kataloq

Klassik Süngər Biskviti

Bu gün sizə klassik süngər biskvitinin hazırlanma qaydasını izah edəcəyəm. Bu reseptdən yazdığım kimi dəqiqliklə istifadə etsəniz, biskvitiniz o qədər gözəl alınacaq ki, hamı sizdən reseptini istəyəcək.

Tezliklə sizə bu biskvitlə  hazırlanan çiyələkli tortun reseptini verəcəyəm.

Klassik Süngər Biskviti
Essentials of Baking, Williams-Sonoma kitabından adabtə edilmişdir

Qeyd: Qənnadçılar biskvit bişirəndə xüsusi metodla hazırlanan biskvit unundan istifadə edirlər. Mən sizə onun evdə hazırlanma qaydasını reseptdə izah edəcəyəm. Bu un biskviti yumuşaq və yüngül edir. Stəkan bir çay fincanı (servis çaşka kimi) qədər tutur.

1 stəkan biskvit unu (resepti aşağıda verilir)
5 ədəd iri yumurta - ağı sarısından ayırılmış - mütlər otaq temperatunda olmalıdırlar!
1 stəkan şəkər tozu
yarım çay qaşığı vanil ekstraktı (duru vanil)

Əvvəlcə  biskvit ununu hazırlayın. Bunun üçün sizə adi əla növ buğda unu və qarğıdalı nişastası lazım olacaq (basqa nişastalar olmaz). Bir stəkan unu ölçün, sonra isə üstündən 2 xörək qaşığı un götürüb un qabınıza geri qoyun. Bu 2 xörək qaşığı un sizə lazım olmayacaq. Qalan una 2 xörək qaşığı qarğıdalı nişastası əlavə edin. Sonra un və nişasta qarışığını ən az 5 dəfə ələyin. Nə qədər çox ələsəniz, biskvit ununuz o qədər yüngül olacaq və nəticədə biskvitiniz də elə olacaq. Beləliklə 1 stəkan biskvit ununuz hazırdır. Kənara qoyun.

Sobanı 180C-dək qızdırın. Biskvit mütləq qızdırılmış sobada bişməlidir!

Diyametri 23 sm olan yumru biskvit formasının dibini və kənarlarını yağlayın. Formanın dibinə eyni diyametrdə kəsilmiş perqament kağızı sərin. Perqament kağızını da yağlayın. Sonra isə formanın həm dibinə, həm kənarlarına bir az un səpin. Artıq gələn unu formanı silkələyərək boşaldın. Formanı kənara qoyun.

İri dərin qabda yumurta sarılarıyla yarım stəkan şəkər tozunu mikserlə kütlənin rəngi açılanadək və kütlə qatılaşanadək çalın, təxminən 5 dəqiqə. Vanil ekstraktını əlavə edib qarışdırın. Kənara qoyun.

Ayrı iri qabda yumurta ağlarını orta-yüksək sürətə qurulu mikserlə yumuşaq köpüklər əmələ gələnə və kütlə üç qat artanadək çalın. Sonra isə yavaş-yavaş qalan yarım stəkan şəkər tozunu buraya əlavə edib, köpüklər bərkiyənədək çalın. Kütlənin hazır olub olmadığını belə yoxlayın - Qabı alt-üst tutun. Əgər kütlə tökülmürsə və qaba yapışıbsa, ağlar hazırdır.

İndi isə rezin spatula (qənnadı yastı qaşıq) və ya taxta qaşıqla ağların üçdə bir hissəsini sarılara əlavə edib, yavaşca qarışdırın. Sonra biskvit ununun yarısını da əlavə edib qarışdırın (MİKSERLƏ DEYİL!). Sonra ağların üçdə bir hissəsini də əlavə edib qarışdırın. Qalan unu da əlavə edib qarışdırın. Axırda isə qalan ağları əlavə edib kütlələr bir birinə yaxşı yedirilənədək qarışdırın. Qarışdırmağı sərt hərəkətlə deyil, yumuşaq hərəkətlə edin. Çox qarışdırmayın, yoxsa şişi yatar.

Alınan kütləni formaya töküb, üstünü hamarlayın. Sobanın orta yerində təxminən 20-30 dəqiqə bişirin. Hazır biskvitin üstünə barmağınızla basdığınızda, biskvit geti qalxmalıdır. Kibritlə biskvitin ortasına batırıb çıxartdığınızda, kibrit təmiz olmalıdır. Deməli biskvitiniz hazırdır. Sobadan çıxardın.

Çıxardan kimi, formanın kənarı boyu bıçağ gəzdirin ki, biskvit formadan ayrılsın. Sonra isə biskviti soyuma telinə endərin (şəkildə gördüyünüz tel). Perqament kağızını soyub çıxardın. Sonra biskvitini çevirin. Biskvit tortlarda istifadə edilmədən əvvəl tamamilə soyumalıdır. Soyumuş biskviti büküb otaq hərarətində 2 gün saxlaya bilərsiniz, buzluqda isə 2 həftə.

Related Posts with Thumbnails

28 Comments Add your own

  • 1. Resmiyye  |  Aprel 15th, 2010 at 12:37 pm

    Assalamu aleykum Feride xanim.men sizin bloqa yeni qoshulanlardanam.reseptlerinizi cox beyenirem.asan ve dadlidir.hem de her bir incelikleri verirsiniz.cox sag olun.gelecek ishlerinizde size ugurlar arzulayiram.xahish edirem rozocka deyilen bir shirniyyat var onun reseptini tapmaqda mene komek edesiniz.evvelceden teshekkur edirem.helelik

  • 2. AYTEN  |  Aprel 15th, 2010 at 8:43 pm

    SIZE OZ MINNETARLIQIMI BILDIREM YENI RESEPD VARSA YAZIN

  • 3. Resmiyye  |  Aprel 15th, 2010 at 11:18 pm

    Her vaxtiniz xeyir Feride xanim,beli rozocka shirnisi,icerisi kremli olur.ozu de gizilgule benzeyir.

  • 4. pani nargiz  |  Aprel 16th, 2010 at 12:51 am

    cox gozel bu biskivitden men de edirem tortlar ucun cox gozeldi.ellerinize saglig :)

  • 5. Revane  |  Aprel 16th, 2010 at 3:47 am

    Salam Feride xanim.Buna soda ve ya qabartma tozu vurmuruq? Mende bu resept var, amma mendekinde soda var resepte. eslinde vurmali deyilik?
    Birde qagidali nishastasi ingilisce-Corn starch(Maize starch) gedir? Men duzu bu adla bir nece defe axtarmisham, amma tapa bilmirem, bu mehsul xaricde tapilan deyil?

  • 6. Sabina  |  Aprel 16th, 2010 at 7:13 am

    Salam Feride xanim.Necesiniz?Men cox sadam ki sizin bele blogunuz var.Artiq 4 aydir ki sizin blogunuzdan istifade edirem ve bir cox teamlari hazirlamisam.Tevazukarliqdan kenar olsada cox beyenilib.Hemise bele dadli resseptlerinizle sizi gozleyirik.Allah size can sagligi versin.

  • 7. FƏRİDƏ  |  Aprel 16th, 2010 at 7:54 am

    REVANE: Soda ve ya qabartma tozu vurmuruq bu reseptde. Biksvit ele gozel sisir ki onlarsiz da. Sinaqdan kecirin. Qargidali nisastasi CORNSTARCH adlanir. Butun supermarketlerde var, en azindan ABSda. Bilmirem siz hardasiniz. Amma harda olsaniz olun, mence tapilan erzaqdir.

    QIZLAR, haminiza serhlerinize gore tesekkur edirem.

  • 8. Nezaket  |  Aprel 16th, 2010 at 10:08 am

    Salam.Ellerinize sagliq.Cox leziz gorsenir.Mutleq bisirecem.Coooooox sag olun.

  • 9. Məleykə  |  Aprel 16th, 2010 at 11:03 am

    Salam Fəridə xanım necəsiniz? Mən artıq 1 həftədirki sizin saytdan xəbərim yox idi çünki burda deyildim bugün qayıtmışam və sizin üçün elə darıxmışamki evə çatan kimi əvvəl sizin bloga daxil oldumki baxım görüm nəvar nəyox keksiniz çox gözəl görünür əllərinizə sağlıq mən toyuq ciyərindən paşlet hazırladım hamı bəyəndi bir sözlə sizə minnətdaram mən çox yeni yemək reseptləri ilə tanış oluram buda mənı sevindirir və bu sevincimində səbəbkarı sizsiniz öpürəm sizi gecəniz xeyrə qalsın

  • 10. xatire  |  Aprel 17th, 2010 at 5:31 am

    salam Feride xanim.necesiniz?sizi daim izleyirem.bu biskivitden hazirladim yarisina da kakao tokdum.cox gozel alindi.cox saq olun.

  • 11. mutfakteyze  |  Aprel 19th, 2010 at 10:50 am

    Harika bir blog.. Biraz okumakta zorlandım ama sürekli takip edecğim ;)

  • 12. mehin  |  Aprel 19th, 2010 at 11:44 pm

    Salam.. bilmek istedrim niye ingilis dilinde yazilan reseptlerin bezileri azerbaycan dili bolumunde qoyulmur? baxmayaraq ki menim ingilis dili problemim yoxdur, amma yene de oz dilimizde bele sayt adama xos tesir bagislayir.. xahis edirem bunu nezere alasiniz.

  • 13. ULVIYYE  |  Aprel 20th, 2010 at 8:32 am

    Salam Feride xanum. Sizden sekerli xemirin ve dondurma tortunun reseptini ve hazirlanma qaydasini yazmaginizi xahish edirem. indiden cox sagolun.

  • 14. AZ Cookbook - Azərbaycan&hellip  |  Aprel 20th, 2010 at 8:12 pm

    [...] bisvitimizi bişirdik. İndi isə növbə bu biskvitdən tort düzəltməyə gəldi. Əvvəllər dükkanlardaı [...]

  • 15. Aynura  |  Aprel 22nd, 2010 at 9:11 am

    Salam Feride xanim.cox sagolun reseplere gore!

  • 16. Pervane  |  Aprel 23rd, 2010 at 4:01 am

    twk Allah razi olsun

  • 17. Aynur  |  Aprel 24th, 2010 at 10:40 am

    Supersin Feride xanim

  • 18. sabina  |  Aprel 29th, 2010 at 10:53 am

    salab feride xanim men tortu bisirmek isteyirem amma gargidali nisastasi tapa bilmirem birdeki vanil ekstrakti nedir sagolun nisastasiz olmaz ki

  • 19. PƏRVANƏ  |  May 1st, 2010 at 4:08 am

    SEBİNƏ VƏ TURANƏ AYİBDİR QİZLAR BELƏ SOZLƏR NİYƏ YAZİRSİNİZ.SİZİN XOSUNUZA GƏLMİR AMMA BİZİM XOSUMUZA GƏLİR.BİZ BURA BAXİB HƏR SEY HAZİRLAYİRİQ VƏ DƏ XOSUMUZA GƏLİR.BİZ FƏRİDƏ XANİMİN HƏR ZAMAN ARXASİNDAYİQ.ADAM BƏRƏKƏTƏ PİS SOZ DEMƏZ.XOSUNUZ GƏLMİR BAXMAYİN.MƏNCƏ BAXİB PAXİLLİQ EDİRSİNİZKİ BİZ NİYƏ BU CUR HAZİRLAMAGİ BACARMİRİQ.PAXİLLİQ LAZİM DEYİL BAXİB OYRƏNMƏK LAZİMDİR.

  • 20. Fəridə  |  May 1st, 2010 at 8:53 am

    SABINA: NIsastasiz da olar. Bir stekan undan istifade edin. Vanil susede satilir, sulu olur.

  • 21. Fəridə  |  May 1st, 2010 at 8:54 am

    PERVANE: Cox sag ol desteyine gore. Sebine ve Turane adlarinda shexs eslinde eyni adamdir. Iki adla buraya serh qoyub. Terbiyyesiz, seviyyesiz serhler olduguna gore derhal saytdan qaldirildi.

  • 22. samire ismayilova  |  May 11th, 2010 at 12:30 pm

    Salam Feride ! Xanim choxdandi sherh yazmirdim , amma davamli olaraq oxuyurdum reseptlerinizi . Allah qelbinize gore dilediklerinizi versin . Tutdugunuz altin olsun amin ! Bu biskviti choxdan idi axtarirdim ,teshekkur edirem size . Sen deme asl sirr nishastada imish . Bu kichik sirri bize achdiginiza gore belke, qennadchilar sizi qinayacaq, amma menim kimi bloqunuzdan istifade edenlerin dualarini qazandiniz. Sag olun . Sag olun ki varsiniz !

  • 23. Seher kuleyi  |  May 18th, 2010 at 4:07 am

    Feride xanim reseptleri oxuduqca cox sevinirem bu sayti tapdigima, reseptde kicik sirrleri verdiyinizcun cox sagolun ele acar da hemin kicik sirlerdi, sizin kimi bacariqli xanimlarin olmasi meni sevindirir isinizde ugurlar, men artiq sizin daimi oxucunuz olacam.Cox gozel hisslerle helelik ayriliram saytan refiqelerime mutleq sayt barede xeber verecem. Allah sizi qorusun, ozunuzden mugayet olun.

  • 24. PERVIN  |  Iyun 29th, 2010 at 1:47 am

    ELADIR

  • 25. Gulnar  |  Iyul 17th, 2010 at 12:40 pm

    Salam Feride xanim.Bir daha ve sonsuzadek hazirlayan ve bisiren elleriniz var olsun.Mende bu biskvitden cox tez-tez hazirlayiram.Hem cox dadli hem de asan basa gelen sirniyyatdir.
    Feride xanim sizden bir xahisim var.Bu yaxinlarda qizimin 1 yasi olacaq.Onun ad gunu ucun tort hazirlayacagam.Sizden isteyim tortu bezemek ucun saytiniza usaqlar ucun maraqli tort resmleri yerlesdirmeyinizdir.Ve eyni zamanda hazirlanma qaydalarini.Bilirem bu bir gunluk is deyil ama nezere alsaniz sevinerem.Evvelceden tesekkurler.Sizinle fexr edirik…

  • 26. Könül  |  Avqust 16th, 2010 at 1:49 am

    cox sagolun ))

  • 27. yalanchi dolma  |  Avqust 20th, 2010 at 2:33 pm

    Salam Feride xanim. Size zehmet olmazsa eger resepti sizde varsa chox xahish edirem menimchun ev sheraitinde mayonezin hazirlanma qaydasini yazardiniz. 3-4 il bundan qabaq televizorda turk yemek proqramlarinin birinde verirdiler amma maraqlanmadigimchun resepti goturmedim. Indi de chox peshimanam. Bir de ki,eger varsa ev sheraitinde hazirlanan squwenkanin da. Qabaqcadan minnetdaram. Sag olun.

  • 28. bella  |  Avqust 26th, 2010 at 6:58 am

    yemekler superrrrr emeye gore twk

Şərh Yaz

Lazımdır

Lazımdır, bloqda görünməyəcək

(Varsa)

Trackback this post  |  Subscribe to the comments via RSS Feed