kataloq

Tərəvəzli Buğda Salatı

Soyuducudakı tərəvəzlərdən və Novruz  bayramından qalan buğdanı necə istifadə edim fikirləşərkən, bunları bir salatda birləşdirmək fikrinə gəldim. Salat bir növ Türkiyənin kısır adlanan (bulqurdan hazırlanan salat) salatı hatırladır, amma içində bulqur yerinə buğda və sobada bişirilmiş tərəvəz var. Hər iki salatda bol-bol  göyərtidən istifadə olunur.

Tərəvəzli Buğda Salatı

Bütün ərzaqların miqdarını zövqə görə azaldıb, artıra da bilərsiniz. Narşərabın istifadəsi zəruri deyil, amma mən onun salata əlavə etdiyi turşməzəliyini çox xoşlayıram.

6-8 pay üçün

2 stəkan buğda
4 ədəd orta badımcan
1 ədəd kabaçok (zəruri deyil)
1 ədəd qırmızı Bolqar bibəri - toxumunu çıxardın
1 ədəd sarı və ya turuncu Bolqar bibəri - toxumunu çıxardın
zövqə görə zeytun yağı
1 ədəd limonun suyu
1 xörək qaşığı və yaxud zövqə görə narşərab (zəruri deyil)
xırda doğranmış cəfəri
xırda doğranmış şüyüd
xırda doğranmış nanə
xırda doğranmış təzə soğan - ağ və yaşıl yerləri
duz
istiot

Buğdanı gecədən suya qoya bilərsiniz ki, sabahı gün daha tez bişşin. Bu zəruri deyil, amma belə etdiyinizdə vaxtınıza qənaət etmiş olarsınız. Buğdanı qazana su doldurub yumuşalanadək bişirin. Buğdadan asılı olara bu, 1 saatdan 2, hətta 3 saata qədər çəkə bilər. Süzün və üstündən soyuq su gəzdirib suyunu yaxşıca süzdürün. İri qaba qoyun.

Buğda bişərkən, tərəvəzləri də bişirin. Bunun üçün onları xırda kubiklərə doğrayın. Listə qoyun, duz istiot və 2 xörək qaşığı zeytun yağı əlavə edib, əlinizlə qarışdırıb lay kimi yayın.

Sobanı 200Cdək istidin. Listi sobanın orta yerinə qoyub, tərəzəvləri hər tərəfi qızaranadək bişirin, təxminən 30 dəqiqə. Bu müddər ərzində listi bir və ya iki dəfə çıxardıb, tərəvəzləri qarışdırın ki, hər tərəfi eyni  bişsin. Tərəvəzləri kənara qoyun.

Qabdakı buğdaya zövqə görə duz, istiot, zeytun yağı, limon suyu, və narşərab əlavə edib, qarışdırın. Üstünə tərəvəzləri və göyərtini əlavə edib yenə qarışdırın. Çox bərk qarışdırımayın ki, tərəvəzər əzilməsin.

Hazır salatı otaq hərarətində və ya bir qədər soyumuş vəziyyətdə süfrəyə verin. Nuş Olsun!

Related Posts with Thumbnails

10 Comments Add your own

  • 1. naida  |  Aprel 9th, 2010 at 9:08 am

    SALAM! YAXSHI SALATDIR, BELE BASA DUSDUM KI, GOYERTILER BISHMEYECEK, YALNIZ TEREVEZLER BISHECEK.SAG OLUN!

  • 2. FƏRİDƏ  |  Aprel 9th, 2010 at 9:18 am

    NAIDA: Cox sag olun. Beni, yalniz terevezler bisir.

  • 3. Mehriban  |  Aprel 9th, 2010 at 10:33 pm

    Feride salat resepleriniz cox xoshuma gelir.Cox sag olun,sizden yeni resepler gozleyirik.Kalorisi az ve lezzetli.

  • 4. Akife  |  Aprel 10th, 2010 at 5:45 am

    Salam Feride umumiyyetce men bugdanin dadini cox sevirem eminem ki salatdada dadli alinir hazirlayib dadina baxacam resept ucun cox sagolun.

  • 5. milashka  |  Aprel 12th, 2010 at 10:41 am

    superdi.esas da ki,badimcan var.teshekkurler Feride xanim…

  • 6. Lala  |  Aprel 15th, 2010 at 3:50 am

    SALAM FƏRİDƏ XANIM,NECƏSİNİZ, ƏMİNƏM Kİ YAXŞISINIZ. ƏTLİ RULETİN VƏ BİRDƏ BULKANIN RESEPTİNİ SAYTA YERLƏŞDİRSƏNİZ SİZƏ ÇOX MİNNƏTDAR OLARAM. ƏVVƏLCƏDƏN TƏŞƏKKÜRLƏR.

  • 7. Hepsi 1 Eren  |  Iyun 29th, 2010 at 12:31 am

    yaxşıdır

  • 8. safiyya  |  Yanvar 1st, 2011 at 3:26 pm

    salam feride xanim.saytinz cox xoshuma qelir.neise bishirmek istedikdi reseptini sizin saytda axtariram.esas o xoshuma qelir ki,reseptler cox aydin ve ardicilliqla shekillerde,qosterirsiniz.zehmet olmasa poncikin reseptini yazin.

  • 9. Gunay  |  May 3rd, 2011 at 2:18 am

    HƏR ZAMANKI KİMİ ORİJİNALLIĞINIZI QORUYUB SAXLAYIRSINIZ, FƏRİDƏ XANIM! AMMA NƏDƏNSƏ DAHA ŞƏKİLLİ İZLƏMƏLƏRİNİZİ GÖRMÜRƏM :(

  • 10. Vefa  |  May 24th, 2011 at 4:49 am

    Feride xanim, cox sag olun men bu salati hazirladim heqiqeten cox dadli idi usaqlar o qeder beyendiler ki yeniden hazirlamagimi isteyirler tesekkurler

Şərh Yaz

Lazımdır

Lazımdır, bloqda görünməyəcək

(Varsa)

Trackback this post  |  Subscribe to the comments via RSS Feed