kataloq

Simit

Türkiyədə olanlar simitin orada nə qədər  məşhur olduğunu yəgin ki, bilir. Hər tərəfi küncütə batırılıb bişirilmiş bu halqavari çörəklər (bublik kimi olurlar) həm səyyar satıcılar, həm də çörəkçilər tərəfindən satılır. Bu resepti ingilis dilindəki bloqumda yerləşdirdiyimdən sonra, xaricdə yaşayan türk rəfiqələrimdən biri tez ondan istifadə edib, simit bişirdi. Sonra da mənə yazıb bildirdi ki, simitlər eyniylə Türkiyə küçələrində satılan kimi alındılar. Yəni ki, bu simitlər senzuradan keçib, bəyənilib. Siz də dadına baxın. Afiyet Olsun!

Simit
Ayla Agarın”Classical Turkish Cooking” kitabından adaptə edilmişdir

8 ədəd iri simit üçün

Xəmir üçün:
3 çay qaşığı yarım quru maya
bir çimdik şəkər tozu
stəkanın dörtdə biri qədər ilıq su
təxminən 4 stəkan un
1 çay qaşığı yarım duz
təxminən bir stəkan ilıq su

Digər ərzaqlar:
bir az qarğıdalı unu
yarım stəkan bəkməz (doşab)
yarım stəkan su

Üstü üçün:
2 stəkan küncüt

Quru mayanı və şəkəri ilıq suya qatın və qoyun kənarda 10 dəqiqə qalsın. Bu müddət ərzində kütlə köpüklənməlidir.

Unu ləyənə və yaxud masanın üstünə qoyun. Ortasında quyu açıb mayalı qarışığı, duzu və ilıq suyu bu quyuya əlavə edin. Tədricən un əlavə edib, xəmir yoğurun. Unun hamısını birdən əlavə etməyin, yoxsa çox ola da bilər. Xəmiri 15 dəqiqə ərzində yaxşıca yoğurun. İri, yağlanmış ləyənə qoyub üstünü örtün. Xəmirin gəlmısi üçün 2 saat isti yerə qoyun.

Gəlmiş xəmiri unlu masanın üstünə qoyub azacıq yoğurub 8 hissəyə bölün. Hər hissəni kündələyin. Masanın üstünə düzüb üstlərini bir qədər nəm çay dəsmalıyla örtün. Qoyun 30 dəqiqə dincəlsinlər.

Hər kündəyə uzunluğu 35 santım olan kəndir şəkli verin. Kəndirləri əlinizlə bir az burun (bir əlinizlə kəndirin bir ucundan tutun, digəriylə isə burun). Sonra isə kəndirin uclarını  bir-birinə birləşdirin ki, halqalar alınsın. Masanızı duru yağla yağlayıb alınan halqaları onun üstünə düzün. Qoyun 1 saat beləcə qalsınlar.

4 iri listə bir az qarğıdalı unu səpin. Kənara qoyun.

Bəkməzlə suyu bir kasada yaxşıca həll edin. Küncütü ayrı dəyaz qaba qoyun. Bu ikisini bir-birinə yaxın yerləşdirin. Simitləri bir-bir əvvəlcə bəkməzli qarışığa, sonra isə küncütə batırın. Elə olmalıdır ki, simitin hər tərəfi (altı, üstü) bol-bol küncütlə örtülməlidir.

Hər listə 2 simit qoyun. Sonra isə əlinizlə simitləri bir az genişləndirin ki, diametrləri 18 santım olsun. Qoyun simitlər listdə 30 dəqiqə qalsın. Bu müddət ərzində onlar bir az da şişəcək.

Sobanı 200C-dək istidin.

Simitləri sobada 15-20 dəqiqə ərzində və yaxud qızaranadək bişirin. Simit istiykən daha ləzzətli olur. Yanında çay və pendirlə yeyilir.

Related Posts with Thumbnails

44 Comments Add your own

  • 1. Məleykə  |  Aprel 7th, 2010 at 12:22 am

    Fəridə xanım simit reseptinə görə sağolun qeyd etdim dəftərimə mən nəzaman simit görəndə istəyirəm alıb yiyim çox xoşuma gəlir 2 oğlum var balaca onlarda sevir simiti bundan sonra özum hazırlayacaqam əllərinizə sağlıq var olun sağolun

  • 2. Gulnar  |  Aprel 8th, 2010 at 12:44 am

    ellerinize sagliq Feride xanim esl satilan simite oxsayir cox gozel el qabliyetiniz var.bir gun sinikers tortunu bisirib reseptini bura qoysaydiniz cox sevinerdim.

  • 3. Ülviyye  |  Aprel 8th, 2010 at 4:02 am

    Salam Fəride xanim cox gozel smitdi maqazinlerde satilan smitlere oxsuyur elerivize salix ki,bele gozel şirniyatlar,yeməklər,salatlar,ve tortlar,bisirirsiz men de seve-sevə burdakı reseptleri yaziram .Və içkilərdən kakteyilırin hazırlanması barede qoysaydınız çox sevinərdim.

  • 4. Zülfiyyə  |  Aprel 9th, 2010 at 9:41 am

    Salam Feride xanim. cox gözəl reseptdir. Birdə Kıymalı Pidenin reseptini qoysaydınız çox yaxşı olardı.

  • 5. Akife  |  Aprel 10th, 2010 at 5:53 am

    Feride ellerine saglik cox gozeldi smidler.Oglum simidi cox sevir resepti goren kimi bisirdim evde cox beyendiler tesekkurler.

  • 6. LEYLA-SERGUL  |  Aprel 10th, 2010 at 10:14 am

    salam menim en yaxin refiqem,menim canim FERIDE xanimim,necesiniz?insallah yaxsisiniz,simit reseptine gore size ccccccoooooooxxxxxxxxxxxxxxxxx minnetdaram,hazirlayandan sonra derhal daha etrali yazacam,OPUREM COXLU COXLU,BILGEHDEN SALAMLAR

  • 7. lamiye  |  Aprel 10th, 2010 at 3:25 pm

    Mmmm…cox gozel gorunurler.mutleq bishirecem,nece vaxtdi yemirdim..gordum yadima dushdu:)sag olun resepte gore.

  • 8. gunay  |  Aprel 11th, 2010 at 4:34 am

    Salam Feride xanim smit reseptine gore cox sag olun,oglumun en cox sevdiyi bulkadir evde ozum de hazirlayaram amma bir sey sorusmaq isteyirem pekmez yerine bal istifade ede bilerik?Zehmet olmasa qeyd edin.OPUREM

  • 9. FƏRİDƏ  |  Aprel 12th, 2010 at 10:50 am

    GUNAY: Balla nece alinar deqiq deye bilmerem, amma bekmezin yerine tund rengde her hansi bir murebbenin suyundan istifade etmek olar.

  • 10. GUNEL  |  Aprel 13th, 2010 at 1:12 am

    feride xanim,burda yazdiginiz mayanin hamisini vurduqdan sonra simit pisende dadind ya da iyisinde maya tami gelir?deyilene gore cox vuranda iyisinden yemek olmur.

  • 11. FƏRİDƏ  |  Aprel 13th, 2010 at 8:32 am

    GUNEL: Xeyir, maya iyi hec gelmir. Men de bu resepti birinci defe sinaqdan kecirende, fikirlesdim belke maya iyi geler, amma gelmedi. Kitabim muellifi bu resept pesekar simitcilerden oyrenilib.

  • 12. xatire  |  Aprel 14th, 2010 at 1:19 am

    salam Feride xanim.necesiniz?yene sehifeniz dopdoludur.sevinmedim desem yalan olar.men size soz verdiyim reseptleri gonderdim/amma deyesen ne ise problemler yarandiqina gore oxumamisiniz.yeniden gondereceyem.saq olun

  • 13. nelka  |  Aprel 14th, 2010 at 5:46 am

    salam Feride xanim. Sizden bir xaişim var. Belke siz mene komek edesiz. Sovet dovrunde bublik satirdilar. Men onu defelerle axtardim tapa bilmedim. Hetda Moskvaya gedenlerden xaish etdim smit getirdiler. Onun reseptini bilirsinizse yerleshdirerdiz.

  • 14. Refiqə  |  Aprel 30th, 2010 at 5:48 am

    Çox sağ olun peseptleriniz uçun men sizin sehfeye yeni daxil oldum və çox sevindimş. menim ozum de şirniyyat bisirmeyi cox sevirem

  • 15. ayla  |  May 12th, 2010 at 11:51 pm

    simite gore cox sag olun

  • 16. Calala  |  Avqust 9th, 2010 at 5:59 am

    Salam Feride xanim. Saytda chox maraqli reseptler var.Simit reseptini gorende chox sevindim. Amma diger erzaqlarda yazilan bekmezi ve qarqidali ununu xemire ne vaxt ve nece qatildiqini anlamadim. Teshekkurler/

  • 17. Natiq  |  Sentyabr 1st, 2010 at 11:47 pm

    Əliniz yorulmasın Aynur xanım çox dadlı simitdir.

  • 18. Ilahe  |  Sentyabr 21st, 2010 at 12:22 pm

    Salam,chox sagolun resepte göre,lap yerine dushdu.Feride xanim men 1 sheyi anlamadim,nece yeni her liste 2 simit qoyun,yeni 2-2 bishirmek lazimdir?chox sagolun.helelik.

  • 19. FƏRİDƏ  |  Sentyabr 24th, 2010 at 1:11 pm

    ILAHE: Simitler olduqca iri olduguna gore bir liste ikisi yerlesir:)

  • 20. Leman  |  Oktyabr 22nd, 2010 at 12:44 am

    salam Feride xanim,necesiz?eger mumkundurse vafli-peceniye receptini yazardiz daa.qelibi qalin 2 uzlu demir qelibdi,xemiri o qelibin icine tokub bisirirsen,coz dadli xal-xal vafli-peceniye olur.qelib varimdi receptini bilmirem,yazarsaniz sevinerem!!!

  • 21. Nigar  |  Oktyabr 24th, 2010 at 5:01 am

    hazirladim cox dadli idi

  • 22. SABİNA  |  Noyabr 12th, 2010 at 6:22 am

    tesekkurler

  • 23. Turkan  |  Fevral 10th, 2011 at 1:46 am

    aaa….cox asant hazirlanir. mutleq bugun biwirecem ve nece alindiqini deyecem size. twk.

  • 24. GUNEL  |  Mart 13th, 2011 at 1:44 am

    Cox sag olun,simit ucun ureyim gedir.Indi artiq ozumde hazirlaya bilecem/

  • 25. Esmira  |  May 28th, 2011 at 8:34 pm

    Salam ,Fəridə xanim!Çox sağ olun simit reseptinə görə,əlləriniz var olsun!Hərkəs çox asanlıqla hazırlaya bilər ve mən bişirdim,çox gözəl alınır!

  • 26. METANET  |  Iyun 19th, 2011 at 1:38 am

    SALAM. RESEPTE GORE COX SAG OLUN. BEKMEZIN YERINE BASQA NESE ISTIFADE ETMEK OLAR ? MES. YUMURTA VE YA ADI SU ?

  • 27. METANET  |  Iyun 20th, 2011 at 2:30 am

    YADIMDAN CIXDI SORUSMAQ. ADI UNDAN ISTIFADE ETMEK OLAR? OLMAZSA BES QARGIDALI UNU NE QEDER LAZIMDI?

  • 28. Feride  |  Iyun 21st, 2011 at 10:26 am

    METANET - Adi su ve yumurta olmaz. Bekmezin yerine ona benzer murebbe suyu ola biler, mesel ucun albali. Qargidali unu yapisdirmaz simiti. Adi una yapistira biler, amma istidade ede bilersiniz.

  • 29. LALE  |  Iyun 23rd, 2011 at 7:06 am

    mendede cox gozel alindi.Bakida satilan simitlerin dadi kimi dadirdi.Cox sag olun Feride xanim

  • 30. METANET  |  Iyul 4th, 2011 at 3:52 am

    COX SAG OLUN.

  • 31. Alida  |  Iyul 28th, 2011 at 12:13 pm

    Mmm…ela!!!!

  • 32. METANET  |  Avqust 20th, 2011 at 5:48 am

    SALAM,FERIDE XANIM. MEN SIMIT BISIRDIM AMMA SMITLERI YUMURTANIN AGINA SALDIM SONRA KUNCUTE BATIRDIM. COX YAXSI OLUR.

  • 33. QUMRU  |  Avqust 31st, 2011 at 4:27 am

    SUPEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEERRR

  • 34. METANET  |  Sentyabr 25th, 2011 at 4:09 am

    SALAM FERIDE XANIM. XAHIS EDIREM YAGLI SMITIN RESEPTINI YAZASINIZ. NECE VAXTDIR AXTARIRAM , AMMA SIZIN KIMI SEKILLI AYDIN BASA SALAN YOXDU. TESEKKURLER….

  • 35. mati  |  Oktyabr 29th, 2011 at 8:18 am

    anamla oturub sizin gozel el islerinize baxiriq tsk

  • 36. nazli kerimova  |  Dekabr 30th, 2011 at 6:53 am

    mmmmmmmmm ……cox lezzetli gorunur..!

  • 37. Pervane_p  |  Mart 2nd, 2012 at 11:57 pm

    Salam Feride xanim! bekmez ve qargidali unum yoxdur. onsuz etsem nece alinar?

  • 38. Guler/admin  |  Mart 3rd, 2012 at 4:23 am

    PƏRVANƏ,qarğıdalı unu Smitin tavaya yapışmaması üçün səpilir. Bəkməz yoxdursa üzüm yaxud əncir mürəbbəsinin suyundan istifadə edə bilərsiz.

  • 39. natevan  |  Mart 3rd, 2012 at 5:43 am

    stekanin dortde biri qeder iliq su nedir yazilib,tezedende texmin 1 st iliq su yazilib onu basa dusmedim?qeqiq ne qeder su gedir simite?Bu simiti bisirmek isteyirem

  • 40. Guler/admin  |  Mart 3rd, 2012 at 9:26 am

    NATƏVAN, xəmir işlərini bilən hər oxucuya bəllidir ki reseptdə nə yazılıb,aydın olmayan heç nə yoxdur. Əvvəlcə maya+şəkər tozu+stəkanın dörddə biri qədər ilıq su qarışdırılır,xəmir mayası hazırlanır. Sonra isə un,isladılmış maya,duz və 1 st. ilıq su ilə xəmir yoğrulur.

    Hər halda quru mayanı suda islatmaq lazım olduğunu bilirsiz. Ona görə maya üçün ayrıca,xəmir yoğurmaq üçün ayrıca yazılıb.

  • 41. Guler/admin  |  Mart 3rd, 2012 at 9:28 am

    Reseptlərdəki ərzaqların miqdarını oxumaqla yanaşı hazırlanma qaydasını da diqqətlə nəzərdən keçirin.

  • 42. nurka  |  Mart 27th, 2012 at 7:59 am

    salam feride xanim men bir seyi basa dusmedim simiti qargidali ununa batirib sonra dosab ve kuncute batiririq yoxsa nece???

  • 43. elay  |  Mart 27th, 2012 at 12:35 pm

    :)

  • 44. Guler/admin  |  Mart 28th, 2012 at 8:41 am

    NURKA,smiti bişirmək üçün listə qarğıdalı unu səpilir ki xəmir yapışmasın. Batırmaq lazım deyil,sadəcə bəkməz və küncütə batırıldıqdan sonra smit xəmiri qarğıdalı unu səpilmiş listlərə qoyulub bişirilməlidir.

Şərh Yaz

Lazımdır

Lazımdır, bloqda görünməyəcək

(Varsa)

Trackback this post  |  Subscribe to the comments via RSS Feed