Best in the World!
Dadlı yemək reseptləri bloqu

Qatıqlı-Qozlu Çuğundur Salatı

Qatıqlı-Qozlu Çuğundur Salatı

Deyin görüm bu bloq yazısının adını oxuyanda ağlınıza nə gəlir? Qoyun mən tapım. Bəlkə, mənim kimi siz də düşünürsünüz ki, bu, super sağlam səslənir? Düz deyirəm? Düşünürəm ki, mən haqlıyam. Sözün əsl mənasında boşqab içində sağlamlıq. Çuğundur, qatıq və qoz. Üstəgəl əlavə təam üçün sarımsaq. Haqqında yazacağım bu salatın içindəki ərzaqların hər biri həm qidalı, həm də çox sağlamdır.

Çuğundur

Çuğundur? C vitamini, lif, xərçəng əleyhinə xüsusiyyətlər, dözümlülüyü artırır, qıcqırmanı aradan götürür və s. və i.a. Sarımsaq? Vitaminlərlə doludur, viruslardan qoruyur, xolesterolun səviyyəsini yaxşılaşdırır və çoxlu başqa faydaları var.

Qoz

Qoz? Güclü antioksidantdır, sağlamlığınıza çox xeyirlidir. Nəhayət adi qatıq əla zülal mənbəyidir, kalsium və D vitamini ilə doludur. Beləliklə bu salat nə salatıdır? Sağlamlıq! Üstəlik, o çox dadlıdır! Hər dəfə qonaqlarımız üçün onu hazırlayanda mən çox gözəl rəylər alıram. Azərbaycanda bu salatın bu reseptə çox oxşayan növü hazırlanır, amma fərq ondadır ki, Azərbaycanda bu salatda qatıq əvəzinə xama ilə qarışdırılmış mayonezdən, yaxud xamadan istifadə edirlər. Mənsə qatığı seçirəm. Bu, bu salatı qat-qat daha sağlam edir. Siz də razılaşacaqsınız. . Bir də, Azərbaycanda çuğunduru rəndənin narın tərəfində rəndələyirlər, qozu da rəndələyirlər. Nəticədə tamamilə eynicinsli dip, yaxud spred əmələ gəlir ki. Bu da əla qəlyanaltıdır. Siz o metodu da sınaqdan keçirə bilərsiniz.

Qatıqlı-Qozlu Çuğundur Salatı

4 – 6 porsiya üçün

Qeyd:  Eynicinsli dip, yaxud spred üçün bişirilmiş çuğundurları rəndənin narın gözündən keçirin. Siz həm də reseptdəki qatıq, qoz və sarımsağın miqdarını özünüz tənzimləyə bilərsiniz. İstəyə və zövqə görə daha çox, yaxud daha az qatıq, qoz və sarımsaq əlavə edə bilərsiniz.

Ərzaqlar

3 orta ölçülü çuğundur (orqanik olsa daha yaxşı olar, həm dadı, həm də rəngi daha yaxşıdır, həm də daha sağlamdır)
2 stəkan, yaxud zövqə görə qatıq (qatığı evdə çalın, bu asandır!)
2 diş sarımsaq, sarımsaqəzəndən keçirilmiş
Bir balaca ovuc qoz ləpəsi, doğranmış (qozu salatda necə xoşlamağınızdan asılı olaraq onu incə, yaxud iri-iri doğraya bilərsiniz. Amma çox narın doğramayın, çünki salatın içində bir az xırçıldamalıdır)
Duz
Üyüdülmüş qara istiot


Hazırlanması

Çuğundurun yaşıl hissələri varsa onları kəsib götürün (onları atmayın, başqa ehtiyaclar üçün saxlayın. Məsələn, şorbalara əlavə edə, yaxud soğanlı stir-fry-lara (asiyasayağı qovurma) əlavə edə bilərsiniz). Zoğları kəsin, amma çuğundurun mətini zədələməyin, yoxsa bişəndə suyu axar. Çuğundurları yuyun.

Çuğundurların hamısının yerləşəcəyi orta ölüçülü bir qazan götürüb onları qazana yerləşdirin. Qazanı çuğundurların üstü örtüləcək qədər suyla doldurun. Qaynayandan sonra çuğundurlar yumşalana qədər, təxminən 40 dəqiqə orta alovda bişirməyə davam edin. Bıçağın ucunu çuğundura batırmaqla hazır olub-olmadığını yoxlayın. Əgər bıçaq rahat batırsa deməli hazırdır. Süzüb soyumaq üçün kənara qoyun. .

Kifayət qədər soyuyandan sonra çuğundurları soyub rəndənin iri gözündən keçirin. Orta ölçülü dərin qaba qoyun. Qatıq, sarımsaq və qoz əlavə edin. Duz və istiot vurun. Qaşıqla yaxşıca qarışdırın. Süfrəyə veməzdən əvvəl azı iki saat soyudub dadların yaxşıca qarışmasına imkan verin.

Qatıqlı-Qozlu Çuğundur Salatı

Bir cavab yazın

6 Şərh
  1. Feride xanim ,men bu salata tursh alma da rendeleyirem ve qatiq yerine mayonez vururam .Ela olur.

  2. Maraqlidi edecem mutleq, ama mayanezle edecem bizde qatiq satilmir 🙂

  3. Mende bu salatdan hazirlayiram,amma qatig yerine mayonez vururam.Super olur

  4. Men qatıq evezine qaymaq vururam.cox dadlı olur yoldaşım en cox sevdiyi salatdı

  5. Salam feriyde xanim men qeyri adi salat reseptleri isdeyirem ad gunumde hazirlamaq isdeyirem qonaglarima zehmet olmasa deyerdiz indiden teşekkür.

    • Salam feriyde xanim men qeyri adi salat reseptleri isdeyirem ad gunumde hazirlamaq isdeyirem qonaglarima zehmet olmasa deyerdiz indiden teşekkür.

Bir cavab yazın