kataloq

Ricotta Pendirli (ve ya Kəsmikli) Qurabiyə

Əslində bu qurabiyələr Ricotta (rikotta oxunur) adlanan İtalyan pendirindən hazırlanır. Pendir deyəndə ki, bizim bildiyimiz bərk pendirlərdən deyil. Ricotta pendiri Azərbaycanda istifadə edilən kəsmiklə hardasa eynidir. Bəlkə kəsmikdən bir az suludur. Azərbaycandakı supermarketlərdə bu pendirdən ola bilər, əmin deyiləm. Əgər varsa, bu qurabiyələri ricotta pendiriylə hazırlayın. Yox əgər yoxdursa, problem deyil, elə kəsmik də çox yaxşı nəticə verər. Bu qurabiyələr yumuşaq və zərif olurlar. Həm də ətirli, çünki içində limon qabığı və hil də var. Məncə bəyənəcəksiniz. Nuş Olsun!

RİCOTTA PENDİRLİ ( VƏ YA KƏSMİKLİ) QURABİYƏ

22 qurabiyə üçün

Ərzaqlar

2   1/2 stəkan əla növ un
1 çay qaşığı qabartma tozu (yarım qaşıq çay sodası ilə əvəz edə bilərsiniz)
1 çay qaşığı duz
1/5  çay qaşığı hil (toz halında) - (hiliniz yoxdursa, əlavə etməsəniz də olar)
115 g duzsuz kərə yağı - otaq hərarətində yumuşaldılmış
2 stəkan şəkər tozu
2 yumurta - otaq hərarətində
425 g  ricotta pendiri və ya kəsmik
1 ədəd limonun suyu
1 ədəd limonun rəndələnmiş qabığı

1. Sobanı 190C-dək qızdırın.

2. Bir qabda unu, qabartma tozunu, duzu və hili qarışdırın.

3. İri bir qabda  kərə yağı və şəkər tozunu mikserlə ağaranadək, təxminən 3 dəqiqə ərzində çalın. Bir-bir yumurtaları əlavə edərək, çalmağa davam edin. Ricotta pendiri və ya kəsmiyi, limon suyunu və limon qabığını əlavə edib, mikserlə qarışanadək çalın. Unlu qarışığı bu qaba əlavə edib, bütün ərzaqlar qarışanadək bir az çalın.  Alınan kütlə “palcıq” kimi olacaq. Aşağıdakı şəkildə gördüyünüz kimi.

4.      2 ədəd soba listinin dibinə kalka kağızı sərin. Xəmirdən hər dəfə 2 xörək qaşığı qədər götürüb listə bir birindən 5 cm aralı  dairələr şəklində qoyun. Xəmiri yaymayın! Sadəcə olaraq hər qurabiyə üçün 2 qaşıq dolu xəmiri bir-birinin üstünə qoyun.

5. Qurabiyələri sobanın orta rəfində 15 dəqiqə ərzində, və yaxud kənarları bir az qızarana qədər bişirin. Hazır qurabiyələrin üstü ağ qalmalıdır. Listləri sobadan çıxardın. Qoyun qurabiyələr listdə 20 dəqiqə ərzində soyusun. Soyuduqdan sonra listdən çıxardıb, səthlərinə şəkır kirşanı (pudra) səpin.

Related Posts with Thumbnails

50 Comments Add your own

  • 1. Tural  |  Aprel 23rd, 2009 at 12:44 am

    Salam men sizin saytinizi bir nece ay bindan evvel keshf etmishem bir pizza resepti axtararken bu gun sizin saytin ilk onluqda oldugunu gorub sevindim chunki maraqsiz eylence saytlarindan bezmishik. Elinize sagliq.

  • 2. aygun  |  Aprel 23rd, 2009 at 1:07 am

    Salam! ,ox yaxshi ki, dogma azerbaycan dilinde de kulinariyaya aid sayt achmisiz. Bunu choxdan arzulayirdiq. Teshkilatchilra teshekkurler!

  • 3. FƏRİDƏ  |  Aprel 23rd, 2009 at 10:55 am

    TURAL, xosh geldiniz. Gozel sozlerinize gore tesekkurler.

    AYGUN: Siz de xosh geldiniz. Beyendiyinize sevindim.

  • 4. TUNZALE*93  |  Aprel 29th, 2009 at 9:47 pm

    HER VAXTINIZ XEYIR OLSUN .FERIDE XANIM NE YALAN DEYIM BU KURABIYENI GORMEMISDIM,AMMA DADLI BIR SEYE OXSAYIR.MUTLEQ HAZIRLAYACAM

  • 5. sladkayewka  |  May 3rd, 2009 at 11:56 pm

    FEIRDE COX SAGOL AMMA MENIM SULLARIM VAR SHEKIR KIRSHANI NEDIR?HIL NEDIR?BIRDE PENDIR YAG KIMI OLUR ELEMI COREYIN USYUNE YAXMA KIMI CEKIB YEYE BILDIYIMIZI DEYIRSEN?BAGISHLA SULLARIN COXLUGUNA GORE

  • 6. FƏRİDƏ  |  May 4th, 2009 at 12:43 pm

    SLADKOYEWKA, suallarina cavab:

    1. Seker kirsani, seker pudrasi demekdir. Ruscasi: saxarnaya pudra. Yani pesok deyil, pudra kimi olan.

    2. Hilin ruscasi kardamon-dur. Rusiyada olmamis olmaz. Noxud boyda olur. Icini acanda icinden toxumlar cixir. Toxumlar istifade olunur. Hilin qabighi ise deyil. Toxumlari toz halina getirib istifade et. Hil etir vermek ucun ela edviyyetdir.

    3. Xeyir, bu resept ucun, ricotta ve ya kesmik istifade olunur, krem-pendir deyil. Ruscasi TVOROQ. Pachka seklinde satilir.

  • 7. sladkayewka  |  May 8th, 2009 at 10:55 am

    FERIDE COX SAGOL HE BASHA DSHUM NEYI DEYIRSEN BAGISHLA BASHA DUSHMEMISHDIM DUZUNU DEYIM BU SON GUNLER OXUDUQLARIMDA MENE CATMR
    COX SAGOL BIR DAHA

  • 8. Aynur  |  May 11th, 2009 at 7:53 am

    Salam,
    Feride Xanim saytiniz uchun sizi tebrik edirem. Chox yararli blogdur.
    Dediyiniz pendir marketlerde var Pinarin da var, adi da “Labne peyniri”di. Italyanca adi ise “El-Mascarpone” yaxud da sadece maskarponedir.

    —–

    Sizden bir xahisim var, “Tiramisu”nun da reseptini yerleshdire bilersiniz. Xususen de, onun kremini hazirlamaq mene maraqlidir.

    Onceden Teshekkurler!

  • 9. FƏRİDƏ  |  May 11th, 2009 at 8:34 pm

    AYNUR, cox sagh olun qonaq oldughunuza gore. Sevindim.
    Dediyiniz pendirler Bakida satilir? Ele seslendi ki, ele bil Turkiyeni nezerde tutursunuz. Deqiqlesdire bilersiniz mi?

    Tiramisu tortunun resepti mutleq olacaq. Ailemiz kicik oldugundan tez-tez tort bisire bilmirem, yoxsa qalir ozume:))) Amma Tiramisu mutleq bir gun olacaq. Oldu mu?

  • 10. Aynur  |  May 13th, 2009 at 10:15 am

    Salamin Aleykum!

    Cavablandirdiginiza sevindim. Beli hemin pendirler supermarketlerde satirlar. Labne pendiri bildiyim qederile maskarponenin evezine ishlediler. Ancaq hec vaxt risk ede bilmirem o pendirle kremi qarishdirib Tiramisu hazirlayam. Men de bir resept var, isteseniz size gondererem.

    Ugurlar size! :)

  • 11. Aynur  |  May 13th, 2009 at 10:19 am

    Yeri gelmichken, men bunu yoxladim.. Amma listde yayildilar birleshdiler. Ayri-ayri qurabiye kimi olmadi (((((
    Siz deyen terife uygun etmishdim, amma alinmadi… :(

  • 12. FƏRİDƏ  |  May 13th, 2009 at 9:16 pm

    AYNUR: Mascarpone pendiri labne pendirinden bir az ferqlenir. Tiramisu mascarponeden daha lezzetli olur. Tiramusu resepti mende var, ozude esl Italyadan gelme:) Teklifine yene de cox sagh ol.

    Qurabiyelerin alinmadighina uzuldum:( belke xemir cox yumusaq alinmisdi, he?

  • 13. Aynur  |  May 15th, 2009 at 3:34 am

    Sizin yazdiginiz resepte uygun etdim her sheyi, hele elave un da elve etdim , ancaq liste duzub sobaya verende eriyib yapishdilar bir-birine. Siz deqiq yoxlamishdiniz resepti?

  • 14. FƏRİDƏ  |  May 17th, 2009 at 8:36 pm

    AYNUR, hec bilmirem niye bele oldu:( Belke xemir cox berk deyilmis. Reseptlerin hamisini deqiq yoxlamadan bloquma qoymuram - butun olculer deqiq olmalidir, prinsipim beledir. Bir de bisirende, yene yoxlayaram, oldu mu?

  • 15. NARA  |  Iyul 15th, 2009 at 12:35 pm

    mende beyenmisem sizin sayti ama sualima cvb verinde nolarki yeee.birde haralisiz??

  • 16. konul  |  Iyul 25th, 2009 at 10:22 am

    salam cox saqolun elerinize saliq googlda tapmisam bu sayti cox maraqlidi pizza resepti lazim idi mene yerine dusdu saqolun

  • 17. ulya1  |  Oktyabr 26th, 2009 at 3:50 am

    Qurabiyyələr super alındı.Bir-birinə yapışmadı.Eynilə sizin şəkillərdəki kimi alındı.Əllərinizə sağlıq.

  • 18. NURANE  |  Noyabr 19th, 2009 at 9:58 am

    AXSAMINIZ XEYIR FERIDE XANIM SIZDEN COX XAIS EDIREM ZAVARNOY KREMI DEYESINIZ MUMKUNSE GOSTERE GOSTERE OPDUM

  • 19. FƏRİDƏ  |  Noyabr 20th, 2009 at 4:11 pm

    NURANE: zavarnoy krem EKLER ve NAPOLEON yazilarida var. 2 novu. basqa novlerini bisirsem qoyaram bura.

  • 20. elnure  |  Dekabr 5th, 2009 at 2:43 pm

    evvela salamlar.aynur xanima bildirim ki maskaponi pendir deyil .bizim azerbaycandaki gaymagdi.amma ricotta pendiri eyni bakidaki tvarog kimidi.maskaponiye isti deyende eyni yag kimi eriyir ona göre sizin xemiriniz yayilib yapishib.bu defe tvarogdan istifade etseniz özünüz göreceksiz sag olun

  • 21. konul  |  Dekabr 7th, 2009 at 2:14 pm

    salam feride xanim.men sizin ricotta ve kesmikli qurabiyyeden bisirdim amma sizin elediyiniz kimi olmadi.soba listinde yayildi.yeni qasiqla qoyduqum kimi bismedi,yayilib qarisidi hamisis.bilmek isteyirem ne ucun bele oldugunu

  • 22. FƏRİDƏ  |  Dekabr 11th, 2009 at 10:31 am

    KONUL: Duzu bilmirem niye ele alindi sizde. Goresen xemiri cox sulu idi? Bu xemiri duzelden kimi bisirmek lazimdir, cunki qaldiqca sulanir.

  • 23. konul  |  Dekabr 11th, 2009 at 1:01 pm

    Feride xanim salam.
    Duz deyirsiz ola biler xemiri biraz duru olumus
    ola biler,Cunki men 1stekan yarim un tokdum siz 1,5ve2 stekan un yazmisdiz.2-ci defe calisaram ununa ve bismesine diqqet edim.
    Feride xanim sizden bir xahisism olacaq,
    mumkunse badimcanli yemeklerden melumat vere bilersiz men baxdim sizin saytdada var amma men az bildiyim ucun yene de sorusmaq istedim.
    Melumatiniz ve maragli resepleriniz ucun cox sag olun.

  • 24. konul  |  Dekabr 15th, 2009 at 1:46 pm

    feride xanim salam men somerwille nye-jersey de yasayiram.
    bilmek isteyirem siz abs hansi seherde qalirsiz.

  • 25. konul  |  Dekabr 15th, 2009 at 1:48 pm

    ve azerbaycana qayitmag ve orada oz fealiyyetiniziz davam etdirmeyi dususnursunuzmu?

  • 26. konul  |  Dekabr 15th, 2009 at 2:31 pm

    #

    feride xanim salam men somerwill New-Jersey de yasayiram.
    bilmek isteyirem siz abs hansi seherde qalirsiz.
    #

    25. konul | Dekabr 15th, 2009 at 1:48 pm

  • 27. konul  |  Dekabr 15th, 2009 at 2:58 pm

    Feride xanim size bu isinizde ugurlar arzu edirem,siz vetenimizi temsil edib,Bizim yemekleri tanitdirirsiz hemde bize de yeni yemekler oyredirsiz.Men evveller yeni yemek bisisrmek istedikde turk saytlarina baxirdim ,Sizin saytinizi gordukden sonra demek olar ki tez-tez baxiram.Sizin yemek teriflerini yazib gotururem.size coxlu salamlayir ve tesekkur edirem

  • 28. N@KO  |  Dekabr 22nd, 2009 at 4:21 am

    Yeri var

  • 29. ARifE  |  Dekabr 24th, 2009 at 3:31 am

    SALAM! TESHEKURLER!

  • 30. XEYALE  |  Dekabr 26th, 2009 at 6:57 am

    QLADIATOR SALATININ RESEPTINI IS TE YIIIII REEEEEEEEEM.P-LEASE

  • 31. gunay  |  Yanvar 3rd, 2010 at 12:07 am

    Salam Feride xanim.Evvela Yeni iliniz mubarek,size can sagligi,islerinizde ugurlar arzulayiram,yeni ilde yeni reseptler gozleyirik.Isterdim men de size bisirdiyim KESMIKLI PECENYEnin reseptini yazim.2st un,250qr kesmik,250qr kere yagi,2yumurta,1x.q seker tozu.kesmiyi ezib yumurta,yag un ile qarisdirmaq xemiri bir saat soyuducuda saxlamaq.Hazir xemirden yumru pecenyeler hazirlayib 180C bisirmek lazimdir.UGURLAR!

  • 32. Turkan  |  Yanvar 4th, 2010 at 12:59 am

    Salam Feride xanim. Yeni ilinizi mubarek.
    Sizden bir xaishim var,men burada(Koreyada) sudden basqa hecbir sud mehsulu tapa bilmirem,cunki bilmirler.Qatiq ozum evde hazirlayiram amma kesmik yox.1-2 defe kesmik hazirladim evde amma dadi istediyim kimi olmadi.Kesmiyi evde nece hazirlaya bilerem eger reseptiniz varsa paylashsaniz cox sevinerem.Cunki son vaxtlar sirniyyatlarinizi hazirlamaq isteyirem amma coxunda kesmik var deye alinmir.
    Helelik.

  • 33. Lalezer  |  Yanvar 13th, 2010 at 3:57 am

    Salam mənim adım Laləzər. Sizə uğurlar olsun. Mən buradan Napalion Torunun reseptini götürmüşdüm, amma tort palçıq kimi oldu.Bunun sebebi ne olar? Xahiş edirem bunu yazasınız.

  • 34. FƏRİDƏ  |  Yanvar 13th, 2010 at 1:30 pm

    LALEZER: Bu Napoleonun xemiri qat-qat olmadigindan tortun ozu qat-qat duzeldilen xemirden yasti olur. Bilmirem palciq deyende neyi nezerde tutursunuz. Xemirden mi oldu sizce yoxsa kremden? Yaninizda olsam bilerdim. Uzaqdan demek cetindir. Mende palciq kimi alinmir mesel ucun. Yumusaq alinir, amma palciq kimi deyil.

  • 35. Rena  |  Yanvar 16th, 2010 at 8:38 am

    Salam Feride xanim reseptlertinize gore minnetdaram.men de kulinariyani cox sevirem. hemise ne ise yenilik axtariram.sizden ”NAGIL’ tortunun reseptini mumkunse isterdim. evvelceden tesekkurumu bildirirem.

  • 36. NURKA  |  Yanvar 21st, 2010 at 12:22 pm

    Gunay xanim sizin de reseptiniz maraqlidi.Size de ,Feride xanima da derin tewekkurler :))

  • 37. Ayla  |  Mart 10th, 2010 at 12:08 am

    Salam. Elinize sağlıq, cox gözel reseptleriniz var. Mene qurabiye resepti lazım idi, burdan elde etdim. Novruz bayramınız mübarek!

  • 38. ELVIN  |  Mart 15th, 2010 at 12:58 pm

    SALAM FERIDE XANIM. SIZI VE AILENIZI NOVRUZ BAYRAMI MUNASIBETILE SEMIMI QELBDEN TEBRIK EDIR UZUN OMUR CAN SAGLIGI ARZULAYIRAM.QURABIYEYE QALSA COX XOSUMA GELDI. SAG OLUN! ELLERINIZE SAGLIG.

  • 39. samire  |  Avqust 27th, 2010 at 8:10 am

    salam men FRANSADA yasayiram burda RICOTTA pendiri nece adlanir hansi nov pendirdi bunu mumkunse bilseniz mene cavab yazin bundanda dadmaq isterdim sizin artiq necenci resseptinizdi ki hazirlayiram elel xususda BALLI TOTRT cox saq olun cavab qozleyesem

  • 40. samire  |  Avqust 27th, 2010 at 8:13 am

    SAMIRE ;SALAM men fransada yasayiram burda RICOTTA pendiri nece adlanir onu eyer bilirsinizse mene cavab yazin cox saq olun burda kesmikde olmur eyer siz kesmikin nece hazirlandiqini bilirsizse onuda mumkunse yazin ve bu pendirin yerine basqa hansi evez ede biler

  • 41. Aytac  |  Dekabr 19th, 2010 at 11:17 am

    Salam,Feride xanim.menim sizden xahisim,eger bilirsinizse,qozlu trufelin retseptini yazardiniz.

  • 42. Aytac  |  Dekabr 19th, 2010 at 11:21 am

    Salam,Feride xanim.men sizden qozlu trufelin retseptini isteyirem.onu mene yazardiniz.

  • 43. aysel  |  Yanvar 19th, 2011 at 5:20 am

    cox sag olun ki bu reseptleri bele aydinliqla yazirsiniz minnetdaram men burdan cox wey oyrenmiwem opurem feride xxanim

  • 44. aysel  |  Yanvar 19th, 2011 at 5:26 am

    salam samire xanim men hemiwe ogluma kesmiki ozum duzeldirem bunun ucun 2 stekan sudu qaynadiram qaynayanda icine 2 qawiq qatiq elave edib qariwdiriram sudun curumesile kesmik alinir suyunu suzub atiram belece kesmik elde edirem mende alinir sag olun

  • 45. nunu  |  Mart 3rd, 2011 at 9:51 am

    salam men bu saytda tezeyem))))))) teshekkurluyumu bildirirem butun emeyi kecen her kese:) halal olsun ! ! ! cooooox sagolun ki kulinariyaya aid bele gozel maraqli sayt acmisiz)))))))))

  • 46. arzu  |  Mart 26th, 2011 at 12:51 pm

    salam men bu sayti tesadufen tapdim.pecenye retsepti axtaris verdim acildi.zehmet olmasa fiqurlu pecenye retsepini yazardiniz evvelceden tesekurumu bildirirem

  • 47. yasha  |  Avqust 27th, 2011 at 2:22 pm

    salam sizi tebbrik edirem ve minnetdaram resepler ucun

  • 48. serfinaz  |  Dekabr 7th, 2011 at 11:42 am

    feride baci yeni reseptlerini g
    ozleyirik

  • 49. Gunel  |  Yanvar 7th, 2012 at 12:04 pm

    Salam Feride xanim, kesmik yerine keso (az yagli ve duzsuz pendirin bir növudur, kesmiye oxsayir)vurmaq olarmi göresen????

  • 50. Guler /admin/  |  Yanvar 8th, 2012 at 7:12 am

    GÜNEL,duzsuzdursa sınamaq olar, Həm də yəqin dietik alınar.

Şərh Yaz

Lazımdır

Lazımdır, bloqda görünməyəcək

(Varsa)

Trackback this post  |  Subscribe to the comments via RSS Feed