Bu zərif pankeyklərin hələ isti ikən üstünə şirin sous töküldüyündə ləziz və doyurucu səhər yeməyi alınır.
Qatıqlı Yumşaq Pankeyk
16 ədəd pankeyk üçün
Ərzaqlar:
1 stəkan un (150 qram)
3 xörək qaşığı şəkər tozu
Bir çimdik duz
2 çay qaşığı qabartma tozu
Yarım çay qaşığı çay sodası
3 xörək qaşığı Westgold kərə yağı
1 yumurta
1 stəkan qatıq
Stəkanın dörtdə biri qədər süd
Hazırlanma Qaydası:
Un, şəkər tozu, duz, qabartma tozu və çay sodasını iri qabda qarışdırın.
Kərə yağını əridib soyudun. Unlu qarışığa əlavə edin.
Yumurtanı da yüngülvari çırpıb buraya qatın.
Qatıq və südü də əlavə edib qaşıqla qarışdırın. Kütləni çalmayın.
Əgər qatıdırsa, bir qədər də süd əlavə edib qarışdırın.
Teflon tavanı istidin. İstinən kimi üstünə bir az duru yağ və ya kərə yağı gəzdirin. Hazır xəmirdən hər pankeyk üçün təxminən 2 dolu xörək qaşığı doldurub bir birindən məsafəli olaraq tavaya tökün. Bir tərəfi qızaran kimi, digər tərəfinə çevirib qızardın.
Hazır pankeykləri pankeyk sousu, şokolad sousu, qaymaq və mürəbbə şirəsi ilə süfrəyə verə bilərsiniz.
Feride xanim,bu bildiyimiz oladidir?? Nese resept mene onu xatirlatdi..
Aysel-Ayka, oladyiyı bir qədər oxşayır, amma eyni deyil. Oladyi bol yağda qızardılır, bu isə bir az yağlanmış tavada.
Cox beyendim.Cox saq olun gozel reseptler ucun FERIDE xanim.Size ugurlar!!!
Mende gatigli pankeyke daha cox ustunluk verirem…Hemde Traders Joe-nun pərəstişkarıyam:)
Bunlar gozeldir men her kese bu sayti meselehet gorurem ve qarsidan gelen novruz bayrami munasibetile butun azerbaycan xalqini urekden tebrik edir onlara uzun omur can sagligi arzulayiram
Salam Feride xanım.Sizin reseptleri çox beyenirem.Bu reseptden istifade ederek bişirdim.Dad ela.Amma içleri sanki çiy qalırdı.Kısık ateş de istifade etdim amma olmadı?Sizce sebeb ne ola biler?
Salam.qabartma tozu nedir?
Elya, qabartma tozu çay sodası kimi qabardan bir maddədir, amma qabartma tozunun tərkibində həm çay sodası var, həm də başqa maddələr də var, məsəl üçün nişasta. Supermarketlərdə satılmamış olmaz.
Cox saqolun.yaqinki rus dilinde разрыхлитель olandi.
Farida you are AMMMMAZING!!! Halal olsun ve Allah razi olsun senden, o qeder gozel ve faydalidir ki saytin. Bayiliram :*
Thank you!
Cooox sag olun bu resepte gore, Feride xanim. Cox yumusaq, zerif pankeyklar alindi. Lap Amerikada yediyim kimidi. Ela
cooox dadli oldu hetda sud yox idi evde su ile evezledim icine apelisin qabiqini qurusunu ezdim toz halinda elave etdim coooox dadli oldu