
Amerikada qanad toyuğun ən məşhur hissələrindəndir. Hətta, xüsusi restoranlar var ki, menyularında yalnız qanad var, amma qanad dediyiniz adi qanad deyil. Bu qanadları müxtılif şirin, acı souslarda marinə etdikdən sonra, qızğın yağda qızardırlar. Sonra isə müxtəlif souslara batırıb yeyirlər. Əvvəllər acı yeməklə aram yox idi. Amma buraya gəldikdən və buradakı acı qanadlardan daddıqdan sonra, acıya bir qədər öyrəşdim.
Dünən dükkandan bir xeyrli qanad aldım. Fikirləşdim ki, evdə uşaqlar var, acı qanaq bişirmək yaxşı olmazdı. Dedim, uşaqların yeyə biləcəyi bir şey bişirsəm, daha yaxşı olar. Türkiyədən mənə hədiyyə göndərilən bir kitabdan aşağıdakı resepti tapdım. Kitab uşaqların yeyə biləcəyi yeməklərə aid idi, amma məncə bu qanadları böyüklər uşaqlardan da çox bəyənər. Toyuq qanadlaqı əvvəcə bal-ketçup-mayonez qarışığında bastırma edilir, sonra isə çörək qırıntısına batırılıb sobada bişirilir. Buranın restoranlarındakı qanadlardan fərqli olaraq, bu qanadlar yağda deyil, sobada bişirilir. Nəticədə çox ləzzətli qanad alınır - üstü xırt-xırt, içi isə yumuşaq. Bal sözü sizi qorxutmasın. O, qanada xoşməzə şirinlik qatır. Mən çox bəyəndim. Umid edirəm ki, siz də eyniylə bəyənəcəksiniz.
SOBADA BALLI TOYUQ QANADI
Resept Sahrap Soysalın “Anne, ben acıktım” kitabından götürülmüşdür
16 ədəd toyuq qanadı
2 xörək qaşığı ketçup
2 xörək qaşığı mayonez
2 xörək qaşığı bal
zövqə görə duz
zövqə görə istiot
çörək qırıntısı (suxariki) - irilərindən olsa daha yaxşı olar
1. Toyuq qanadlarının ucunu kəsib atın. İri bir qabda qanadlar, ketçup, mayonez, bal, duz və istiotu yaxşıca qarışdırın. Soyuducuda ən azı 4 saat saxlayın (gecədən səhərə kimi qalsa, daha yaxşı olar).
2. İri listin dibinə kalka kağızı (baking paper) sərin. Çörək qırıntılarını dəyaz biz qaba qoyun.
3.Qanadların hər tərəfini qırıntıya batırıb listə düzün.
4. 200C-lik sobada təxminən 40 dəqiqə ərzində, və yaxud qanadlar bişib üstləri qızarana kimi bişirin. Nuş Olsun!



45 Comments Add your own
1. SEVGI | Sentyabr 15th, 2009 at 2:23 am
Fedide xanim ilk baxisdan ela gorunur.Sobada bisenleri evdekiler cox sevir.Bundanda onlara ramazan sufresinde hazirlayaram.Saq olun
2. esmer | Sentyabr 15th, 2009 at 5:37 am
ela gorunur.edim gorum nece olur.elleriniz yorlulmasin
3. sladkayewka | Sentyabr 15th, 2009 at 9:03 am
nyam nyam))))
acdim lap
cox sagol FERIDE
4. gülcahan | Sentyabr 16th, 2009 at 12:44 am
Salam, Feride xanim, reseptlerinizden tez-tez istifade edirem.
Sizden 1 xahişim var: şaftalı pirojnalarının reseptini teqdim ede bilersinizmi?
Bu menim en sevdiyim şirniyyatdir,amma hazirlanma qaydasini bilmirem.
teşekkürler
5. gülcahan | Sentyabr 16th, 2009 at 12:46 am
Feride xanim, men şaftalı formasinda olan pirojnani nezerde tuturam.
6. FƏRİDƏ | Sentyabr 16th, 2009 at 12:41 pm
Qizlar, cox sagh olun.
GUlCAHAN: Saftai pirojnasinin resepti mende var, bir gun bisirib qoyaram bura.
7. SEVGI | Sentyabr 23rd, 2009 at 7:03 am
feride xanim yeni resseptler niye yoxdur./
8. Aysel | Oktyabr 1st, 2009 at 5:27 am
Salam Feride bacim. Inanin ki indiye kimi hec bir bloqda serh yazmamisham hemishe melumatlardan istifade etmish ve bununla da ishimi bitmish hesab etmishem. Ama bu gun Sizin reseptlerinizin hamisini ozumucun komputerimde saxladiqdan sonra dushundum ki Size teshekkur etmemek en azi insafsizliq olardi. Menim INSHALLAH 17 noyabrda toyum olacaq. Gelecekaile heyatimda INSHALLAH Sizin meslehetlerinizden reseptlerinizden bol-bolistifade etmeyiplanlashdiriram. OPUREM SIZI BERK-BERK. ALLAH MIN DEFELERLE RAZI OLSUN,SIZI VE AILENIZI XOSHBEXT ETSIN!
9. FƏRİDƏ | Oktyabr 5th, 2009 at 11:16 am
AYSEL: Serhinize gore cox sagh olun. Sayta baxan coxdur, amma hami serh qoymur, ona gore sizin kimi erinmeyib saytla bagli fikrini deyen oxucularimin yeri menim ucun ezizdir. Size yaxinlarda aile qurmaginiz munasibetile tebrik edirem. Xoshbext olun! Metbexinizde chorek, yemek eksik olmasin:)
10. leyla | Oktyabr 19th, 2009 at 7:47 am
salam aleykum Feride baci.cox tesekkur edirem reseptlere gore.nece catdirirsiz aile heyati ile bunlari???halal olsun size.AYSEL bacini da tebrik edirem toyu munasibetile.ALLAHin merhemeti,sevgisi uzerinizden eksik olmasin.INSALLAH MENIM DE NOYABRIN 17-SI TOYUMDU.ne gozel 1gune tesaduf edib-MILLI DIRCELIS GUNU.ama cox teessuf olsun ki,onda sizin sayta gire bilmeyecem.cunki orda internetim aciq deyil.ama indiden ele olur ki,gece yarilarina qeder sizin reseptlerinizi yaziram.hobbimdi yemek bisirmek.size ugurlar arzu edirem hem isinizde,hem aile heyatinizda
11. FƏRİDƏ | Oktyabr 19th, 2009 at 8:14 pm
LEYLA: Evvela evvelveden tebrik edirem seni aile quracaghi n munasibetile. Xoshbext olasan! Xosh sozlerine gore cox sagh ol. Duzunu desem ozum de bilmirem nece catdiriram bu isleri, amma bunu bilirem ki, basqa hec neye vaxtim qalmir:)
12. feride | Oktyabr 21st, 2009 at 9:28 pm
canim adawim.salam.senin bucur resseplerin meni cetin veziyyetden cox asan cixarda bildi.niwanlima herden birini biwirirem.cox dadli ve lezzetlidi.sene coxsagol deyirik.opurem seni
13. aysel | Dekabr 1st, 2009 at 4:09 pm
reseptlariniz cox gozal va aydindir.bela bir sayt hazirladiginiza gora sag olun.har kas yemaklerimizi tanisin.fransada yajayiram.bazan burda lazimi vasaitlari tapa bilmiram.masalan nar govurmasin cox seviram.amma burda nar azdir va bizimkilarin dadini vermir.garibcilikda yemaklarimizi dadmag tasalli verir.aliniz agrimasin.har kasa salam.
14. aysun | Yanvar 4th, 2010 at 6:21 am
Salam Feride xanim balsiz olsa olarmi ? boyukler ucun biwirirem xowuma geldi
15. FƏRİDƏ | Yanvar 4th, 2010 at 11:10 am
AYSUN: Balsiz dadi yaxsi olmaz. Bisdikden sonra balin dadi cox hiss olunmur, cox yumusaq dadi olur. Boyukler de beyeren mence.
16. Suzy | Yanvar 21st, 2010 at 9:00 am
SALAM canim FERIDE xanum. herden fikrlesirem ki ziolmasayduz men ne ederdim.?:(..canim bacim, 1 sual vermek isdiyirem.eqer bu yemeyin icinde bal varsa, bes sirin dadmir bu xorek?.opdum evvelceden tesekkurler
17. FƏRİDƏ | Yanvar 21st, 2010 at 9:02 am
SUZY: Cox sag ol. Yox, cox sirin olmur. Azaciq sirintraq tam dadir, amma tam sirin olmur. Yaxsi olur.
18. nura | Yanvar 30th, 2010 at 8:46 am
salam men size coox minnetdarligimi bildirirem butun reseptlere gore
19. gulsen | Fevral 8th, 2010 at 2:09 am
sizin saitiniz menim cox xosuma gelir cox sag olun opuyorum.
20. Samira | Fevral 20th, 2010 at 9:29 am
Salam Feride xanim.men bu yemeyi bir restoranda yemishdim,cox xoshum gelmishdi.qeyri-adi dadi olur.recepti goturdum.calishacam bishirim.cox sagolun:))
21. Fatima | Mart 19th, 2010 at 2:13 am
Nə gözəl blogdur bura. Əlləriniz yorulmasın. Yemək hazırlamağı çox sevirəm. Hələ sizin bu gözəl reseptlərdən sonra daha çox həvəsim yarandı )) Bir neçə reseptə baxdım. Və artıq əmin olmağa başladım ki bu blog mənim indi və ən çox da ailə qurandan sonra ən sevimli səhifəmə çevriləcək. Əlləriniz dərd görməsin Fəridə xanım.
22. sebine | May 1st, 2010 at 4:22 am
Salam,Feride xanim. necesiz? sizin saytla coxdan maraqlaniram,amma serh yazmaga vaxtim yox idi.Telebecilik eziyyetleri. Bu gozel reseptlere gore en azi tesekkur etmek istedim. Reseptlerinizden cox yararlaniram, sizi tanimasam da artiq cox isteyirem. Davamli olaraq yazacam. Yeni reseptlerinizi sebirsizlikle gozleyirem. sag olun.
23. Lale Eliyeva | May 2nd, 2010 at 1:14 pm
FERIDE XANIM, ILK BAXISDAN UREYE OXSAYIR YEMEYINIZ. COX DADLI GORUNUR. MEN YEMEK BISIRMEYI XOSLAYIRAM, XUSUSILE QEYRI- ADI YEMEKLERI. BU CEHETDEN SIZIN SAYTI COX BEYENIREM. ELLINIZE SAGLIQ
24. Valide | Iyun 15th, 2010 at 11:13 pm
Bir daha salam Feride xanim!!! Size oz minnetdarliqimi bildirmek isteyirem, sayenizde oqlumun ad gununde planlawdirdiqim her wey istediyim kimi alindi))). Her kes menim nece profisional wekilde yemek biwirdiyiumden daniwirdi. ))) Men de onlara sizin saytinizdan behrelenerek bele nailiyyet elde etdiyimi bildirdim. Bir daha tewekkur edirem!! Ellerinizi ve ureyinize saqliq!!
25. mirze | Iyul 17th, 2010 at 12:05 am
superdi beyndim
26. ilqar | Oktyabr 25th, 2010 at 2:47 am
stek masrum pisire bilirsiniz
27. SABİNA | Noyabr 12th, 2010 at 4:37 am
saytinizi cox beyendim.siz harda qalirsiz basa dusmedim?
28. elya | Yanvar 6th, 2011 at 1:56 am
farida xanim salam… men bu saiti cox beyendim evde ne varsa ona uygun burda bir shey tapib bishirmay olar artiq fikirlashmiram “bu gun ne bishirim” mene cox komay olduz sagolun bir xaishim var sizden ushaqlar ucun retseplari birazda artdirardiz eziyet deyilse
29. Leyla | Fevral 21st, 2011 at 4:07 am
Salam Feride xanim.Saytiniz superdi.Bizimkiler wirin sevmirler.Bu toyuq qanadini acili sosla nece bisirmek olar zehmet olmasa Resept qoya bilersiz?Sag olun.
30. NURA | Fevral 28th, 2011 at 8:23 am
SUPER
31. TURIK | Aprel 26th, 2011 at 4:01 am
FERIDE XANIM SALAM.SIZE TESEKKURLER.NECE VAXTDIR POSTET RESEPTI AXTARIRDIM NEHAYETKI TAPDIM ELLERINIZE SAGLIQ.SIZDEN 1XAHISIM VAR USAQLARA AID YEMEKLERDE HAZIRLAYASINIZ.TESEKKURLER
32. arifa | May 22nd, 2011 at 11:10 am
feride xanim salam inaniz ki nebisirdim super alindi bunagore tesekuller
33. arifa | May 22nd, 2011 at 11:15 am
birdesizden bir xayisim var ki kavali salatini deyerdizde
34. Nergiz | Iyun 4th, 2011 at 9:49 am
Men Vanilli dondurmani ccccccoooooooxx beyendim. :)))))
35. leyla | Iyul 7th, 2011 at 2:53 am
salam feride xanim usaqlar ucun daha etrafli yemek tarifleri yazmagi xais edirik
36. Qadjieva lara | Iyul 7th, 2011 at 4:23 am
SALAM FERIDE XANIM.DEYISIK YEMEK RESEPTLERI YAZIN EGER MUMKUNSE.
37. ULVIYYE | Avqust 10th, 2011 at 2:02 pm
Salam Feride xanim saytiniz coooox xoshuma geldi. cox gozel basha salirsiniz. tesekkurler :))) OPUREM sizi
38. NiceAngel | Noyabr 25th, 2011 at 4:40 am
WOWWW
39. Ayten | Dekabr 8th, 2011 at 10:27 am
Feride xanim reseptleriniz cooox gozeldir<baxdiqca adam butun yemeklerden tez biwirmek isteyir)) tewekkurler,ugurlar yeni yeni dadli dadli yemeklerin wirniyyatlarin reseptlerini gozleyirik:)
40. afaq | Dekabr 17th, 2011 at 12:42 pm
salam ay Feride xanum her gun sizden bir shey oyrenirem opurem ellerivizden
41. afaq | Dekabr 17th, 2011 at 12:44 pm
mende Amerikada yashairam herden ne ise pishirmey istiyende o deqiqe aglima siz gelirsiz
42. Gunay | Yanvar 7th, 2012 at 7:04 am
Salam Feride xanim men Almata weherinde yawayiram.Bu sayta abune olmadan 2 ildirki sizin oxucunuzam.Demek olarki burda yazilan receptlerin yarisini biwirmiwem ve
hamisi super alinib.Cox minnetdaram size bu gozel sayta gore.
43. Gülər | Yanvar 8th, 2012 at 12:10 pm
Fəridə xanım,salam.Həqiqətən də mən sizin reseptlərinizi çox bəyənirəm.Mümkün qədər etməyə də çalışıram,sobada peraşkini etdim çox ləzzətli alındı.Ümumiyyətlə sizin şirniyyat reseptləriniz daha çox xoşuma gəlir.Bilmək olar siz bu qədər reseptləri hardan öyrənmisiniz?əvvəlcədən sizə təşəkkür edirəm
44. FƏRİDƏ | Yanvar 9th, 2012 at 6:00 pm
GÜLƏR - Çox sağ olun. Reseptlərin mənbəsi haqqında HAQQINDA səfihəsində yazmışam. Müxtəlif yerlərdən gəlir, kitab kolleksiyam da var. Bir qayda olaraq istifadə etdiyim reseptlərin mənbəsini reseptdən əvvəl də göstərirəm.
45. Afaq | Mart 18th, 2012 at 8:45 am
Cox saq olun Feride xanim.Cox lezzetli alindi hem gorunusce hem de dadi.oppurem:*
Şərh Yaz
Trackback this post | Subscribe to the comments via RSS Feed