Best in the World!
Dadlı yemək reseptləri bloqu

Sarımsaqlı Sari Göbələk Qızartması

Sarı göbələk (chanterelle) adından da bəlli olduğu kimi sarı rəngdə olur. Xüsusən meşələrdə bitən bu göbələk növünün özünəməxsus xoş yumuşaq dadı var. Bu göbələyin digər xüsusiyyəti də odur ki, qızartma və digər yeməklərdə əzilib formasını itirmir, əksinə yüksək hərarətlərə dayanıqlıdır.

Bu reseptdə sarı göbələyi bol sarımsaqla qızardıb, təzə cəfəriylə tamını bir az da zənginləşdiririk. Asan və ləzzətli yeməkdir.

Sarımsaqlı Sari Göbələk Qızartması

Ərzaqlar:

Yarım kilo sarı göbələk
2 xörək qaşığı kərə yağı
1 xörək qaşığı  zeytun yağı
4-5 ədəd iri sarımsaq dişi, qabığı soyulub, xırda doğranmış
Duz
İstiot
2 xörək qaşığı xırda doğranmış cəfəri

Hazırlanma Qaydası:

Göbələkləri yumayın (yoxsa bişdikləri vaxt su salar və çox yumuşalarlar). Onları islaq çay dəsmalıyla silib təmizləyin. İri göbələkləri bir neçə hissəyə, balacaları isə iki hissəyə bölun.

Tavada kərə yağı və zeytun yağını qızdırın. Göbələkləri əlavə edib, arada qarışdıraraq, suyu çəkilənə və yağa düşənədək bişirin.

Sarımsağı əlavə edib, duz və istiot vurun. Göbələk qızaranadək, təxminəın 5-7 dəqiqə bişirin. Tavanı kənara çəkib, üstünə cəfəri səpin. Süfrəyi verin.

Bir cavab yazın

10 Şərh
  1. salam Feride xanim men rulet [sirniyyat] resepleri isdeyirdim imkan varsa teze evlenmisem yoldasim sirniyyatlari cox sevir sayitden resepler goturub yemekler bisirirem hamisida cox dadli cixir minetdarliqimi bildirem cox sagolun sebrsizlikle gozleyirem yeni reseplerinizi indididen tesekkurler

  2. salam feride xanim,sari gobeleye aran terflerde Quzu qulagi deyirler. Sekilde gozel gorunur,bisirecem,

  3. Sizin səhifənizə tez-tez gəlirəm.Hazırladıqlarınızı çox bəyənirəm.Əllərinizəə saglıq.Reseptlərinizdən istifadə etmişəm.Çox sag olun.Yaxşı ki varsınız.

  4. Bu gözəl səhfəyə görə çox təşəkkür edirəm.
    Bu dadlı reseptə görə təşəkkür edirəm

  5. Bu gözəl səhfəyə görə çox təşəkkür edirəm.

    Bu dadlı reseptə görə təşəkkür edirəm

  6. Salam sizi beyenerek oxuyub ozume lazim olanlari gourub edirem..internetde maraqli reseptleri axaram.. rastima gelen sizin burdaki reseptleri basqa sayita gordum eynen sekiler bele eynii -http://www.reseptler.com/- bilmek isterdim bu nece olur?

    FƏRİDƏ – AZCOOKBOOK – Çox sağ olun, Xəyalə. Saytımdan şəkil və reseptlər başqa saytlar tərəfindən, təəssüf ki, götürüb istifadə olunur. Keçid verilibsə, heç nə demirəm. Bu saytda keçid veriblər orijinal reseptlərə. Amma yenədə də, bütün reseptləri öz saytlarına qoymaları düzgün deyil.

  7. Mmm en sevdiyim gobelek novudur, chox dadlidir.Men hemise sarimsaqsiz bisirirdim,gelen defe bu resepti sinayacam.Eminem ki,ela alinacaq.butun reseptlerinizi ilk defeden edende ela alinir:)Tesekkurler.Birde men bu gobeleye hemishe tulkuqulagi deyirdim (lisicka)

  8. Mmm en sevdiyim gobelek novudur, chox dadlidir.Men hemise sarimsaqsiz bisirirdim,gelen defe bu resepti sinayacam.Eminem ki,ela alinacaq.butun reseptlerinizi ilk defeden edende ela alinir:)Tesekkurler.Birde men bu gobeleye hemishe tulkuqulagi deyirdim (lisicka)

  9. Salam Feride xanim. Yemek bishirmek hakkinda fikirlesende en birinci sizin blogunuz aglima gelir. Bele gozel reseptlere ve etrafli izahatlara gore teshekkur edirem size.Dunen de bananli muffinleri bishirdim super alindi:) Sizden bir xahishim olacaq.Bir defe sizin blogda olanda oz kommentinizde Azerbaycan kulinariyasina aid bashqa bir blog adi yazmishdiz. Mumkunse onu bir daha yazardiz. 🙂

Bir cavab yazın