
Bugünkü yazıda resept olmayacaq, bağışlayın.
Bu gün sizi San Diego şəhərinə virtual səyahətə aparacağam - San Diego şəhərində gəzinti zamanı çəkdiyim şəkillər ilə. Bu şəkilləri buraya yerləşdirməzdən əvvəl çox fikirləşdim. Öz-özümə dedim ki, Azərbaycanda soyuq-çolğun, mən də yay şəkilləri qoyum (burada havalar adətən isti olur) - yaxşı çıxmaz axı. Sonra dedim, bəlkə bu şəkillər içinizə bir istilik gətirər, ümid gətirər ki, isti günlər gələcək, uzaqda deyil!
İcazənizlə başlayaq. San Diego şəhəri Kaliforniya ştatının ən gözəl şəhərlərindən biridir. Los Angelesdən təxminən 2 saat uzaqlıqda yerləşən bu şəhər Meksikayla həmsərhəddir. Bir neçə həftə əvvəl dostlarımızla yığışdıq ki, uşaqları oradakı zooparka aparaq, amma planlar dəyisdi (uşaqları bilmirəm, amma mən buna sevindim).
Əvvəlcə San Diego Seaport Village adlanan bir istirahət yerinə getdik. Okean sahilində yerləşən bu yerdə müxtəlif mağaza, restoran və parklar var. Əsl istirahət güşəsidir. Buradan çıxıb Historic Old Town San Diego adlanan yerə getdik. Buraya kiçik Meksika desək yerinə düşər, çünki insan bir anlıq Meksikaya gəlmiş kimi olur. Burada hər kəs istədiyini tapa bilər - muzeylər, Meksika restoranları, mariaçi musiqisi, sərgilər, Meksika geyimi, suvenirləri, ərzaqları satan saysız dükkanlar. Yolunuz buraya düşsə (ümid edirəm ki, hamınızın yolu düşər), bu yeri mütləq görməlisiniz.
İndi isə səyahətə başlayaq!

Marina mənzərəsi. San Diego’s Seaport Village

Okean mövzulu suvenirlər satışda. Seaport Village.

Bu şəkili çəkməzsəm olmazdı. Quşların hərəkətləri keçənləri heyran edirdi - gah dalaşırdılar, gah barışırdılar.
Rəngləri necə də gözəldir!

Otel otağından San Diegoya baxış.

Sahil boyu gözəl mənzərələr.

San Diego mərkəzindən bir görüntü.

Yumuşaq qum, möhtəşəm mənzərə.

Bu mağazanın kreativ adı var.

Bu isə falçı xalanın masası. Falçı isə gözə görünmürdü. Yəgin haradasa dincəlirdi.

Güllər.

Tarixi Köhnə Şəhər. Burada insan özünü Meksikaya gəlmiş kimi hiss edir. Bura Kaliforniya ştatının başlandığı yer hesab olunur. 16 əsrdə buraya ispanlar gəlib sonra burada məskünlaşmışdılar (bundan əvvəl buralarda qızıldərililər yaşamışdır).

Frida Kahlonun adını daşıyan bir geyim mağazası.

Əl işi - Meksika duluşçuluq məmulatları. Hər şey rəngarəng!

Meksika restoranında qurudulmuş acı bibərlər və divarda şəkil.

Bu isə qrupumuzdan bir çoxunun sifariş etdiyi məşhur fajitas. Mən dəniz məhsullarından hazırlanan şorba yedim - ispanca desək “muy delicioso” idi - yəni çox ləzzətli idi!

Kaliforniya zeytunları satışda.

Dəmir orkest.

Meksika üslubunda bir şkaf.

Bu dükkanda acı nə varsa satılır - ədvalar, souslar, turşular və sairə.

Meksika ansamblı iş başında - açıq hava restoranındakı qonaqları əyləndirir.

Kaliforniya mətbəx tarixi haqqında bir yazı.

Köhnə Şəhərdə hər şeyin təbii aurası var. Süni heç nə yoxdur.

Meksika ərzaqları satan bir dükkanın girişində.

Qızım Meltem romantik skripkaçı ilə.

Romantik Meksika balladaları oxuyan müğənninin başında sombrero (Meksika papağı) yox idi. O, mənim onun çəkdiyimi gördüyündə, nəzakət əlaməti olaraq papağı geydi ki, şəkilim daha təbii, Meksikasayağı alınsın. Muchas gracias, amigo!

Bu xanım isə torlu budkada tortilla bişirirdi. Tortilla bir növ Meksika lavaşıdır.

Sombrerosuz Meksika olmaz ki!

Əl işi şamlar.

Köhnə Şəhərdə tarixi ev. Casa de Estudillo evi. Bu evdə bir vaxtlar 11 uşağıyla bərabər xəzinədar José Antonio Estudillo yaşayıb.

Meksika restoranında.
Hasta luego! Hələlik!
32 Comments Add your own
1. Keks | Fevral 8th, 2012 at 12:10 am
Həmişə gəzməkdə Fəridə xanım
Sağ əlin bizim başımıza)) Bəs San Diegodan yeni resept gətirmisiz? Meksika mətbəxini sevirəm 
2. Guler /admin/ | Fevral 8th, 2012 at 2:45 am
Orda olmaq istədim. Xüsusi ilə yol boyu palma ağacları qəşəngdir,həm də bizdəki kimi hündür göydələnləri də yox.
3. milaska | Fevral 8th, 2012 at 3:18 am
Men o seherde olmusam cox gozeldi.Isterdim yenede gedim.
4. elvira | Fevral 8th, 2012 at 4:00 am
sizin adiniza sevindim.Ushaqliqdan arzum dunyani seyahet etmek olub.inshallah bir gun gerceklesher.
5. Leman | Fevral 8th, 2012 at 11:54 pm
shekiller vasitesile virtual seyahet etdik bizde, chox maraqliydi, teshekkurler Feride xanim
6. ulker | Fevral 9th, 2012 at 1:04 am
Cox maraqli idi
goresen indi ordada qar yagir?????)))))))))))
7. shefeq | Fevral 9th, 2012 at 10:48 am
icimiz isindi bir anliq da olsa bu shaxtali havada. men de orada olmaq istedim.ne gozel diyarmish
.hemishe gezmekde.qizinda shirindir.allah qorusun.
8. seadet | Fevral 10th, 2012 at 12:07 pm
Fəridə xanım.salam. men sizə ilk dəfədir yazıram.Reseptləriniz cox xoşuma gəlir.Bizim evdə şirniyyatı cox xoşlayırlar.Xüsusiylə də oğlum Təhmasib.Hec olmasa həftədə 3 dəfə bişirirəm.Dünən sizdən öyrəndiyim “Almalı kurabiyəni “bişirdim.Cox gözəl alındı.hamının xoşuna gəldi.Təşəkkür edirəm.
9. arzuNY | Fevral 10th, 2012 at 7:14 pm
Salam FERIDE xanim,yeni reseptleriniz ucun cox darixmisiq!!!Nezaman yeni reseptler olacaq???
10. sherqiyye | Fevral 12th, 2012 at 1:36 am
Salam Feride xanim. Chox gozel yerler idi,hemishe gezmeklerde. Reseptlerinizide chox beyenirem,chox sagolun eziyyet chekirsiz.Sizin butun ishlerinizde ugurlar,hemishe yuxari pillelerde olasiz.
11. ayla | Fevral 12th, 2012 at 7:53 am
salam feride xanim hemise gezmekde cox gesengdi amma hamisina baxa bilmedim baxacam insallah size ugurlar yeni reseptler gozleyirik
12. Aygun | Fevral 12th, 2012 at 12:23 pm
salam.geweng yerler idi))bir az isindik baxib)) burda ise hele gardi))
13. Evdar | Fevral 12th, 2012 at 9:32 pm
Feride xanim cox gozel gezinti olup. Maraqli sekillerdi. Falcinin bezekli masasi xosuma geldi.
14. mina | Fevral 13th, 2012 at 1:04 am
ay feride xanim niye yeni yemekler yazmirsiniz??????????????????????????????/
15. Guler/admin | Fevral 13th, 2012 at 4:06 am
MİNA,diqqətinizə görə sağ olun. Fəridə xanım bu aralar məşğuldur, həm də reseptlər üzərində işləyir. Səbrli olun,yaxın vaxtlarda blogda yeni reseptlər yerləşdiliriləcək.
16. Ulya | Fevral 14th, 2012 at 7:21 am
Salam,Feride xanim,ehh,men de oralarda olardim.MAraqli gun kecdi yeqin ki.SIzden bir xahis edecem.Mene ingilis dilinde ele bir metbex sayti vere bilersiniz ki,bisirilen teamlarin sekilleri sizin kimi olsun.Yeni,addim-addim fotolarla gosterilsin.Tesekkurler,verseniz sevinerem
17. Guler/admin | Fevral 14th, 2012 at 9:06 am
ULYA,blogun ingilis variantına baxa bilərsiniz. Eyni reseptlər, fotolarla izahlı şəkildə verilib.
18. Efsane | Fevral 14th, 2012 at 9:16 am
Oralari hec vaxt gormek imkanim olmadigina gore sizin gozvnvzle gormek de cox xow oldu,gezmeli yerlerdi qizinizi da Allah saxlasin
19. fatime | Fevral 14th, 2012 at 12:09 pm
shekiller chox gozeldir.Qizinizda hemchinin.ALLAH bize de qismet elesin.
20. fatime | Fevral 14th, 2012 at 12:14 pm
21. SEBINE | Fevral 14th, 2012 at 12:55 pm
SALAM FERİDE XANİM.SIZIN KITABINIZ AZERBAYCAN DILINDE CIXACAG?AZERBAYCAN DILINDE KITABINIZ CIXSA MEMNUNIYETLE ALARAM
22. arzuNY | Fevral 14th, 2012 at 5:52 pm
Salam FERIDE xanim!
size bir sualim var.men TIRAMISUNU 1 defe hazirlamisam,ve esprese coffesi ucun evde masinim olmadiqi ucun kofe satilan yerden hazir aldim,satin aldiqi yerde stekanin dibinde kofeni verdiler ve soyledilerki ustune qaynar su tokum ve elede etdim amma tiramisuda kofenin etrini hiss etmedim aciqi.Menen maraqlidi cox su tokulmelidi yoxsa sirf esperessonun ozu olmalidi???
sualima tezlikle cavab verseniz cox sevinerem,cunki resepti cox beyendim ve bazar gunu qonaqlarim olacaq onlar ucun tiramisunu hazirlamaq isteyirem.evvelceden size derin tesekkurler!!!!
23. Amina | Fevral 14th, 2012 at 6:01 pm
Salam Feride xanim sekiler gozeldi mende orani gormek isderdim .men Los Angelesde yasiyiram .Sekiller ucun cox sag ol.
24. ROYA | Fevral 16th, 2012 at 5:06 am
salam Feride xanim, ilk defedir ki, size neyse yaziram. ilk novbede Allah qizinizi saxlasin, bextini gozel etsin, reseptlerden hec danismaq lazim deyil, cunki goz qabagindadirlar, super,super, super. shekillerde gozel idi, hemishe gezmekde
25. Fəridə | Fevral 19th, 2012 at 1:09 am
ARZU NY - Size expresso shot veribler, duz veribler. Onu su ile qarisdirin. Reseptde kofenin miqdari nedirse o qeder olmalidir (reseptdeki artiq suyla qarisdirilan expressonun miqdaridir)
26. muay | Fevral 20th, 2012 at 10:57 am
cox qeseng ve mehriban guluslu qiziniz var. seyahet etmet ucun maraqli seherdir. bir de ki falci mence stolun altinda nahar edirdi xe.xe he?
27. Gunay | Fevral 21st, 2012 at 3:59 am
Tesekkurler maraqli idi…
28. Metanet | Fevral 29th, 2012 at 3:49 am
Salam, Feride xanim. Cox sag olun, cox maraqlidi. Cekdiyiniz sekiller adama cox xos tesir bagislayir.Qiziniz da cox sirindi,Allah saxlasin.
29. Shabnam | Mart 6th, 2012 at 1:25 pm
FERIDE XANIM EGER BIR GUN YOLUNUZ MEXICODAN DUSHSE, QONAGIM OLMAGINIZI CHOX ISTERDIM. BURALARA GELSENIZ MENI MUTLEQ XEBERDAR EDIN!
30. www.azericoook.com | Mart 8th, 2012 at 4:34 am
Salam Fəridə xanım.
Sizə dost sayt olaraq uğurlar arzu edirik.Və 8 mart Qadınlar günü münasibəti ilə təbrik edirik.
31. aysel | Mart 11th, 2012 at 8:41 am
8 mart qadinlar bayraminiz mubarek FERIDE xanim..meksikadaki sekiller baxdiqca ozumu orada tesvir etdim.men de ispaniyada yawayiram 4 cu ildir.lakin indi bakidayam..onun ucun sekiller kultura mene cox taniw geldi demek olar eynidir…bir de sizden badamburanin bisirme formasini isteyirem mumkunse..bizim etdiyimiz forma az ferqli oldugu ucun her zaman bisen formada olani bilmek isterdim..muchas gracias por todos.hastaluego.un abrazo muy fuerte.cuidate bien..besitos…
32. Aytac | Mart 29th, 2012 at 4:30 am
hemise gezmekde.sag eliniz bizim basimiza,Feride xanim.
Şərh Yaz
Trackback this post | Subscribe to the comments via RSS Feed