
Tələsin, bayram süfrəsinə qoğal çatdırın. Mənim reseptim kimi gecikməyin. Resepti İngilis dilindən Azəricəyə tərcümə etdiyinə görə oxucum Gülüzə Heydərliyə təşəkkür edirəm. Nuş Olsun!
Bayramınız Mübarək olsun!
Sorqoğal
16 -18 ədəd üçün
Xəmir üçün:
1 paçka (2 ¼ ç/q) toz maya
1 stəkan ilıq su
6 stəkan un+ xəmir yoğurmaq üçün də əlavə
2 çay qaşığı duz
1 stəkan süd - otaq hərarətində
1 yumurta
200 qram əridilmiş (ərinmiş deyil) və soyudulmuş kərə yağı
Iç üçün:
2 x/q cirə
2 x/q razyana
Yarım ç/q sarıkök
1 ç/q duz
Bir çay qaşığının dörtdə biri qədər istiot
2 stəkan un
115 qram əridilmiş (ərinmiş deyil) və soyudulmuş kərə yağı
Yağlamaq üçün:
Yarım kilo əridilmiş yağ.
Üstü üçün:
2 yumurta sarısı
1 x/q xaş-xaş

Əvvəlcə xəmir hazırlanır. Balaca bir kasada mayanı ilıq suda həll edib təxminən 10 dəqiqə köpüklənməsi üçün gözləyin.Unu iri qaba ələyin, üzərinə duz əlavə edib qarişdırın. Ortasında bir çökək açıb maya qarışığı, süd, yumurta, və yağı əlavə edin. Əlinizlə bunları qarışdırın. Xəmiri unlanmış taxta (və ya masada) yumuşaq və elastik olana kimi, 10 dəqıqə yoğurun. Xəmir çox bərk olmamalıdır. Əgər xəmir hələ də ılinizə yapışırsa, onda biraz da un əlavə edib yoğurun. Xəmiri iri qaba qoyub üzərini dəsmal ilə örtüb gəlməsi üçün isti yerə qoyun, təxminən bir saat yarımlıq.

Bu müddət içi hazırlayın. Cirə və razyana toxumunu 2 dəq. ətri çıxana qədər qovurun (qovurmaq onların ətrini və dadını artıracaq ama bu o qədər də vacib deyil - onları olduğu kimi də istifadə edə bilərsiz).

Ədvaları həvəngdə döyün. Bir qabda yağdan başqa iç üçün nəzərdə tutulan bütün ərzaqları qarışdırın. Əridilmiş yağı buraya əlavə edib əlinizlə narın umac olana kimi ovxalayın. İç hazırdır. Onu bir kənara qoyun.
Gələn xəmiri yağlamaq üçün yağı hazırlayın - yağı əridin,duz əlavə edib kənara qoyun.
2 iri soba listini hazırlayıb kənara qoyun.

Xəmiri kündələyib 9 bərabər hissəyə ayırın. Hər hissəni kündələyin.
Biraz un səpilmiş taxtada bir kündəni 50 sm.lik dairə alınanadək yayın.
Yaydıqca arada un səpin ki, xəmir oxlova yapışmasın,yaymaq rahat olsun. Sonra yuxanı oxlov vasitəsilə kənara qoyun.
4 x/q yağı yuxanın üstünə çiləyib əlinizlə yayın. Qalan kündələrli də bu cür yayıb, üst-üstə yığın. Sonuncudan başqa hamısını yağlayın.(hər sonrakı kündəni daha kiçik açıb ondan evvəlkinin üstünə yerləşdirib, kənarlarından çəkə bilərsiniz ki, altdakı yuxanın üstünə tam otursun). Indi isə, ehtiyyatla, lay-lay xəmirin kənarlardan tutub diametri 60 sm olana kimi (yaxud da nə gedərsə, o qədər dartın)

Indi isə, iti bıçaqla, xəmirdən 5 sm enində zolaqlar kəsin, sonar isə zolaqları 30 sm. uzunluğunda düzbucaqlara kəsin. Dairənin qısa tərəflərini kəsməyin. Düzbucağın qısa tərəfindən başlayaraq onu rulet şəklində bükməyə başlayın, daha sonar isə içini aşağıda izah edilən iki üsuldan birini istifadə edərək doldurun.
1ci üsul: ruletin bir ucunu büzüb bağlayın, digər ucu açıq qalsın. Barmağınızla ruletin açıq qalan tərəfini oyun. İçi boş konus alınmalıdır.
2ci üsul (bu üsül xəmiri daha da qat-qat edir): Ruleti əlinizdə hər iki tərərfindən tutaraq 3 dəfə burun (paltar sıxan kimi). Sonra əlinizlə basıb yastılayın. Yastıladığınız kökənin içində oyuq açın (göbğləyin papağına oxşar).
Oyuğun içinə bir x.q yarım içdən doldurun. Kökənin uclarını bir yerə gətirib bağlayın. Kökəni əlinizlə diametri 10 sm olanadək yastıladın.
Qoğalları bir-birindən aralı vəziyyətdə listlərə düzün.
Əvvəlcədən sobanı 180Cdək qızdırın.
Qoğalların mərkəzində barmağınızla dəyaz boşluq açıb oraya bir çimdik iç qoyun.Qoğalların üstünə yumurtanın sarısını çəkin və xaşxaş səpin. 40 dəqidə ərzində, və yaxud üstləri qızaranadək bişirin (20 dəqiqə bişdikdən sonra listlərin yerlərini dəyişin). Qoğal soyuduqdan sonra süfrəyə verin.
40 Comments Add your own
1. xanim | Mart 18th, 2011 at 11:22 pm
ALLAH sizden razi olsun .Bayraminiz mubarek Feride xanim sizin ve butun oxuyucularin .men bu resepti axtarirdim
2. Turkan | Mart 18th, 2011 at 11:58 pm
cox saq ol….anama lazim idi,faydalandi. ancaq biz icini yayiriq axi……siz ortasina qoyduz….
3. Tarana | Mart 19th, 2011 at 5:05 am
Bayramınız mübarək ! Reseptə görə cox sağ olun, işimə yaradı.
4. ZARA | Mart 19th, 2011 at 8:15 am
evvela bayraminiz mubarek . ve butun reseptler ucun tesekkurler. cunki menim kimi evdar xanimlarin elinden tutur,yeni komeyi olur.
5. akife | Mart 19th, 2011 at 1:43 pm
Bayraminiz mubarek baxmayaraq ki men qogalin dadini bir o qeder de sevmirem, hazirlama qaydasi mene maraqli idi tesekkurler
6. mehriban | Mart 19th, 2011 at 7:59 pm
Bayraminiz mubarek.men qogal hazirlamaq ucun 4 gun evvel sizin sayti acdim amma qogal receptini tapamamadim.odur ki ozum yadimda qalan kimi hazirladim.amma Bakida mamamla,qaynanamla hazirladigim kimi gozel gornushde alinmadi.inshallah gelen defe edende mutleq sizin receptedn istifade .ederem.butun Azerbaycanlilarin Novruz bayramini tebrik edirem.
7. madina | Mart 20th, 2011 at 1:38 am
salam haminin bayrami mubarek olsun mehriban xanim qoqal hazirlamaq ele de cetin iw deyil…evelce xemirin ustunu mohkem baqlayib yarim-bir saat gozleyin sonra xemiri kundeleyin kundelenmiw xemirleri yayin nazik olsun yayilan emirleri kulonkanin uzerine serin arasina yag elave edin wotqanin komeyi ile yagi kenarlara yayin belece tekrar-tekrar edin onu sira ile kesin kesilmiw xemirleri darta darta bukun
8. xalida | Mart 20th, 2011 at 8:51 am
salam bayraminiz mubarak azerbaycanli xanimlar hemcinin de sizin bayraminiz mubarak. FARIDA XANIM
9. madina | Mart 20th, 2011 at 10:35 am
ici hazirlamaq ucun evelce unu tavada qizardin sonrasi yadimdan cixdi
10. vusale | Mart 21st, 2011 at 3:33 am
salam sizin saytdan hedden artiq raziyam cox sag olun.zehmet olmasa mene kiyevski katletin reseptini gondere bilersiz???coxdandi axtariram.opurem
11. Naska | Mart 21st, 2011 at 4:38 am
NOVRUZ BAYRAMINIZ MUBAREK! NECE BELE ILLERE! SORQOQALA BAXDIM: “AY AMAN NECE DE DADLI GORSENIR” DEDIM. SAGOLUN KI, VARSINIZ!
12. gunel | Mart 22nd, 2011 at 6:45 am
feride baci saytin superdi.ellerinize sagliq…reseptler tez tez olsa daha da super olar.
13. mehriban | Mart 24th, 2011 at 1:38 pm
cox sag olun Feride xanim gozelde alindi yaxsi varsiniz.zehmet olmasa gozel yemek reseptleri yerlesdirerdiz.
14. mehriban | Mart 26th, 2011 at 4:41 am
Medine xanim izahiniz ucun teshekkiur edirem.men ele o qaydada etmishdim amma menim fikirimce yagi cox oldugundan shishmemishdi qogallarim cunku o qeder yagli idi ki xemiri burub forma vermek olmurdu)))neyse inshallah gelen defe Feride xanimin qogallarina baxa-baxa adim adim bishirerem.
15. Nazli | Mart 29th, 2011 at 10:17 pm
Salam Feride xanim.cox sagolun qogala göre.nece vaxtdir axtarirdim.Allah razi olsun:).mümkündürse badamburanin reseptini yaza bilersiz?hazirlanma qaydasin.indiden teshekkürler.heleliy
16. Aynure | Mart 29th, 2011 at 10:28 pm
Cox sag olun Feride xanim. Allah sizden razi olsun. O qeder bize komeyiniz deyir ki. Feride xanim, bilirsiz neyin reseptini isteyirem? Zeleniy borwun. Xahiw edirem mumkunse bu borwun receptini Feride xanim. Tewekkur edirem. Sag olun.
17. Aynu-şəkili | Aprel 5th, 2011 at 2:46 am
Fəridə xanım necə yazmısız ele de bishirdim super dadlı idi.Amma bir əmmasə var da.Siz büktükden sonra qoğalları şişməyə qoymursunuz.Mən də qoymamışdım .Peçdə də çox şişmədi.Dadı yaxçı özü isə yastı oldu.
2-ci dəfə yenə bişirdim bi başqa gün.Amma onu 30-40 dəqiqə şişməsini gözlədim.Qoğallar yaxşıca şişəndən sonra peçdə bişirdim.Əsl qoğal alındı.Ponpuş və dadlı.Sağ olun.
Bu qoğalı ən çox babama görə bişiirəm.O çox sevir qoğalı.Bəhbəhlə yeyir
18. Бану | Avqust 19th, 2011 at 11:38 pm
Тешеккуруму билдирирем сизе Фериде ханым.Чохдан ахтарырдым бу ресепти.Чох саг олун.
19. gunetay | Avqust 23rd, 2011 at 7:00 am
cox sagolun super alindi teshekkur edirem.coxdandi bele qogal axtarirdim <3
20. Gunel | Sentyabr 14th, 2011 at 9:30 am
Men birinci defedir qogal hazirlayirdim,ve duzunu desem xemir acirdim,yorulmsgima baxmayaraq dadli cixdi,teshekkrler
21. Resmiyye | Mart 7th, 2012 at 1:06 pm
VERDIYINIZ QOGAL RESEPTI COX XOWUMA GELDI SAG OLUN.
22. Keks | Mart 10th, 2012 at 10:43 pm
şirin qoğalın içliyini necə hazırlamaq lazım olduğunu bilən var? Mənə sabaha lazımdı((
23. Nigar | Mart 11th, 2012 at 12:55 am
Mən qoğala 7 cür ədviyyat işlədirəm.Razyana,cirə,darçın, istiot,sarıkök, hil,zəncəfil. Həmdə onlari qovurub yağa qatiram. Xəmirin aralarına həmin yağı sürtürəm. Çox dadli və rahat alınır.Ədviyyatın dadı hər yerdə hiss olunur.
24. Sevinc | Mart 11th, 2012 at 3:27 am
salam.men sirin qoqalin icinin nece hazirlanmasini oyrenmek isterdim
25. sarqiyye | Mart 11th, 2012 at 9:54 am
salam men qogalin nece hazirlanmasini oyrenmek isteyirem
26. Keks | Mart 12th, 2012 at 1:57 am
şirin qoğalın içliyini http://www.koolinar.ru/recipe/view/81491
qaynanam ərinmiş yağı isidib hazırlayırmış,umac kimi. yağ,şəkər tozu və undan ibarətdi içlik
27. Vusale | Mart 12th, 2012 at 9:34 pm
SALAM FERIDE XANIM.men RUSSIYADA yasayiram ve bu il birinci defedirki mamamdan uzagda qogal bisirecem..ressepten her sey cox gozel aydindi..ama men “CIRE”ni burda nece tapim?rusca tercumesini eyer mumkune mene gondere bilseydiz sevinerdim..evvelceden minnetdaram…
28. Guler/admin | Mart 13th, 2012 at 11:59 pm
VÜSALƏ, rusca cirənin tərcüməsi ” Tmin” dir.
29. Guler/admin | Mart 14th, 2012 at 12:19 am
Daha doğrusu cirə “Aнис” -dir. “Tmin” və “Kumin” isə zirədir.
30. Vusale | Mart 14th, 2012 at 6:12 am
salam GULER XANIM…sagolunki sulaima cavab yazdiz..ama men bildiyime gore: анис-razyanadi..hil- кардамон..bugun кумин (zire) tapdim:))ama FERIDE XANIM zire yox cire yazib..indi bir sualim var:olmazki zire gatim?etri xosuma geldi..bu sualimida cavablandirsaniz cox memnun galaram..evvelceden tesekkurler..
31. Guler/admin | Mart 14th, 2012 at 6:59 am
VÜSALƏ, razyana rusca ” фенхель “- dir. Cirə isə yazdığım kimi ” анис”. Kumin-zirənin bir növüdür. Zİrəni yalnız xaş-xaş əvəzinə qoğalın üzərinə səpə bilərsiz.
Cirənin tamı və qoxusu isə başqadır. Görünüşcə və qoxusu azca razyanaya bənzəyir. Mümkünsə cirə istifadə edin, yoxdursa razyana ilə kifayətlənə bilərsiz.
32. Vusale | Mart 15th, 2012 at 4:53 am
anladim GULER XANIM..cox sagolun..insallah bugun hazirlayib,size yazaram nece alindigini..
33. Nazli | Mart 15th, 2012 at 9:24 am
Salam Nigar.sen deyende qeweng fikirdi.ama olari yagdan elave icliyede qatirsanmi?
34. emiliya | Mart 18th, 2012 at 4:35 am
salam men size ISVEDEN qosuluram .de bu recepti yazdim.indi bisirecem yeqin cox dadli olacaq .haminizin bayram mubarek olsun tesekkur saq olun.
35. emiliya | Mart 18th, 2012 at 4:36 am
salam men size ISVECDEN qosuluram .de bu recepti yazdim.indi bisirecem yeqin cox dadli olacaq .haminizin bayram mubarek olsun tesekkur saq olun.
36. ruska, | Mart 25th, 2012 at 3:41 am
salam feride xanim. ellerinan sagliq allah size uzun omur can sagliqi versin. hemishe bele dadli resepleri veresiz bizlere. bi sheyi basha dushmedim yuxalar bir birinin ustune qoyanda neceden ibaret olsun?
37. akife | Mart 25th, 2012 at 5:57 am
Salam Feride xanim sorqogalin dadini cox sevmesemde bisirmeyi oyrenmek isteyirdim resepe gore tesekkurler ellerine saglik
38. Mehriban | Mart 27th, 2012 at 7:23 pm
Feride xanim men bu il bayramda mes sizin receptden istifade etdim.Allah komeyiniz olsun qogallar ela alindi.her kes beyendi.teüekkurler.
39. periw | Aprel 21st, 2012 at 8:58 am
FERIDE XANIM DIYE BILERSIZ NECE DERECEDE BIWMELI WORGOGAL.
40. periw | Aprel 21st, 2012 at 9:01 am
cox gozel gorunur eminemki menimkilerde bele olacag.
Şərh Yaz
Trackback this post | Subscribe to the comments via RSS Feed