
Novruz yaxınlaşır, bayram xonçaları süfrələri yavaş-yavaş doldurmağa başlayır. Bir birindən dadlı şirniyyatlarımız bişirilir. Novruz bayramının ənənəvi şirniyyatlarından biri bu gün reseptini sizinlə paylaşacağım Şəkərburadır. Siz də bişirin, süfrənizi bəzəyin. Nuş Olsun!
Şəkildə: MAQQAŞ - Şəkərburanın üstünü bəzəmək üçün istifadə olunan alət.


ŞƏKƏRBURA
36 ədəd şəkərbura alınır
Xəmir üçün:
1 kilo + 1 xörək qaşığı (mərhələ 3 üçün) əla növ un
400 qram kərə yağı
5 yumurta sarısı
250 qram xama
1/4 çay qaşığı duz
1/2 çay qaşığı vanil tozu
1/2 çay qaşığı quru maya (toz maya)
1 xörək qaşığı şəkər tozu
1/2 stəkan (125 m) ilıq süd
İçi üçün:
700 qram fındıq ləpəsi, və ya badam (qoz ləpəsi də olar, amma qozlu iç bir az tünd rəngdə alınır)
700 qram şəkər tozu
zövqə görə hil (mən təxminən 2 çay qaşığı qoyuram)
1. Əvvəlcə xəmiri hazırlayın. Bunun üçün unu və kərə yağını geniş qaba qoyun və əlinizlə toz halına gələnə kimi yaxşıca ovun.


2. Ayrı qabda yumurta sarısını, xamanı, duzu və vanil tozunu qaşıqla qarışdırın.
3. Ayrı qabda toz mayanı, 1 x. q. unu, 1 x.q. şəkər tozunu qarışdırın. Üstünə 1/4 stəkan ilıq süd tökün. Qoyun kənarda təxminən 2 dəqiqə qalsın.
4. Yumurta-xama qarışığını (#2) və mayaı qarışığını (#3) un-yağ (#1) qarışığa əlavə edin.

5. Əlinizlə ərzaqlar qarışanadək xəmir yoğurun. Bu mərhələdə xəmir bir qədər quru olacaq. Onu yumuşaltmaq üçün əlinizi təxminən 1/4 stəkan ilıq süd olan qabda islada-islada xəmiri yoğurmağa davam edin.

6. Xəmiri kündələyin və üstünü örtərək 30-40 dəqiqəlik kənara qoyun.

7. İçi hazırlayın. Bunun üçün qovrulmuş və qabığı soyulmuş fındığı və ya qozu və yaxud qabığı soyulmuş badamı sürtkəcli maşından keçirin və narın üyüdün. Üstünə toz şəkəri, və ətirli olması üçün hil əlavə edib qarışdırın.
Fındıq və ya qoz ləpəsini qovurub qabığını soymaq üçün: Fındığı və ya qozu tavaya qoyun və orta odda tez-tez qarışdıra-qarışdıra, qabığı soyulmağa başlayanadək qovurun (diqqətli olun, yandırmayın). Qovurulan fındığı və ya qozu çay dəsmalının bir tərəfinə qoyub, dəsmalın o biri tətəfiylə fındığın üstünə basaraq, ovun. Qabıqlar ayrılacaq. Bəzilərinin qabıqları tamamilə soyulmayacaq - nu normaldır.
Badamların qabığını soymaq üçün: Badamı qazana qoyub üstünə qaynar su tökün. Qoyun suda təxminən 2 dəqiqə qalsın (suda çox tutmayin, yoxsa badam yumuşaq olar). Badamı süzün və qurulayın. Barmaqlarınızla qabığı çıxana kimi ovun.


8. Dincəlmiş xəmiri hər biri 50 qram olmaq şərtilə 36 kündəyə bölün.

9. Kündələrın qurumaması üçün, üstlərini örtün. Hər kündəni oxlovla diametri 10 cm olan kiçik dairələrə yayın.

10. Hər dairənin arasına 2 x.q. iç qoyun və dairəni yarım-ay şəklində bükün.

11. Kənarlarını bərkidin.

12. Sonra isə vintvari şəkildə bükün.


13. Şəkərburaları üstünə kalka kağızı sərilmiş listə yığın.

14. Sonra isə şəkərburaların üstünü bir-bir maqqaşla bəzəyin.


15. Şəkərburaları 180C dərəcəlik sobada təxminən 20 dəqiqə ərzində kənarları bir az qızarana kimi bişirin. Nuş Olsun!


58 Comments Add your own
1. Mehin | Mart 14th, 2009 at 10:18 am
Salam Fəridə. Bayramınız mübarək!
Ay Maşallah! Biz Bakıda bayram şəkərburasını-alırıq…
Sənsə o qəriblikdə belə gözəlcə bişirirsən.
Adətlərimizi sevən ürəyinə, yaşadan qəlbinə, milli yeməklərimizi bişirən əllərinə sağlıq.
2. FƏRİDƏ | Mart 14th, 2009 at 8:01 pm
MEHIN: Salam. Senin de bayramin mubarek! Nece bele bayramlara cixasan ailenle beraber. He, deme deme. Bakida olanda shekerbura paxlava bisirmekden uzaq idim, hec aghlima da gelmezdi ne vaxtsa ozum tek basima oturub shekerbura bisireceyem:) Gozel sozlerine gore sagh ol:)
3. Celale | Mart 17th, 2009 at 12:22 am
Feride xanim,bilirsiniz menim Size bir sualim olacaq,hemishe shekerbura bishirende anam gilde bishiririk ama nedense bishdikden sonra shekerburalarimizin ustu boz rengini alir.
ve her il bele olur.Men qesheng shekerbura naxishi vururam biz evde dunen bisihrmisik ama yene shekerburalarin naxish yeri boz renge chalir.
Bunun sebebini bilirsinizse ve ya bunu nece aradan qaldirmaq oldugunu bilirsinizse xahish edirem mene komek edin.
Cox sag olun
Ellerininze varliq!
4. Fəridə | Mart 17th, 2009 at 11:55 am
CƏLALƏ: Bəlkə istifadə etdiyiniz unun rəngindəndir. Əla növ ağ un olmalıdır. Bu ola bilər?
5. fira | Mart 18th, 2009 at 10:00 am
feriide xanim sekerburadan qalan artiq xemirden paxlavadan elave,ne etmek olar.bayraminizda mubarek.
6. Fəridə | Mart 18th, 2009 at 1:55 pm
FİRA: Qalan xəmirdən mütəkkə hazırlaya bilərsən, yeməli mütəkkələri deyirəm:) Xəmiri kiçik kündələrə ayır, dairə şəklində aç sonra istədiyin içlikdən nazik yay, sonra dairəni 8 yerə kəs. Üçbucaqlar alınacaq. Uclarından tutub rulet kimi qatla. Sobada bişir.
Bir də Soçi paxlavası bişirmək olar. Xəmiri təxminən elə mənim verdiyim şəkərbura xəmiri kimidir. Sabah qoyacam bloqa. Baxarsan.
7. Peri | Mart 30th, 2009 at 10:31 am
Çox sağ olun Feride xanim.Yaxşı reseptdir .Bişirdik dadlı oldu.
8. FƏRİDƏ | Aprel 1st, 2009 at 9:55 am
PƏRİ: Siz də sağ olun. Nuş olsun!
9. Xedice | Dekabr 13th, 2009 at 3:43 pm
salam Feride xanim.Allah sizden razi olsun.ellrinize saqliq.sizin bu reseplerinizin mne cox komeyi oldu.Nus olsun!!!!
10. XEYALE | Yanvar 11th, 2010 at 4:56 am
en sevdiyim şirniyatlardan biride şekerbura çox gözel görünürler elleriniz dert görmesin
11. kemale | Yanvar 24th, 2010 at 6:38 am
cox sagol.bayramda lazim olacaq
12. Elnara | Fevral 23rd, 2010 at 1:03 pm
xahish edirem hil edviyyatini rus dlinde bilirsinizse, yazin. men xaricde yashayiram, burda tapa bilmirem hil. cox sag olun!
13. FƏRİDƏ | Fevral 23rd, 2010 at 1:10 pm
ELNARA: Ruscasi KARDAMON
14. Elnara | Fevral 28th, 2010 at 11:46 am
Teshekkur edirem!!!
15. Xedice | Mart 2nd, 2010 at 8:33 am
salam ferde xanim.her seye gore cox saq olun,amma bir seyi yazmirsiz men her yerde axtariram tapmiram
ssor qogali reseptini yazinda.xais edirem
bayrama qeder bunu oyrenmek isteyirem.
gozleyecemmmmmmmm.
16. FƏRİDƏ | Mart 2nd, 2010 at 10:18 am
XEDICE: Gogal Gullu xanimin sehifesinde var:
http://azerifood.com/ru/7/75.html
Ozum bayrama qeder catdirib buraya qoymagi soz vermirem.
17. PƏRVANƏ | Mart 8th, 2010 at 9:44 am
SALAM FƏRİDƏ XANİM NECƏSİNİZ.SİZİ 8 MART BAYRAMİ MUNASİBƏTİ İLƏ TƏBRİK EDİRƏM İSLƏRİNİZDƏ UGURLAR ARZU EDİRƏM.SİZƏ SUALİM OLACAQ.SƏKƏRBURANİ MƏNDƏ SİZİN KİMİ HAZİRLAYİRAM.AMMA BİSİRƏNDƏ USTUNUN BƏZƏYİ ACİLİR.SİZCƏ NƏDƏN OLA BİIƏR.SAG OLUN.
18. FƏRİDƏ | Mart 8th, 2010 at 11:55 am
PƏRVANƏ: Gərək xəmir çox gəlməsin. Bəlkə şəkərburanız ona görə açılır. Amma dəqiq səbəbini bilmirəm. Məndə açılmır.
19. nura | Mart 12th, 2010 at 2:35 am
cizkeykin resepti var
20. nigar | Mart 15th, 2010 at 4:38 am
badambura septini yazinda
21. ulya1 | Mart 15th, 2010 at 7:36 am
Salam..Fəridə xanım zəhmət olmasa mənim sualıma cavab verərdiniz….Şəkərburanın reseptinə yumurtanın ancaq sarısını əlavə edək ağı olmaz ? Bir də 1 kq una 400 qr yağ çox olmaz ki ?mən elə bilirəm yağı çox olanda bişəndən sonra qıraqları açılır..
Əvvəlcədən təşəkkür edirəm…
22. FƏRİDƏ | Mart 15th, 2010 at 8:20 am
ULYA1: Ancaq sarisi olmalidir. Reseptde nece yazilib, ele. Men o qeder undan istifade edirem. Buranin unu bu qeder gedir:) Sen isteyirsen az az elave et, xemir elde olunana qeder, belke az geder.
23. ulya1 | Mart 17th, 2010 at 2:14 am
Salam!!! Bu bayram şəkərburanı bu reseptlə hazırladım..Əla alındı
Çox sağ olun Fəridə xanım!!!Qarşıdan gələn NOVRUZ BAYRAMINİZ MÜBARƏK OLSUN!!Qoy həmişə süfrələrimizi sizin reseptlərlə hazırladığımız təamlar bəzəsin….!!!
24. Naire | Mart 19th, 2010 at 2:27 am
salam,Feride xanim,sizin novruz bayraminiz mubarek!Reseptlerinizi cox beyenirem,sizin reseptle pizza bisirdim, cox gozel alindi,evdekiler de beyendi,6yasli qizim yeniden bisirmeyimi isteyir.men ozum de kulinariyani cox sevirem,metbexde olmaqdan zovq aliram.bizleri bele gozel reseptlerle tanis etdiyinize gore sag olun!
25. Esmira | Mart 21st, 2010 at 10:26 pm
Salam Feride xanim,sizi ve butun sevdiklerinizi Novruz Bayrami munasibeti ile tebrik edirem!Qedemleri ugurlu,konul oxsayacaq sevincli gunleri bol olsun!!!
26. sladkayewka | Mart 30th, 2010 at 12:16 am
salam cox sagol bizde bishirmishdik shekerbura men bukmeyi bacarmiram(((acilir niyese amma bezek vurmaq xoshuma gelir
27. Ayşən | Yanvar 22nd, 2011 at 11:43 am
Salam Fəridə xanım.Ömrümdə şəkərbura bişirməmişəm Yazdıqlarınızıın Hamsını qeyd etdim.3aylıq körpəm var.İmkanım olan kimi biçirəcəm.Sizə o qədər alqış edirəmki bizimkimi gənc xanımlara dəstək olursuz.Fəridə xanım siz Azərbaycanda yaşamırsızki? burda çoxu sizə qəriblikdə olduğnuzu yazır.Keçən dəfə sizin yazdığınız sobada peraşki bişirmişdim bacım Bakıdan gələndə Çox yedi indi zəng edib ki bacı nolar mənə yenə bişirdə.Bax subay qızdı bişirmir mən 2 uşaq anası vaxt tapan kimi nəsə maraqlı resept tapıb bişirirəm.Subay olanda da belə idim.Bacıma həmişə mən bişirmişəm.Evin kiçiyi olanda nolar ki.Nəsə çox yazdım.Bezdirdim yəqin sizi.Fəridə xanim sizin e mail ünvanızı bilmədiyimçün bura yazdım.Ama siz emailmə cavab yazarsız.Məcbur etmirəm əgər istəsəz.Onu da deyimki məktubunuzu görəndə çox sevindim.Sizi maçmaç qucquc edirəm hələlik
28. Günel | Mart 7th, 2011 at 2:04 pm
Birdə axşamınız xeyir bayaqdan ele hey reseptleri oxuyuram ama birden yadıma düşdü axı bügün 8 Martdı sizi tebrik edirem Feride xanım eger yazıqlarımı oxusaz çox şad olaram öpürem sizi …..
29. Gunay | Mart 11th, 2011 at 7:55 am
Salam Feride xanim,onu sorushmag isteyirdim ki,unla yagi birlikde ovanda bu xemir doyme xemir kimi olur ?yeni (rubleniy)Shekerburalar yumushag olur bishdikden sonra?cavablandirsaniz cox shad olardim:)
30. Aysel | Mart 11th, 2011 at 8:16 am
inwaallah biwirerik ,baxariq gorek nece alinir,resept ucun tewekkurler
31. Ülviyyə | Mart 11th, 2011 at 10:59 pm
ŞƏKƏRBURANI çox sevirəm. Sizin saytı da çox sevirəm. Hələ bişirməmişik amma əmunəm dadlı olacaq
32. Ülviyyə | Mart 11th, 2011 at 11:05 pm
şəkərburanı çox sevirəm. əaminəm dadlı olacaq. bay bay!!!
33. Gulare | Mart 12th, 2011 at 4:06 am
Salam Feride xanim.sizi qarsidan gelen bayram munasibeti ile tebrik edirem.zehmet olmasa bayrama qeder ‘gence paxlavasi”nin reseptini yaza bilersinizmi?evvelceden tesekkur edirem.sag olun.
34. Ilahe | Mart 12th, 2011 at 4:22 am
Feride xanim men wekerburani xowlayiram.Reseptin cox gozeldir.
Cox tewekkur edirem
35. kemale | Mart 13th, 2011 at 1:45 am
Butun Azeri xalqimizi Novruz bayrami munasibeti ile tebrik edirem.Esasda qerib azerilerimizi.ozumde 4aydi qerib olmuwam.Novruz bayramina aid neye baxiramsa kovrelirem.Feride xanim siz wekerburaya sarikok elave etmisinizmi,wekerburalar sariya calir,ona gore soruwuram.Xeyirli gunlere biwiresiniz,
36. kemale | Mart 13th, 2011 at 1:47 am
Bayraminiz mubarek AZERILERIMIZ.
37. irade | Mart 13th, 2011 at 3:42 pm
FERIDE HANIM SELAM MEN RIGADA YASIYIRAM BURANIN TOYLARI SIRNIYATLARI HAMSI MENIM ELIMDEN GELIB GEDER AMA SIZDEN BIR RICAM VAR EGER MENE DOYME SEKERBURANIN HEMRINI YAZARSIZSA COH SEVINIREM
TSK ETDIM SIZE
38. ulker | Mart 14th, 2011 at 1:21 am
salam feride xanim men sizin receptlerinizle cox biwirirem coxda beyenirem sizden bir xahiwim var hil alman dilinde nece yazilir men almaniyada yawairem bilmirem necedi adi cavab yazsaz sevinerem.bayraminizida tebrik edirem elleriniz derd qelbiniz keder gormesin inwallah
39. kemale | Mart 14th, 2011 at 2:18 am
Ay Feride baci xalq sizinledi,niye suallari cavablandirmisiniz?teki caniniz saq olsun.nese yazin bilim ki yaxwisiniz
40. kemale | Mart 14th, 2011 at 2:29 am
Salam Ulker xanim,bu gozel bayram munasibeti ile sizi tebrik edirem.siz bele edin,yeqin ki,Almaniyada Azerbaycandaki kimi quru yer-yemiw,edvalar satilir.siz elece baxin gorun edvalarin icinde wekerburanin atributu deyek hil varmi.goturun.semeniniz varmi?
41. FƏRİDƏ | Mart 14th, 2011 at 2:25 pm
KƏMALƏ - Sarıkök vurmuram. O şəkildəki şəkərburanın şəklini mən Bakıda çəlmişəm. Mənim bişirdiyim şəkərbura ağ olur, axırıncı şəkillərdəki mənimkidir.
42. FƏRİDƏ | Mart 14th, 2011 at 2:27 pm
Ülkər - Hilin Almancası - Kardamom
43. Nergiz | Mart 15th, 2011 at 2:10 pm
Salam Feride xanim,sizin cox gozel saytiniz var,her sey cox aydin ve gozel yazilib.Bayramniz mubarek!Bugun axir chersenbede sizin reseptle sekerbura bisirdim,duzunu deyim yaxsi alinmadi,yeni sekerburdan cox qozlu pecheni dadini verir.heddinden cox yagli alinib,xahish edirem reseptinizde xamanin,sudun ve yagin yagliliq faizini de qeyd edesiniz.Evvelceden tesekkurler:)
44. Elnara | Mart 16th, 2011 at 2:22 am
Salam,Feride xanim!Sizi qarsida gelen Novruz Bayrami ile urekden tebrik edir size aile seadeti ve islerinizde ugurlar dileyirem!Xususi qeyd etmek isteyirem ki,size qarsi cox simpatiyam var,reseptlerden soz dusende hemise sizin barede oz dost-tanislarima danisiram.
Indi ise demek isteyirem ki,yazdiginiz bu sekerbura reseptini dunen heyata kecirdim ve her sey cox gozel alindi ve hetta sayi duz 50 eded cixdi :-)) Tesekkurler,bu bahar size xos anlar qismet etsin!
45. Sadıqova Səidə | Mart 16th, 2011 at 11:17 am
salam hər kəsin bayramını tebrik edirəm eləcədə Fəridə xanım sizin.sizə bir sualım var mümkünsə şəkərbura üçün işlətdiyiniz unun adını verə bilərsiniz?çünki işlətdiyim un xəmirimi göyərdir. əvvəlcədən təşəkkür
46. FƏRİDƏ | Mart 16th, 2011 at 11:21 am
NƏRGİZ - bütün ərzaqlar tam yağlı.
47. FƏRİDƏ | Mart 16th, 2011 at 11:23 am
ELNARƏ - xoş sözləriniz məni sevindirdi. Çox sağ olun.
SƏİDƏ -mən burada all-purpose unundan istifadə edirəm. Bilmirəm siz haradasınız. Əla növ undan istifadə edin. All-purpose unu ağardılmış undur.
48. xanim | Mart 18th, 2011 at 3:29 am
salam
49. Nigar | Mart 20th, 2011 at 1:29 am
Feride, Bayraminiz mubarek!
Shekerbura reseptini anama gosterdim, chox beyendi. Sizin reseptle bahsladig bayram shekerburasi bishirmeye. Hetta anamin o geder xoshuna geldi ki resept, xalalarima zeng edib yeni resepti onlara da dedi:))) Shekerburalarimiz elaaa chixdi. Indi anamda sizi beyenenlerden biri oldu.
Sizden xahish ederim paxlavanin da reseptini yazasiz.
Sebirsizlikle yeni reseptlerinizi gozleyirik.
Ugurlar!
50. Amina | Aprel 13th, 2011 at 9:28 am
Salam,resepti cox beyendim, shekerburalar gozel alinmishdi. Hetta yoldashim yeyende dedi hec Azerbaycanda bele dadli shekerbura yememishdim. Ecnebi qonshuma da verdim cox beyendiler. Teshekkurler .
51. Aynur | Iyul 31st, 2011 at 6:40 am
Salam.Verdiyiniz yemeklərin hamısı cox ləzzetli
.Teşekkürlər..
52. Aynur | Iyul 31st, 2011 at 6:42 am
Salam.Verdiyiniz yeməklərin hamısı ləzzətliydi.
53. Aynur | Iyul 31st, 2011 at 6:45 am
Sizdə dondurmaların resepti var?
54. Emine | Avqust 31st, 2011 at 9:16 pm
Feride xanim yaqi eritmek lazimdi?
55. FƏRİDƏ | Avqust 31st, 2011 at 9:33 pm
EMİNE - Xeyr.
56. lale | Sentyabr 22nd, 2011 at 3:48 am
salam Feride xanim. men salatlari cox sevirem isterdim ki salat resptleri daha cox olsun. tesekkurler elleriniz var olsun.
57. leyla | Noyabr 18th, 2011 at 10:14 pm
salam Feride xanim mumkundirse deyerdines neyleyek ki biskivit yumusak alinsin? coh sax ol
58. layla | Noyabr 18th, 2011 at 10:20 pm
salam necesis?
Şərh Yaz
Trackback this post | Subscribe to the comments via RSS Feed