kataloq

Sobada Tərəvəzli Bişmə

Bu yeməkdə yaz və yayın bütün rənglərini tapmaq olar - qırmızı, sarı, yaşıl, narıncı, qəhvəyi.

Bu mövsümlərdə asanlıqla tapılan tərəvəz və göydən hazırlanan bu bişməni həm qəlyanaltı kimi, həm yüngül yemək, həm də ət yeməklərinin yanında qarnitur kimi süfrəyə verə bilərsiniz.


Sobada Tərəvəzli Bişmə
Jenni Fleetwoodun One-Pot, Slow-Pot and Clay-Pot Cooking kitabından adaptə edilmişdir

Əgər kabaçok yoxdursa, onu badımcanla əvəz etmək olar. Sarı bibər yerinə narıncı bibərdən istifadə etmək olar. Kəklikotu əvəzinə reyhan vurmaq olar.

6 pay üçün

Ərzaqlar:

1 ədəd balaca badımcan - saplağını kəsin, badımcanı uzunlamasına yarı bölün, yarıları da halqavari qalın-qalın kəsin
1 ədəd yumurta
1 stəkan un (150 qram)
1 stəkan + bir stəkanın dörtdə birisi qədər süd
2 xörək qaşığı təzə kəklikotu və ya 2 çay qaşığı quru kəkliokotu
1 ədəd qırmızı soğan
2 ədəd kabaçok
1 ədəd qırmızı Bolqar bibəri
1  ədəd sarı Bolqar bibəri
4 xörək qaşığı zeytun yağı
2  xörək qaşığı sürtgəcdən keçirilmiş Parmezan pendiri
Duz, istiot
Üstünə səpmək üçün hər hansı bir göyərti (mən cəfəri səpirəm) - xırda doğrayın

Hazırlama Qaydası:

Bir kasada yumurta, un, süd, kəkliotu, zövqə görə duz və istiotu duru hamar kütlə alınanadək qarışdırın. Kasanı soyuq yerə qoyun.

Badımcanları süzgəcin içinə yığıb, yaxşıca duzlayın. Qoyun acısı çıxsın - təxminən 10 dəqiqə ərzində. Sonra sudan keçirib, qurulayın.

Sobanı 205Cdək qızdırın.

Söğanı nazik dilimlərə kəsin. Kabaçoku halqavari kəsin.  Bibərlərin dənəsini çıxardıb, hər bibəri uzunlamasına 4-6 yerə bölün. Bütün tərəvəzləri ölçüsü 33 sm x 25 sm olan formaya yığın. Üstünə zeytun yağını əlavə edib, əlinizlə qarışdırın. Tərəvəzləri bir lay şəklində yayın. Sobada üstləri bir az qızaranadək bişirin, təxminən 20 dəqiqə.

Sonra isə sobadan çıxardıb, südlü kütləni (qaşıqla qarışdırın) tərəvəzlərin hər tərəfinə tökün. Sobada 30-35 dəqiqə və yaxud südlü qarışıq bir az şişib qızaranadək bişirin. Bişməni sobadan çıxardın. Üstünə Parmezan pendiri və göyərti səpin. Bişmə bir qədər soyuduqdan sonra süfrəyə verilməyə hazırdır. Bişməni soyuq halda da yemək olar.


Related Posts with Thumbnails

23 Comments Add your own

  • 1. naida  |  May 29th, 2011 at 11:08 pm

    salam! Evvelce size sag ol deyirem bu gozel yemekler ucun, men badimcandan olan yemekleri cox sevirem, bu resept lap yerine dushdu, hem dadli, hem de yarashiqli. bir shey sorushum: holland pendirinden istifade ede bileremmi?

  • 2. Aywen  |  May 30th, 2011 at 12:12 am

    hmm dadli şeyə oxşayir badimcani isə sevirəm dəhşət sevirəm.onsuz yayi təsəvvür etmirəm.mütləq dcəm bunu

  • 3. Pervane_pervane  |  May 30th, 2011 at 2:50 am

    Ay ne gozel! Chox sag olun, Feride xanim! Inshallah, biz de ederik.

  • 4. UmmuAbdurRahman  |  May 30th, 2011 at 2:52 pm

    Salam aleykum va rahmatuLlahi va barakatuhu,Farida xanim,alca turwusunun hazirlanma qaydasini yazardiniz,bir zehmet!!))))
    coooox gozel saytdir ve cox faydalaniriq)))

  • 5. Feride  |  May 30th, 2011 at 10:23 pm

    NAIDA - buraya parmezan daha cox yarasir, amma her hansi pendir ola biler.

  • 6. mehseti  |  May 31st, 2011 at 5:25 am

    Feride xanim saqolun terevezli bishme chox lezzetli gorunur, bishirecem men de. Bu terevezlere gobelek artirsam nece olar? Bir de qirmizi soqani aq soqanla evez etsem pis alimnazki?

  • 7. Feride  |  May 31st, 2011 at 1:54 pm

    MEHSETI - Gobelek olar. Amma baxin, suyu cox cixsa, suzun. Ag sogan olar.

  • 8. UmmuAbdurRahman  |  Iyun 1st, 2011 at 3:48 am

    Salam aleykum va rahmatuLlahi va barakatuhu!
    Farida xanim,zehmet olmasa yazima cavab yazardiniz,alca turwusunu nece hazirlaya bilerem?

  • 9. Feride  |  Iyun 2nd, 2011 at 10:15 am

    UmmuAbdurRahman - Azerifood.com saytinda Gullu xanimin resepti var. Men de ele hazirlayiram.

  • 10. Nurka  |  Iyun 5th, 2011 at 3:41 am

    cox saq olun.eliniz qolunuz var olsun..

  • 11. Zuzu  |  Iyun 9th, 2011 at 1:59 pm

    cox lezzetli gorunur…

  • 12. aygul  |  Iyun 19th, 2011 at 6:17 am

    SALAM FERIDE XANIM. NECESINIZ? INSALLAH YAXSISINIZ. MEN SIZE BIR “BOREK” RESEPTI VERMEK ISTEYIRDIM. ZEHMET OLMASA HAZIRLAYIB YERLESDIRERSINIZ BURAYA. ONCEDEN TESEKKUR..

    XEMIRI UCUN
    4Stekan un
    2Yumurta
    2X.Q.Duru yag
    1c.q.pesok
    1c.q.maya(droj)
    sut

    ICI UCUN
    1DESTE KESNIS
    1DESTE SUYUD
    1DESTE SOGAN
    1DESTE CEFERI
    PENDIR

    HAZIRLANMASI
    Evvelce xemiri hazirlayiriq. Sutden yarim stekan ayirib icine mayani ve pesoku tokub qarisdirirq ve isti yere qoyuruq ki biraz qalxsin. sonra unu eleyirik. xemiri hazirlayacagimiz qaba unu tokuruk. Ustune 2yumurtani,2qasiq duru yagi ve ayirmis oldugumuz yarim stekan sutu tokuruk. Snra xemir alinana qeder sut tokuruk ve xemir eleyirik. XEmir hazir olandan snra kenara qoyub ustunu orturuk ki,xemir biraz qalxsin.
    Goyertilerin hamisi kicik kicik dograyib yuyuruq. ve bol yagda biraz oldururuk. Geyertilerin tamamen suyu cekilmelidi. Suyu cekilib yaga dusenden snra kenara qoyuruq. Istenilen qeder pendir istifade etmek olar. Pendiri tyorkadan keciririk. TExminen ortaboy bosqab qeder olsa bes eder. Pendiri goyertinin icine tokub qarisdiririq.
    Sonra xemire baxiriq. eger qalxibsa bir de yogururuq(ne qeder cox yogurub qalxmaga qoysaq borek bir oqeder yaxsi siser)
    Hazir xemiri 2yere boluruk. Isifade edeceyimiz soba tavasi boyokluyunde xemiri aciriq.( Borek boyuk oldugu ucun men sobanin oz tavasinda bisirirem.(4bucaqli tava olsa daha yaxsi olar)) Tavani yaglayiriq ve acmis oldugumuz xemiri tavaya seririk snra hazirlamis oldugumuz goyertili ici oraya tokuruk. Her terefe yayiriq. Yagini da bosaldiriq goyertinin ustune. Snra 2ci xemiri de acib goyertinin ustune seririk. elimizle biraz basiriq ki,xemir ile ic bir-birine yapissin. xemirlerin kenarlarini da bir birine yapisdiririq ki bisende ayrilmasin. Snra cengelle desirik ve ustune yumurta sarisi cekirik. Sobani 190derece qizdiririq. borek 10-15deqiqe qaldiqdan snra sobaya qoyuruq. 190derecede 25-30deqiqe biwir.

  • 13. aygul  |  Iyun 19th, 2011 at 6:21 am

    Resepti men qaynanamdan almisam. dunen hazirlamisdim. inanin ki cox dadlidi. Pendirini zovqe gore daha cox da tokmek olar. bi de yazmaq yadimdan cixdi,xemire bir cimdik duz da elva etseniz yaxsi olar. Reseptimi insallah tez bir zamandsa burda gorerem. Nus olsun. Sagolun

  • 14. aygul  |  Iyun 19th, 2011 at 6:36 am

    Bir de demek yadimdan cixdi,gyertini duru yagda qizardiriq.
    Bisdikde ustu biraz qizarmis olur. Biraz soyuduqdan snra dilimleyin,soyuq halda,yaninda qatiqla sufreye verin. SAGOLUN

  • 15. Ruhiyye  |  Iyun 20th, 2011 at 9:37 am

    ne bisirisiniz bisirin amma yandirmayin

  • 16. Feride  |  Iyun 20th, 2011 at 10:31 am

    RUHIYYE- Deyerli meslehetinize gore tesekkur edirem. Lakin burada yaniq yemek yer almir. Bu resepti deyirsinizse, onun alti qizarib, yanmayib.

  • 17. vefa  |  Iyun 21st, 2011 at 10:09 am

    Salam. Xahiş edirem ki, saytınızda sacda bişirilən yemek reseptləri də yerləşdirəsiniz.. Əvvəlcədən təşəkkürlər.

  • 18. Feride  |  Iyun 21st, 2011 at 10:28 am

    AYGUL - resept ucun cox sag olun. bir gun calisaram bisirim. yaxsi olardi ki, bu resepti FORUM-da da paylasasiniz. Orada Turkiye metbexi basligi var.

  • 19. Hilal  |  Iyul 29th, 2011 at 11:08 pm

    cox sag olun Feride xanim.mende sizin reseptlerinizden faydalaniram.teshekkurler

  • 20. nigar  |  Avqust 11th, 2011 at 11:19 am

    bu xoreyi iki variantda hazirladim. birini resepdeki kimi, digerini ise badimcan evezi gobelekle. evdekilerin daha cox gobelekli xosuna geldi. :) amma Feride xanim, ustune tokulen o kutlenin resepti … super bir seydi.cox yumsaq ve dadlidir. COX SAG OLUN!

  • 21. feminelledeamore  |  Noyabr 22nd, 2011 at 2:29 pm

    chox appetitli gorunur Mashallah. ama oz aramizdi alti yanmisha oxshadi )))

  • 22. Nurane  |  Fevral 10th, 2012 at 9:09 am

    Bu receptleri cox superdi

  • 23. Nurane  |  Fevral 10th, 2012 at 9:12 am

    Soci paxlavasi super cixmisdi.mence hami bisirib dadina baxsin

Şərh Yaz

Lazımdır

Lazımdır, bloqda görünməyəcək

(Varsa)

Trackback this post  |  Subscribe to the comments via RSS Feed