Mən Bakıdaykən, mənə, “Ay Fəridə, dur bir çörək bişir” deyən olsaydı, yəgin ki, gülərdim və deyərdim ki, “Çörək bişirməyə nə gərək var, odur e, dükkanlar, bazarlarda çörəkdən çox çörək var, heç əziyyətə dəyər?” Sən demə, bəzi vaxtlarda dəyər. Bunu Kaliforniyaya gəldiyimdə burnumun ucu Azərbaycan çörəkləri üçün göynəməyə başlayanda başa düşdüm, özü də nə az, nə çox, təndir çörəyi üçün. Düzdür, burada müxtəlif növ çörək tapmaq olar, amma Azərbaycanda bişirilən təndir çörəyini nə qədər elədim, tapa bilmədim. Odur ki, qərara aldım artıq çörəyimizi özüm bişirim.
Həyatımda ilk dəfə bişirdiyim çörəyin şəklini bu yazının əvvəlində görürsünüz. Sizcə necə alınıb? Düzü, burada təndir olmadığından mən bu çörəyi sobada bişirirəm, amma görüntüsü təndir çörəyini xatırlatdığı üçün onu elə təndir çörəyi adlandırıram. Təndir çörəyinin üstünə heç nə səpməsəniz də olar. Amma mən üstünə ya xaş-xaş, ya da küncüd səpirəm - bu, çörəyə həm ləzzət, həm də iştah-açan görünüş qatır.
Buyurun, bu da mənim sobada bişirdiyim Təndir Çörəyi.
Çörəyiniz hemişə bol olsun!
TƏNDİR ÇÖRƏYİ
1 çörək üçün
Ərzaqlar
1 paket (7 g) quru maya
1 ½ stəkan (375 ml) ilıq su
1 çay qaşığı duz
3 stəkan (450 g) əla növ un
1 yumurta sarısı, səthi üçün
1 çay qaşığı xaş-xaş və ya küncüd
1. Bir kasaya ilıq su qoyub, quru mayanı bu suda həll edin.
2. İri kasaya unu ələyin. Duz əlavə edib qarışdırın. Sonra una mayalı sulu əlavə edib əlinizlə qarışdırın.
3. Alınan kütləni az unlanmış masa və ya taxtaya qoyub, təxminən 8-10 dəqiqə ərzində xəmir yoğurun. Hazır xəmir elastik və hamar olmalı, və çəx bərk olmamalıdır.
4. Xəmirə kündə şəkli verib, kasaya geri qoyun. Üstünü dəsmalla örtüb xəmirin gəlməsi üçün isti yerə qoyun.
5. Xəmir təxminən 1 ½ - 2 saata gələcək.
6. Gəlmiş xəmirin üstünə əlinizlə basın ki, yığılmış qaz çıxsın.
7. Masa və ya taxtaya bir az un səpin. Əvvəlcə xəmiri əlinizlə yastıladıb, ona oval şəkli verin. Sonra isə ovalın bir küncündən başlayaraq, oxlovla xəmiri 1.3 cm qalınlığı, 35cm uzunluğu və 20cm genişliyi olan ovala açın.
8. İri listin üstünü bir az yağlayın və un səpin (əgər altı-yapışmaz - non-stick - listdən istifadə edirsinizsə, onu yağlamağa gərək yoxdur). Yaydığınız xəmiri ehmallıca listə yerləşdirin. Qoyun xəmir listdə 15 dəqiqə istirahət etsin.
10. İti bıçaqla xəmirin üstündə dayaz ala-çarpaz zolaqlar edin (şəkildə gördüyünüz kimi). Çörəyin səthinə yumurta sarısı sürtüb, xaş-xaş və ya küncüd səpin.

11. Qızdırılmış sobanın orta rəfində 20-25 dəqiqə ərzində, və yaxud üstü qızaranadək bişirin. Nuş Olsun!
89 Comments Add your own
1. Aygun | Aprel 25th, 2009 at 2:13 am
Cox sagolun Feride Xanim! Reseplerinizden istifade ederek cox gozel yemekler bisirirdik bu defe de corek bisirmeyi yoxlayacam. Gorum sizinkisi kimi gozel gorsenir
2. fira | Aprel 25th, 2009 at 5:24 am
COX SAG OLUN FERIDE XANIM! ISTAHIM DUSDU COREYE.SABAH BISIRIB DADINA BAXACAM.
3. tarana | Aprel 26th, 2009 at 2:54 am
ellerine sagliq!!!!!!! cox-cox gozeldir!!!!!!!!!
4. sladkayewka | Aprel 26th, 2009 at 4:50 am
cox sagol dogurdan mende darixiram Azerbaycanin coreyi ucun
5. tarana | Aprel 27th, 2009 at 9:45 am
Feride 48 yashim var,amma yeri gelende senin kimi balacalardanda ne ise oyrenmek adama lezzet verir.ELLERINE SAGLIQ,teshekkurler!!! menim qizimda kaliforniyada oxuyur.yemeklere heveslidir,bir az tenbeldir.
6. FƏRİDƏ | Aprel 27th, 2009 at 9:55 am
AYGUN, FIRA, TARANA, SLADKOYEWKA, tesekkur edirem serhinize gore.
TARANA Xanim, xosh geldiniz. Sevinirem ki, saytimdan yararlanirsiniz. Hemise qonaghim olun.
7. TUNZALE*93 | Aprel 29th, 2009 at 8:32 am
Sozun acigi corek bisirmeyi bacarmiram amma bu coreyi gorende asa oldugunu anladim.Feride xanim men sizden xeyli seyler oyrendim .Buna gore size tesekkur edirem.
8. afag | May 7th, 2009 at 5:28 pm
salam Feride xanim…
cox sagolun tariflere gore… men teze bildimki bela bir sayt var…
xalam gizi gonderib mene… cox sevindim… sizin coreginizi gordum lap acdim:))))))) sizin bu faaliyyetinize ugurlar olsun… ellerinize sagliq… bir sualim var size siz hansi undan istifade edirsiniz?
9. FƏRİDƏ | May 7th, 2009 at 10:26 pm
AFAQ, xosh geldiniz. Burani beyendiyize sevindim. BU choreyi men burda BREAD FLOUR adlanan unla bisirirem, yani CHOREK UNUyla. Agh, ela nov bugda unudur.
10. afag | May 7th, 2009 at 11:34 pm
cox sagolun aperativ cavablara gore…
11. Heqiqet | Iyun 8th, 2009 at 9:47 am
mene yaya yemekleri reseptleri vere bilersinizmi
12. Heqiqet | Iyun 8th, 2009 at 9:49 am
mene yay yemekleri reseptleri vere bilersinizmi eger vere bilersinizse sabaha e-mailime gonderin zehmet olmazsa
13. FƏRİDƏ | Iyun 9th, 2009 at 9:35 pm
HEQIQET: Yay yemekleri deyende deqiq neyi nezerde tutursunuz? Teessufle demeliyem ki, ferdi sekilde resept gonderme imkanim yoxdur. Bloqu izleyin, yeni reseptler olacaq.
14. Turkan | Iyun 23rd, 2009 at 8:39 am
Bakida olarkan hec menimde aglima gelmezdi ki corek bisirem,amma bu Koreyada yemeye nomal corek bele tapmaq olmur(cunki yoxdu)…Men de ozum bisirirem amma 3 stekan una quru maya 1 c/q yarsi qeder vururam.Amma sizin reseptde 1 paketi tam basa dusmedim? Bu qeder cox olmaz ki?
15. FƏRİDƏ | Iyun 23rd, 2009 at 2:48 pm
TURKAN: burda satilan maya paketinde 7 qram maya olur. Orda nece satilir bilmirem. 7 g texminen 2 cay qashighidir.
16. Zaur | Iyul 3rd, 2009 at 5:49 pm
Reseptə gorə sag olun! Bilirsiz ne uchun men de təndir çörəyinin reseptini axtarirdim? Çünki, mən də Kaliforniyada milli çörəyə və lavaşa darixmişam.
Özu qalxan unan istifadə etmisiz? Burda satilan maya nece adlanir? Hansi sheherdesiz?
17. FƏRİDƏ | Iyul 4th, 2009 at 1:51 pm
ZAUR: Xosh geldiniz. Ozu qalxan undan istifade etmisem, amma bu reseptde deyil, bu reseptde olmaz cunki burada maya olmalidir.
Burdaki mayalar DRY YEAST adlanir. Men Long Beach seherinde yasayiram.
18. susuz-mercan | Avqust 13th, 2009 at 12:48 am
Bizde chorek mashini var unu suyu droju duzu ves atiriq ichine ozu yogurur bishirir.eziyyeti o chekir bizlik bir shey yoxdu.
Amma tendir choreyinin yerini hech ne vere bilmez onun etri bele adami bihush edir.chox sag ol
19. Nargiz | Avqust 20th, 2009 at 11:09 pm
Feride xanim,
7g mayani qashiqla nece muqayise etmek olar? mende maya iri qutudadir, ona gore nisbeti teyin ede bilmirem
~Nargiz
20. Fəridə | Avqust 21st, 2009 at 9:24 pm
NARGIZ: 2 1/4 chay qashighi.
21. Ayan | Sentyabr 1st, 2009 at 9:46 am
Cox sagolun FERIDE XANIM:Mene cox lazim idi bu resept.Men 1 il olacaq aile qurmusam.Inanmirdim ki ne vaxtsa mene yemmek bisirmek lazim geler.Hele ustelik Cörek.Axi butun dukanlar da var sukur.Ama ALMANIYA-ya geldikden sonra siz demis lap qürbetde öz creyimizin qoxusuna bele hesret qalmisdim.Bu resept lap yerine düsdü.Size tesekkür edirem…….
22. FƏRİDƏ | Sentyabr 3rd, 2009 at 8:55 am
AYAN: Aile qurmaniz munasibetile sizi tebrik edirem, cxoshbext olun. Resepte gore deymez. Nush olsun:)
23. Suzy | Sentyabr 18th, 2009 at 1:51 am
CANIM FERIDE BACISKOM INDI COREYIN XEMIRIN ELEMISEM.AMMA MEN SU YERINE SUDLE ELEDIM.INDI GOZLEYIREM KI IKI SAAT KECSUN KI, XEMIR OZUNE GELSUN SORAM BISIRIM.BU ARADA ALLAX SENE CAN SAQLIQI VERSUN.SEN OLMASAYDUN NEYNIYERDIIM MEN.QIZIM MENE DEYIR KI MAMA BU YIMEKLERI SEN BISIRIRSEN YA FERIDE XANIM?:))) SENI OPUREM .!!!
24. FƏRİDƏ | Sentyabr 18th, 2009 at 11:10 am
SUZY: Umid edirem ki, corek lezzetli alinar. Sudle de yaxsi olar. HEtta bir az su, bir az sud daha yaxsi olar. Qizinin yanaghimdan op menim adimdan. Feride xalasi nush olsun deyir:)
25. Mansur | Dekabr 27th, 2009 at 1:54 pm
Ozum corekciyem,corek istehsal edirem.Istenilen coreklerin hazirlanmasini praktiki izah ede bilerem.Bir de ki,xanimin coreyi tendir yox,adi soba coreyidir.Tendir yalniz horulmush tendirde YAPILA, veya kurede bishe biler…..
Hormetle Mansur
26. Maya | Yanvar 14th, 2010 at 12:47 am
Salam Feride xanum! Reseptler uchun teshekkur. Gelen ay toyumdu amma men hele hechne ishire bilmirem. Sizin reseptlerinez mene chox komek oldu. Opurem sizi.
27. GUNEL | Fevral 22nd, 2010 at 6:00 am
slm feride.neceseiniz?men sade rulet resepti isteyirem.eger mumkunse menim icin yazin..xoslayiram ev ruletlerin.onceden size minettdaram.bakidan size saygilar sevgiler:))
28. Aynure | Mart 13th, 2010 at 7:26 am
Salam Feride xanim! Çörək reseptiniz diqqətimi cəlb etdi. Men de çörəyi evdə bisirməyi xoşlayiram. Amma çörək maşininda. Heç əldə bişirməmişəm. Birinci dəfə cəhd edəcəm( mənə uğurlar diləyin). Xəmiri yoğurmuşam. Görək necə alinir. Ətrafli izahınız üçün dərin təşəkkürlər. Hələlik!
29. Aynure | Mart 13th, 2010 at 2:12 pm
Çörəyin ətri bütün evə yayıldı. Evdəkilər də çox bəyəndi. Ordubad pendiri ilə çox ləzzətli oldu. Yeriniz məlum. Bircə mərzə-batırınc çatışmırdı.
Süfrəniz çörəksiz olmasın.
30. Sayda | Mart 15th, 2010 at 3:49 am
vallah onu etiraf edimki cox cox şişdim bu çöreyi görən kimi,heyif elimdendə gəlmir,gərək bir dənəyim baxım,çox çox sag olun bizləri belə həvəsləndirdiyiniz üçün allah razı olsun.
31. Elshen | Aprel 9th, 2010 at 4:19 pm
Bir daha salam.!!!!
Inanki gece saat 04:17 - di .!!!!!
Ellerinize salik nece deyerler nenem kimi bishirmisiz.!!!
32. Mahnur | Aprel 10th, 2010 at 11:41 am
salam feride xanim xais edirem slayonu xemirin reseptini yazardiz sag olun
33. afet | Aprel 19th, 2010 at 1:09 am
salam feride xanim sizin yerlesdirdiyiniz reseptlere gore cox tesekkur edirem.men teze aile qurmusam yoldasimla dubayda yasayiram. buranin coreklerine yeye bilmirem,ekseriyyeti sirin olur.bunu mutleq bisirecem.coreye gore teze duxovkada almisiq
hemise evde anam bisirdiyine gore bezi yemekleri tam bisire bilmirdim.sizin reseptleriniz sayesinde bisire bilmediyim yemekleride bisirirem.cox cox tesekkurler
34. Gulperi | Iyun 9th, 2010 at 10:20 pm
Salam Feride xanim, chox teshekkurler reseptlere gore, ayrica bir teshekkur de bu reseptleri nece gozel, aydin izah etmeyinize gore edirem. Kanadada yashayiram, men de yeni aile heyati gurmusham, sizin reseptlerle ailemi feyziyab edirem. Yeni yeni reseptler gozleyirik her zaman sizden!!!
35. venera21 | Iyul 23rd, 2010 at 7:47 am
Salam Feride xanim, lezzetli reseptlerinize gore size cox minnetdaram.men bugun bu coreyi pishirdim ve size bir sualim var.corek quru alindi ama bir az soyuduqda yumushaldi,bu normaldi?
36. venera21 | Iyul 23rd, 2010 at 7:51 am
cox uzur isdeyirem birde bir sualimda olacax size.supermarketden napalieon tortu ucun ,,sloyenni testa,,,aldim ve duxovkanin vintilasiya proqraminda qalxmadilar,mumkunse bir meslehet vere bilersiz?evvelceden cox minnetdaram
37. venera21 | Avqust 18th, 2010 at 12:29 pm
axi niye mene cvb yazmirsiz?:((((((((((((
38. Feride | Sentyabr 4th, 2010 at 5:13 am
VENERA21: Corek eslinde quru alinmamalidir. Alti bir qeder quru ola biler, amma ici yumusaq. Sonradan yumusaldisa, problem yoxdur mence. Diger sualiniza cavab: Ventilasiya proqrami nedir, onu basa dusmedim. Xemirin sismemesi ya onun kohne olmasindan ireli gele biler, ya da ki sobanin yaxsi islememesinden.
39. venera21 | Sentyabr 7th, 2010 at 6:48 am
Cavabiniza gore size minnetdaram Feride xanim.cox cox sagolun.yeni ayle qurdugum ucun sobada yenidi mence birinci variant daha duzgun ola biler.birdaha tshk
40. humeyra | Oktyabr 22nd, 2010 at 10:36 am
selam,eslinde bu dogrudan da soba çöreyidir,9il erzinde defelerle çörek bişimişem,çünki bizimkiler dükan çöreyi yemirler.hele deseniz kürede bele çörek bişirmişem.ama bir şeyi qeyd etmek isteyirem,evde çörek bişirerken mayasini az götürün meselen 1kq una texminen 3q maya yeter,ve en esasi xemir isti yere qoyulmalidir.indi ise ekmekpişirici makinem var.ama heç bir şey el ile edilenin yerini vermez
41. Tahirə | Noyabr 14th, 2010 at 1:18 am
Salam Fəridə xanım ! Mən də burada, İtaliyada, tez-tez “təndir”çörəyi bishirirm. Mən mayanın içinə bir az səkər tozu ələvə edirəm. Və hahiş edirəm, diqqətlə baxın, məncə su miqdarında səhf var : su (75ml) yox, (375 ml) olmalıdır.
Çox böyuk hormətlə Tahira xanım.
P.S. Səhflərimə qörə baqıshlayın,mən rusdilli azərbacanlıyam.
42. Fəridə | Noyabr 14th, 2010 at 10:00 am
TAHIRE: Cox sag olun sehfi tapdiginiza gore. Reqemin birini yaddan cixartmisam:) Cox sag olun. Indi yerindedir.
43. Tahirə | Noyabr 15th, 2010 at 5:55 am
Minnətdaram
44. SEVA | Yanvar 15th, 2011 at 7:37 pm
Men bir nece defe bisirdim amma men de alinmir, guru ve nazik cixir cörek ((( Zehmet olmasa meslehet verin…
45. FƏRİDƏ | Yanvar 16th, 2011 at 8:57 pm
SEVA - Xəmirin yaxşı gəlməsi lazımdır. Amma diqqət yetirin ki, xəmir qıjqırmasın, onda sobada şişməz
46. SEVA | Yanvar 18th, 2011 at 7:59 pm
Cox sag olun Feride xanim..
47. Dr. Qanei | Fevral 3rd, 2011 at 7:12 am
chox gözel , men bu choreyi yapacagam.
Sag olun ve sagligda qalin
dr. eyyub Qanei
48. GUNAY | Fevral 21st, 2011 at 7:46 am
AZERBAYCANdan KALIFORNIYAya ateshin salamlar.FERIDE xanim cox teshekkurler gozel-gozel receptlere gore,zehmet olmasa mumkunse SHUBA salatinin receptini bilmek isterdim,evvelceden teshekkurler.
49. yegane | Mart 2nd, 2011 at 11:41 am
yaxsi reesept yoxdu turk paxlavasi olsa yaxsi olar ???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????>>>>>>>>>>>>>>>
50. nergiz | Mart 6th, 2011 at 12:21 am
salam feride xanim cox saqolun corek reseptine gore tesekkur edirem.
51. reyhan | Mart 22nd, 2011 at 2:34 am
feride xanim her defe yeni resept yerlesdirende tez bisirirem cox lezzetli aliir.amma coreyi 2ci defedi isrirem sismir quru olur(((( neyniyim men herseyi duz edirem.xemir sizinki kimi acimasdi((sismemisdi
52. FƏRİDƏ | Mart 22nd, 2011 at 10:32 am
REYHAN - Çörəyin xəmiri gəlmədisə, çörək də şişməz. Səbəbləri müxtəlif ola bilər - köhnə maya, və ya xəmiri soyuq yerə qoyursunuz.
53. reyhan | Mart 22nd, 2011 at 2:31 pm
mence xemiri isti bukmemisem cunki xemiri goturende soyuq idi.1defede prob edecem alinana kimi el cekmeyecem ))) cavablandirdiginiz ucun tesekkur edirem
54. Vusala N | Mart 22nd, 2011 at 4:03 pm
Reyhan,man da moskvada yasayiram corayi ozum bisiriram.cox yaxsi alinir.San calis xamiri 1az iliq isti yox ha su ila yogur qoy yaxsi galsin sonra lista yay yarim saat kimi saxla amma utunu ortulu saxlaki xamir gala bilsin.xamiri alinla yaysan daha yaxsi olar.cox basmadan.yungulvari harakatlarla yay.ustunu yumurtala bicaqla kasma cangalla 3-4yerdan desdakla qoy bissin ala alinacaq.bisandan sonra da ustunu aciq qoyma tamiz dasmalla buk.yumsalacaq.ugurlar!
55. Vusala N | Mart 22nd, 2011 at 4:13 pm
Farida Xanim,siza da ayrica cox sag ol Deyiram.har seyi bela aciq aydin izahli yazdiginiza gora.salat reseptlarinizi artirsaniz cox yaxsi olar.1da stakaninizin saklin istamisdim sizdan mumkun olsa.
56. reyhan | Mart 23rd, 2011 at 3:04 pm
VUSALE V cox sag olun meslehetiniz ucun.mende moskvada yasayiram)))
57. nura | Mart 24th, 2011 at 11:13 am
salam FERIDE xanim.men tesadufen girdim bu sayta. mende moskvada yasayiram burda duzu cox satilir lioshkalar.coxunuda ermeni liposkasi adlandirirlar deye almiram.yeni tendir corekleri.ozum cox gozel yemek ve shirniyyatlar hazirlayiram her zamanda yenileriylede maraqlaniram.bugun sizden goturduyum corek xemirini etdim duzu hec corek bisirmemisdim .bisirdim kelem dolmasi sarmisaq qatiqla yoldasimla yedik .cox gozel cixdi.tesekkurler!thanks.merci beaucoup!!!!!!!!!!
58. Vusala N | Mart 25th, 2011 at 9:24 am
Moskvada qatigi hardansa hazir alirsiz?????????
59. reyhan | Mart 26th, 2011 at 7:29 am
uraaaaaaaa axirki alindi )))sekildeki kimi qeseng alindi dadinada soz ola bilez hem sisdi xemrim hemde corek yum yumusaq tesekkurler!!!
60. FƏRİDƏ | Mart 28th, 2011 at 5:29 pm
VÜSALƏ: Mənim istifadə etdiyim stəkan ölçü stəkanıdır. Eyniylə çaşka dediyimiz qədər tutur.
61. nura | Mart 29th, 2011 at 2:23 am
vusale n_ moskvada qatiqi hazir almiriq.sud alib ozum qatiq hazirlayiram.sudu qaynadib azca qatiq atib yeni maya isti uyerde bukurem ve 5 -6 saata gatiq gelir.
62. reyhan | Mart 29th, 2011 at 3:16 am
VUSALE_ men burda 1maqazinde gormusem katik yaizilir ustune cox daddidi.
63. Vusala N | Mart 29th, 2011 at 2:23 pm
Reyhan…..Siz hansi maqazinda gormusuz mumkunsa yazin hansi tarafda??????o yaqin turkarin istehsalidi dadli olar…
Nura……….man da sud alib ozum caliram Amma Azarbaycandaki qatigin yerin vermir.
Farida Xanim……cavaba gora tasakkurlar.man bildiyimiz xrustal stakandan istifada ediram.uygundu sizin olculariniza?????
64. Vusala N | Mart 30th, 2011 at 2:29 pm
Reyhan mumkunsa cavab yazarsiz.qatigi harda gormusuz hansi magazada?????tsk
65. Anar | Mart 30th, 2011 at 4:53 pm
Salam,Fəridə xanim.Necəsiniz?
Mən artıq bir neçə müddətdir ki,sizin bu yeni və gözəl saytinizin daimi oxucusuna çevrilmişəm.Bu gun isə,sizin təndir çörəyi ilə bağli verdiyiniz bu gozəl menyunu diqqətlə oxudum.Deyə bilərəm ki,tərkib və görünüşcə çox bəyəndim.Lakin,məsləhət görərdim ki,saytınızın daha da gözəl və maraqlı olması üçün əsil təndir və əsil tandir çörəyinin şəkillərini əlavə edəsiniz.
Hörmətlə,saytinizin daimi oxucusu Anar.
66. reyhan | Mart 31st, 2011 at 10:30 pm
VUSALE - taqanskiy rayonda orda nijeqorodskiy passaj boyuk herflerle SPAR yazilib maqazinin ustune.var orda satilir katik yazilir ustune.1de basqa yerde var adresii deqiq oyrenib yazaram size
67. Vusala N | Aprel 1st, 2011 at 1:41 pm
Cox sag olun.tasakkurlar.imkan olsa yazarsiz digar adresida.Ora 1az uzaqdi mana.hec alib istifada elamisiz?bakidKinin yerin verir?garak mutlaq tapam o qatigi. Tasakkurlar…….
68. FƏRİDƏ | Aprel 1st, 2011 at 1:59 pm
VUSALƏ N - Qatığı evdə hazırlamaq gedib onu uzaq yerdən almaqdan asandı:) . Resepti RESEPTLƏRdə var. Ev qatığı ləzzətli olur.
69. Vusala N | Aprel 1st, 2011 at 10:47 pm
Farida Xanim,maslahatiniza gora cox sag olun.artiq besinci ildi moskvadayam va muddat arzinda qatigi evda hazirlayiram.Amma bilmiram Orda siz tabii inak sudu tapirsiz ya yox burda hazir paketlardaki suddu.onun da qatigi cox tez qicqirir.hec bir hafta Qalmir.bu yaxinlarda yoldasim bazardan guya tabii sud tapib coxlu qaynadib istifada elayiram.Amma bizim AZarbaycanin qatiginin yerin vermir.onuncun dedim balka hazir alsam yaxsi olar?birda tamizlik masalasi var……bela…..cox sag olun..tasakkurlar!!!!!
70. HUMAY | Aprel 1st, 2011 at 11:15 pm
Salam necesiniz Feride xanim?cox sag olun…minnetdaram bu resepte gore.amma zehmet olmasa gobelekle elaqeli yemek vere bilersiniz?
71. reyhan | Aprel 2nd, 2011 at 9:50 am
VUSALE- salam neceesiz?? азбука вкуса maqazini yeqin gormusuz moskvada coxdu her rayonda var sizin qaldiginiz yerdede olar .orda satilir.cox daddidi esl baki qatigidi)))
72. Vusala N | Aprel 2nd, 2011 at 1:29 pm
Cox sag olun.siz necasiz?Aaaa Azbuka vkusa var yaxinliqda baxaram.cox sag olun.tasakkurlar!!!!!!Yaxinlarda Insallah bakiya gediram.yeyaram Orda coxlu.Yeriniz malum.
73. reyhan | Aprel 2nd, 2011 at 2:01 pm
mende yaxsiyam cox sag olun.ne yaxsi sevindim ))) alib coxlu yeyrsiz)))insallah sag salamat.mende yayda gedecem
74. Vusala N | Aprel 2nd, 2011 at 2:28 pm
Cox sag olun.Neca yasiniz var?sohbatlasarik Amma neca muraciat edim bilmiram.manim 29du.
75. reyhan | Aprel 2nd, 2011 at 2:40 pm
menim 22)))
76. reyhan | Aprel 2nd, 2011 at 2:42 pm
moskvanin harasinda olursuz???
77. Vusala N | Aprel 2nd, 2011 at 2:45 pm
Biz recnoyda.siz???ailalisiz?usaginiz var???
78. reyhan | Aprel 2nd, 2011 at 2:51 pm
biz vixinoda.he aileliyem 1 qizi 1 oglum var bes siz
79. Vusala N | Aprel 2nd, 2011 at 2:57 pm
Manimda bir qiz bir oglum var…
ha siz bizdan cox uzaqsiz.siz moskvanin bir basinda biz o biri basinda……
80. reyhan | Aprel 2nd, 2011 at 2:59 pm
allah saxlasin.he eledir uzaqdir(((
81. roya | Aprel 8th, 2011 at 2:20 am
cox byendim,tewekkurler
82. nergiz | Avqust 26th, 2011 at 3:09 am
salam necesiz? zehmet olmasa slayonnu xemirin hazirlanma qaydasini yazardizde evvelceden tesekkurler
83. ruska, | Sentyabr 25th, 2011 at 6:37 am
SALAM FERIDE XANIM ELLERINIZE SAGLIQ, COOX GOZEL RESEPTLERDIR. BURDAN OYRENIB YOLDASIMA HAZIRLAYIRAM COOOX BEYENIR. MENDE COX SEVINIREM SIZIN SAYENIZDE. FERIDE XANIM MEN BU COREKDEN 4 DENE BISIRMEK ISTERDIM BIR DEFEYE NE QEDER EERZAQLAR LAZIM OLDUGUNU BILMIREM. ZEHMET OLMASA YAZINDA DEQIQ MEN BILIM. COX SAGOLUN
84. FƏRİDƏ | Sentyabr 25th, 2011 at 10:52 pm
RUSKA - Ərzaqların sayını 4 dəfə artırın.
85. Nina | Oktyabr 27th, 2011 at 10:30 am
Salam
Bir muddetdir Kanadada yasayiram, muxtelif cur corek aliram amma adet etdiyim corek kimi deyil hec biri. Bu gun sizin reseptden istifade ederek ozum bisirmeye qerara aldim. Yemek bisirmeyi yeni oyrenirem, ve ilk defedir xemir yogurdum. Cox yapishqan alindi xemir, bu normaldi yoxsa yox? Bu coreyi tendir corek formasinda degil “baton” formasinda bisirmek olar? Teshekkur edirem! Bloqu izlemeye davam edeceyem! Size ugurlar! 
86. Reyhan | Noyabr 11th, 2011 at 9:57 am
Feride xanim sizde soba qaznandi? Mende ustu spiral alti qazdi.
87. FƏRİDƏ | Noyabr 11th, 2011 at 10:59 pm
REYHAN - Üstü də altı da spiraldır.
88. Yasef | Yanvar 15th, 2012 at 10:48 am
Salam Farida xanim corayiniz bol ruzili barakatli olsun!
89. Gozel | Yanvar 18th, 2012 at 9:07 am
tez tez edirem cox dadli olur tewekkurler.
Şərh Yaz
Trackback this post | Subscribe to the comments via RSS Feed