Ördək əti çox ləzzətli olur. Üstünə narşərab, bal və portağalın qarışığından hazırlanan ləziz şirə vurub bişirdiyində ətin dadı daha da yaxşılaşır. Ördəyin dərisinin çox yağlı olmasına baxmayaraq, sobada bişirildiyində, yağ süzülüb gedir. Ördək sousda karamelləşdirilən portağal və limon dilimləriylə bəzənilib süfrəyə verilir. Bəh bəh!

Narşərab-bal-potağal şirəli sobada qızardılmış ördək
“Martha Stewart’s Cooking School” kitabından adaptə edilmişdir
2-3 nəfərlik
Ərzaqlar:
2 kilo yarım-3 kiloluq bütöv ördək
Xörək duzu və təzə döyülmüş qara istiot
Ətin üzərinə çəkiləcək şirə üçün:
¼ fincan yüngül tamlı bal
¼ fincan narşərab
2 xörək qaşığı təzə sıxılmış portağal şirəsi (suyu)
Bəzəmək üçün:
1 portağal,1 limon – hər ikisi 8 hissəyə bölünür.
Zövqə görə doğranmış cəfəri.
Ördəyin Hazırlanması: Soba 150C dərəcə tempraturda qızdırılır. Ətin boğaz,pətənək,ürəyi çıxarılır, qarın boşluğu tamamilə təmizlənir. Boğaz hissədə artıq qalan dəri bıçaqla kəsilib atılır. Təmizlənmiş ördək soyuq suda yuyulur,həm iç,həm də bayır tərəfdən yaxşıca qurudulur. İti bıçaqla döş hissəsindəki dəri bütünlüklə paxlava naxışı kimi kəsilir. Elə etmək lazımdır ki ət kəsilməsin. Bıçağın ucu ilə dəri, xüsusi ilə də yağlı hissələrdən deşilir (bu bişərkən dərinin yağının süzülməsinə imkan yaradır). Ətin içinə və bayırına duz,istiot vurulur. Ördəyin ayaqları mətbəx vişi (möhkəm ip) ilə birləşdirlib bağlanır,qanadlar isə ördəyin arxasına qatlanır.

Qızardılması: Ördəyin sinə hissəsi yuxarı olmaqla dərin tavaya (tava dəsti şəkildə kimi kimi olmalıdır ki,qızararkən yağ dəmir içlikdən altdakı tavanın içinə süzülsün) yerləşdilir. Sobaya qoyulub bir saat qızardılır. Sonra sobadan çıxarılır, iti bıçaqla sinə üzərindəkı dəri və bud ətrafında yağlı hissələr deşilir. Ördək sinəsi üstə tavaya çevrilərək qoyulur, 1saatdan çox bu vəziyyətdə qızardılır. Lazım gələrsə tavaya toplanmış yağ qaşıqla yığılır. Sonra ördək arxası üstə çevrilir , yenə bıçaqla müxtəlif yerlərdən deşilir,daha 1 saat qızardılmağa qoyulur. Yenidən sobadan çıxarılır,üzəri bıçaqla deşirlir,sinəsi üstdə tavaya qoyulur. Ördək bütünlüklə bişənə və dəri altındakı yağ tam əriyənədək təxminən 1 saatdan artıq qızardılır. ( Bütövlükdə ördək təxminən 4 saat qızardılmalıdır.)

Şirənin hazırlanması: Bal, narşərab, portağal şirəsi balaca qazana tökülüb qaynadılır. Vam odda qatılaşana və sirop halına düşənəcən,təxminən 5 dəqiqə bişirlir.
Ördək bişdikdən sonra sobanın tempraturu 205C dərəcəyə qaldırılır. Ördəyin ön (sinə) hissəsi yuxarı vəziyyətdə olmaqla 10 dəqiqə qızardılaraq bişirilir. Sonra üzərinə hazırlanmış şirədən bir qədər çəkilir, dəri xırçıldayana və qızılı qəhvəyi rəng alanadək daha 5 dəqiqə sobada qızardılır. Bu zaman diqqət yetirmək lazımdır ki,ət qızararkən şirə yanmasın. Sobadan çıxarıldıqdan sonra qızarmış ördəyi 10 dəqiqə bir kənara qoymaq lazımdır.
Meyvələrin bişirilməsi: Ayrıca tava orta oddakı tempraturda qızdırılır. Doğranmış portağal və limon dilimləri şirənin artıq qalan hissəsinə batırılır,şirələnir və tavaya qoyulub hər iki üzü karamel rəngi alanadək,təxminən 3dəqiqə, bişirilir.
Süfrəyə vermək üçün hazır ördək qızartması böyük dayaz boşqaba qoyulur,ətrafı şirədə bişmiş portağal və limon, zövqə görə cəfəri ilə bəzədilir.

18 Comments Add your own
1. Samira | Dekabr 9th, 2011 at 7:01 pm
Türklər demişkən Ellerinize saglik. Necədə ləzzətli görünür. Nar şərabı yeqin Bakıdan gətirmisiniz. Keçən il məndə gətirdim ama qurtardı. Burda da narın dənəsi 3 dollaradı necə narşərab etmək olar.
Hər şey ürəyinizcə olsun….
2. Ofelya | Dekabr 10th, 2011 at 12:09 pm
Bu yaxınlarda 16 kq-lıq hindushka almışam. Özü də kənd hinduşkası - orqanik. Tebii ki, onu bütöv duxovkaya salıb bişirmek qeyri-mümükündür. Doğranmış hissələri sizin bu reseptdəki qlazurla qlazurlayib duxovkada bishirsem nece olar fikrinizcə?
3. Guler /admin/ | Dekabr 11th, 2011 at 8:09 am
Ofelya xanım,təbii ki bu reseptdəkindən fərqli tam olacaq. Ən azı ətin tamına görə. Amma bu üsulla yəni,ətin yağını yığmaqla qlazurdan istifadə edib,tam vermək olar.
4. Aygun | Dekabr 12th, 2011 at 5:04 am
Bu resepti adi toyuqla eləmək olar? )))
5. Gulnar | Dekabr 12th, 2011 at 10:39 am
ördək almaq üçün bazara getmək lazımdı burda yəqin ki
bişdikdən sonra portağal dadı çox bilinir?
6. Guler /admin/ | Dekabr 12th, 2011 at 11:12 am
AYGUN,olar. Toyuqla da sınaya bilərsiz.
7. Guler /admin/ | Dekabr 12th, 2011 at 11:15 am
GULNAR, bu portağallı şirə məhz yeməyə tam vermək üçün qatılır. Təbii ki ətin tamıyla qarışır və fərqli tam alınır. İstəməsəz portağal şirəsini az qata bilərsiz.
8. wefa | Dekabr 13th, 2011 at 11:29 am
pisiren olsaydi yeyerdim,agzim sulandi lap.bu hamilelik meni yaman gune qoyub dasdan yumusaq ne varsa yemek isteyirem :)))))))))))))
9. Efsane | Dekabr 16th, 2011 at 12:07 am
ellerinize sagliq.kendde teyinatimizla hekim iwlemeye gelmiwik burda heyetimde ordek qaz saxlayiram.ordeyi dograyib qizartmiwam amma bele etmeniwem.inwALLAH bir gun edecem
10. züma | Dekabr 16th, 2011 at 2:57 am
Feride xanim cox lezzetli görünür ellerinize saglig, tam da mevsimidir
narserab heryerde satilir, almanyada türk bakkallarinda da var adi da nar ekwisi, nevaxtdir ki düsünürdüm, en gisa zamanda bisirecem :)))
xeyirli günler
11. Lale | Dekabr 17th, 2011 at 6:04 am
Salam Feride xanim.Onceden Size cox teshekkurler bu sayti yaratdiginiza gore. Men misirde yashayiram. burda narhsarab yoxdu. eger onun nece hazirlandigini bilirsinizse zehmet olmasa yazin. cox teshekkurler. Size bu ishinizde ugurlar.
12. saida | Dekabr 18th, 2011 at 12:33 pm
Feride xanim zehmet olmasa boreyin reseptini yazardiniz eger mumkunse evvelceden tewekkurler!!!!!!
13. natevan | Yanvar 4th, 2012 at 3:41 am
toyugu sobada nece bise bilerem?sous resepti vere bilersiniz zehmet olmasa.sizden cox-cox xais edirem.
14. SEBINE | Yanvar 4th, 2012 at 3:44 am
FERIDE XANIM ZEHMET OLMASA GOY DOLASI RESEPTINI ETRAFLI SAYITA YERLESDIRERDINIZDA.HER EVDE ET OLMURA AXI.
15. N.Lalə | Yanvar 6th, 2012 at 12:20 am
salam yeni ilinizi tebrik edirem sizə ugurlar arzulayiram rayondan bizə ördək göndəriblər həmişə dograyıb qızardırdım bu defe sizin reseptlə bişirəcəm ördək indi sobadadır bu gün qızımın dogum günüdür ümid edirəm yaxşı çıxacaq yeri gəlmişkən mən də sizin kimi Azərbaycan Dillər Universitetini bitirmişəm
16. tahir | Fevral 20th, 2012 at 9:37 am
bunu toyugla da etmek olar???
17. Guler/admin | Fevral 21st, 2012 at 9:27 am
Tahir,zəhmət deyilsə yazılan şərhləri oxuyun.Yazılıb bu barədə.
18. N.Lalə | Aprel 19th, 2012 at 8:22 pm
Ördeyi bişirdim.Yaxşı çıxdı dadlı idi amma isti isti yeyesen soyuyanda lezzet elemir ele bil quruyur şireli olmur sheklini de cekmishem furset olsa gondererdim
Şərh Yaz
Trackback this post | Subscribe to the comments via RSS Feed