kataloq

Qaragül Piroqu (Tyortıy Piroq)

Yeni Əlavə - bu piroqun qaragül adlandığını da bilmirdim. Siz oxuculardan öyrəndim. Çox sağ olun. Yeni adı reseptin başlığına əlavə etdim.

******

Rus adıyla tanınan tyortıy piroqu yəgin tanıdınız. Piroqun adını Azəricəyə tərcümə etməkdə bir az çətinlik çəkdim - bir neçə tərcümənin arasından sürtgəc kətəsini seçdim. Sizcə necədir? Adını bilmirəm, amma mən bu kətənin dadını yaman xoşlayıram. Məncə çay süfrəsinə çox yaraşır.

Sürtgəc Kətəsi = Qaragül Piroqu (Tyortıy Piroq)

Xəmir üçün;
4  stəkan  yarım un
1 çay qaşığı soda
4 ədəd yumurta  - otaq hərarətində
2 stəkan şəkər tozu
100 qram kərə yağı - əridib soyudun

İçi üçün:
Variant 1:  2 stəkan hər hansı bir növ turşməzə meyvəmin cemi
Variant 2:  2 stəkan ərik cemi +   bir ovuc doğranmış qoz ləpəsi

Ölçüsü 33  X 22 sm olan formanın dibini və kənarlarını yağlayın. Bir kasada un və sodanı qarışdırıb, kasanı kənara qoyun.

İri bir kasada yumurta və şəkəri qarışana və qaymaq kimi olana qədər mikserlə çalın. Əridilmiş (ərinmiş deyil!) yağı buraya əlavə edib qarışdırın. Unu da tədricən buraya əlavə edib qarışdırın. Əvvəlcə mikserlə çala bilərsiniz, amma daha çox un tökdükdən sonra xəmir bərkiməyə başlayanda, əlinizlə yoğurun. Alınan xəmir bərk olmalı amma bir o qədər de deyil. Əlinizə bir az yapışsa problem olmaz, amma çox yapışırsa,  bir az da un əlavə edin.

Xəmiri 2 hissəyə bölün. Bir hissəsini formanın dibinə əlinizlə yayın. O biri hissəni isə kündələyib, mətbəx streçinə büküb buzluğa qoyun ki, bir az bərkisin,  təxminən 15 dəqiqə ərzində.

Sobanı 185C-dək qızdırın.

Birinci layın üstünə cemi çəkin. Buzluqda olan kündəni sürtgəcin iri dişlərində birbaşa kətənin üstünə keçirin.

Kətəni 35 dəqiqə və yaxud üstü azacıq qızaranadək bişirin. Soyuduqdan sonra istəyə görə kətənin üstünə şəkər pudrası ələmək olar. Nuş Olsun!

Related Posts with Thumbnails

49 Comments Add your own

  • 1. Nigar  |  Yanvar 17th, 2011 at 2:53 am

    Feride xanim men bujndan bisirmisem qeseng alinir.biz bunun adina biz bunun adina QARAGUL piroqu deyirik.

  • 2. Guler  |  Yanvar 17th, 2011 at 2:56 am

    Fəridə,cemin əvəzinə zefifason nəsə,şokoladlı krem ya da kakaolu şirə qatmaq olar? amerikan cake-ləri kimi.

  • 3. Nigar  |  Yanvar 17th, 2011 at 3:01 am

    Feride xanim bilirsiz bunun adina niye QARAGUL PIROQU deyirler bizde?ona gore ki qaragul qoyunun ustu bu piroqun ustu kimi qivirciq olur.ona gore:)

  • 4. FƏRİDƏ  |  Yanvar 17th, 2011 at 3:04 am

    NİGAR - Çox maraqlı addır. Xoşum gəldi. Bəs sizdə deyəndə hara nərəzdə tutulur?

  • 5. FƏRİDƏ  |  Yanvar 17th, 2011 at 3:05 am

    GÜLƏR - zefir yaxşı olmaz məncə. Nəsə mürəbbəyə oxşar bir şey olmalıdır. Kakaolu şirə necə olur?

  • 6. ŞƏRQİYƏ  |  Yanvar 17th, 2011 at 5:49 am

    salam Feridə xanım.görünüşü xoşuma geldi.hazırlamaq isteyirem bir şeyi başa düşmədim.resepde erinmiş yag yazılıb amma hazırlanmada eridilmiş deyil yazmısız.yeni nece yag olsun?

  • 7. FƏRİDƏ  |  Yanvar 17th, 2011 at 9:55 am

    ŞƏRQİYƏ - Yəni ki, əri əridin sonra tez kənara çəkin. Əridilmiş və ərinmiş yağ fərqil şeylərdir. Bunu eləcə tez əridin soyudun. Əridilmiş yaği isə bir qədər çox bişirirlər ki, tortası çıxsın. Özünüz yəgin bilirsiniz.

  • 8. ŞƏRQİYƏ  |  Yanvar 17th, 2011 at 12:03 pm

    başa düşdüm.çox cag olun.

  • 9. Samire  |  Yanvar 17th, 2011 at 11:22 pm

    Feride xanım terkler demişkən ellerinize saglıq. Məndə bişirmiəm bunu gözel alınır. Adı bir az uzun ve çətin olub. Əslinde bu qurabiyə kimidir. Kətə dedikde mənim aglıma göyərtili kətə gəlir. Nigar xanımın dediyi kimi adı Qaraqul qurabiyısi olsa yaxşı olar. eyni ile tercümə etməsənizdə olar yeqin ki.

  • 10. Ulviyye  |  Yanvar 18th, 2011 at 4:59 am

    Mən bu piroqu çooox sevirem.Cooox dadlı olur.Hazırlammasıda çox asanddır.Cox sağ olun.

  • 11. Zümrüd  |  Yanvar 18th, 2011 at 10:09 am

    Salam.Mən bu piroqu bişirmişəm,çox dadlı olur. Çoooox sagolun.Sizdən yeni reseptlər gözləyirəm.

  • 12. Ayşən  |  Yanvar 18th, 2011 at 11:45 am

    Salam Feridə xanim.Bu piroq mənim demək olar ki hər həftə bişirdiyim piroqdu.Çox sevirəm bu piroqu.Sizə dərin təşəkkürümü bildirirəmki belə gözəl reseptləri şəkillərlə izah edirsiz.Mənim sizə işim düşüb(Bacım deyirki həmişə işin düşən də adama xoş söz diyirsən).Mənə salyonu peraşki reseptini detə bilərsiz.Bir söz də deyim.Sizin reseptləri tez-tez bişirirəm.Bugün anam bizə gəlib deyir ay qız necə kökəlmisən.Boşduq olan kimi nəsə bişirib yemmək istirəm.Bilmirəm axrım necə olacaq.Birdə gördüz sizə diyetik yemək reseptləri istədim.Özdə reseptlərinizi istifadə edən kimi hamıya paylayıram.Allah razı olsun sizdən.NOoolaaaaar salyonu peraşki reseptini yazın.İstəsəz emailmə də yaza bilərsiz

  • 13. Xaliqə  |  Yanvar 20th, 2011 at 5:27 am

    Salam, Fəridə xanım. çooox sagolun, resept üçün. təşəkkür edirəm

  • 14. Feride  |  Yanvar 20th, 2011 at 8:18 am

    Bu piroqdan mende hazirlayiram cox dadli alinir cox sagolun Feride xanim allah size can sagligi versin bu cur reseptleri bizimle paylasdiginiz ucun

  • 15. Nesime  |  Yanvar 25th, 2011 at 11:20 pm

    Salam Feride xaninm! Gozel etrafli izahiniza gore size tewekurler! Axwma hazirladim bu piroqu cox gozel alindi buna gore size cox saq ol deyirem! ne olar kiev kotletinin reseptini de mumkunse xahiw edirem.

  • 16. AYSEL  |  Yanvar 26th, 2011 at 2:10 pm

    salam Feride xanim. Men sizin saytinizala coxdan tanisham demek olar ki bu sayt acilandan. Bir defe sizin saytda AGLAYAN TORT adli tort 1resept var idi. Men de onu yazmadim.Dedim ki,onsuzda varda burda .Amma siz saytin adini deyishdirende o tortun resepti yox oldu. SIZDEN COOOOOOOX XAHISH EDIREMKI o resepti mene veresiniz,ya da saytda yerleshdiresiniz.Onceden TESEKKURLER.

  • 17. Nargiz  |  Yanvar 26th, 2011 at 10:09 pm

    Feride xanim,

    Yeni tarife gore teshekkur edirem. Men bu surtgec ishini bir o qeder sevmirem. Ona gore uzerini bashqa cur edirem. Et cheken mashindan xemiri kechirib uzerini türmə formasında bezeyirem.

    ~Nargiz

  • 18. FƏRİDƏ  |  Yanvar 28th, 2011 at 10:21 am

    AYSEL - Ağlayan tort reseptini mən buraya yerləşdirməmişəm. Ola bilər oxuculardan kimsə yazıb. Mən silməmişəm. Ola bilər ki, bloqun hansısa başqa səhifəsindədir. Harada olduğunu bilmirəm düzü.

  • 19. mehseti  |  Yanvar 28th, 2011 at 10:25 am

    Feride xanim,choxsaqolun
    men bu piroqdan bishirmishem cem evezine surtgecden kechmish alma, azaciq darchin ve 2.3 damci da limon suyu tokmushem. Qonaqlarim beyendi gozel alindi

  • 20. Ayselka  |  Yanvar 29th, 2011 at 12:14 pm

    Salam, Fəridə xanım.
    Resepti götürən kimi bişirdim. Elə bir az əvvəl çayla içdim )))
    Çox xoşumuza gəldi. Aİləlikcə bəyəndik. Amma qalanda bir az bərkidi.

  • 21. CEMILE  |  Yanvar 31st, 2011 at 5:19 am

    ezizim FERIDE xanim biz artiq illerdir bu piroqu edrik.berdeden xalam oyretmiwdi bunu mene ve meclislerimizde en gozel piroq kimi qeyd olunur ve yeyilir cox saq olun lap deqiq resepte qore.bizlerde bunu KARAKUL adlandirirlar .her zaman bele yadimizda qalib.bu saytin yerini hec yer vere bilmez

  • 22. CEMILE  |  Yanvar 31st, 2011 at 5:20 am

    AYSELKA xanim bu piroq ele bir az berk olur isti isti yumwaq olur eslinde ele berk yeyilir.yeni bundan natahat olmayun

  • 23. CEMILE  |  Yanvar 31st, 2011 at 5:23 am

    bir nuyansi da chatdirim biz cemle qoz qariwimina yumurtanin aqini yaxwica calib qatriq sarisini ise testosuna qatriq

  • 24. hayatcemresi  |  Fevral 1st, 2011 at 3:49 pm

    Feride hanım,
    çok değişik bir tatlı olmuş,nefis görünüyor,
    Ankara’dan sevgiler…

  • 25. Nargiz  |  Fevral 2nd, 2011 at 2:28 am

    Ela resepler var Men balli tortu bishirdim.

  • 26. Terane  |  Fevral 5th, 2011 at 1:28 am

    salam Feride xanim.yerlesdirdiyiniz reseplerin coxunu bisirmisem.cox lezzetli alinib.cosag olun zehmet olmasa yeni pizza resepleri yerlesdiresiniz.pomidoru ne ile evez etmek olar.qis oldugundan pamidorlar parnikde yetisir.bu da cox ziyandir.meslehet verseniz cox sevinirem.

  • 27. SAMIRA  |  Fevral 5th, 2011 at 12:16 pm

    Salam Feride xanim necesiniz reseptlere gore cox sag olun.bu piroqu bizde cox bisirmisik eladi ama bizde adi KARAKULA di.yigincaq qonaq olan kimi bu piroqdan bisiririk cox sagolun.elleriniz derd gormesin

  • 28. Yaqut  |  Fevral 10th, 2011 at 6:19 am

    Salam.Burda gordum,bishirdim.Beyenildi.Minnetdaram.

  • 29. Xeyale  |  Mart 3rd, 2011 at 2:25 am

    Feride xanim burda sodani neye qatiriq?una?chox sag olun.

  • 30. FƏRİDƏ  |  Mart 8th, 2011 at 5:47 pm

    XƏYALƏ - bunu reseptin əvvəlində qeyd etmişəm. Soda una qatılır.

  • 31. GUNEL  |  Mart 11th, 2011 at 9:14 pm

    Salam,cox sag olun ki,bele melumatlar yazirsiniz ve bizimde melumatimiz olmaqla yanawi sevdiklerimizle beraber agiz dadimiz deyiwir.Minnetdariq.

  • 32. Vefa  |  Aprel 14th, 2011 at 3:54 am

    Salamlar her kese.
    Demek olar ki, orta mekteb dovrunden bisirdiyimiz piroqdur, sadece biz 1 eded Sana -ni butov elave edirdik buna ve seker tozu ile yumurtani da xama halina dusenedek chalmazdiq.
    Bu usulu da yoxlariq inshallar gorek ferqi ne olur.
    Yorulmayasiniz:)

  • 33. Ofelya  |  Aprel 15th, 2011 at 11:23 pm

    Salam, Feride xanim. Shekillerden gorunduyu kimi siz shushe tavadan chox istifade edirsiniz. Men bu cur tavani yalniz microdalgali sobada istifade edirem. Amma adi qaz sobasina qoymaga risk etmemishem. Qaz sobasinda bishirmek olar shushe tavada? Sinmaz ki?

  • 34. FƏRİDƏ  |  Aprel 18th, 2011 at 3:40 pm

    OFELYA - Qalın istiyə dayanlqlı şüşədirsə, problem olmaz.

  • 35. roya  |  Aprel 20th, 2011 at 5:03 am

    twk edirik feride xanim,allah sizi eskik etmesin

  • 36. aygul  |  May 18th, 2011 at 8:36 am

    salam Feride xanim. bu piroqa soz ola bilmez. o qede bisirmisem ki uje reseptini ezber bilirem…cox sagolun. Tanri sizi qorusun.AMIN!

  • 37. GULSEN  |  Iyun 26th, 2011 at 5:55 am

    TESEKKURLER

  • 38. ORXAN  |  Avqust 1st, 2011 at 10:22 am

    Feride xanim cox sag olun ki bu cur reseptleri saytda yerleshdirirsiniz.xanimlarimiz da bishiriri. agzimiz dada gelir.
    teshekkurler

  • 39. Gulten  |  Avqust 10th, 2011 at 4:44 am

    Salam Feride xanim.Men sizin sayti yanvar ayindan izleyirem.sizin sayti ve reseptlerinizi goren de nece sevindiyimi dile getire bilmirem.Sizin reseptlerinizden sobada pirojki,NApoleon,Limonlu dordbucaqlar,Pendirli borucuqlar,Bulkiler,Qaymaqli dondurma,Balli tortu bisirmisem.evveller elimdwen qetiyyen sirniyyat bisirmek gelmirdi,sizin ve sizin verdiyiniz reseptler sayesinde men bu sirniyyat tilsimini sindirdim.Size cooooooooooox minnetdaram.

  • 40. cinare  |  Avqust 15th, 2011 at 1:25 pm

    davamli olaraq sizin sayti izleyirem cox beyenirem eladir. bu piroq da cox dadlidi.yemisdim amma reseptini bilmirdim tesekkur edirem

  • 41. SERFI  |  Sentyabr 5th, 2011 at 11:52 pm

    FERIDE XANIM COOOOX SAG OLUN KI BELE GOZEL RESEPLER YAZIRSIZ.YENI RESEPLER GOZLEYIREM

  • 42. Yegane  |  Sentyabr 9th, 2011 at 10:45 am

    Salamlar.Menim mamam sirniyyat bisirmeyi cox sevir ve hal-hazirdada bisirmekle mesquldur.3 nov sirniyyat bisirib.Onlardan biride qaragul piroqudur.Cox gozel alindi.

  • 43. can_memmedov  |  Sentyabr 25th, 2011 at 8:59 am

    salam feride xanim men peraski pisirirem amma yumusaq olmur zehmet deyilse onun reseptini bilirsinizsse yazardiniiz da nolarrrrrrrrrrr

  • 44. Sada  |  Oktyabr 22nd, 2011 at 12:37 am

    Salam, sizcə yağ tortaından nə bişirmək olar. Necə istifadə etmək olar onu?

  • 45. FƏRİDƏ  |  Oktyabr 24th, 2011 at 9:26 pm

    SADA - Yağın tortasından qurabiyə bişirmək olar. Bir gün reseptini yazaram.

  • 46. Aysel  |  Oktyabr 29th, 2011 at 10:42 pm

    Salam,Fəridə Xanım,Mən Qaragül piroqunu hazırladım çox gözəl oldu sayənizdə Ümumiyyətlə Sizin reseptlər əsasında hazırladığım şirniyatlar çox gözəl alınır və çox böyük arxayınlıqla hazırlayıram.Sizdən xaişim o olacaqdı ki,Siz meyvəli tart bişirib yerləşdirəsiz,düzünü desəm başqa resept əsasında hazırladım ürək açan olmadı,bu səbəbdən sizdən xaiş edirəm.

  • 47. Gulsen  |  Yanvar 8th, 2012 at 7:47 am

    Salam feride xanim.Mende ele indi hazirladim dadina baxim bu serhi yaziram.Cox gozel alindi cox sag olun.

  • 48. Ilahe  |  Yanvar 10th, 2012 at 10:05 am

    Salam Feride xanim. Sizin reseptleriniz erimin gozune girmeyime cox komek edib. Uterine geden yol medesinden kecir:) cox sag olun. Bir sualim var. Sonda tortun uzerine turkler seker hamuru deye xemir acirlar sonra bezeyirler hemin seker hamurdan bezekler de duzeldirler. Zehmet olmasa onun reseptini yazasiz. Thanks

  • 49. Kəmalə_92  |  Yanvar 25th, 2012 at 11:33 pm

    Salam Fəridə xanım.Necəsiniz?Bu piroqu hazırladım.Çox dadlı alındı.Hamı bəyəndi,evdəkilər də,işdəki qadınlar da.Çox sag olun.ALLAH razı olsun.

Şərh Yaz

Lazımdır

Lazımdır, bloqda görünməyəcək

(Varsa)

Trackback this post  |  Subscribe to the comments via RSS Feed