QARIŞIQ GİLƏMEYVƏLİ KEKS
Ərzaqlar
2 stəkan əla növ un
2 çay qaşığı qabartma tozu (baking powder). Əgər yoxdursa, 2/3 çay qaşığı soda ilə əvəz edin.
1/2 çay qaşığı duz
1/2 stəkan otaq hərarətində yumuşaldılmış kərə yağı (ərinmiş yağ deyil)
1 stəkan şəkər tozu
4 yumurta
1 stəkan qatıq (turş olmasın)
1 stəkan qarışıq giləmeyvələr (istədiyiniz giləmeyvədən 3 növ seçin: çiyələk, moruq, böyürtgən və sairə. Çiyələkdən istifadə edəcəksinizsə, onu iri-idi doğrayın. Digər giləmeyvələr bütöv qalsın).
2 xörək qaşığı sürtkəcin iri dişindən keçirilmiş portaqal qabığı (istəyə görə limon qabığıyla da əvəz oluna bilər).
QEYD: Burada qış boyu dükkanlarda buzluqda saxlanan giləmeyvələr satılır (frozen berries). Əgər yaşadığınız yerdə bundan satılırsa, təzə giləmeyvələrin əvəzinə istifadə edə bilərsiniz. Buzluqdan çıxardıb, əritmədən, buzlu-buzlu xəmirə qatın.
1. Sobanı 180C-dək qızdırın.
2. Bir qabda un, qabartma tozu və duzu qarışdırın.
3. Başqa iri bir qabda yağı və şəkəri mikserlə ağaranadək çırpın. Yumurtalarl bir-bir əlavə edərək, çırpın. Sonra qatığı əlavə edib qarışanadək çırpın. Unlu qarışığı bu qarışığa əlavə edib, bütün ərzaqlar qarışanadək çırpın.
4. Giləmeyvə və portaqal qabığını alınan kütləyə əlavə edib, giləmeyvələri əzmədən qaşıqla qarışdırın.

5. 21 X 11 santimetr ölçüləri olan keks formasının (kərpic şəklində olan forma) dibini və kənarlarını azacıq yağlayın.
6. Alınan kütləni yağlanmış keks formasına tökün. Sobanın orta rəfində təxminən 70 dəqiqə ərzində, üstü qızaranadək bişirin. Keksin hazır olub olmamasını yoxlamaq üçün içərisinə kibrit batırıb çıxardın – çıxan kibritə xəmir yapışmayıbsa¸ tortunuz hazırdır. Keks öz formasında bir qədər soyuduqdan sonra, onu formadan çıxardın. Keks ancaq tamamilə soyuduqdan sonra kəsilməlidir. Nuş Olsun!

47 Comments Add your own
1. vusala | Aprel 20th, 2009 at 3:42 am
Salam Feride xanim.Sizin blogunuzu cox beyendim. Sochi piroqunuda bishirdim cox dadli alindi.Teshekkur edirem.Sizdan xahish edirem agar mumkunsa Mutakinin reseptini versiniz.Avvalcadan siza tashakkurler
2. FƏRİDƏ | Aprel 20th, 2009 at 10:19 am
VÜSALƏ: Xoş gəldiniz bloquma. Soçi piroqu nuş olsun. Mutakini bir gün bişirsəm qoyaram bloqa.
3. fira | Aprel 21st, 2009 at 7:34 am
SALAM FERIDE XANIM.YALNIZ BANAN TOKMEKLE BISIRMEK OLAR.BIRDEN OLSA ONDA BANANI HALQA-HALQA DOGRAMAQ LAZIMDIR.?EVVELCEDEN TESEKKURLER.
4. FƏRİDƏ | Aprel 21st, 2009 at 9:19 pm
FIRA: Banani bu keks ucun meslehet gormurem. Onda bu keks cox yumusaq olar ve xeshil olar. Baban kekslere adeten pure halinda elave olunur.
5. Sema | Aprel 21st, 2009 at 10:53 pm
salam feride xanim xahis edirem meyveli tort reseptiniz varsa onuda qoyunda bloqa evvelceden.tessekur.bu keksde dadliya oxsayir.mutleq prob edecem
6. TUNZALE*93 | Aprel 29th, 2009 at 8:01 am
EH FERIDE XANIM YAZMAGA NE GEREK VAR.BIR SOZLE SUPER.
7. TUNZALE*93 | Aprel 29th, 2009 at 8:03 am
FERIDE XANIM YEQINKI YAZDIQLARIMI OXUYUR VE BEYENIRSINIZ.
8. sladkayewka | May 3rd, 2009 at 11:59 pm
FERIDE COX SAGOL LAP YERINE DUSHDU RESEPTIN YAZIRAM BISHIRECEM
9. sladkayewka | May 4th, 2009 at 12:00 am
FERIDE BES BELE KEKS QABI YOXDURSA NEDEN ISTIFADE ETMEK OLAR?
10. FƏRİDƏ | May 4th, 2009 at 12:03 pm
Kicik yumru tava ve ya tort formasi istifade ede bilersen, amma bele formada olsa daha yaxsi gorsenir.
11. ulviye | May 7th, 2009 at 8:42 am
slm feride xanım napalyon tortunun reseptini bilirsinizse eyer mene yaza bilerziniz zehmet olmazsa
12. FƏRİDƏ | May 7th, 2009 at 4:33 pm
ULVIYE, Napaleon tortunu bir nece oxuyucum da isteyib. Mutleq bir gun qoyacagam buraya. Gerek duzeldib sekillerini cekib, ve olculeri deqiq yazim.
13. sladkayewka | May 8th, 2009 at 10:57 am
FERIDE COX SAGOL
ALARAM BELE QAB.
14. Zema | May 17th, 2009 at 11:37 am
Tewekkurler!
15. Gunay | Iyun 9th, 2009 at 11:49 pm
Dadli olacagina eminem cox sagol resepte gore.Feride xanim portagal qabigi kekse acilig vermez?
16. FƏRİDƏ | Iyun 10th, 2009 at 12:09 pm
GUNAY, xeyir, portaqal qabighi gozel etir elave edilir. acilighi olmur. cox gozel olur.
17. leyla | Iyul 8th, 2009 at 3:32 am
salam Feride xanim, super indiden istahaya geldim.allah qoysa,mutleq bisireceyem.
18. Sema | Iyul 13th, 2009 at 2:23 am
salam feride xanim olarki limon qabuqu ile apelsini evez edim??
19. FƏRİDƏ | Iyul 14th, 2009 at 10:44 am
SEMA: Olar, ikisi bir biriyle evez oluna biler.
20. Hicran | Iyul 23rd, 2009 at 1:59 am
Salam Feride xanim her vaxtiniz xeyir olsun. Men bu keksi bişirdim amma təkcə böyürtkənlə bir az turşməzə alındı. Bir sual vermək istəyirəm . Keks bişənə yaxin çox şişdi və içindən çiy xəmir axmağa başladı yəni maye kimi bu da keksin bir tərəfində oldu sizcə mən nəyi səhv etmisəm. Ailənizə salam və dualarımı gondərirəm allaha əmanət olun.
21. Hicran | Iyul 23rd, 2009 at 2:04 am
Fəridə xanim bir xahisim də var sizdən .Mümkünsə mənə banan formasında olan içi qozlu şirniyyatin reseptini verəsiniz əgər varsa.Əvvəlcədən təşəkkür edirəm
22. Fəridə | Iyul 24th, 2009 at 10:40 am
HİCRAN: duzu bilmirem problem neye gore oldu. Belke icinde cox meyve var idi, ve ya meyve cox yumusaq idi. bes sonra nece oldu? sobadan cixardandan sonra da axirdi?
Banan formali pirojna resepti var mende, amma qozlu deyil, kesmikli. en cox sevdiyim sirniyyatlardandir. mutleq bir gun bura qoyacam.
23. Hicran | Iyul 27th, 2009 at 2:32 am
Her vaxtiniz xeyir! Fəridə xanim icində meyvə1 stəkan idi dəqiq meyvələr nonmal qaydada idi. Sonra sobanı mən lap zəif xodda qoydum yavas-yavas bisdi .Men o meyveli qarişiği ortası bos formalı keks qabina tokmusdum o da səbəb ola bilərmi?
Resptinizi gozləyirəm təşəkkür edirəm.
24. FƏRİDƏ | Iyul 28th, 2009 at 4:19 pm
HICRAN: Mene ele gelir ki, tort tam bismemisdi. Eger bir terefi sulu qalmisdisa, onda bir az da bisirmek lazim idi yegin ki. Tamamile qurusun deye. Basqa fikir gelmir aghlima.
25. Tehmine | Iyul 29th, 2009 at 3:07 am
salam Feride xanim!.men bu sayti yeni kesf etdim.cox sag olun ki,bele gozel bir sayt var.artiq menim hec bir cetinliyim olmaz.Bu kitabdan men cox sey oyrendim.bir de sizden bir xahisim var,bol terevezli,qeyri-adi sam yemeyinin reseptini isteyirem sizden.eger mumkunse,evvelceden tesekkurumu bildirirem.cox sag olun!
26. FƏRİDƏ | Iyul 29th, 2009 at 10:00 pm
TEHMINE: Xosh geldiniz bloquma. Beyendiyinize sevindim. Terevezli yemekler olacaq. Indi bashim qarisiqdir, tez-tez resept qoya bilmirem, amma olacaq.
27. elnur | Avqust 10th, 2009 at 3:56 am
salam xanim cox sag olun yiyib kokelmisem
28. Nargiz | Avqust 20th, 2009 at 11:05 pm
Feride xanim,
Vaxt az olanda her zaman piroq bishirirem, resepti bir kitabdan goturmushdum, testasi demek olar ki sizdeki kimidir, sadece olaraq uzerine alma duzulur, bezen almani bananla evez edirem. Bu resepti gorende qerara aldim ki bishirim.dukandan her zaman qaragat alib yeyirem, terslikden olmadi. Anam heyete vedre ile her gun chiyelek ve moruq geldiyi dedi, men de axshamacan onlari gozledim.sebrim chatmadi, evde uzum var idi..
sonrasini yeqin tesevvur edirsiz
uzumun tumlarin temizledim, limon qabigi da elave eledim ve ustune alma duzdum
demek olmaz ki pis alinmishdi, yene de dukanda satilan shirniyyatlardan cox yaxshi oldu,sadece shihsmedi ve ichindeki uzumlerden ele hiss yaranirdi ki piroq yashdir
Heyete gilemeyve gelse bu weekend bishirecem insAllah bir daha!
~Nargiz
29. ulya1 | Avqust 25th, 2009 at 2:45 am
Feride xanim salam ! Gilemeyveli kekse gore teshekurler.
Man bu keksi bishirdim yaxshi alindi amma sizdeki shekildeki kimi alinmasi ucun mutleq ela qabda bishmelidir.yoxsa nazik olur. Man xemire zogal da qatdim gesheng oldu meyxosh.
Sag olsun sizin kimi azerbaycanli qizlari !
Iftarda bu keks lap yerine dushdu .
30. leyli | Avqust 27th, 2009 at 10:41 am
Salam feride xanim menim 20 yasim var.metbex islerine de hevesim hele 15 yasimdan basliyib.indi de davam etmekdeyem.hevesim her gun daha da artir.ozumu metbexde sinamaqdan hec vaxt cekinmirem.sukur ugurlu alinir.sizin kitabdan zebr tortunu bisirdim.beyenildi.son oyrendiyim bu ay ucun MADONNA tortudur.ela dadi var.insallah sizin de blokunuzda isiq uzu gorer,tezlikle.
ALLAH AMANINDA
31. FƏRİDƏ | Avqust 28th, 2009 at 8:16 am
Cox sag olun serhlerinize gore!
Leyli, metbexde cesaretli olmaq lazimdir, aferin sene. Madonna tortunu bilirem, balli olur, amma duzu burara bisirmemisem, bir gun bisirerem, resepti de var. Helelik.
32. sefa | Sentyabr 19th, 2009 at 3:04 am
receptlere gore tesekurler
33. gulxar | Sentyabr 28th, 2009 at 1:07 am
FERIDE XANIM OLARMIKI CIYELEK,VISNE,MORUQ QATIM PIS OLMAZKIII?
34. FƏRİDƏ | Sentyabr 28th, 2009 at 11:29 am
GULXAR: Beli bunlardan istifade etmek olar, amma diqqetli ol, cox sulu olmasinlar, bir az berk olsunlar. Chiyelek daha cox su cixarir, ona gore keks bir az sulu olacaq. Mence en yaxsi variant MORUQdur.
35. gulya | Noyabr 1st, 2009 at 12:04 pm
Feride xanim, cox sag olun, nece vaxtdir burdaki reseptlerden istifade edirem,degig bu olculrle edirem, dadli ve gozel alinir. menim de bildiyim gozel reseptler var. eger isterseniz yaza bilerem. yenede tesekkur edirem, sizin reseptle bisirdiyim pirojkilerin misli yoxdu. mamada demisem ki nece illerdi bisiririk bele gozle alinmir. sag olun
36. Xumar | Dekabr 6th, 2009 at 6:02 am
Slam Fəridə xanım bu keks mənə ləzzət verdi çox sağolun minnətdaram.
37. ilkin | Yanvar 12th, 2010 at 5:38 am
cox sagolun bele dadli reseptlere gore
38. aynur | Yanvar 17th, 2010 at 6:46 am
Feride xanim siz cox qabiliyyetli xanimsiz.Resepler cox xosuma geldi.
39. Elvin | Yanvar 28th, 2010 at 8:13 pm
Ay da dema- dema darixdix gilameyveler ucun,heqiqetende qedrini bilmek lazimdi coreyin de qedrini bilin men Indonezyadayam, ama bunlarin hec birisi yoxdur dehshet darixmisham,butun gunu duyu yemakden bezmishem,corek evezi duyu yeyirik,yemaklerin de qedrini bilin hec yerde tapammazsiniz.
40. Nargiz | Fevral 2nd, 2010 at 4:47 am
gilemeyveleri qara kishmish, qoz ve badamla evez etim, uzerine de banan duzdum
ela alindi
Ikinci defe ise uzerine sadece alma duzdum, oldu apple cake
Teshekkur edirem resepte gore…
41. sevinc | Fevral 7th, 2010 at 7:17 am
salam feride baci men hele bugun sizn unvanizla taniw oldum ve cooooooooox wad oldum hette anama deyremki gedende yeni aile quranda kitab [klunariyay aid]aparmayacam ele ferde baciynan elaqe qurub hazirlayam.TWK BACICAN
42. leyla | Mart 13th, 2010 at 1:36 pm
salam Farida xanim men keks eliyende ya kesksin ici xemir olar yada yanir bilmiirem belke sobanin agzini cok acib baglayiram birdeki yumru kesk ortasi bos cok sade bi keksin tarifi vere bilseniz cok sevinerdim
43. Fəridə | Mart 15th, 2010 at 8:10 am
LEYLA: Keks bisdisi zaman sobanin agzini en azi 20 deqiq acmamaq lazimdir. Hec acmasaniz daha yaxsi olar.
44. aycan | Mart 15th, 2010 at 4:03 pm
balli tortun reseptini xalama vedim eledi cox ama cox dadli tortdu helem bele tort yememiwdim cox sag olun:))
45. cinare | Iyun 13th, 2010 at 5:30 am
Salam sizden cox xahis edirem ki, sokoladli pirojna, sokoladli keks ve sokoladli piroqa aid bir nece resept veresiniz
46. gunay | Iyun 13th, 2010 at 8:20 am
men isterdimki siz tisbaqa tortunun reseptinin veresiz birde bir nece pehriz salatlari ve yemeklerinin receptinin versiniz
47. nermin | Iyun 26th, 2010 at 2:22 am
salam xanim.saytiniza boyuk hormetim var.sizden xahisim var- asan hazirlana bilen dondurma respti isteyirem,tebii ki,eger mumkunse. zaman baximindan da tez basha gelen olsa sevinerem.bu menim isimle de elaqelidir.nece deyerler esil tenbel resepti.evvelceden size cox teshekkur edirem.size ishlerinizde ugurlar arzu edirem.
Şərh Yaz
Trackback this post | Subscribe to the comments via RSS Feed