kataloq

Pizza, Pizza - Isti Pizza!


Aranızda heç pizza xoşlamayan var? Şəxsən mən pizza sevərlər dəstəsinə daxiləm. Amma hər pizzanı da xoşlamıram. Mənim üçün əsl pizza nazik xəmirli pizzadır, necə deyərlər, əsl İtalyan pizzası kimi. Pizzanın xəmiri yaxşı deyilsə, üzərinə nə qoyursan qoy, pizzanın dadı istədiyin kimi olmur ki, olmur.

İndiyənə kimi düzəltdiyim pizza xəmirlərindən ən çox  xoşuma gələniylə sizinlə bu gün paylaşacağam. Bu pizzanın üzərinə istədiyinizi qoya bilərsəniz, bir şərtlə ki, doldurmayasınız, çünki bu pizzanın xəmiri çox incədir, ağırlığa tab gətirməyə bilər.

Bloqçu dostum Mehin məndən səhər yeməklərinin reseptlərini yazmağı xahiş etmişdi, mən də ona söz vermişdim ki, bu yaxınlarda bir şey yazacağam. Yazdığım isə bugünkü pizzadır. Deyəcəksiniz ki, pizza hara, səhər yeməyi hara. Məsələ burasındadır ki, pizzanın xəmiriylə təkcə pizza deyil, başqa ləzzətli yeməklər də bişirmək olar. Məsəl üçün, əgər vaxtınız azdırsa, xəmiri soyuducudan çıxardıb üzərinə bir az holland pendiri qoyun və fırında 5 dəqıqə bişirin. Olacaq ləzzətli pendirli lavaş. Bu da sizə səhər yeməyi. Asan ve ləziz. Təxəyyül gücünüzdən istifadə edin:)

Hələlik isə, buyurun, isti pizzaya qonaq olun!

PIZZA
Xəmirin orijinal resepti Peter
Reinhartin “The Bread Baker’s Apprentice” kitabından götürülmüşdür.

Bu xəmirdən 6 pizza kündəsi  (diametri 23-30 sm) əldə edə bilərsiniz. Bir az qalın pizza istəyirsinizsə, xəmiri 5 kündəyə bölün.

Ərzaqlar:

4 1/2 stəkan (607.5 q) ağ un
1 3/4 çay qaşığı  duz
1
çay qaşığı  toz maya
1/4 stəkan (60q) zeytun yağı və ya başqa duru yağ
1 3/4
stəkan (420q və ya 420ml) soyuq su (4.5° C - buz kimi soyuq olmalıdır)
1
xörək qaşığı şəkər tozu

BİRİNCİ GÜN

1. Bir qabda unu¸duzu və toz mayanı qarışdırın.

2. Üzərinə zeytun yağı, şəkər tozu və soyuq suyu əlavə edin. Ya iri taxta qaşıqla, ya da ki, mikserlə bir qədər yapışqan xəmir əldə edənə kimi qarışdırın. Sonra xəmiri təmiz taxta və ya masanın üzərinə qoyub  5-7 dəqiqə əlinizlə yoğurun. Alınan xəmir çox bərk olmamalı və ələ xoş gəlməlidir. Əgər xəmir çox suludursa, onda ona azacıq un əlavə edin və yenə yoğurun.  Yox əgər xəmir çox bərkdirsə, onda ona 1-2 çay qaşığı soyuq su əlavə edin və bir az da yoğurun. Hazır xəmir elastik olmalı və bir qədər ələ yapışmalıdır.

3. Xəmiri 6 eyni kündəyə ayırın. Hər kündəni bir az unlayıb yumrulayın. Kündələri hər tərəfinə bir az zeytun yağı sürtün və ayrı-ayrı selofana (yeyinti üçün nəzərdə tutulan, ingiliscə buna plastic wrap deyilir) bükün. Kündələri bir gecəlik soyuducuya  qoyun. Bu xəmir soyuducuda 3 gün ərzində qala bilər.

QEYD: Əgər xəmirin hamısını bir gündə istifadə etmək istəmirsinizsə, onda hər tərəfi yağlanmış kündələri selofana büküb dondurucuya qoyun. Burada xəmir 3 ay müddətində qala bilər. Pizzanı bişirməzdən biz gün əvvəl kündəni buzluqdan soyuducuya keçirin ki, donu açılsın.

İKİNCİ GÜN

4. Pizzanı bişirməyinizdən düz 2 saat əvvəl kündələri soyuducudan çıxardın. Taxta və ya masanı bir az unlayın. Əllərinizi xəfifcə unlayın və kündələrin üstünə basaraq onları yastıladın (qalınlığı 1.3 sm, diametri isə 12.7 sm olmalıdır). Kündələri bir az yağlayın və üzərlərini selofanla örtüb  2 saat müddətinə kənara qoyun.

5. İki saatdan sonra sobanı 260˚C-dək qızdırın.

6. Soba listini tərs çevirin və üstünə təxminən 2 xörək qaşığı un səpin. Kündəni yumruqlarınızın üzərinə yerləşdirib, xəmiri əks istiqamətlərə dartın ki, genişlənsin. Əsl pizza ustaları xəmiri havaya atıb sonra isə yumruqlarıyla tutub dartırlar ki, xəmir genişlənsin. Əgər “yumruqlu” metod sizə çətin görünürsə, onda xəmiri oxlov vasitəsilə açın.  Hazır xəmirin diametri 23-30 sm olmalıdır. Açılmış xəmiri çevrilmiş listin üstünə  qoyun.

7. İndi isə xəmirin uzərinə istədiyiniz ərzaqdan qoyun. Mənim metodum budur (şəkildə gördüyünüz)

lay 1:  4-5 qaşıq pomidor sousunu xəmirin üzərinə yayın (sousu hazırlamaq üçün ən asan üsullardan  biri: doğranmış pomidoru bir az yağda bişirin, sonra isə çəkin ki, püre kimi olsun. Zövqə gərə tavaya döyülmüş sarımsaq da əlavə etmək olar)

lay 2: dilimlənmiş sosis və yaxud kiçik tikələrə bölünmüş bişmiş toyuq əti - BU LAY olsa da olar, olmasa da. Vegetarian versiyası çox ləzzətli olur.

lay 3: yarım-ay şəklində doğranmış baş soğan

lay 4: dilimlənmiş göbələk

lay 5: uzunsov doğranmış yaşil Bolqar bibəri

lay 6: dənəsi çıxardılmış qara zeytun

lay 7: təxminən bir ovuc rəndələnmiş mozarella pendiri (Holland pendiri ilə əvəz etmək olar)

Şəkildə gördüyünüz kimi, ərzaqlardan az-az istifadə olunub, çünki xəmir incədir.

8.  Pizzanı qızdırılmiş sobada 5-8 dəqiqə ərzində bişirin. Qalan kündələri də hazırlayıb pizza bişirin. Nuş Olsun!

PS: Bu xəmirdən Lahmacun da bişirmək olar. Çox ləzzətli olur!

Related Posts with Thumbnails

123 Comments Add your own

  • 1. eldivenlerim  |  Noyabr 29th, 2008 at 10:21 am

    pizza çok yahşi;) nefissss gözüküyor, ellerine sağlık arkadaşım, bende senin siteni çok beğendim, linkini takip ettiklerime ekledim hemen;)

  • 2. Həsənəlizadə Ramin  |  Noyabr 30th, 2008 at 10:42 am

    Oooo pizzzza!!! Mən də onu xoşlayıram əsas da ki göbələkli, bu reseptə görə çox sağ olun Fəridə xanım!

  • 3. Şəbnəm  |  Noyabr 30th, 2008 at 12:07 pm

    Salam Fəridə bacı))
    Pizza üçün əşəkkürlər. Lap yerinə düşdü. Mən də çalışacam hazırlayam. Görüm mən də necə alınacaq))))

  • 4. FƏRİDƏ  |  Dekabr 4th, 2008 at 5:52 pm

    Eldivenlerim: Cok tesekkur ederim. Yine beklerim bloguma:)

    Ramin: Men de gobelekli pizzani xoslayiram. Hamisindan lezzetli ele odur.

    Sebnem: Bisirdikden sonra mene xeber versen sevinerem. Gorum nece alindi:) Nush Olsun!:)

  • 5. Mehin  |  Dekabr 5th, 2008 at 12:10 am

    Salam Fəridə xanım.
    Ağzınınz dada gəlsin (nənəm belə deyərdi-xoşladığı yüməkdən sonra).
    Pizzanı bizdə hamı xoşlayır-burda bəxtim gətirib, heç olmasa…
    Mən bir neçə növünü bişirdim-qalanını bəyəndilər, kələmli olanını yox. Kələmli növün reseptini bir rus qadın yazmışdı.
    Göbələk və pendir qarışıqlı pizzanın yerini verən olmaz-sanıram.

    Ama sosisli pizza -pizza deyil, geydirmədi, saxtadı - fikrimcə.
    Məsələn mən qutab eləyəndə anam bəyənmir-sənin qutabların əldəqayırmadı, geydirmədi deyir…çünki mən qutabı xəmirdən yaymıram, hazır lavaşlardan alıb “bişirirəm”…
    Sosisli pizza da mənim qutablarımı xatırladır…
    Ama sosisi toyuğun ağ əti ilə əvəz etmək də olar.

    Əllərinizə sağlıq, yeni reseptlərinizi gözləyirik.

  • 6. FƏRİDƏ  |  Dekabr 5th, 2008 at 9:01 am

    Mehin, duz deyirsen, pendirli-gobelelkli pizza en lezzetlisidir. BUrda pizza yerlerine gedende men ozum ucun elesini sifaris edirem:) Bu pizzani bisirende evde toyuq etim yox idi, toyuq sosisi var idi, onu istifade eledim, yaghsiz sosis idi, pis alinmadi. Belelikle saxta usullardan istifade etmis oldum:)

  • 7. EsmaNur  |  Dekabr 5th, 2008 at 9:32 am

    Salam Feridecim.. Bu gün bizim evde bişen döner, pide, lahmacun türü yemek günümüz idi.. Men de pizzanı denemek istedim. Her kesin özüne göre bir pizza xemiri vardır. Seher oyandım, hemen bu pizzanı deneyim dedim.. Xemiri hazırladım, soyuducuya qoydum, indi de sobadadır, pizzam bişir :) baxaq nece olacaq..

    Herkes tövsiyem, pizzanın pomidorlu ve ya pastalı sousuna kekik qatsınlar, bu pizzaya çox yaraşır..

    Bir de bu arada, pomidorla uğraşmak istemediyim üçün, pomidor pastasını az su ile sulandırdım ve yağ da qatdım azacıq.

    hazır olsun, yeyek görek nece çıxır, gelib xeber vereceyem ;)

    men yene de her ehtimala qarşı toyuq döneri de hazırlayıram bir yandan, bacarıqsızlığım üzünden ac qalmayaq deye ;)

  • 8. RESHAD  |  Dekabr 6th, 2008 at 12:23 pm

    Salam Feride.Seni urekden tebrik edirem .ELADIIIIIIIIIIIIIIIIIIIIIIIIII.Men de pizzani ela pishirirem.Evvelce nazik xemir hazirlayiram.sonra ketkup,lay-lay dogranmish pomidor,bir qat holland pendiri,sonra gobelek elave edirem,sosiska,toyuqun ag etin xirda-xirda dogruyub ustune yayiram ve sonda ikinci qat holland pendirin elave edib microdalgaya atiram.NUSH OLSUN.Ela pizza novu bilirsense mene gonder.gozleyeceyem.

  • 9. RESHAD  |  Dekabr 6th, 2008 at 12:26 pm

    Dunen nar salasin eledim eladim.SAGOL.

  • 10. RESHAD  |  Dekabr 6th, 2008 at 12:30 pm

    COX GUMANKI EVDE DEYILSEN.SIZDE SAAT 12:27PM-DI,BIZDE ISE GECEDI 23:27.YEQIN SUPERMARKETDESEN.MUTLEQ CAVAB YAZZZZZZZZZZZZZZZZZ.OK.

  • 11. RESHAD  |  Dekabr 6th, 2008 at 12:32 pm

    getdim yatim sabah cavabina baxaram.

  • 12. FƏRİDƏ  |  Dekabr 6th, 2008 at 1:51 pm

    ESMANUR: Bacariqsizliq? Bes senin bloqunda o leziz yemekleri bisirib bize gosteren kimdir?:)) Mence cox bacariqlisan. Aferin sene! Pizzan nece alindi xeber versen sevinerem.

    RESHAD: Nar salatini beyendiyine sevindim. Cox sevdiyim salatlardan biridir. Pizza novune geldikde ise, men improvizasiya edirem hemise, yani soyuducuda ne varse elave edirem:) Bu gunler pizza bisirsem sene improvizaisiyalarimin reseptini gondererem:) Bir de ki, duz deyirsen, buranin vaxti ile Azerbaycan vaxti arasinda duz 12 saat ferq var.

  • 13. klasiktatlar  |  Dekabr 7th, 2008 at 5:16 am

    Bayramınızı kutlar, saglık ve huzur içerisinde geçireceğiniz nice bayramlar dilerim.

  • 14. EsmaNur  |  Dekabr 7th, 2008 at 5:19 am

    Feridecim gerçekten çox gözel alındı pizza.. hem nazik hem yum yumuşaq.. altı sanki yumsaş tendir çöreyi kimi oldu.

    İnanın o qeder de yormadım özünü xemir üçün. taxta qaşıqla qarışdırdım, sonra unladım etrafını, zira yumşaq xemir olur. yaxşıca da yağlayıb poşete qoyduqdan sonra soyuducuya ve inan heç 2 saat bayırda gözlemedim, axşam soyuducudan çıxaran kimi margarinlediyim listime yayıb sobaya qoydum . 10-12 dq bişirdim.

    Men normalda yaş maya ile mayalayırdım amma her zaman evde yaş maya olmur, quru mayalı xemir olması en boyuk avantajdır.

    2. avantaj ise, soyuducuda ve hetda dondurucuda qalmasıdır.. esl analara göre :) vaxtın olanda hazırla, at qalsın..

    vallahi, ne desem ki, eline, üreyine sağlıq. bir daha paylaşım üçün teşekkürler.

    Ha bu arada, hayırlı bayramlar.. duaların qebul olsun canım, ailenle ve butun sevdiklerinle gözel bayram keçirmen arzusu ile…

    sevgiler..

  • 15. FƏRİDƏ  |  Dekabr 8th, 2008 at 12:15 pm

    KLASIKTADLAR: Cok tesekkur ederim. Ben de sizin bayraminizi kutlarim, saglik ve huzur dilerim.

    ESMANUR: AYY, cox sevindim pizzani beyendiyine gore. Nush olsun, dostum. Mence de bu xemir resepti cox pratikdir. Dondurucumda bri neche kundesi qalib, gerek cixardim bisirim bu gunler. Yaxsi yadima saldim:) Tebriklerine gore cox sagh ol, men de seni aileni bayram munasibetile tebrik edirem, neche bele bayramlara!

  • 16. FX  |  Dekabr 18th, 2008 at 11:08 pm

    Salam Feride. Cox lezzetli gorunur.Heyat yoldawim ucun dadli yemekler axtarirdim ele bunu sabaha biwirerem inwallah. Cox sagol

  • 17. FƏRİDƏ  |  Dekabr 22nd, 2008 at 12:02 am

    FX: Xos geldin bloquma. Resepti beyendiyine sevindim. Umid edirem ki, yoldasin da beyener:) Nush olsun!

  • 18. ilhame  |  Dekabr 31st, 2008 at 8:15 am

    selam, ay kız neterısen?bırezdebızım gözel plovlarımızdan de de…..

  • 19. ilhame  |  Dekabr 31st, 2008 at 8:18 am

    herkesın yenı yılı mubarek olsun….ferıde alenle beraber ale seadetı arzu edırem..

  • 20. FƏRİDƏ  |  Yanvar 5th, 2009 at 1:35 pm

    Ilahem, men de seni tebrik edirem. Yeni il sene sevinc getirsin. Plova geldikde ise, kitabimda onun haqqinda daha etrafli olacaq. Vaxtim olduqca bloqa da qoyaram.

  • 21. fidashka  |  Yanvar 7th, 2009 at 10:23 am

    Hemcinin Feride xanim sizin kimi gozel lezetli pzzayla beraber yemeyler biwirmeyi sevirem.Bu gozel resepte gore cox sag olun

  • 22. FƏRİDƏ  |  Yanvar 8th, 2009 at 1:35 pm

    FIDASHKA, resepti beyendiyine sevindim. Sen de sagh ol:)

  • 23. ilhame  |  Yanvar 9th, 2009 at 12:13 pm

    sagol feriş,senı ve alenı opurem.

  • 24. hemide  |  Yanvar 18th, 2009 at 7:44 am

    salam xanimlar bunlarin hamisini bisirin ve feride xanima alqis edin

  • 25. tunzale  |  Yanvar 19th, 2009 at 4:28 am

    salam feride xanim mence azerbaycanda sosisli pizzadan basga pizza resepti yoxdur.amma men size ne geder isteyirsiz pizza resepti ere bilerem.men xaricde yasayiram ve pizza isini mukemmel bilirem.istesez size reseptleri yaza bilerem.

  • 26. FƏRİDƏ  |  Yanvar 19th, 2009 at 3:36 pm

    HEMIDE: Xosh sozlerinize gore tesekkur edirem. Lap meni utandirdiniz.

  • 27. FƏRİDƏ  |  Yanvar 19th, 2009 at 3:41 pm

    TUNZALE: Cox sagh olun bloquma qonaq oldughunuza gore. Azerbaycanda sosisli pizzadan basqa niye pizza yoxdur ki? Men Bakida olanda oranin kafelerinde sosisli pizzada basqa da pizza yemisem. Bu reseptde ise sosisden basqa toyuq da istifade ede bilersiniz. Sosis olsa da olar olmasa da, sadece terevez olsa da lezzetli olar.

    Pizza reseptim coxdur. Onlari tedricen bloquma yerlesdireceyem.

    Eger sizin maraqli reseptleriniz varsa,elbette ki, shad olaram mene gonderseniz. Ve ya butun oxucularla bolusmek isteyirsinizse, serhlerde reseptini yaza bilersiniz. Etirazim yoxdur:)

  • 28. hemide  |  Yanvar 20th, 2009 at 4:16 am

    FERIDE XANIM ZEBRA TORTUNU BISIRDIM AILEMIZIN XOSUNA GELDI SIZE MINNETDARIQ. YENI YENI RESEPTLERINIZI GOZLEYIREM

  • 29. FƏRİDƏ  |  Yanvar 20th, 2009 at 5:36 pm

    HEMIDE: Nush olsun. Beyendiyinize sevindim.

  • 30. AYSEL  |  Yanvar 22nd, 2009 at 12:20 am

    PIZZANIN RESEPTINA GORA COX SAG OLUN.BOYUK MAMNUNIYYATLA HAZIRLAYIB,DADINA BAXACAM.

  • 31. FƏRİDƏ  |  Yanvar 22nd, 2009 at 11:13 am

    AYSEL: Siz de sagh ol. Nush olsun! Her hansi bir sualin olsa mutleq yaz.

  • 32. hemide  |  Yanvar 25th, 2009 at 1:11 am

    FERIDE XANIM TOYUQ CIXIRTMASINI BISIRDIM. BUTUN AILEMIZ BEYENDI VE LEZZETLE YEDILER.SIZE COXLU TESEKKUR EDIRIK.

  • 33. FƏRİDƏ  |  Yanvar 26th, 2009 at 3:25 pm

    HEMIDE: Cox sevindim ki, chighirtma beyenildi. Nush olsun!

  • 34. Saff  |  Yanvar 28th, 2009 at 3:21 am

    Bu pizzani bishirecem. Bu defe de alinmasa, bir daha hec ne bishirmeyecem. Reseptden duzgun istifade etmirem, yoxsa nedendise, mende xemir berk alinir. :)

  • 35. hemide  |  Yanvar 29th, 2009 at 6:45 am

    FERIDE XANIM SIZE COXLU-COXLU SALAMLARIMI GONDERIREM.BUTUN AILEMIZ ADINDAN TESEKKUR EDIRIK! SIZ BIZIM OZ QANIMIZ VE CANIMIZSINIZ!

  • 36. FƏRİDƏ  |  Yanvar 29th, 2009 at 9:36 am

    SAFF: Xos geldiniz bloquma. Bu resept deqiqdir, mence probleminiz olmayacaq. Bisirseniz, xeber verin, Maraqlidir:)

    HEMIDE: Cox sagh olun. Men sizin haminiza tesekkur edirem ki, bloquma tez-tez gelirsiniz. Ailenize menim adimdan salam deyin.

  • 37. Saff  |  Fevral 3rd, 2009 at 12:42 am

    Feride baci, Allah razi olsun. :)
    Pizza cox lezzetli oldu. Xemiri de super.
    Senden yeni reseptler gözləyirik.

  • 38. terane  |  Fevral 14th, 2009 at 3:32 am

    salam.bugun men pitzza bishirdim chox dadli alindi .verdiyiniz resepteki kimi dovgada bishirdim amma 2 qashiq simitanda qatim ohhhhhhh lezet oldu.pitzza yaninda dovga ne deyirsiz nush can.FERIDE XANIM chox sagolun.!!!

  • 39. FƏRİDƏ  |  Fevral 14th, 2009 at 10:42 am

    SAFF: Nush olsun:)

    TERANE: Pizza ve dovgha bir yerde, niye de olmasin:) Beynelmilel metbex oldu:)

  • 40. TERANE  |  Fevral 15th, 2009 at 4:08 am

    salam.bugunde FERIDA XANIMIN bura qoyduqu ZEBRA TORTU VE YARPAQ DOLMASI BISHIRDIM.dubayda yashadiqim uchun qonshumum EREBDIR.oda galdiki el qabiliyetime baxa dolmanin iyi alami burumushdu bu nedi ne gozel iydi dedim azeri dolmasidir)))1 qab axsham aparim verim dadsinlar)))))))))ve zebra tortu eeldim EREB qonshumda baxdi hazirladiq.qoymusham bishmeye sebirsizlkile gozleyiremki qeshnegce shishe biyabir olmayam qonshunun yaninda)))))))) aparim her 2 bishirdiyimden dadasinlar)))))))) inshallah.FERIDE XANIM olarki torta soda qatanda onunla beraber BAKING POWDER-DE QATAQ DUZU MEN BUGUN QATIM HELEKI BISHMAYIB GORUM NECE ALINACAQ INSHALALH YAXSHI VE DADLI ALINIAR HE 1 DEKI FERIDE XANIM.men xemir sheylerine shirine azca pehriz ettiyim uchun sheker tozunun yerine meyve shekerinden istifade ettim.LOW CALORIE SWEETENER

  • 41. Damla  |  Fevral 17th, 2009 at 10:12 am

    salam feride xanım mende bişirdim o pizzadan ve evdekilerinde xoşu geldi.dadlıydı.zebra tortunuda bişirdim.ele siz etdiyiniz kimi alındı.yeni resptler isteyirem yaman xoşuma geldi.sağolun…

  • 42. FƏRİDƏ  |  Fevral 18th, 2009 at 12:17 pm

    TERANE: Nush olsun:) SEvindim ki,qonsun da dolmani beyendi. Zebra tortu nece alindi? Men ona baking powder qatiram eslinde, soda deyil, amma Azerbaycanda baking powder olmaz belke fikirleserek resepte onu soda ile evez etdim. ikisini de bir yerde istifade etmemisem. nece alindi?

    DAMLA: Nush olsun:) Yeni resepter olacaq.

  • 43. XƏYALƏ  |  Fevral 19th, 2009 at 8:19 am

    Feride xanim salam.men sizin saytiniza birinci defe girirem.pizzaya gore tesekkur edirem.Bisirim gorum mende nece cixacaq?Bes sizde napaleon tortunun resepti var?

  • 44. FƏRİDƏ  |  Fevral 20th, 2009 at 10:56 am

    XEYALE: Salam. Xos geldin bloquma. Pizza nece alindi? Mende Napoleonun resepti var, amma gerek uzernide detalli isleyim ve sekil cekim. Hazir olan kimi, sayta yerlesdirerem.

  • 45. NICOLA_GREEN  |  Fevral 21st, 2009 at 6:40 am

    SALAMLAR!
    HMM…MEN DE ELE BU DEQ. PIZZA YEYIREM!:))))))))

    SAYTINIZA 1CI DEFEDIR KI,GELDIM! CHOX BEYENDIM! SIZE UGURLAR!!!!!!!

  • 46. tunzale  |  Fevral 23rd, 2009 at 3:01 pm

    size deyim 1 nece pizza resepti;yegin ki bilirsiz butun pizzalara tamat sos,galland pendiri girir.demeye ehdiyac yoxdur.1)mal eti gizardilmis,uzun dogranmis sogan,uzun dogranmis biber,3-4dilim pamidor. 2)toyugun dos eti,yerfindigi,sogan,sarikok. 3)sumuksuz balig konserva,sogan burda kabab pizzasi da var amma men onu size nece basa salim ki o donerkimidir kesib hazir pizzaya älavä edirlär.sogan pamidor vässalam.basga 1 isteyiniz varsa sizi memnuniyyetle dinlemeye haziram.amma sizden 1 xahis ede bilerem?biz burda 90 ädäd yumurtanin agini atirig ägär mälumatin varsa här hänsi bir yerdern mene yazin men yumurta agindan ne kimi sirniyyatlar ede bilerem?bezeden basga onu biliäm.ok sagligla gal sözum bu geder.Isvecden salamlar dogme Yurda.

  • 47. tunzale  |  Fevral 23rd, 2009 at 3:16 pm

    siz hansi ölkädä yasayirsiz ki,deyirsiz bakida olanda cox pizza yemisem.bilmek olar yoxsa gizlidir Xäyalä xanim?desezde sag olun demesezde.

  • 48. FƏRİDƏ  |  Fevral 23rd, 2009 at 9:52 pm

    NICOLA GREEN: Xosh geldiniz. Beyendiyinize sevindim. Tez-tez gelin.

    TUNZALE: Cox sagh olun pizza reseptlerine gore. Hamisi lezzetli seslenir. Kabab pizzasi dadli olar. Burada bezi turk dukanlarina hazir doner satirlar, amma bir o qeder lezzetli olmur:( esl donerin yerini vermir.

    Men Bakida deyilem. Kaliforniyada yasayiram. HAQQINDA seyifesinde ozum barede yazmisam.

    Yumurtanin agi olan reseptlere geldikde ise, tekce yumurta aghi islenen shirniyyat resepti bilmirem (beze ve ona benzer sirniyyatlardan basqa). amma hem aghi hem sarisi olan sirniiyyat reseptlerim var. bloqa yavas yavas yerlesdireceyem.

  • 49. XƏYALƏ  |  Fevral 24th, 2009 at 8:56 am

    Feride xanim salam.Pizzanı bişirdim,dadli idi,amma xemiri çox nazik olduğundan quru kimi oldu.Olmazmi o xəmirden 2 künde edek?Zebra tortunu da bişirdim,çox dadli çixdi,amma mende ki qabin diametri sizdediyiniz kimi olmadiğindan çox şişmedi.Tesekkür edirem.Yeni reseptlerinizi gözleyirem.

  • 50. FƏRİDƏ  |  Fevral 26th, 2009 at 12:19 pm

    XEYALE: Elbette, o xemirden istediyin qeder kunde ede bilersen. Men cox nazik xemir sevdiyim ucun, 6 kundeye ayirdim. Zovge gore. Kimi qalin pizza sevir, kimi nazik. Nus olsun:)

  • 51. Aynur  |  Fevral 27th, 2009 at 1:10 am

    Olurem men de pizza uchun evde bishirirdim oz usulumca.indi tam resepti goturub bishirecem gorum nece alinir.teshekkur

  • 52. FƏRİDƏ  |  Fevral 28th, 2009 at 12:49 pm

    AYNUR: Deymnez:) Bisirdiyinizde xeber verin gorek nece alindi:)

  • 53. Sema  |  Mart 10th, 2009 at 6:01 am

    salam.necesiniz.indice baslayiram pizza bilsirmeye.bisirib neticeni yazaram.helelik

  • 54. Zulfiyye  |  Mart 30th, 2009 at 6:03 am

    Xoş günlər Fəridə xanım.Adətən uşaqlar dondurmanı çox sevirlər.Elə böyüklərdə.Məgər dondurmadan imtina etmək olar?Mən də dondurma sevənlərdənəm.Yaz,yay,payız,qış fərq etməz hər zaman böyük məmnuniyyətlə dondurmanı dadıram.Hələ şokaladlı dondurmanı demirəm.Fəridə xanım yəqin bildiz ki,sizdən nə xaiş edəcəm.Lütfən dondurmanın tərifini blogunuza yerləşdirin.Vallah siz yemək təriflərin ətraflı və izahlı şəkildə verməsəydiniz məndə bu qədər sizdən rica etməzdim.Fəridə xanım blogunuzdakı pizza İtalyan pizzasıdırmı?Çox ləzizdir.Mən bişirməsəmdə xalam bişirdi.Əlbətdə tərifin sizdən aldım.Dadı damağımızda qaldı.Xoş arzularla. Zülfiyyə.

  • 55. konul  |  Aprel 12th, 2009 at 2:58 am

    Feride cox sagol…
    pizza en sevimli yemeklerimden birirdir amma men senin reseptini hele yoxlamamisham indi goturdum mutleq edecem istesez mende size bir rsept ata bilerem)))))oda cox dadli olur duzunu deyim onu anam bishirir men hele pizza bishirmemishem bu reseptle ilk defe bishirecem )))))))nu hamiya nush olsun menede ))))))

  • 56. TUNZALE93  |  Aprel 18th, 2009 at 1:11 am

    FERIDE XANIM BU PIZZANIN XEMIRINI SUDLE HAZIRLAMAQ OLAR.xais edirem cavab yazasiniz.

  • 57. kamala  |  Aprel 18th, 2009 at 6:19 am

    Feride xanim sizi tabrik ediram chox gozel saytdir
    shakilnan vermayiniz lap eladir
    siza bir sualim var pizzanin xamiri niye bir geca soyuducuda galmalidir yani saatnan deya bilmazsiz sahardan goymusham xaladelnika sabahi gozlaya bilmiram istayiram hazirlayam amma sabah hazirlayaram gorum neca chixacag
    bir da mumkunsa lahmacunu da yerlashdirarsiz
    avvalcadan chox sag ol

  • 58. kamala  |  Aprel 18th, 2009 at 10:41 am

    Feride xanim doza bilmadim bishirdim hech soyuducudan chixardandan sonra da 2 saat gozlaya bilmadim chox gozal alindi
    ailamin da xoshuna galdi chox sag olun

  • 59. FƏRİDƏ  |  Aprel 18th, 2009 at 2:07 pm

    TÜNZALƏ: Bu reseptdə süd yoxdur. Ümumiyyətlə, pizza xəmirlərinin çoxunda pizza olmur.

    KƏMALƏ: Xəmir bir gecə qalmasa da olar, amma qalanda daha yaxşı olur. Bir necə saat da kifayət edir. Sevindim ki, pizzan alındı. Nuş olsun!

  • 60. sladkayewka  |  Aprel 19th, 2009 at 7:13 am

    HE INDI XEMIRI HAZIRLADIM SABAH BISHIRECEM GOREK NECE OLACAQ
    FERIDE LAHMACUN NECE HAZIRLANIR ONUDA YAZSAN COX SEVINEREM BAKIDA OLANDA EN SEVIMLI YEMEKLERIMDEN BIRI IDI BURADA YOXDU OZUM BISHIRE BILEREM?

  • 61. Ulya  |  Aprel 21st, 2009 at 12:24 am

    Salam Ferida.Necesiz?Dünen piccani biwirdim ve qaynanamgile apardim.Inanin ele xowladilarki terif terifin dalinca:))). Cooooox sagol canim menim. Söz vermiwem daha yemeklerimi sizin reseptlerinizle hazirlayacam.Tez tez yenilikler gözleyirem sizden.Öpürem:-*

  • 62. Ulya  |  Aprel 21st, 2009 at 10:41 am

    Feride qarwidan yay gelir ve men dondurma xestesiyem.Cooox sevirem ve cox yoxlamiwam ama evde hazirlanan yaxwi dadmir.Cox xahiw edirem dondurmanin reseptini yerlewdirin bloqunuza. Evelceden tewekkurler

  • 63. FƏRİDƏ  |  Aprel 21st, 2009 at 10:05 pm

    SLADKOYEJKA, ULYA: Lahmacun da olacaq, dondurma da. Bir az vaxta ehtiyacim var.

    ULYA: Sevindim pishirdiyin pizza ailen terefinden beyenildiyine:)

  • 64. TUNZALE  |  Aprel 29th, 2009 at 7:36 am

    FERIDE XANIM MEN YAZDIGINIZ MESAJI ANLAMADIM XAIS EDIREM BIRDE YAZASINIZ

  • 65. canan  |  Iyun 7th, 2009 at 5:36 am

    pizza çok severem teşk.ederem.

  • 66. nermin  |  Iyun 15th, 2009 at 10:20 pm

    men pizzalari cooooooox sevirem tesekkurlerrrrrrr

  • 67. Nargiz  |  Iyun 18th, 2009 at 4:33 am

    Sizin reseptle pizza hazirladim, Feride xanim.coooox dadli alindi. tewekkur edirem!!!

  • 68. FƏRİDƏ  |  Iyun 18th, 2009 at 12:54 pm

    SERHLRINIZE GORE HAMINIZ COX SAGH OLUN!

  • 69. ramil  |  Iyun 27th, 2009 at 9:10 am

    salam Feride xanim. Sizin yazdiginiz pidzadan istifade etdik cox dadli cixdi. Sizin bu reseptlerden istifade etmekle cox yararlaniriq.
    Buna gore Size cox teshekkur edirem.

  • 70. Samir  |  Iyun 30th, 2009 at 3:31 am

    salamş Feride xanim dondurmanin təriflərini yazmagini isterdim cunki butun sitelere girmeyden bezdim. xahish edirem.

  • 71. Turkan  |  Iyul 5th, 2009 at 8:48 pm

    Salam Feride xanim.
    Indiye kimi bisirdiyim pizzalardan en lezzetlisi ve istediyim kimi olan pizza idi. Recepte gore cox saqolun.
    Yegane tamda istediyimkimi olmayan, xemirinin cox, lap cox nazik olmasi idi. Amma yenede cox lezzetli idi.
    Sag olun.

  • 72. FƏRİDƏ  |  Iyul 6th, 2009 at 9:36 am

    TURKAN: Xemirin nazik olmamasi ucun, iri kundelere ayirin, ve qalin acin, onda bir az qalin olar.

  • 73. Zaur  |  Iyul 6th, 2009 at 12:53 pm

    Fəridə xanım, lavaş xəmirinin reseptini verə bilırsiz?

  • 74. Gunay  |  Iyul 10th, 2009 at 9:33 am

    Salam Feride xanim,reseptinizi oxudum bu yaxinlarda bishirmek isteyirem.xemirin deqiq reseptini mene yaza bilersiz?ne az olsun,ne cox.4neferlik pizza xemiri alinmasi ucun?zehmet olmasa yazardiz-gozleyecem-ugurlar ishinizde…

  • 75. Gunay  |  Iyul 10th, 2009 at 9:34 am

    tesekkurler

  • 76. FƏRİDƏ  |  Iyul 10th, 2009 at 11:10 am

    GUNAY: Xemirin deqiq resepti deyende neyi nezerde tutursunuz? Resept axi yazilib burda. Bu resept ele texminen 4 neferlikdir, mence hele daha da cox. Qalan xemiri buzlugha qoyun. Reseptde her sey detalli b asa salinib. Basqa sualiniz varsa, yazin. Ok mi:)

  • 77. NARA  |  Iyul 15th, 2009 at 12:25 pm

    KUFTE-BOZBASIN RESEPTINI DEYIN QARDASIM SORUSUR BAGISDAYIN PIS CIXMASIN SIZIN NECE YASINIZ VAR?? QARDASIM SORUSDU INCIMEYA

  • 78. FƏRİDƏ  |  Iyul 16th, 2009 at 10:03 am

    NARA: Men sizin email adresinize kufte bozbash haqqind yazmisam. Menim haqqimda bilmek isteyirsinizse, onda HAQQINDA linkine baxin.

  • 79. Chinara  |  Iyul 24th, 2009 at 5:39 am

    Salam Feride xanim. sizin blogunuza tesadufen google’da axtaris vasitesile rast geldim ve cox beyendim! eger bilseniz bize ne geder komeyiniz deyir. cox sag olun! bu reseptle pizzani hazirladim ve cox leziz alindi. tesekkurler.

  • 80. Zibeyde  |  Iyul 29th, 2009 at 4:00 am

    Salam Feride xanim.ooooooooooooooo pizza superdi. Bisirmeye ceht edurem.amma sualim var xemiri elemisem soyuducuya qoymusam.butun punktlari bawa dusdum amma 1 puntk qaranliq qaldi odaki budu ki, pizzanin ustun ne zaman elave edim.o zaman ki, pissani 23-30smde yayib duxovkaya qoyanda? Evvelceden tewekkurler komeye gore.inaniram ki alinicey.cunku 1-ci defedi.obi4ni xec ne bacarmiram gorek bunu nece baciricem.

  • 81. FƏRİDƏ  |  Iyul 29th, 2009 at 10:02 pm

    ZIBEYDE: Xemiri lavash kimi yayandan sonra, ustune terevezleri yighin, sonra ise sobada bisirin. Yani hamisi bir yerde bismelidir. Ughurlar ve nush olsun:)

  • 82. AYLA  |  Avqust 4th, 2009 at 2:58 am

    Çox gözel pizzalardır olsada yesem.

  • 83. Esmer1  |  Avqust 4th, 2009 at 7:19 am

    Cox gozel.

  • 84. AYLA  |  Avqust 8th, 2009 at 1:37 am

    Başqa menyular da olsa yaxşı olar.

  • 85. SARA_16  |  Avqust 18th, 2009 at 1:31 am

    **************************MƏN SİZİ TANİMASAMDA TƏŞƏKKÜR EDİRƏM.PİZZA RESEPTİNƏ GÖRƏ SAĞOLUN.İLK DƏFƏDİR Kİ BU SAYTA GİRİRƏM.YAXŞI Kİ,GİRDİM HEÇ PEŞMAN OLMADİM.FƏRİDƏ XANIM SİZƏ TƏŞƏKKÜR EDİRƏM.SUALIM OLDUQDA SİZƏ MÜRACİƏT EDƏCƏM************************

  • 86. FƏRİDƏ  |  Avqust 19th, 2009 at 4:19 pm

    SARA_16: Cox sagh olun. Hemise gelin.

  • 87. Nargiz  |  Avqust 20th, 2009 at 10:57 pm

    Feride xanim,

    Deyirler ki bu menim shah eserimdir :)

    Chox gozel reseptdir, xemiri cox incedir, cox dadlidir!

    Men terevezleri bol edirem. Gobeleyini, zeytununu xususile xoshlayiram.

    Cox sagolun!

    ~Nargiz

  • 88. ulya1  |  Avqust 24th, 2009 at 9:31 pm

    Feride xanim reseptlere gore size teshekurler .Sizin saytinizi cox beyendim .Bundan sonra hemishe izleyecem.

    Cox sag olun.Gilemeyveli keks reseptini bishirecem.

  • 89. fidan  |  Avqust 26th, 2009 at 7:43 am

    feride salam ,men yeni aile heyati qurmusam,senin reseptlerine ehtiyacim var,maraqli resept olsa gonder poctama,evvelceden tesekkurler

  • 90. Turkan  |  Sentyabr 5th, 2009 at 8:27 am

    Bu hefte Feride xanim heftesi elan ede bilerem,pizza ,kek,dolma,baliq…..hamisinin resepti cox eladi ve oldugu kimi edende de cox lezzetli alinir….
    Bu pizzani mutleq denemelisiniz….men bundan sonra artiq pizzacilarin pizzasinin yemek istemirem,cunki cox qalin olurlar ve bunun kimi lezzetli alinmir.

  • 91. Ferhad  |  Sentyabr 6th, 2009 at 7:45 am

    terifi almisam ama bilmirem bunu nece elleyim bunlarin her novunu oyrenmek iste

  • 92. Fəridə  |  Sentyabr 8th, 2009 at 6:03 pm

    SERHLERE GORE TESEKKURLER, DOSTLAR.

    Ferhad, sualinizi basa dusmedim.

  • 93. Gulnare  |  Sentyabr 27th, 2009 at 2:48 am

    4 1/2 stəkan (607.5 q) ağ un
    1 3/4 çay qaşığı duz
    1 3/4 stəkan (420q və ya 420ml) soyuq su

    Feride canim, pizzani mutleq biwirmek isteyirm,amma ki bu olculeri anlamadim:( zehmet olmasa buna aciqliq getiresen

  • 94. FƏRİDƏ  |  Sentyabr 28th, 2009 at 11:02 am

    GULNARE: Eger Azerbaycandasinizsa, onda orda cay icdiyimiz chaskalardan istifade edin, yani stakan deyil, cay caskasi.

    4 stekan yarim un
    1 chay qashighi ve 1 chay qashighindan bir az az duz
    1 stekan ve bir stekandan bir az az soyuq su

    Bilmirem, basa sala bildim mi.

  • 95. Gulnare  |  Sentyabr 29th, 2009 at 10:46 am

    FERIDE: Coooox sagol canim. bawa duwdum. sabah mutleq biwirirem. oz zehmetimizle biwirdiyimiz butun yemekler hetta fastfoodlar mence hazir aldiqlarimizdan dadli olur. Allah canini sag elesin, bizimle bu gozel reseptleri boluwursen. Allah amaninda.helelik

  • 96. Gulnare  |  Oktyabr 3rd, 2009 at 12:27 pm

    Salam Feride. inan ki men soz tapa bilmirem. pizza super alindi. hami terifledi.esl men isteyen pizzadir. duzdur 1ci defeydi deye biraz cetinlik cekdim ama netice gozel alindi. coooox sagol canim. Allah komeyin olsun

  • 97. FƏRİDƏ  |  Oktyabr 5th, 2009 at 11:36 am

    GULNARE: Sevindim yaxsi alinmaghina. Nush olsun:)

  • 98. afag  |  Oktyabr 7th, 2009 at 10:00 pm

    Salam Feride Xanim cox sagolun degig ve dadli reseptlere gore…
    Pizza super alindi… cox xosuma geldi…. hami beyendi….

  • 99. PƏRVANƏ  |  Noyabr 3rd, 2009 at 12:50 am

    SALAM. FƏRİDƏ XANİM GOZƏL MƏSLƏHƏTLƏRİNİZ UCUN COX SAG OLUN.TƏSƏKKUR EDİRƏM.

  • 100. Ayten  |  Noyabr 17th, 2009 at 8:41 am

    Feride xanim bu reseptleri bize dediyiniz ucun tesekkur edirem. Menim evde Cox yemek kitablarim var. Amma coxu duzgun alinmir. Oz sirlerini yazmirlar. Siz bize sirrinizi verdiyiniz ucun cox sag olun.

  • 101. turkan  |  Noyabr 21st, 2009 at 7:17 am

    salam Feride xanim.Adim Turkandir.Bakida yasayiram.Ilk defe olaraq saytiniza daxil oluram.Size ugurlar arzu edirem.Mutleq bu pizzadan bisirecem.Eminem ki leziz olacaq.Heyatiniz tortlariniz kimi sirin olsun.

  • 102. turkan  |  Noyabr 22nd, 2009 at 1:37 am

    салам Фермаиде ханым. мен нечя дяфя пизза биширмишм, амма чох гуру олурур еее нечя елийим ки, гуру алынмасын? еввелъедян чох саьолуну!

  • 103. FƏRİDƏ  |  Noyabr 23rd, 2009 at 2:08 pm

    TURKAN: Bu reseptle bisirdikdiyinizde quru alinib yoxsa nece? Bu reseptde quru alinirsa, xemirini bir az qalin acin.

  • 104. Fəranə  |  Dekabr 9th, 2009 at 6:53 am

    selamünaleyküm Bacım.çox sağolun,təşəkkür edirəm.menim də fikrim var pizza bişirim,çox kömək olacaq mənə.görüm hələ nə edirəm :D grup yoldaşım hazırlayıb gətirmişdi bizim üçün çox ləzzətli olmuşdu,bu saytdan götürmüşdü ressepti.bu arada sayt çox gözəldir. ;)

  • 105. HOSTed  |  Dekabr 23rd, 2009 at 5:29 am

    mutleq eliyecem:)saqolun

  • 106. rafael_guitarist  |  Dekabr 26th, 2009 at 1:06 am

    Salam :)
    Men bu gun pizzanin xemirini edecem - sabah da ozunu
    Qesheng alinsa inshAllah neticesini yazaram
    Sag olun

  • 107. tamella  |  Dekabr 26th, 2009 at 9:20 pm

    el qizi allah senden razi qalsin .cox ela , cox beyendim saytini. Allah iwini avand etsin.senden cox razi qaldim. aqzin dada gelsin

  • 108. nara  |  Yanvar 8th, 2010 at 4:36 am

    deyesen bu bir az cetin olacaq en yaxsisi ele sifaris elemekdi vsyo

  • 109. Novarg  |  Yanvar 11th, 2010 at 1:40 am

    Salam,
    Men bir shey sorushmaq isteyirem, bu pizzanin ustune bir qat xemir qoysaq, ichindekiler de bishermi..? Ya da, ichindekileri ayrica bishirib, sonra iki xemirin arasinda bishirsek, daha dadli olmazmi..? Muellif haqqlari ozumundu amma… -)

  • 110. ulviyye  |  Yanvar 11th, 2010 at 11:13 am

    hi farida xanum how are you i entered your site and i very like it there are many useful advises thank u.i learn azeri kitchen çoh yahşi immmmmm very tasty

  • 111. FƏRİDƏ  |  Yanvar 11th, 2010 at 7:59 pm

    NOVARG: Ola biler, niye olmasin ki:) Olar piroq.

  • 112. Novarg  |  Yanvar 14th, 2010 at 12:38 am

    Novarg piroqu yox idi, onu da duzeltdik… -) Farida, deyirem belke bir menyu yazasan, ayri-ayri yemekler yox, tam bir set, mes., bu axshamin tam menyusu, eger senin bir qonagin gelse onun uchun axsham yemeyine ne hazirlayarsan, hansi ichkiler, hansi shirniyyatlar, hansi salatlar..? Yoxsa, bele qonagi restoranda, ya da bashqa bir romantik yerde qarshilamaq daha yaxshi olar..? -)

  • 113. FƏRİDƏ  |  Yanvar 15th, 2010 at 7:00 pm

    NOVARG: Yox, Novarg piroqu olmasi:) Cunki bele piroq var, adi da Sicilian Pizza-dir. Italiyanin Siciliya adasina aiddir:)) Menyuya geldikde ise, indi vaxtim yoxdur menyulara. Gelecekde ola biler.

  • 114. Cemile  |  Yanvar 16th, 2010 at 8:03 am

    Mən ilk dəfəydi bu sayta girirdim, Fəridə xanım, Pizza üçün çox sağolun.Dadlıydı, təşəkkürlər…Yeni reseptlərinizi gözləyirəm

  • 115. dunya ehmedova  |  Yanvar 18th, 2010 at 4:50 am

    mumkunse pastetin reseptini verin de mene

  • 116. Cemale  |  Yanvar 18th, 2010 at 11:43 am

    cox sag ol Feride xanim resept ucun dadli pitzaya oxsayir.

  • 117. Gulsen  |  Fevral 9th, 2010 at 12:39 am

    Sizin yemekleriniz menim cox xosuma gelir.

  • 118. Sevda  |  Fevral 20th, 2010 at 1:08 pm

    Feride xanim Cox tesekkur edirem. Inanin lap yerine dusdu. Yoldasim pitsani cox sevir. Sizden lezzetli reseptler gozleyirem.

  • 119. Sevda  |  Fevral 20th, 2010 at 1:41 pm

    Feride xanim Allah sizden razi olsun. Bu gun ilk defe idi ki sizin saytla tanis olurdum, cox beyendim. Bele bir saytin varligi meni cox sevindirdi. Size bu isde ugurlar arzu ederek sizden bir ricam olacaq. Cox xahis edirem mumkunse turk boreyinin reseptini, ve dahada mumkunse cesitli borek reseptlerini veresiz. Opurem Allah amaninda.

  • 120. AYNUR  |  Fevral 25th, 2010 at 1:15 am

    Salam Feride xanim. Pizzani bishirdim,cox dadli cixdi.RESEPTE GORE TESHEKKURLER!!! Yalnizca meni bir shey narahat edir- yazdiginiz kimi listi tersine cevirdim ve 2 x.q. un tokdum, mence 2 x.q, cox oldu.Cunki, pizzanin alti cox unlu cixdi. Elimle unu temizledim ,vse ravno un yapishmish halda qalmishdi.Bir de,zeytunun ceyirdeyini daha asan yolla nece cixarmaq olar?-(bicaqla dograyib cixaranda bir az ezilir)

  • 121. LALE  |  Mart 6th, 2010 at 7:47 am

    salam Feride xanim.saytiniz cox gozeldir,bilmediyim cox sey oyrendim.sizden SNIKERS tortunun reseptini mene yollamanizi xahis edirem,mumkunse.evvelceden cox sag olun.

  • 122. Revane  |  Mart 9th, 2010 at 3:17 am

    Ellerinize sagliq Feride xanim. men bu pizzani sizin restepe uyqun eledim, ela alindi, xemiride yumshaq, bir sozle super. Allah sizden razi olsun, sizin hesabiniza bizimde aqzimiz dada gelir.
    Bir sozde sorushum, men lahmacunuda eledim, her shey ela idi, amma ustune qoyduqum et ele bil yiqilir bishende, yeni xemirin ustunde yiqilaraq bir nece hisseye ayrilir, ele bil kotlet kimi olur. Ona nese care var?

  • 123. FƏRİDƏ  |  Mart 10th, 2010 at 10:44 am

    REVANE: Demeli iclik cox quru olur ki, ayrilir. Gerek bir qeder sulu olsun, ve icindeki et cox yagsiz olmasin.

Şərh Yaz

Lazımdır

Lazımdır, bloqda görünməyəcək

(Varsa)

Trackback this post  |  Subscribe to the comments via RSS Feed