
Bu pirojkini həm kartof həm də ətli iç ilə hazırlaya bilərsiniz. Aşağıda verdiyim reseptdə hər ikisinin necə hazırlanması haqqında məlumat verirəm. İstədiyiniz içi seçib, bu ləziz pirojkilərdən bişirin. Və ya hər içdən yarım porsiya bişirib, həm kartoflu, həm ətli pirojkidən zövq alın.
SOBADA PIROJKI - KARTOFLU VƏ YA ƏTLİ
22-25 pirojki üçün
Ərzaqlar
Xəmir Üçün
½ stəkan (125ml) ilıq su
1 paket (7g) quru maya
3 stəkan (470g) əla növ buğda unu
1 ½ çay qaşığı duz
2 xörək qaşığı şəkər tozu
½ stəkan (125ml) süd
1 yumurta+ 1 yumurtanın ağı (sarısını üstü üçün ayırın) - qeyd: yumurtalar otaq hərarətində olmalıdır
½ stəkan (125ml) duru yağ
İçi Üçün
Kartoflu İç:
3 xörək qaşığı duru yağ
1 baş xırda doğranmış soğan
4 ədəd orta boy kartof
1/3 stəkan xırda doğranmış şüyüd (və yaxud keşniş ya da cəfəri)
zövqə görə duz
zövqə görə istiot
Ətli İç:
3 xörək qaşığı duru yağ
1 baş xırda doğranmış soğan
400 g çəkilmiş mal əti
zövqə görə duz
zövqə görə istiot
1. Əvvəlcə xəmiri hazırlayın. Bunun üçün mayanı ilıq suda əridin. İri dərin qabda un, duz və şəkər tozunu qarışdırın. Üstünə mayalı suyu, südü, yumurta və duru yağı əlavə edib, əlinizlə yaxşıca qarışdırın, sonra isə təxminən 5-6 dəqiqə ərzində xəmir yoğurun. Xəmir elastik və zərif olmalı, ələ yapışmamalı amma çox bərk də olmalalıdır. Xəmiri dərin qaba geri qoyub, üstünü örtün və 1 ½ -2 saat ərzində isti yerdə gəlməyini gözlərin.

2. Xəmir gəlməyə davam etdiyində, istədiyiniz içdən birini seçib hazırlayın.
Kartofulu İçin hazırlanması: Kartofu suda bişirib, qabığını soyun və pöre halına gələnədək əzin. Bir tavada yağı qızdırıb, soğanı bu yağda bir az rəngi dönənə kimi qızardın. Soğanı, göyərtini kartofa əlavə edin. Zövgə görə duz və istiot vurub, qarışdırın.
Ətli İçin hazırlanması: Tavada yağı qızdırın. Söğanı bu yağda yumuşalanadək qızardın. Çəkilmiş əti əlavə edib soğanla bərabər, tez-tez qarışdıraraq qızardın. Zövgə görə duz və istiot vurub, qarışdırın. Bu qarışığı ət maşınından bir dəfə keçirin - bu, için lopa lopa olmaması, və narın olması üçün edilir.

3. Xəmiri 22-25 kündəyə ayırın. Hər kündənin diametri təxminən 4 cm olmalıdır.
4. Kündələri bir əlinizə götürün, o biri əlinizlə bir az yastıladıb 10 cm dairələr əldə edənə kimi kənarlarını çəkin (aşağıdakı şəkildəki kimi). Hər dairənin içinə təxminən 1 xörək qaşığı içlik qoyun, və dairənin kənarlarını bir yerə gətirərək, dairəni bağlayın.





5. Pirojkiləri tikişi aşağı olmaq şərtilə yağlanmış soba listinə aralı-aralı düzün və 15 dəqiqəliyinə kənara qoyun. Bu müddət ərzində pirojkilər bir az şişəcək.
6. Sobanı 180Cdək istidin.
7. Pirojkilərin səthinə yumurta sarısı sürtüb, sobada təxminən 25 dəqiqə ərzində üstləri qızaranadək bişirin. Nuş Olsun!

64 Comments Add your own
1. cinara | Aprel 4th, 2009 at 2:41 am
salam Feride xanim.sizin sayti yeni gormusem cox beyenirem.heyat yoldasim ucun etli pide hazirlamaq isteyirem.zehmet olmasa sizde varsa yazardiniz.evvelceden tesekkur edirem.uqurlar arzulayiram.
2. FƏRİDƏ | Aprel 6th, 2009 at 3:49 pm
ÇİNARƏ: Xoş gəldiniz bloquma. Etli pidenin reseptini bir gün size yazaram. Daha doğrusu özüm heç vaxt bişirməmimən, amma resepti var. Özüm bişirib gərək dadına baxım görüm necə alınır, sonra sizə də verim. oldu mu?
3. cinara | Aprel 7th, 2009 at 12:01 am
Salam Feride xanim.Cox saq olun ALLAH razi olsun.ALLAH ellrinize quvvet versin!
4. eldivenlerim | Aprel 7th, 2009 at 7:29 am
Çok güzel anlatmışsın, fotoğraflar müthiş, harika gözüküyor, ellerine sağlık……
5. tunzale | Aprel 7th, 2009 at 10:43 am
cox gözäl basha salirsiz här 1 incäliklärä kimi.cox sag olun.tack så mucket.azerbaycanca cox sag olun demäkdir.
6. Sema | Aprel 11th, 2009 at 6:29 am
salam FERIDE XANIM BU DEQIQE BASLAYIRAM BUNU BISIREM YEQIN YAXSI ALINAR.OPDUM SIZI.NETICENI YAZACAM BYE.
7. Vusal Zeynalov | Aprel 11th, 2009 at 3:23 pm
Salam Feride xanim,
Saytiniz indiye qeder Azerbaycanda gorduyum en faydali saytdi. Buna gore size cox sagol deyirem, ve yazilarinizin ardini gozleyirem.
Nece vaxtdi bu perojkinin reseptini axtarirdim. Bir yerde yemisdim dehset xosuma gelmisdi. Mamama demisdim ama ele alinmamisdi. Indi deyecem burdakini oxuuyub bishirsin. Gorek nece olur.
Cox Sagolun
–Vusal
8. mehseti | Aprel 12th, 2009 at 5:50 am
salam Feride xanim . cox cox memnun oldum burdaki resepleri oxuyub ve hazirladikca yeni nece varsa elede hazirlanir ve coxda lezzetli alinir . cox ressekur edirem
9. Sema | Aprel 13th, 2009 at 6:23 am
salam feride xanim bu cox gozel perojkidir.bisirdim lap ela alindi.cox saqolun.bele gozel reseptleri tez tez gozleyirik.
10. FƏRİDƏ | Aprel 13th, 2009 at 10:16 am
HAMINIZA ŞƏRHLƏRİNİZƏ GÖRƏ TƏŞƏKKÜR EDİRƏM.
11. tarana | Aprel 26th, 2009 at 3:34 am
bu resepti coxdan axtarirdim,teshekkurler! yeni aile quran qizlarimiz ucun cox gozel saytdir!!! o qeder deqiq ve incelikle
yazmisan ki, mene sadece lezzet edir. bu sayti hele bu gun gordum.
cox sag ol !bele gozel resepler ucun! UREYININ GOZELLIYI O QEDER AYDIN GORUNUR KI !!!!!!!!!!!!!!!!!!!!!!
12. sladkayewka | Aprel 26th, 2009 at 4:48 am
COX DADLI OLUR AXIR KI MENDEDE RESEPTI OLDU))))))
TWK
13. TUNZALE*93 | Aprel 29th, 2009 at 8:14 am
bunu hazirlamaga deyer.inanin men hazirlayacam.feride xanim mutleq size yazacam.oxuyarsiniz .oldumu
14. VEFA | May 1st, 2009 at 1:50 am
gorunushu cox dadlidir ishde oturmusham ozu de acam lap shishdim eee gerek gedib bishirim.Cox sag ol Farida !!!
15. afag | May 9th, 2009 at 4:13 pm
salam Feride hanim… Necesiz? Insallax yaxsisiz:))))))
menim size sualim olacaq… bu olculer barededi..
sizin cedvele baxdim amma nese yaman dolasiq geldi mene…
1stekan su 250 ml
1 stekan un 155 gr bu suyun stekani olan stekandi yoxsa bundan balacasidi?
mende olcu cup var yegin siz onlari nezeride tutursuz…
su maye olduguna gore yegin cox olur…
16. Fəridə | May 10th, 2009 at 8:50 pm
Butun serherinize gore cox sagh olun. Onlarin oxumaghi cox xoshlayiram:)
AFAQ, Men yaxsiyam. Umid edirem ki, siz de yaxsisiniz.
Sualiniza cavab. Yox yox, stekan eynidir, men de olcu stekani istifade edirem (measuring cup), standardir. Su milliqram olcusunde, un gramla olculur, ferq buna goredir. Hem de, su maye oldughuna gore daha aghir olur, duz deyirsiniz.
17. Gunay20 | Iyul 26th, 2009 at 6:37 am
Farida xanim yene salam.hec bu resepti gormemishdim axtarib arxivden tapdim ee..indi kecek bunu hazirlayaq,bu gedishle evde mamani kececem:-) yemek kamplimentleri artiq mene gelecek:-) 1daha tesekkur cekdiyiniz zehmete gore!
18. Nargiz | Avqust 20th, 2009 at 10:39 pm
Salam Feride xanım,

Resepte görə minnətdaram.
3 defe bişirmişəm artıq pirojki, hər dəfəsində də əla alınıb!
Birinci dəfə kartof və şütüt qatdım.
İkinci dəfə içi 2 yerə böldüm: ətli və ətli-soyutma yumurtalı,dogranmış köklü və qoroklu
3cü dəfə nişanlım salosaya benzer düzetlmeyi istədi, ve acı olmağını istədi mən də bol tərəvəzli və acı elədim. İndi salosa resepti axtariram
~Nargiz
19. Turkan | Sentyabr 5th, 2009 at 8:35 am
Bunuda mutleq edecem….
20. Turkan | Sentyabr 18th, 2009 at 8:36 am
Pirojkiler cox lezzetli oldular,hele xemiri cox xosuma getdi.Ela alinir
21. FƏRİDƏ | Sentyabr 18th, 2009 at 11:13 am
TURKAN: LEzzetli alinmalarina sevindim. Menim en cox sevdiyim pirojki novudur:) Nush olsun!
22. Turkan | Sentyabr 19th, 2009 at 7:35 am
Esas sag ol size dusur,inanin saytinizda resepleriniz artiqca,zenginlesdikce o qeder sevinirem.Demek olar coxunu uje hazirlamisam,esasende basqa saytlardaki reseptlerden daha ela alinir sizinkiler. Birdaha saq olun.
23. Aynure | Oktyabr 12th, 2009 at 3:04 pm
Salam Feride. Coxdan bu resepti axtarmiwam,cox sag olun,ellerinize saglig. Biz de sayenizde ailemizi dadli teamlarla yedizdiririk. Biwirdim pirojkileri,cox lezzetli oldu,hami da beyendi.
Sizden 1 ricam var,mumkunse,eger SLOYONIY PIROJKIlerin reseptini bilirsizse,meni de oyredin. Xemiri mende hec cur alinmir,alinma xemir ise evdekinin evezini vermir. Twk sag olun
24. Aynure | Oktyabr 15th, 2009 at 12:12 am
Salam Feride xanim. Xahiw edirem mene mumkunse sloyoniy xemirin reseptini yazin. Cox twk edirem
25. Nusaba | Oktyabr 21st, 2009 at 10:29 am
Salam Feride xanım,
Resepte görə cox sag olun bu gun bishirdim evdekilerinde xoshuna geldi
26. ulya1 | Oktyabr 25th, 2009 at 7:55 am
Fəridə xanım pirojkiler çox dadlı alındı .Xəmiri çox əladir.
Təşəkkür edirəm .Demək olar ki hər gün sizin reseptlərdən birini hazırlayıram.
27. Gulgun | Oktyabr 27th, 2009 at 8:58 am
Salam . Men xemiri yogurdum , ancaq xemre yag qatmagi unutdum
indi gozlemekden basqa charem yoxdur. Ye’qin ki,ferqli alinacaq amma dadi pis olmaz insallah ,yani yagsiz 
Ancaq menim xemir unu chox apardi(4stakan). yag atsa idim mence daha chox un qatmali olacaqdim. bu unun keyfiyyetinden asili ola bilermi?
tesekkurler.
28. Gulgun | Oktyabr 28th, 2009 at 9:06 am
Ureyim dozmedi,xemir bir az gelmisdi,getdim yagi elave edib,yeniden yogurdum:)
mende artiq eylence halini alib.Allah axirini xeyr elesin 
Amma dogurdan e’la chixdi. sabah da kartoflusunu sinaqdan kecirim isteyirem.mence kartoflu daha lezzetli chixar. Menim anam bir defe bucur perojki elemisdi. ancaq qozla .indi yeyib dadina baxdiqda yadima dusdu ki,eyni xemirdir sanki ,ancaq o,qozla idi. o da lezzetli idi. men artiq ozumden qorxmaga baslamisam.butun gun resept kitabi elimde,bir terefde internet….
yene de reseptlere gore tesekkurler.
29. FƏRİDƏ | Oktyabr 30th, 2009 at 9:54 am
GULGUN: Unun cox aparilmasi duzu nedendir bimlirem, belke de uunn qatilighindan. Mem burda olchu stakanindan istifade edirem ve yazdighim deqiqdir, yani plus minus hemise ola biler:)
30. Sefure | Oktyabr 30th, 2009 at 11:14 am
Salam Fəridə xanim. Əlləriniz dərd görməsin. Sizin bu site sayəsində bir çox yeməkləri hazırlaya bilirəm artıq. Perojki əladan da əla alınmışdı.Çox yumşaq və dadlı. Təşəkkürlər.
31. PƏRVANƏ | Noyabr 11th, 2009 at 12:39 am
Salam Fəridə xanim perojkini bisirdim cox dadli və yumusaq alindi.Cox sag olun
32. revane | Noyabr 17th, 2009 at 12:47 am
salam Feride xanim cox sag olun her seyi bisirirem ela cixr opurem sizi
33. xanim | Noyabr 24th, 2009 at 3:39 pm
size cox sag olun deyirem hem reseptlere gore hem de her kesin serhine cavab verdiyinize gore her halda sadeliken gelir.ALLAH qelbinize gore versin .perojkiler ise ela gorunur .
34. vusale | Dekabr 1st, 2009 at 12:11 am
salam,FERIDE XANIM.cox sagolun resseplere gore.bugun perasgileri bisirib yoxluyaram,gorum mendede alinir yoxsa yox..nece alindigini sizede bildirecem:))
35. vusale | Dekabr 2nd, 2009 at 1:10 am
FERIDE XANIM SALAM..perajkileri hazirladim.cox dadli alindi.size minnetdaram buna gore cox sagolun..
36. aysel | Dekabr 4th, 2009 at 1:17 pm
perojkini bijirdimcox gozal alindian yaxjisi odur ki,uzun muddat yumjag qalirfransiz dili muallimamama da verdim,bayildi,tarifini istadi yeni tarifleri gozlayirik har kasa salam
37. Aygün | Dekabr 15th, 2009 at 9:37 am
Cox gözel saytdir.Bu dadli receptler ücün Size cox teshekkür edirem, Feride xanim!
Menden evvel yazilan xosh sözlerle de temamen raziyam.
Size, bu faydali ishinizde ugurlar arzulayiram!
38. dunya ehmedona | Yanvar 18th, 2010 at 4:46 am
cox ela reseptdir,coq saq olun.sizin sayenizde daha pulumuzu cudopeckalara paylamayacayiq…
39. sahla | Yanvar 22nd, 2010 at 3:27 am
cox sag olun ki bela saytiniz var sizdan bir xahisimiz var atli piroklarin resseptini verasiniz
40. Elvira | Fevral 13th, 2010 at 1:46 pm
Feride xanim siz eziyyet cekib vaxt serf edib bütün bu sheyleri bishirib shekillerini cekib blogunuza goyursuz.Amma bu gun men favorit.az saytinda sizden ogurlanan shekiller receptler görmüshem.Hele utanmadan sizin zehmetkesh ellerinizinde shekillerini goyublar.Cox teessüf edirem
41. Şəlalə | Fevral 14th, 2010 at 4:56 am
Önəcə sizə təşəkkürümü bildirirəm.Sayənizdə çox şey öyrəndim. Bu kökələri bişirdim super alındı. İçinə isə soğanla qov
rulmuş ət və xırda kub doğrayıb qızartdığım kartof qarışığını qoydum. Evdəkilər bayıldılar.Allah razı olsun.
42. nisanur23 | Fevral 14th, 2010 at 5:24 am
çok harika olmuşlar.
43. Gulnar | Fevral 16th, 2010 at 9:47 am
Feride xanim cox sagoluunki bele bir sayt acmisiniz Allah caninizi sag elesin bu pirojkinin cox gozel dadi var bulka kimi.
44. ARZU | Fevral 20th, 2010 at 7:59 am
Salam,Feride xanim!Bu pirojkiden bishirdim,cox gozel alindi,hem dadi,hem de yumshagligi.Saytnizda her defe yeni resept gorende cox Ellerinize saglig.
45. lamiye | Mart 14th, 2010 at 10:24 am
salam Feride xanim,resepte gore cox sag olun.bishirdim,isteditim kimi alindi.thanks
46. nergiz | Mart 25th, 2010 at 1:16 pm
:)) he bu yaxsidi:)) sizdeen bir xahish isteyirsinizse bura naxcivan kokesinin reseptini yazin ,inanin mene hami Razi galacag:D
47. gunel | Aprel 1st, 2010 at 1:43 am
feride xanim men size cox minnetdaram. bisirdim pirojkiler cox ela cixdi.hami beyendi .artiq sizin reseptlerinize cox guvenirem pastet zebra tortu pirojkini sizden oyrenmisem.novbede paxlavadir:)metbexde hazirlayerken hec yadimdan cixmirsiniz mene ele gelir ki 2imiz hazirlayiriq:)))ne olar tezlikle su boreyinin asan reseptini hazirlayin da etmek isteyirem.ewlleriniz yorulmasin opurem sizi:)
48. Revane | Aprel 9th, 2010 at 2:39 am
Salam Feride xanim. Men bu preshkini bishirdim, cooox ela alindi, xemiri o qeder zeif idiki. Men kartofldan bashqa qovrulmush etlede ayrica qoydum, o umumiyyetle cox ela oldu.
Allah komeyiniz olsun, sizin sayenizde aqzimiz dada gelir
49. lamiye | Aprel 10th, 2010 at 3:45 pm
Feride xanim resepte gore cox sag olun,elleriniz agrimasin.pirojkileri bishirdim tam istediyim kimi alindi.cox aydin ve etrafli yazirsiniz,shekillere de ki,soz ola bilmez.sukani bele saxlayin.
Ugurlar.
50. resi | Aprel 13th, 2010 at 9:00 am
salam,bishirdim hem dadi hem gorunushu gozeldir.cox sag olun.mumkunse rulet reseptleri,esas da kakaolu olsun isteyirem.evvelceden teshekkur edirem.
51. ulviyye | Aprel 13th, 2010 at 9:50 am
salam,axsaminiz xeyir.FERIDE XANIM size minnetdarliqimi bildirirem,dunen men hazirladim cox gozel alinmisdi pirojkiler.etli,kartoflu ve kapusdali iclik cox lezzetli idi.
52. ulker | Aprel 14th, 2010 at 4:39 am
salam feride xanim cox gozel sayitiniz var menim cox iwime yariyir.mene yagda qizardilmiw perawkinin recepti lazimdi.cox sag olun
53. Aygn | May 24th, 2010 at 2:29 pm
salam sayta tesadufen daxil oldum ve cox beyendim maraqli ve mene lazim olan reseptleri elde etdim tewekkurler size ve ugurlar
54. Aygn | May 24th, 2010 at 2:29 pm
salam sayta tesadufen daxil oldum ve cox beyendim maraqli ve mene lazim olan reseptleri elde etdim tewekkurler size ve ugurlar
55. Nermin | May 25th, 2010 at 3:10 am
Cox sag olun…hazirladim cox gozel vedadli alindi..hami beyendi…bir daha tsk edirem..;-)
56. mehriban | May 30th, 2010 at 5:59 am
FERIDE XANIM SALAM.EYER BURDASINIZSA CAVAB YAZIN NE OLAR.NECE VARSA ETDIM AMA XEMIRIM SISMEDI
57. FƏRİDƏ | May 30th, 2010 at 8:00 am
MEHRIBAN: Ola biler mayaniz kohne idi, ve ya xemir yeterli istide gelmeye qoyulmamisdi. Cox guman ki birinci sebebdendir. Ve xemir cox berk olmamalidir, yeni sekildeki kimi olmalidir, onda yaxsi siser.
58. mehriban | May 30th, 2010 at 8:20 am
maya dediyiniz drojdu he?
59. mehriban | May 30th, 2010 at 8:22 am
xemirim qalib elimde
60. FƏRİDƏ | May 30th, 2010 at 10:29 am
MEHRIBAN: Beli, maya drojdur. Bu reseptle xemir 100% gelmelidir, defelerce sinaqdan kecib, yegin maya teze deyilmis.
61. Revane | Iyun 3rd, 2010 at 8:34 am
Salam Feride xanim,
Reseptinize gore chpx sagh olun, men bu pirojkiden bir neche defe bishirmishem, amma heyat yoldashim xoshlamir, o daha chox “Chudo Pechkada” bishirilen pirojkini xoshlayir ve uzaqda oldugum uchun bishirmek isteyirem, amma resepti bilmirem.
Sizden xahish edirem, resepti bilirsizse onu da yazardiniz.
62. Almaz | Iyun 19th, 2010 at 11:31 am
mende bugun bisirdim.. ve super alindi… ne vaxtdir axtarirdim bu resepti…dadi, gorunusu mukemmel…. tesekkur edirem, Feride xanim…
63. ləman | Iyul 8th, 2010 at 11:17 pm
Salam, bu saytın bütün işçilərinə təşəkkürümü bildirirəm.Zizlərə uzun ömür can sağlığı, iman, çoxlu pul, işlərinizdə uğurlar arzuluyuram, həmçiçi də Fəridə xanıma.
Fəridə xanım peraşqi çox dadlı idi, həm də yağlı olmadığı üçün daha yaxşı idi.Hələlik.
64. nice90 | Iyul 19th, 2010 at 3:49 am
salam Fəridə xanım.bu reseptlərinizə görə çox sağ olun.mən sobada pirojkini bişirmişəm.çox gözəl çıxıb.sağ olun.
Şərh Yaz
Trackback this post | Subscribe to the comments via RSS Feed