
Mən yay vaxtı adətən yüngül salatlarla müraciyət edirəm. Həm kaloriyası az olur, həm də yararlı olur. Bax götürək elə bu bibər salatını. Həm rəngli, həm ləzzətli, həm də yüngül. Bu salata Türk mətbəxində rast gəlmək olar. İspaniyada, Yunanistan, İtaliyada da buna bənzər salat hazırlayırlar. Bu, mənim ən çox sevdiyim salatlardandır.
Bu salat adətən qırmızı bibərdən hazırlanılır, amma mən bəzən evdə sarı və portağal rəngdə Bolqar bibərindən də istifadə edirəm ki, salat rəngarəng olsun. Bu sizin istəyinizə bağlıdır. Hələlik isə, nuş olsun!
RƏNGLİ BOLQAR BİBƏRİ SALATI
QEYD 1: Bu reseptdə ərzaqların miqdarı zövgə və istəyə görə artırıla və ya azaldıla bilər.
QEYD 2: Bu salat üçün yalnız qırmızı Bolqar bibərindən də istifadə edə bilərsiniz.
ƏRZAQLAR
2 ədəd iri qırmızı Bolqar bibəri
2 ədəd iri sarı Bolqal bibəri
2 ədəd portağal rəngli Bolqar bibəri
xırda doğrançəş cəfəri (zövqə görə nanə də əlavə edə bilərsiniz)
2-3 diş əzilmiş sarımsaq
təxminən yarım limonun suyu
zeytun yağı
duz
istiot
1. Bolqar bibərlərini bütov ya qazın üstündə çevirə-çevirə kabab edin, ya manqalda, ya da sobada bişirin - Qabığı bir az qaralanda və bibərlər azacıq yumuşalanda bibərlər hazırdır. Diqqət! Bibərləri çox bişirməyin, yoxsa xəşilə dönər. Bİbərlər bir az bişməli, amma eyni zamanda da diri qalmalıdırlar.
2. Bişmiş bibərlərin qabığını soyun. Toxumunu və sapını kəsib atın. Bibərləri təxminən bir barmağın yarısı enliyində uzunsov kəsin. Bir qaba qoyun. Üstünə doğranmış cəfəri (və ya cəfəri və nanə qarışığı), əzilmiş sarımsaq, limon suyu və zeytun yağı, duz, istiot əlavə edib qarışdırın. Soyuducuda bir qədər soyutduqdan sonra süfrəyə verin.
6 Comments Add your own
1. Elgun | Iyun 21st, 2009 at 4:32 am
Salam Feride xanim.necesiz?cox gozel salatdi tesekkurler.men de bir tort resepti var,cox asandi,men bu tortu tez-tez biwirirem,anamdan oyrenmisem,istesez siz de bisirin,her ehtimala qarwi resepti yazim,demeli bele,
1stekan weker tozu ile 2 yumurtani qariwdirin,uzerine 1 armudu stekan dem cay tokun,qariwdirin,sonra uzerine 1 armudu stekan murebbe wiresi(hansi murebbenin oldugu ferqi yoxdu) elave edib yaxsi qariwdirin,sonra uzerine 1 cay qawigi soda vee vanelin elave edin yaxwi qariwdirin,butun bunlarin uzerine 2 stekan un tokun yene qariwdirin,ne cox duru,ne de qati olsun,normal olsun.
sonra yumuru tava goturun onun icini gunebaxan yagi ile yaglayin,qariwigi onun icine tokun,180 derece temp.de sobaya qoyun,kibritle biwmeyini yoxlayin,15-20 deq.e hazirdi,listden cixartmaq ucun altina yaw eski qoyun.5 deq.e hazirdi.kenarlarini dairevi kesib kafamorkadan kecirin ki,kremin ustun onu sepesiz.onu sapla iki hisseye bolun(ust ve alt hisselere).Krem hazirlamaq ucun 1packa wit yag ve skwonnini mikserde calin(kakao zovqe gore)tortun icine qoz-fistiq vursaz yaxsi olar,tortu zovqe gore bezeyin,Nuw olsun.
2. Heqiqet | Iyun 22nd, 2009 at 2:45 am
salam Feride xanim mene milli yemeklerimizin reseptlerini vere bilersinizmi zehmet olmsa yaxsilarini verin
3. susuz-mercan | Avqust 13th, 2009 at 12:29 am
Bu salati biz terefde bishirmemish edirler.Yeni bolqar biberleri elece dogranilir qailir hem de bizde ichine qargidali,ve toyuq eti de qoyulur chox dadli olur teshekkurler/
4. aide | Oktyabr 2nd, 2009 at 12:05 pm
salam feride xanim.xahis edirem sade bir biskvit resepti elave edesiniz,indiden tesekkurler
5. Məleykə | Aprel 5th, 2010 at 12:51 pm
Fəridə xanım bibər salatı çox xoşuma gəldi duzdur hələ yay deyil bibərin bol vaxtı bu salat çox gözəl olar mənim əl qabliyyətim yemək barəsində çox gözəldir yaşımın az olmasına baxmayaraq çox gözəl yeməklər bacarıram və hamı bəyənir özümü tərifləmək kimi oldu lap ama sizin saytı tanıdıqdan sonra görürəmki yox hələ öyrənməyə çox şey var ona görə sizə borcluyam və xahiş edirəm VNEQRED salatının reseptini yazasınız nəvax vaxtınız olanda öpürəm
6. Naira | May 2nd, 2010 at 4:17 am
Bu saite giren butun azeri xanimlarimizi salamlayiram.Men bu saitde cox gözel yemek reseptleri örgendim.Mende de cox gözel reseptler var,men de reseptlerimi sizlere yazmaq isterem.
Şərh Yaz
Trackback this post | Subscribe to the comments via RSS Feed