Best in the World!
Dadlı yemək reseptləri bloqu

Narşərab-Bal-Potağal Şirəli Sobada Qızardılmış Ördək

Ördək əti çox ləzzətli olur. Üstünə narşərab,  bal və portağalın qarışığından hazırlanan ləziz şirə vurub bişirdiyində ətin dadı daha da yaxşılaşır. Ördəyin dərisinin çox yağlı olmasına baxmayaraq, sobada bişirildiyində, yağ süzülüb gedir.  Ördək sousda karamelləşdirilən portağal və limon dilimləriylə bəzənilib süfrəyə verilir. Bəh bəh!

Narşərab-bal-potağal şirəli sobada qızardılmış ördək

“Martha Stewart’s Cooking School” kitabından adaptə edilmişdir

2-3 nəfərlik

Ərzaqlar:
2 kilo yarım-3 kiloluq bütöv ördək
Xörək duzu və təzə döyülmüş qara istiot

Ətin üzərinə çəkiləcək şirə üçün:
¼ fincan yüngül tamlı bal
¼ fincan narşərab
2 xörək qaşığı təzə sıxılmış portağal şirəsi (suyu)

Bəzəmək üçün:
1 portağal,1 limon – hər ikisi 8 hissəyə bölünür.
Zövqə görə doğranmış cəfəri.

Ördəyin Hazırlanması: Soba 150C dərəcə tempraturda qızdırılır. Ətin boğaz,pətənək,ürəyi çıxarılır, qarın boşluğu tamamilə təmizlənir. Boğaz hissədə artıq qalan dəri bıçaqla kəsilib atılır. Təmizlənmiş ördək soyuq suda yuyulur,həm iç,həm də bayır tərəfdən yaxşıca qurudulur. İti bıçaqla döş hissəsindəki dəri bütünlüklə paxlava naxışı kimi kəsilir. Elə etmək lazımdır ki ət kəsilməsin. Bıçağın ucu ilə dəri, xüsusi ilə də yağlı hissələrdən deşilir (bu bişərkən dərinin yağının süzülməsinə imkan yaradır). Ətin içinə və bayırına duz,istiot vurulur. Ördəyin ayaqları mətbəx vişi (möhkəm ip) ilə birləşdirlib bağlanır,qanadlar isə ördəyin arxasına qatlanır.

Qızardılması: Ördəyin sinə hissəsi yuxarı olmaqla dərin tavaya (tava dəsti şəkildə kimi kimi olmalıdır ki,qızararkən yağ dəmir içlikdən altdakı tavanın içinə süzülsün) yerləşdilir. Sobaya qoyulub bir saat qızardılır. Sonra sobadan çıxarılır, iti bıçaqla sinə üzərindəkı dəri və bud ətrafında yağlı hissələr deşilir. Ördək sinəsi üstə tavaya çevrilərək qoyulur, 1saatdan çox bu vəziyyətdə qızardılır. Lazım gələrsə tavaya toplanmış yağ qaşıqla yığılır. Sonra ördək arxası üstə çevrilir , yenə bıçaqla müxtəlif yerlərdən deşilir,daha 1 saat qızardılmağa qoyulur. Yenidən sobadan çıxarılır,üzəri bıçaqla deşirlir,sinəsi üstdə tavaya qoyulur. Ördək bütünlüklə bişənə və dəri altındakı yağ tam əriyənədək təxminən 1 saatdan artıq qızardılır. ( Bütövlükdə ördək təxminən 4 saat qızardılmalıdır.)

Şirənin hazırlanması: Bal, narşərab, portağal şirəsi balaca qazana tökülüb qaynadılır. Vam odda qatılaşana və sirop halına düşənəcən,təxminən 5 dəqiqə bişirlir.

Ördək bişdikdən sonra sobanın tempraturu 205C dərəcəyə qaldırılır. Ördəyin ön (sinə) hissəsi yuxarı vəziyyətdə olmaqla 10 dəqiqə qızardılaraq bişirilir. Sonra üzərinə hazırlanmış şirədən bir qədər çəkilir, dəri xırçıldayana və qızılı qəhvəyi rəng alanadək daha 5 dəqiqə sobada qızardılır. Bu zaman diqqət yetirmək lazımdır ki,ət qızararkən şirə yanmasın. Sobadan çıxarıldıqdan sonra qızarmış ördəyi 10 dəqiqə bir kənara qoymaq lazımdır.

Meyvələrin bişirilməsi: Ayrıca tava orta oddakı tempraturda qızdırılır. Doğranmış portağal və limon dilimləri şirənin artıq qalan hissəsinə batırılır,şirələnir və tavaya qoyulub hər iki üzü karamel rəngi alanadək,təxminən 3dəqiqə, bişirilir.

Süfrəyə vermək üçün hazır ördək qızartması böyük dayaz boşqaba qoyulur,ətrafı şirədə bişmiş portağal və limon, zövqə görə cəfəri ilə bəzədilir.

Bir cavab yazın

23 Şərh
  1. Türklər demişkən Ellerinize saglik. Necədə ləzzətli görünür. Nar şərabı yeqin Bakıdan gətirmisiniz. Keçən il məndə gətirdim ama qurtardı. Burda da narın dənəsi 3 dollaradı necə narşərab etmək olar.
    Hər şey ürəyinizcə olsun….

  2. Bu yaxınlarda 16 kq-lıq hindushka almışam. Özü də kənd hinduşkası – orqanik. Tebii ki, onu bütöv duxovkaya salıb bişirmek qeyri-mümükündür. Doğranmış hissələri sizin bu reseptdəki qlazurla qlazurlayib duxovkada bishirsem nece olar fikrinizcə?

  3. Ofelya xanım,təbii ki bu reseptdəkindən fərqli tam olacaq. Ən azı ətin tamına görə. Amma bu üsulla yəni,ətin yağını yığmaqla qlazurdan istifadə edib,tam vermək olar.

  4. Bu resepti adi toyuqla eləmək olar? )))

  5. ördək almaq üçün bazara getmək lazımdı burda yəqin ki 🙁 bişdikdən sonra portağal dadı çox bilinir?

  6. AYGUN,olar. Toyuqla da sınaya bilərsiz.

  7. GULNAR, bu portağallı şirə məhz yeməyə tam vermək üçün qatılır. Təbii ki ətin tamıyla qarışır və fərqli tam alınır. İstəməsəz portağal şirəsini az qata bilərsiz.

  8. pisiren olsaydi yeyerdim,agzim sulandi lap.bu hamilelik meni yaman gune qoyub dasdan yumusaq ne varsa yemek isteyirem :)))))))))))))

  9. ellerinize sagliq.kendde teyinatimizla hekim iwlemeye gelmiwik burda heyetimde ordek qaz saxlayiram.ordeyi dograyib qizartmiwam amma bele etmeniwem.inwALLAH bir gun edecem

  10. Feride xanim cox lezzetli görünür ellerinize saglig, tam da mevsimidir 🙂
    narserab heryerde satilir, almanyada türk bakkallarinda da var adi da nar ekwisi, nevaxtdir ki düsünürdüm, en gisa zamanda bisirecem :)))
    xeyirli günler

  11. Salam Feride xanim.Onceden Size cox teshekkurler bu sayti yaratdiginiza gore. Men misirde yashayiram. burda narhsarab yoxdu. eger onun nece hazirlandigini bilirsinizse zehmet olmasa yazin. cox teshekkurler. Size bu ishinizde ugurlar.

  12. Feride xanim zehmet olmasa boreyin reseptini yazardiniz eger mumkunse evvelceden tewekkurler!!!!!!

  13. toyugu sobada nece bise bilerem?sous resepti vere bilersiniz zehmet olmasa.sizden cox-cox xais edirem.

  14. FERIDE XANIM ZEHMET OLMASA GOY DOLASI RESEPTINI ETRAFLI SAYITA YERLESDIRERDINIZDA.HER EVDE ET OLMURA AXI.

  15. salam yeni ilinizi tebrik edirem sizə ugurlar arzulayiram rayondan bizə ördək göndəriblər həmişə dograyıb qızardırdım bu defe sizin reseptlə bişirəcəm ördək indi sobadadır bu gün qızımın dogum günüdür ümid edirəm yaxşı çıxacaq yeri gəlmişkən mən də sizin kimi Azərbaycan Dillər Universitetini bitirmişəm

  16. bunu toyugla da etmek olar???

  17. Tahir,zəhmət deyilsə yazılan şərhləri oxuyun.Yazılıb bu barədə.

  18. Ördeyi bişirdim.Yaxşı çıxdı dadlı idi amma isti isti yeyesen soyuyanda lezzet elemir ele bil quruyur şireli olmur sheklini de cekmishem furset olsa gondererdim

  19. salam, evvela bunu deyim ki, 4 saat cox gec bir vaxtdir. menim sobada ordeklerim her zaman 1.5 maximum 2 saata hazir olur.belke de sobadan qaynaqlanir bilmirem.(menim ki elektrikli alt-ust spiral avtomatik yanan)
    elaveten bildirmek isteyirem ki, gozlelliyine soz ola bilmez, istahacan, sufreyecagiran bir yemek alinib. bu sousu mende bilirem deyesen menbemiz eynidi 🙂 bezen portagal olmayanda teze sixilmis mandarin siresi ile de evez edirem, cox daha fergli alinir.yeri gelmisken ordeyin icine mutleq 5-6 yerinden desilmis butov limon da atin, cox da boyuk olmayan.agilasigmaz derecede lezzet qatir etin siresile butunlesir.lezzetden barmaqlarinizi da yeye bilersiz.

  20. Salam nar werabini neyle evez etmek olar

  21. Super alındı!!!

Bir cavab yazın