
Şirin çörək mənim ən çox sevdiyim milli çörək növlərimizdəndir. Bəzən buna süd çörəyi də deyirlər, çünki onun hazırlanmasında mayə olaraq süddən istifadə edir. Çörəyə qatılan sarıkök ona həm gözəl rəng, həm də qeyri-adi dad verir. Şirin çörəyin məndə olan reseptləri arasında ən çox həmyerlimiz Güllü xanımın gözəl saytından götürdüyümü bəyənirəm. Həmən resepti bir az adaptə edərək şirin çörək bişirdim və nəticəsini sizlərdə paylaşıram. Nuş Olsun!
Şirin Çörək (Süd Çörəyi)
Orijinal reseptin mənbəsi - Azerifood.com.
2 ədəd çörək üçün
1 paket (2 + ¼ çay qaşığı) quru toz maya
2 stəkan ilıq süd
6 stəkan yarım un
1 stəkan + ¾ stəkan şəkər tozu
Bir çimdik duz
1 çay qaşığı sarıkök
1 ədəd yumurta - otaq hərarətində
200 qram kərə yağı- əridib soyudun
1 ədəd yumurta, üstü üçün
1 çay qaşığı xaş-xaş

Bir qabda mayanı 1 stəkan süddə həll edib 5 dəqiqəlik kənara qoyun. İri qaba unu, şəkər tozunu, duzu və sarıkökü qoyub qarışdırın. Ortasına mayalı qarışığı, qalan 1 stəkan südü, yumurta və yağı əlavə edib xəmir yoğurum. Əvvəcə xəmir bir qədər yapışqan olacaq amma narahat olmayın, onu yoğurduqca yapışqanlığı gedəcək. Alınan xəmir çox bərk olmamalı, amma eyni zamanda da ələ yapışmamalıdır.

Xəmiri qaba qoyub üstünə dəsmal örtün və qoyun kənarda gəlsin, təxminən 2 saat ərzində.

2 iri listə ya kalka kağızı sərin ya da yağlayın.
Gəlmiş xəmiri iki yerə bölüb kündələyin. Kündələri əlinizlə 22 sm-lik bir dairə əldə edənədək yastıladın. Dairənin qalınlığı 1.2 sm olmalıdır.

Çörəkləri listlərə yerləşdirin. Üstlərini çay dəsmalı ilə örtüb qalxmaları üçün 1 saatlığına kənara qoyun.
Sobanı 190C-dək qızdırın.

Yumurtanı çəngəllə qarışdırıb çörəklərin səthinə çəkin. Çəngəllə şəkildə gördüyünüz kimi naxış vurun sonra isə xaş-xaş səpin.

Çörəkləri sobanın orta hissəsində 30-35 dəqiqə ərzində, və yaxud üstləri yaxşı qızaranadək bişirin. Əgər sobanzn iki listi birdən orta rəfə yerləşdirəcək qədər iri deyilsə, onda bir listi sobanın üst bölməsində, digərini isə alt bölməsində 15 dəqiqə bişirib, yerlərini dəyişib bişirməyə davam edin. Çörəkləri yalnız tamamilə soyuduqdan sonra kəsin.
44 Comments Add your own
1. Nazi | Oktyabr 16th, 2010 at 8:06 pm
Ellerine sagliq Feride xanim.Allah senden razi olsun.
2. Feride | Oktyabr 16th, 2010 at 11:57 pm
Cox dadli gorsenir Feride xanim
3. LALE | Oktyabr 18th, 2010 at 1:20 am
SALAM FERIDE XANIM… SIZI YENIDEN GORMEYIME COX WADAM
XOW GORDUK SIZI YENIDEN VE ELBETTE TEWEKKURLER KI BU QEDER GOZEL BIR IWE IMZA ATMISINIZ METBEXIMIZIN ZENGINLIKLERINI DUNYAYA YAYIRSINIZ;)SIZINLE FEXR EDIREM VE HER ZAMAN SAYTINIZI IZLEYIREM SIZIN GELIWINIZI SEBRSIZLIKE GOZLEYIRDIM BU SAYTI ACIB YENI RESEPT GORENDE SIZIN QAYITDIGINIZI ANLAYIB COX SEVINDIM;) XOW GELDINIZ!!!!!
4. humeyra | Oktyabr 18th, 2010 at 11:57 am
FERİDE xanim belke bilersiz qluten nedir?mende ekmekpişirici makine var onda bir proqram var adi bele gedir:glutenfree…….
5. mehriban | Oktyabr 21st, 2010 at 10:57 pm
Salam feride xanım.Şirin çörək bizimdə evdə çox sevilir.əllərinizə saglık.Şirin çörəyiniz çox gözəl görsənir.Təşəkkürlər
6. zûLfiyyâ | Oktyabr 23rd, 2010 at 10:27 am
çox gôzâL tâ$âbbûsdûr.Sizâ ugurLar.daha yeni reseptLâr gôzLâyirik sizdân.ôncâdân tâ$âkkûr edirik
7. Nika | Oktyabr 30th, 2010 at 7:30 am
Чох саг олун
8. Kamile | Noyabr 2nd, 2010 at 2:38 am
Salam,Feride xanim.Bu shirin chorek Shekide “oma” adi ile taninan chorekdir???
9. FƏRİDƏ | Noyabr 2nd, 2010 at 10:36 am
KAMILE: Xeyir, Sheki ovmasi deyil. Duzu bir az oxsayir, yani eyni kateqoriyadandirlar, amma Ovmanin icinde basqa edviyyalar da var burda ise yalniz sarikok.
10. Rəfiqə | Noyabr 3rd, 2010 at 7:38 am
salam FERIDE
11. reyhan | Noyabr 9th, 2010 at 3:13 pm
SALAM FERIDE XANIM MEN 1CI DEFE TOR BISIRDIM ANCAQ ALINMADI BISKIVITIN ALTI YANDI ICI BISMEDI.SORUSMAQ ISTEYIREMKI DUXOVKANIN HEM ALT HEM UST TEREFINI BIRLIKDE YANDIRMAQ LAZIMDIR???ASAGI HISSE QAZ YUXARI HISSE ISE SPIRALDI.
12. Ulker | Noyabr 10th, 2010 at 1:37 am
Salam Fəridə xanım.Mən badamburanın reseptini bilmək istərdim.Amma bütün saytlarda olan formadakı badambura yox, oval formada qoğala oxşayan badamburanı düzəltmək üsulunu bilmək istərdim.Əvvəlcədən təşəkkür edirəm.
13. FƏRİDƏ | Noyabr 10th, 2010 at 11:12 am
REYHAM: Beli sobanini hem alti hem ustu eyni derecede istilik vermelidir. Menim Klassik Sunger Biskviti reseptimde instifade etmisiniz?
14. Xeyale | Noyabr 22nd, 2010 at 5:35 am
men bundan bisirirem. hemise de gozel alinir
15. zuzu | Dekabr 9th, 2010 at 12:47 pm
gələn dəfə bunları bizə bişirib verin
16. Feride | Dekabr 15th, 2010 at 11:44 am
men bu gun bunu bisirdim Feride xanim size minnetdaram resepte gore yaxsi alindi
17. Elnara | Fevral 23rd, 2011 at 12:21 am
Salam,Feride xanim.Sizin sirincorek reseptiniz mene cox istahgetirici gorundu ve men hemen bisirdim.Her sey cox gozel alindi.Ancaq bir balaca bisenden sonra corekler berk oldu.Bilmek isterdim bu corekler bele olmalidir yoxsa bulka kimi yumsaq olmalidir?
18. FƏRİDƏ | Fevral 24th, 2011 at 10:53 am
ELNARƏ - Bu çörəklər gərək nə çox bərk nə də çox yumuşaq olsun. Bir qədər ovulan olur içi, amma bərk deyil.
19. SH | Aprel 10th, 2011 at 8:42 am
SUPER ALINDI.COX SAGOLUN.
20. Elya | Aprel 25th, 2011 at 10:23 pm
salam. bura soda qatilmir?
21. Elya | Aprel 26th, 2011 at 9:54 pm
Feride xanim cox saqolun sayti acib gozel receptlere gore.dunen coreyi bishirdim.shekildeki kimi alindi.gozel,yumshaq ve dadli.
22. FƏRİDƏ | Aprel 27th, 2011 at 9:42 am
ELYA - Soda deyil, maya qatılır.
23. Elya | May 1st, 2011 at 6:12 am
Salam Feride xanim.receptlerinizi paylashmaqcun butun saytlar qoyulub odnoklassnikden bashqa.orda dostlarimlada paylashmaq isterdim.neden odnoklassnikle paylashmaq olmur?Cox saqolun.
24. FƏRİDƏ | May 4th, 2011 at 6:50 pm
ELYA - Reseptlerimin hec bir saytda yerlesdirilmesine icaze verilmir. Yalniz mene bu haqda bildiren saytlara bir nece resept yerlesdirmelerine icaze verirem. Odnoklassniki-den mene mektub gelmeyib. Reseptlerimin orada yerlesdirilmesi qadagandir.
25. zumrud | Iyun 30th, 2011 at 8:59 am
salam feride xanim.xow gorduk.bu reseplere gore cox ama cox sagolun.cunki burda eleleri varki bilmirdim.bu resepleri deftere yazib hamisini sinaqdan cixariram ve ugurlu alinir.cox sagolun.amma size bir sualim var:bu resepde seker tozunun ne qeder olduqunu bawa duwmedim.1 stekan yarim tokdum pesoku.eslinde ne qeder olmaliydi?deye bilersiz?
26. FƏRİDƏ | Iyun 30th, 2011 at 10:11 pm
ZÜMRÜD - Bir stəkan şəkər tozu 190 qram edir.
27. təranə | Iyul 13th, 2011 at 10:41 am
Fəridə xanım bişirdim mən şirin çöreyi çox gözel alındı. Mama deyirki mütleq menim de əvəzimə sag ol de Fəridə xanıma .Allah seni bizlərə çox görməsin canın həmişə sag olsun sevdiklərini allah qorusun inş!
28. QUMRU | Avqust 8th, 2011 at 3:30 am
BIWIRDIM COX GOZELDI.TWK
29. Gümüsh | Avqust 14th, 2011 at 1:08 am
Salam Feride xanım.Size ne qeder teşekkur etsem azdır.İnanın neçe vaxtdır bu resepti axtarırdım.Şirin çörəyi bişirdim.Hem çox gözəl,hem de çox dadlı alındı.Ailə üzvlərim çox bəyəndi.Hətta şəklini də çəkmişəm.İmsakda ləzzətlə yeyilir.Tanışlarıma da məsləhət görmüşem.ALLAH sizden razı olsun.
30. Gunel | Avqust 27th, 2011 at 7:20 am
Salam Feride xanim,reseptden istifade eledim.((( Amma ureyim istediyim kimi alinmadi.Xemir gelmedi,bishirdim amma cox agir cixdi,ortasi bishmemish qaldi.Sizden sorushmaq isteyirem 1 paket toz maya nece qramdir.?Tesekkur edirem
31. kubra | Avqust 27th, 2011 at 11:34 am
mutleq biwirecem))
32. Gunel | Sentyabr 14th, 2011 at 9:25 am
Salam Feride xanim,sizin cavabinizi gozlemeye daha sebrim qalmadi bu gun yene bishirdim,amma bu sefer alindi,diqqtle oxudum ve bishirdim.1 yerde sehvimin uzunden coreyim alinmamishdi,cox shukur bu gun alindi.Size de minnetdaram
33. rena | Oktyabr 4th, 2011 at 9:16 am
salam resepte gore saq olun
34. Nigar | Noyabr 30th, 2011 at 7:48 am
Feride xanim size cox minnetdaram verdiyiniz reseptlerin coxunu sinagdan kecirmiwam.supper cixib.ellerinize sagliq.
35. marina | Yanvar 26th, 2012 at 3:02 am
salam Feride xanim.birinci defedi size yaziram.size o qeder minnetdaram ki…ellerinize sagkiq.teze aile qurandan sizden oyrendim her sheyi.hardasa 2 ildi sizden iyrenib bishirirem.hami da lezzetle yeyir.men de onlara baxib xoshbext oluram.Allah her sheyi ureyinize gore versin.opurem sizi
36. marina | Yanvar 26th, 2012 at 3:03 am
cox uzr isteyirem oyrenib yazmaq isteyirdim.sehv getdi
37. irka | Yanvar 30th, 2012 at 4:21 am
sALAM. MEN EVVELCEDEN MINNETDARL;Q EDIREM/ COREYIN TEZ HAZ;RLANMA RESEPTINI DEYIN. QATIQLA XEMIR ETMEK OLARMI
38. seadet | Fevral 12th, 2012 at 1:27 pm
Salam. Men Şəkili olduğum üçün tez-tez ovma bişirirəm. Ancaq, mayasız soda və yaxud qabartma tozu ilə . Çox dadlı alınır.Sizin şirin çörək də çox gözəl görünür. Yorulmayasız.
39. Nigar | Fevral 26th, 2012 at 11:11 am
Salam.Men evdar xanimam.Aile uzvulerim sirniyyat xoslayir.Sizin resepti bisirdim,cox dadli alindi.Cox sag olun.Dadli reseptlerinizi gozleyirem.
40. vusale | Mart 1st, 2012 at 8:23 pm
ela receptlerdi
41. Metanet Agayeva | Mart 10th, 2012 at 3:04 am
Salam Feride xanim! Men sizin reseptlerinizi cox beyenirem. Zehmet olmasa mene paxlavanin reseptini göndererdiz. Hörmetle Metanet
42. xayale | Mart 15th, 2012 at 1:40 am
zehmet olmasa mene paxlavanin icinde soda olmayan bir resept verin.onceden teshekkur edirem.
43. emiliya | Mart 18th, 2012 at 4:43 am
MEN YAQLI QOQAL BISIRMEK ISTEYIREM KOMEK EDIN
44. huru | Aprel 3rd, 2012 at 10:06 am
mende xosladim.bisirerem
Şərh Yaz
Trackback this post | Subscribe to the comments via RSS Feed