kataloq

Tiramisu

Bu şəkildə gördüyünüz Tiramisu buzluqdan çıxıb, ona görə kremi tökülmür. Soyuducuda saxlanan Tiramisu isə olduqca yumuşaq olur və bu, belə də olmalıdır.

Tiramisu İtaliyanın ən məşhur şirniyyatıdır. Deyə bilərəm ki, mənim ən çox xoşladığım 3-4 şirniyyatın içərisinə Tiramisu da daxildir. O qədər yüngül və o qədər ləzzətlidir ki, deməklə qurtarmır. Gərək onun dadına baxasınız. Tiramisu İtalyanca :Məni Qaldır: deməkdir. Sözün məcazi mənasında. Yəni, bu tort o qədər ləzzətlidir ki, insan yeyib, bir növ göylərə qalxır:)

Tiramisunu hazırlamaq üçün sizə reseptini yazdığım Savoiardi qurabiyəsi (qadın barmağı) lazımdır. Bir də ənənəvi olaraq, məşhur İtalyan pendiri - Maskarpone (Mascarpone)ş

TIRAMISU
Mənbə: The Washington Post, July 11 2007. Müəllif - Carminantonio

6 pay üçün

Tiramisunun bir neçə resepti var.  Bir resept var ki, orada krem heç bişmədən, çiy yumurtalardan və maskarpone pendirindən hazırlanır. O reseptin ən asan resept olduğunu deyə  bilərəm. Buradakı resept isə daha çox əmək istəyir - krem 3 ayrı kremin birləşməsiylə əmələ gəlir, və olduqca ləzzətlidir.

Qeyd: Vaxtınızdan səmərəli şəkildə istifadə etmək üçün, tiramisusun kremlərini, qurabiyələrini bir neçə gün əvvəldən də hazırlaya bilərsiniz.

ƏRZAQLAR:

Zabaglione (İtalyan kremi) üçün:
2 ədəd iri yumurta sarısı
3 xörək qaşığı şəkər tozu (50 qram)
dörtdə bir stəkan Marsala şərabı (Marsala şərabı məsləhət görülür, amma əgər yoxdursa tünd kofeylə əvəz edə bilərsiniz)
çay qaşığının ucunda vanil ekstraktı (duru vanil)
yarım çay qaşığı sürtkəcdən keçirilmiş limon qabığı

Vanilli krem üçün:
dörtdə bir stəkan şəkər tozu (55 qram)
1 xörək qaşığı un
yarım çay qaşığı sürtkəcdən keçirilmiş limon qabığı
yarım çay qaşığı vanil ekstraktı
1 ədəd iri yumurtanın sarısı
dörtdə üç stəkan tam yağlı süd  (175 ml)

Qaymaqlı krem üçün:
1 stəkan soyuq süd qaymağı (235 ml)
dörtdə bir stəkan şəkər tozu (55 qram)
yarım çay qaşığı vanil esktraktı (duru vanil)

Tiramisu üçün lazım olan digər ərzaqlar:
1 stəkan isti tünd ekspresso kofesi (şirnisiz)
1 çay qaşığı brendi
dörtdə bir stəkan şəkər tozu (110 qram)
üçdə bir stəkan (75 qram) maskarpone pendiri
24-30 ədəd qadın barmağı qurabiyəsi
2 xörək qaşığı adi kakao tozu (şirinləşdirilmiş deyil, adi, bir az acımsı dadı olan)

KREMLƏRİN HAZIRLANMA QAYDASI:

Zabaglione kreminin hazırlanması:
Balaca qazana 3 sm qədər su tökün, qoyun qazın üstünə və qaynadın. İstiyə dayanıqlı iri kasada yumurta sarısı, şəkər tozu, Marsala şərabı, vanil ekstraktı və limon qabığını cəngəllə çalın ki, ərzaqlar bir-birinə yaxşıca qarışsın. Sonra kasanı su qaynayan qazanın üstünə yerləşdirin  - elə olmalıdır ki, kasa suya dəyməsin.  Yumurtalı kütləni dəyanmadan qarışdıraraq qatılaşanadək bişirin - təxminən 8 dəqiqə. Kasanı kənara çəkin. Qoyun kütlə soyusun, sonra üstünə mətbəx sellofanı örtüb 4 saat soyuducuda saxlayın.

Vanilli Kremin hazırlanması:
Şəkər un, limon qabığı və vanil ekstraktını qalın dibli qazanda çəngəllə və ya mikserlə azacıq çalın. Üstünə yumurta sarısı və südün yarısını əlavə edib, ərzaqlar bir-birinə qarışanadək çalın. Sonra qazanı az xodda olan qazın üstünə qoyun və dəyanmadan qarışdıra-qarışdıra bir az bişirin. Qalan südü də az-az əlavə edib, qarışdırmağa davam edin. Təxminən 12 dəqiqə sonra kütlə hamar və qatı olacaq. Kütləni bir kasaya boşaldıb kənara qoyun ki, soyusun. Sonra üstünə mətbəx sellofanı örtüb soyuducuda 4 saat ərzində soyudun.

Qaymaqlı kremin hazırlanması:
Kasada qaymaq, şəkər tozu və vanilla ekstraktını mikserlə kütlə özünü tutub tökülməyənə qədər çalın. Kremi kənara qoyun.


TİRAMİSUNUN YIĞILMASI

Tiramisu ölçüləri 20 X 20 sm olan dördbucaq qabda hazırlanacaq. Qabınızı hazırlayıb kənara qoyun.

Bir kasada isti (qaynar deyil) ekspresso kofesini, brendi və şəkər tozunu qarışdırın. Kənara soyuması üçün qoyun.

Ayrı iri qabda, maskarpone pendirini qaşıqla bir az əzin ki, yumuşalsın. Mikserlə də bir az çırpmaq olar. Buna, hazırladiğınız 2 kremi - zabaglione kremini ve vanilli kremi - əlavə edib, yaxşıca qarışdırın. Sonra isə  qaymaqlı kremi də bu kütləyə əlavə edib, yavaşca qarışdırın. KREMİNİZ HAZIRDIR!

İndi isə qadın barmağı qurabiyələrini bir bir şirinləşdirdiyiniz ekspresso kofesinə batırıb (hərəsini 1 saniyə) hazırladığınız qabın dibinə düzün (şəkildə göstərilən qaydada). Bir lay qurabiyə dolduqdan sonra, onların üstünə kremin 3də birini çəkin. Bu qaydayla 2 lay da əlavə edin - hər qat üçün qurabiyələr kofedə islanmalı və hər qatın üstünə krem çəkilməlidir. Tiramisunuz demək olar ki, hazırdır, amma yeməyə deyil.

Tiramisunun üstünə mətbəx sellofanı çəkib soyuducuya bir gecəlik qoyun. Süfrəyə verməzdən əvvəl üstünü tamamilə örtəcək qədər acı kakao tozu ələyin.  6 tikəyə  bölüb, süfrəyə verin. Yeyilməyən Tiramisunu buzluqda uzun müddətlik saxlamaq olar.

NUŞ OLSUN!

Related Posts with Thumbnails

93 Comments Add your own

  • 1. ilaha  |  Mart 31st, 2010 at 3:50 am

    feride xanim deyerli reseptlerinize gore cox sag olun.uzr isteyirem men hamileyem qaymaqli gobelek sorbasinin reseptini isteyirem xahis edirem onun reseptini yazardiniz.

  • 2. Mina  |  Mart 31st, 2010 at 8:16 am

    salam Feride xanim.bu resepte gore size xususi tesekkurumu bildirirem.cox xosum geldi gorunusunden,hazirlanmasida cox maraqlidi.vaxt tapan kimi hazirlayacam. reseptde marsala serabinin evezine tund kofe yazmisinizki olar.tund kofenin miqdari ne qeder olmalidir?- ekspresso kofesi ve brendi nedi? birdeki evvelde sirnisiz ekspresso kofesi yazmisiniz sonra ise sirinlesdirdiyiniz yazmisiniz bunu nece basa dusek? suallarin cavabina gore indiden tesekkurumu bildirirem.cox sag olun

  • 3. FƏRİDƏ  |  Mart 31st, 2010 at 5:32 pm

    MINA: Suallariniza cavab

    1. marsala ne qeder yazilibsa o qeder kofe. Demlenmis kofe yani ki, tozu deyil.

    2. Ekspresso kofesi kofenin bir novudur, ozune mexsus dadi var. Tiramisuda yalniz bu kofeden istifade olunur. Dukkanlarda olmamis olmaz, daha dogrusu boyuk supermarketlerde. Brendi ise uzumden hazirlananan ickidir - alkogolu var.

    3. Evvel yazdigim sirnisiz kofeye sonra sirni elave edirik, olur sirinlesdirilmis. Sonra o qurabiyeleri bu sirinlesdirilmis kofeyle isladiriq.

    Ugurlar! ve nus olsun!

  • 4. Akife  |  Mart 31st, 2010 at 8:54 pm

    Salam Feride xanim tiramisu cox gozel gorunur eminem ki dadida gorunusu qeder var insaallah yaxin bir zamanda bisirib dadina baxariq.Emeyine ve ellerine saglik.

  • 5. Gulnar  |  Aprel 1st, 2010 at 11:00 am

    salam Feride xanim tiramisunun ustune axirda kakao tozu elemesek olar onda aci kimi dad vermez

  • 6. FƏRİDƏ  |  Aprel 1st, 2010 at 11:39 am

    GULNAR: Ustunde kakao tozu olmasa onda tiramisu olmaz - aci deyende ki, cox aci olmasin. Bele basa salim. Kakao tozunun 2 novu satisda olur (en azindan burara) - biri SIRNISIZ (yani oldugu kimi, o biri SIRNI QATILMIS (sekerla qatirlar ki sirin dadsin). SIRNISIZ olandan istifade edin, yani adi Kakao Tozu (Nesquick deyil). Men reseptde aci sozunu deyisdirecem sirnisiz olana ki, aydin olsun.

  • 7. Aynurcan  |  Aprel 2nd, 2010 at 5:06 am

    mendede tiramisu resepti var sizin qoyduqunuz resept cox ferqlidir mendeknin erzaqlarina pendir ve s.seyler gelirr..bu reseptide yazib götürüb edecem bu daha asandir..

  • 8. GUNEL  |  Aprel 2nd, 2010 at 12:51 pm

    sozun duzu men hec vaxt hazirlememisam.amma deyilene gore bunun en temiz variantini ITALIYADA yemek olar.cunki MASKARPONE PENDIRI bize gelib catanacan olur turklerin kasar pendiri.ona gorede buna LABNE pendiri de vururlar,cunki onun qurulusu krem pendir formasindadir.oxudugum qederile sizde pendir yoxdur.amma esl tiramisuda pendir MUTLEQDIR.eseblesmeyin,amma bildiklerimi bolusmek istedimki sizlerede aydin olsun.helelik cvbnizi gozleyecem…..

  • 9. FƏRİDƏ  |  Aprel 2nd, 2010 at 1:35 pm

    AYNURCAN: Bu resepte de pendir gedir - MASCARPONE pendiri. Erzaqlar siyahisinda yazilib.

    GUNEL: Niye esebilesim ki? Erzaqlar listine baxsaniz, orada MASCARPONE pendiri de var (75 qram). Hetta Mascarponenin evde nece hazirlanma reseptini de yazmisam. Mascapone sozune tiklasaniz goreceksiniz. Mascarpone pendirsiz Tiramisu olmaz, bunu demekle tamamlile haqlisiiz. Amma men onu unutmamisam:)

  • 10. Pərvanə  |  Aprel 3rd, 2010 at 5:47 am

    Salam Fəridə xanım:) çox ləzzətli görsənir,mütləq bu resepti save etmək lazımdır,bir gün vaxt olanda da hazırlamaq.çox sağ olun.əllərinizə və ürəyinizə sağlıq.
    P.S saytın lap yuxarısında logoda “cookbook” sözünün altında səyahət sözü səhvən “səhayət” yazılıb.yəqin gözünüzdən yayınıb:)

  • 11. FƏRİDƏ  |  Aprel 3rd, 2010 at 8:57 am

    PERVANE: Cox sag ol sehfi tapdigina gore. Dogrudan da gozumden qacibmis, halbuki nece defe oxumusdum ki sehfim olmasin:) Yaxsi ki gordun. Indi deyisdirdim.

  • 12. Məleykə  |  Aprel 4th, 2010 at 11:17 am

    salam fəridə xanım mən çox sevinirəmki azərbaycan xanımlarının gözəl əl qabliyyətlərinin və yemək bacarığının olmasını siz bir daha sübuta yetirirsiniz belə sayt açılmasına görə sizə dərin təşəkkürümü bildirirəm və bugün burada dondurma resçepdini görüb çox sevinmişəm sabah hazırlayacağam yəqinki yaxşı alınar yeyi sizə dua edərik

  • 13. Məleykə  |  Aprel 4th, 2010 at 11:46 am

    Mən bu saytla 2 gündür tanışam ama oqədər xoşum gəlibki heç svindiyimdən deməyə söz tapmıramvə Fəridə xanım sizə çox-çox təşəkkür edirəm əlləriniz ağrımasın hərzaman var olasınız və bizi yeni-yeni reseptlərlə məlumatlandırasınız

  • 14. GUNEL  |  Aprel 6th, 2010 at 1:36 am

    Salam Feride xanim.yene de men.necesiniz?yazdiqlarinizi oxudum.sozlerirmi pis qebul etmediyiniz ucun de sevindim.men hem sozu kobudcasina deyen adadmam,hem de YEMEK baximindan COX TITIZEM.yeni xoslayiramki her sey yerli yerinde mutkeq olsun,yemeyin ve ya sirniyyatin her seyi tam ve deqiq olmalidir.bildiklerimi yazmaqdan da cekinmirem cunki isteyiremki bilmeyenler de bilsin.ve en son sualim size budur ki,biz sizi uzden ne vaxt taniyaciq?yemek verlislerinden birine cixin ve sizi uzden de taniyaq.helelik sualima cavabi gozleyecem

  • 15. PƏRVANƏ  |  Aprel 6th, 2010 at 5:04 am

    SALAM FƏRİDƏ XANİM. ZƏHMƏT OLMASA VAXTİNİZ OLANDA MEYVƏ TƏRƏVƏZLƏRDƏN BƏZƏK DUZƏLTMƏYİ OYRƏDƏSİNİZ.SAG OLUN.

  • 16. FƏRİDƏ  |  Aprel 6th, 2010 at 5:33 pm

    GUNEL: Azerbaycandaki televiziya kanallariyla danisin mene verilis versinler:) Eslinde cox isteyerdim. Belke gelecekde. Arada mesafe var, amma belke de ola biler. Firkimde var bele bir sey

  • 17. GUNEL  |  Aprel 7th, 2010 at 1:25 am

    Feride xanim sizin kimi pesekar birisine vermeyecekler verlis,bes kime verecekler.mence bu tez bir zamanda olsa daha yaxsi olar.baxiramki sizi artiq saytda sevenler coxdur.birde televiziyaya cixsaz nece sizi sevenler kutlesi yaranar.artiq siz bu isle maraqlanmaga baslasaz pis olmaz.verlisiniz reytinqde on siralarda olacaq.buna eminem.opurem,he birde simit sekilde cox gozel gorunur,bisirmeye erinirem.qonaq cagirsaydiniz seve seve gelib yeyerdim…

  • 18. Məleykə  |  Aprel 7th, 2010 at 2:58 am

    MƏN BİR OXUCU KİMİ GÜNEL XANIMIN FİKİRLƏRİNƏ QATILIRAM VƏ BU FİKRİ ALQIŞLAYIRAM fƏRİDƏ XANIM KİMİ DƏYƏRLİ VƏ PEŞƏKAR XANIMIN NƏYİNKİ SAYTDA HƏTDA TELEVİZİYA KANALLARINDADA REYTİNQ QAZANANACAĞINA MƏN İNANIRAM VƏ BU ARZUNUN HƏYATA KEÇMƏSİNİ uLU TANRIMIZDAN DİLƏYİRƏM

  • 19. FƏRİDƏ  |  Aprel 7th, 2010 at 9:53 am

    GUNEL, MELEYKE: Cox sag olun xos sozlerinize ve desteyinize gore. Bu meni sevindirir. Ele bir arzum var, televiziyada bir verilisim olsun. Xaricde yasayaraq bunu ne derecede heyata kecirmek olar bilmirem, amma bu haqda bezi kanallarla danismaq isteyirem. Gorek nece olur:))

  • 20. Məleykə  |  Aprel 7th, 2010 at 10:12 am

    Inşallah yaxşı olar Fəridə xanım siz heç darıxmayın allahu təala hər kəsin diləyini onun ürəyinə görə verir və sizində qəlbinizin paklığı hamıya məlumdur baxmayaraqkı sizinlə 5 gündür tanış olmuşam vallah inanın mənə çox ürəklə bağlanmışam sizə uşaqları yatızdıran kimi işlərimi tez görub qaçıram kampyuterin qabağına ancaq sizin saytınızda oluram

  • 21. GUNEL  |  Aprel 7th, 2010 at 10:05 pm

    salam Meleyke xanim/menim sozlerime qosuldugunuz ucun cox sevindim/tek olmadigimi gormek cox gozel bir hissdir.umid ediremki FERIDE xanim bizim sozlerimizden daha da quvvet alaraq bu isle tez bir zamanda maraqlanacaq.her halda sebrsizlikle gozleyirik.FERIDE XANIM SIZ NECESINIZ?SIZDEN BIR XAHISIM VAR/MEN HER GUN SIZIN SAYTINIZA DAXIL OLURAM.COX XAHIS EDIREM RESEPTLERINIZI DAHA COX VE DAHA TEZ TEZ YENILEYESINIZ.OPUREM…………….HER HALDA IMKAN DAXILINDE NEZERE ALARSIINZ.helelik bu qeder:):):):):):)

  • 22. Məleykə  |  Aprel 7th, 2010 at 10:54 pm

    Sağolun Günel xanım mənim yazımı dəyərləndirdiyiniz üçün sizə təşəkkürlər! Əllbəttə biz tək deyilik Fəridə xanım sayəsində Azərbaycan xalqının gözəl bacarıqlı xanımları bu saytdda toplanmışlar .Öpürəm

  • 23. GUNEL  |  Aprel 8th, 2010 at 1:30 am

    ……………………………………………………………………………………………………………………….Beli MELEYKE xanim duz buyurursunuz.men cox sad oluram hem reseptlere gore,hemde sizin kimi xanimlari qiyabi də olsa tanıdığıma görə.helelik…………he birde Məleykə xanim qeyri adi yemek reseptiniz varsa bizimle bölüşün………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………

  • 24. Məleykə  |  Aprel 8th, 2010 at 12:12 pm

    Salam Günel xanım axşamınız xeyir məndə maraqlı raseptlər çoxdur vaxtım olanda çalışaram yazım amma birdən Fəridə xanım məndən inciyər resept yazdığıma görə icazə verirsə mənim gözlərim üstə yazıb sizlərlə bölüşərəm hələlik

  • 25. FƏRİDƏ  |  Aprel 9th, 2010 at 8:31 am

    MELEYKE: Elbette ki, incimerem:) Istediyin resepti yaza bilersen. BU gunler FORUM yaratmaq isteyirem ki, isteyen oxucu oraya girsin, istediyi melumati diger oxucularla paylassin, onda daha yaxsi olar. Amma helelik ki, forum yoxdur, buraya yaza bilersen.

  • 26. LEYLA-SERGUL  |  Aprel 10th, 2010 at 10:31 am

    salam Feride xanim,tiramisuya duru vanil yerine adi vanil qatsaq olarmi?ve 2ci sualim brendi olmasa olarmi ? olarsa onun evezine ne qataq?indiden tesekkurler

  • 27. FƏRİDƏ  |  Aprel 10th, 2010 at 10:47 am

    LEYLA: Duru vanilin dadi ferqli olur, amma eyni yoxdur, yoxdursa bir cimdik o birisinden istifade et. Brendi yerine kofe demleyib tok, eyni miqdarda.

  • 28. LEYLA-SERGUL  |  Aprel 10th, 2010 at 11:07 pm

    salam FERIDE xanim cavaba gore cccccooox sag olun,helelik

  • 29. Aynur  |  Aprel 11th, 2010 at 11:42 am

    Salam Feride xanim. men sizden rulet resepti isteyirem. eger zehmet deyilse yazardiz. indiden cox sagol deyirem.

  • 30. Lalə  |  Aprel 15th, 2010 at 3:48 am

    Salam. cox sag olun, coxdadir ki, bu resepti axtarirdim.ne yaxsi ki, siz yazmisiniz. sonsuz tesekkurler

  • 31. ilahe  |  Aprel 20th, 2010 at 10:15 am

    cox sag olun.bu resepti men istemisdim sizden.diqqet edib xahisimi yere salmadiginiza gore size minnetdaram.men daha asan reseptle edirdim.ve gorurdum ki nese catismir.ona gore sizden xahis etdim ki resepti yazasiz.bunu mutleq hazirlayacam.

  • 32. xatire  |  Aprel 26th, 2010 at 10:12 am

    salam.necesiniz FEride xanim?men oyrenmek isteyirdim ki,qaymaq deye behs etdiyiniz mehsul bildiyimiz xama, yoxsa uzerine cream yazilan smetanlar ve ya tamam bashqa bir sheydir?zehmet olmasa bilgsaq olun.

  • 33. Zara  |  Aprel 26th, 2010 at 10:30 am

    Hormetli Feride xanim.Bu gun sizin saytinizi tapdim cox wad oldum/Sag olun/allah sizden razi olsun/Cox isterdim sizinle yaxindan taniw olum.Xaiw edirem badamburanin reseptini yazasiniz.

  • 34. Fəridə  |  Aprel 26th, 2010 at 12:21 pm

    XATİRƏ: Qaymaq xama deyil. Rusca SLİVKİ adlanır, ingilisce whippingi cream. Südün üzüdür - yağlı yeri.

  • 35. Ayten  |  May 1st, 2010 at 11:14 pm

    Salam FERIDE XANIM.MEN NECHE VAXTDIR SIZIN RESEPTLERDEN ISTIFADE EDIREM.ALLAH SIZDEN RAZI OLSUN KI,BIZIM KIMI GENC AILELERE ORNEK OLURSUNUZ.MEN HER GUN SIZE DUA EDIREM.MENIM 25 YASHIM VAR AMA ARTIQ SIZIN SAYENIZDE DEMEK OLAR KI,CHOX CHETIN ISHLERE RISK EDIREM.MENIM DAHA CHOX USHAQLIQDAN MEYLIM SIRNIYYATLARADIR.NAPALEON TORTU CHOX DADLI IDI.HER DEFE YOLDASIM MENDEN ONU HAZIRLAMAGIMI ISTEYIR.CHOX SEVINIREM KI,SIZINLE TANIS OLDUM.

  • 36. Ayten  |  May 1st, 2010 at 11:23 pm

    FERIDE XANIM BIR DE SIZDEN XAHISH EDIREM,SUFLELI TORTV RESEPTI,IMKAN OLSA QUSH SUDU TORTUNUN DA RESEPTINI VERERDINIZ.

  • 37. Pərvinə  |  May 3rd, 2010 at 1:53 am

    Salam Fəridə xanım,necesiniz.Hər şeyə görə çox sağ olun.Zəhmət olmazasa mənə krem suflenin tarifini yazın.Əvvəlcədən minnətdaram.

  • 38. gulnar  |  Iyun 15th, 2010 at 11:04 am

    salam men tramisunu meyveli hazirlayiram oda cox dadli olur sizin reseptide hazirlayacam

  • 39. AfA  |  Iyun 16th, 2010 at 2:34 am

    Salam Feride xanım çox sağolun tiramisu reseptine görə ..neçə vaxdır yemək istədiyim amma hazırlamadığım bi resepdir indi hazırladım soyuducuda donmasını gözləyirəm ….men yemek bişirmek dəlisiyəm ..reseplərin belə aydın və hərtərəfli yazdığınız üçün sizə minnəttaram .ilk dəfə sayta girəndə inana bilmədim ki Azərbaycan dilində belə gözəl və səviyyəli sayt var …həm Azərbaycan həm də İngilis dilində olması ümumiyyətlə çox gözəldir ..çox sağolun

  • 40. sehla  |  Iyun 19th, 2010 at 2:49 pm

    cox sag olun feride xanim tiramisu reseptine gore. size cox minnetdaram insallah bu yaxinda bisirecem nece alindigini ise sonra yazacam…

  • 41. Yaqut  |  Sentyabr 1st, 2010 at 9:59 am

    Cox sagolun Feride xanim…

  • 42. ruslan  |  Sentyabr 7th, 2010 at 11:57 am

    fardida xanim sizdan yeni tort va picyonnular raceplari istiyirik cox sag olun

  • 43. humeyra  |  Oktyabr 16th, 2010 at 11:17 am

    çox yaxşi ki bu şerabi kofe ile evezleşdirmisiniz.sizin sayti bi de ona gore beyenirem ki spirtli şeylerden istifade etmirsiniz

  • 44. MAile  |  Oktyabr 23rd, 2010 at 8:12 am

    SALAM FERIDE XANIM.vanil ekstrakti nedir?

  • 45. MAile  |  Oktyabr 23rd, 2010 at 9:54 am

    birdeki marsala serabinin yerine baki serabi ola bilermi?ve brend nedir?

  • 46. FƏRİDƏ  |  Oktyabr 25th, 2010 at 1:23 pm

    MAILE: Vanil ekstrakti vanil bitkisinden hazirlanan sulu maddedir. Balaca suselerde satilir. Tund gehvei rengde olur. Mayedir. Marsala serabi bisirmek ucun en uygun serabdir. Yumusaq dadi var. Baki serabi bir az sert ola biler. Yaxsisi budur siz kofeden istifade edin. Brendi spirtli icki novudur.

  • 47. aida  |  Oktyabr 31st, 2010 at 3:48 pm

    salam sizin resepti oxudum duzunu desem burdaki tiramusunun kreminin hazirlanmasi duzun yazmamisiniz. Menimcun tiramusu cox maraqli oldugundan bir nece saytlardan reseptini axtarmisam tiramusunun kremine labne pendiri deyilen pendir qatilmalidir turklerden goturmusem bu resepti onlar bu sirniyyati daha cox hazirlayir. amma men hemin labne pendirini bakida tapa bilmirem diye tiramusu hazirlaya bilmirem azerbaycanca bu labne pendirinin adini bilen varsa yazsin zehmet olmasa please(((((((((((

  • 48. Fəridə  |  Noyabr 3rd, 2010 at 9:48 pm

    AIDA: Esl Tiramisu LABNE pendiri deyil MASCARPONE pendirinden hazirlanir. Turkiyenin her yerinde mascarpone pendiri tapilmadigindan, onu daha cox labne pendiri ile evez edirler. Labne pendiri qaymaga oxsar bir pendirdir.

  • 49. Turkan  |  Dekabr 9th, 2010 at 7:11 pm

    Salam Feride xanim. Bu resepti uzun zamandi etmek isteyirem amma maskarpone pendirini evez ede bileceyim pendir varmi? Cunki buada bu pendiri tapmam mumkun deyil.
    2. Soyuq sud qaymagi.menim oldugum olkede sud mehsullari,pendir tapmaq cetindir,cox ceshit yoxdur.Yalniz bizim semetana benzer birshey var burda onunla etmem mumkundur ya yox? pendir de ancaq chees cake ucun olan pendir var buada .cavablasaniz sevinerem,hefteye qonagim var ve bu shirniyati hazirlamaq isteyirem .
    Hormetle Turkan.

  • 50. FƏRİDƏ  |  Dekabr 9th, 2010 at 8:57 pm

    TURKAN: Mu torta lazim olan 2 esas erzaq yoxdur orda demeli. Duzu basqa nese meslehet gormek istemirem, cunki men basqa erzaqlardan istifade etmemisem. SEhf hec ne demek istemirem. Mascarpone pendirinine oxsar bir pendir elde etmek ucun bir qeder cream cheese (cheesecakede istifade olunandan) ve xamani qarisdirin, amma icine bir az qaymaqda qatin (sud qaymagi), qaymaq yoxdursa bir az sud qatin. Olacaq maskarponeye oxsayan bir sey Amma deqiq olculerini yoxlamamisam. Siz yaxsisi budur ozunuz eksperiment edin evvelceden. Meqsed yumusaq bir pendir novu elde etmekdir. Krem ve pendir arasi bir sey.

  • 51. Turkan  |  Dekabr 12th, 2010 at 4:01 am

    Cox sagolun cavaba gore, hazilayib sherh yazacam inshallah

  • 52. jale  |  Dekabr 12th, 2010 at 8:36 am

    salam Feride xanım. necesiniz? Kefiniz halınız necedir? men sizinle danısmaq olmaq isteyirem bilirsinz niye sizin gözel azeri metbexine çox hörmetiniz var incimersinize napalyon tortunuda salarsız oldu sagolun sizi öpen jale

  • 53. jale  |  Dekabr 12th, 2010 at 8:42 am

    salam Feride xanım.necesiniz? azeri metbextine cox hörmetiniz var .napaliyon tortunu salmağı unutmayın. sağolun

  • 54. jale  |  Dekabr 12th, 2010 at 8:43 am

    napaliyon tortunu salmağı unutmağın

  • 55. FƏRİDƏ  |  Dekabr 16th, 2010 at 11:03 am

    JALE: Napoleon tortu saytda var artiq.

  • 56. xanim  |  Dekabr 19th, 2010 at 11:52 am

    Salam .Qaymaq 25% –lik olsa olarmi ?

  • 57. FƏRİDƏ  |  Dekabr 19th, 2010 at 8:47 pm

    XANIM: Olar.

  • 58. leman  |  Dekabr 26th, 2010 at 10:40 am

    gozel gorunur.ellerinize sagliq

  • 59. leman  |  Dekabr 26th, 2010 at 10:44 am

    Feride xanim fiqurnupecenyelerin reseptini vere bilersinizmi

  • 60. Turkan  |  Yanvar 7th, 2011 at 1:11 am

    Salam Feride xanim.Eminem bu mesajimi oxuyada guleceksiniz,ve sizi gulumsetdirmeyi qerara aldim.
    Lady Fingers cox ela cixdi,xoshuma geldi.Ama kremim ele oldu ki qurabiyelerime heyifim geldi o kremi ishletmeye.
    Burada,Koreyadada cox cetinlikle yalniz 1 yerde maskarpone pendirini tapdim,ama tam yagli sud mumkun deyil,qaymaqda onu kimi.Mende bu kremi cox hazirlamaq isteyirdim deye,yagli sud yerine,adi sud ile biraz kere yagi qarishdirdim:),qaymaq yerinede yalniz smetan tapa bildim:((.oda cox cetinlikle,magazalarda yoxdur.ve sonunda sizin reseptden uzaq oz uydurma kremi cox eybecer oldu,indise bashqa ,maskarponeli krem resepti lazimdir qurabiyelerimle hazirlayim.
    Cox sagolun.reseptde deishiklik elemeyi sevmesemde Koreya mene cox seh oyretdi:)

  • 61. irade  |  Yanvar 7th, 2011 at 8:57 am

    Salam xanimar men yeni il axshami ucun tiramisunu hazirladim ancaq maskarpone ve yumurta ile yeni ciy kremile her kese meslehet gorerdim cunki dondurma dadinda olur.Haminizada mehz ciy kremle hazirlayasiniz elave sud ve saire artiq xercdir bu resept hem bereketli hemde daha ucuz olur

  • 62. Konul  |  Yanvar 17th, 2011 at 4:13 am

    TIRAMUSI cox sevdiyim tatlidi ama ben bildiyim recep daha asan ve serfelidi…

  • 63. jale  |  Yanvar 28th, 2011 at 10:25 am

    cox dadddidi 1 defe yedim amma vuruldum bunnan sora inwallah eliyecem))))))

  • 64. leyla  |  Mart 5th, 2011 at 6:31 pm

    mende eliyecem

  • 65. leyla  |  Mart 5th, 2011 at 6:33 pm

    konul xanim necedi oooooo???

  • 66. Rasim  |  Mart 10th, 2011 at 2:47 am

    Bu tort heqiqeten cox lezzetli tortdur,bizim evde bu tort heftede 1 defe mutleq heyat yoldashim terefinden hazirlanilir.Ushaqlarda bu tortu cox sevir,Hamiya NUSH olsun.

  • 67. Arzu  |  May 6th, 2011 at 4:04 am

    Salam Farida xanim. Reseptdeki qaymaq duru olmalidi (kofeye qatilan slivki kimi)?Yoxsa sudun ustunden yigilan qaymaq kimi qati?

  • 68. FƏRİDƏ  |  May 10th, 2011 at 10:09 am

    ARZU - slivki kimi

  • 69. arzu  |  May 15th, 2011 at 7:16 am

    Cox sag olun

  • 70. ilahe  |  Iyun 29th, 2011 at 4:09 am

    salam.men tiramisu hazurlamaq isteyirem amma mascarpone pendirini tapa bilmirem.mene komek edub,pendiri haradan aldigunizi deye bilersiniz?

  • 71. ilahe  |  Iyun 29th, 2011 at 4:23 am

    XAHIS EDIREM,MENE MASCARPONE PENDIRINI HARADAN TAPA BILEREM ONU DEYIN.

  • 72. Feride  |  Iyun 29th, 2011 at 9:43 pm

    ILAHƏ - mascarpone Bakıda böyük supermarketlərdə var.

  • 73. nermin  |  Iyul 3rd, 2011 at 5:23 am

    Feride xanim,tiramiunun hazirlnama qaydasi qadin barmaginin resepti ile birlesib. tiramisunun yigilmasi merhelesini de oxumaq istiyirem :(((

  • 74. nermin  |  Iyul 8th, 2011 at 11:48 am

    resepti tam oxumamisammis :)))) indi her sey aydindi …

  • 75. ayten  |  Iyul 29th, 2011 at 10:56 am

    salam feride xanim necesiz men sizi rusiyanin moskva seherinden narahat eliyirem gorunur siz cox temiz boyuk ureye sahib bir insansiz sizin reseptleriniz azerbaycan metbexini her yerde tanidir ruslar sizin reseptlerinizi tez tez oxuyur size heqiqeten cox minnatdariq ruslar da hemcinin sizden adi bir tort resepti isteyirem xais edirem eger resept yazsaz size omur boyu minnettar olaram indi ise saqolun geceniz xeyre size uzun omur can saqliqi gelecek faliyyetlerinizde uqurlar arzulayiram insallah yeni reseptlerinizle bizleri sevindirersiz bye

  • 76. GUNEL  |  Avqust 17th, 2011 at 3:23 am

    SALAM Feride xanim.Menim iki korpe ushaqim cox xahis edirem sorbalarin sayini artirasiz zamanla.

  • 77. yasha  |  Avqust 28th, 2011 at 12:10 pm

    salam feride xanim sizin hazirladiginiz tirasimunu gorende cox sevindim.amma innanmiram ki onu hazirlaya bilem .sizden xahis etsek lazim oldsuqda sifaris goturersiz.eger sifaris mumkun olmasa bize deye bilersiniz bu tortu nece elde ede bilerik.evelceden oz minnetdarigimi bildirirem

  • 78. Fəridə  |  Avqust 28th, 2011 at 11:00 pm

    YASHA - Sifariş qəbul etmirəm, bağışlayın. Bakıda olmadığıma görə sifarişi haralar qəbul edir, bilmirəm.

  • 79. lale  |  Sentyabr 17th, 2011 at 4:29 am

    men bunu hazirladim cox lezzetli idi

  • 80. Emine  |  Noyabr 27th, 2011 at 4:49 am

    tiramisu, tortunda kreme lazim olan brendi nedi?

  • 81. Guler /admin/  |  Noyabr 28th, 2011 at 5:52 am

    ƏMİNƏ, Tiramisunu bir neçə üsulla hazırlamaq mümkündür. Kreminə görə fərqli tiramisu reseptləri olur. Reseptdə qeyd olunan Brendi- spirtli içkidir,bu kremə dad verir. Kremə başqa spirtli içki də qatıla da bilər,məsələn Rom içkisi və ya konyak. Amma spirtli içki istifadən etmirsizsə qatmaya bilərsiz.

  • 82. samira  |  Dekabr 4th, 2011 at 9:55 am

    salam

  • 83. real  |  Dekabr 6th, 2011 at 2:33 pm

    super oldu

  • 84. fidan  |  Yanvar 11th, 2012 at 6:38 am

    salam feride yemeklerin gozeldir yeni reseptler gozleyirem

  • 85. seva  |  Yanvar 26th, 2012 at 7:26 am

    salam Feride xanim bu resept mukemmeldir,bisirmeye calisacam cunki gornusu superdi.Ama bisirmezden qabaq dadmaq isteyirem nece ede bilerem sifaris etmek isterdim.

  • 86. Guler /admin/  |  Yanvar 26th, 2012 at 10:10 am

    SEVA, tiramisu Bakının bəzi şirniyyat mağazalarında satılır. Tamına restoranlarda da baxa bilərsiniz. Amma hazırlanma üsulu müxtəlifdir. Ola bilər tamına baxdığınızla bu reseptdəki uyğun gəlməsin. kremin tamında fərq olur.

  • 87. seva  |  Yanvar 27th, 2012 at 1:53 am

    Tesekkur edirem ve Sizinle tam raziyam men italiyan metbexi olan bir restoranda tiramisunun dadina bakmisam tamam bu gorduyumden ferqli idi ona gore bu sekilde gorduyumden istedim yenede melumat ucun tesekkurler.

  • 88. arzuNY  |  Yanvar 28th, 2012 at 12:41 pm

    Salam FERIDE xanim,menim sizden bir xaisim var zehmet olmasa mene deye bilersiz men tiramisu ucun ESPRESSO COFFESINI ev seraitinde masinsiz nece hazirlaya bilerem???
    men bu gun tiramisunu hazirlamak isteyirem amma koffenin hazirlanmasini bilmirem komek etseniz cox sad olaram.CAVABINIZI GOZLEYIREM,EVVELCEDEN TESSEKURLER

  • 89. Fəridə  |  Yanvar 31st, 2012 at 4:12 pm

    ARZUNY - Cavabəm gecikdi, bağışlayın. Amma maşınsız olmaz. Expresso narın olmalıdır.

  • 90. arzuNY  |  Fevral 2nd, 2012 at 7:49 pm

    cox saq olun cavabiniz ucun,men caresini tapdim hazir aldim koffe satilan yerlerden ve hazirladim !!!Ellerinize saliq coxxx tesekur edirem bele gozel reseptler ve cavabiniz ucun!

  • 91. SIMA 1  |  Fevral 5th, 2012 at 3:19 am

    SIZE 1 SUALIM VAR ,MEN MASCARPONE PENDIRINI EVDE HAZIRLAMAG ISTEYIREM.EV YAPIMI MASKARPONE PENDIRI TARIFINDE ,ICINE KREMA YAZILIB..KREMA NEYE DEYILIR,ONU NECE HAZIRLAYIM.VE YAXUTDA MAQAZINLERDE BIZLERDE ONA NE DEYILIR?XAHIS EDIREM KIMSE BILIRSE YAZSINDA.FERIDE XANIM BELKE SIZ BILRSINIZ?MENE KOMEKLIK EDINDA

  • 92. GUL  |  Fevral 5th, 2012 at 10:43 am

    FERIDE XANIM SALAM TIRAMISUNUN ICINE MASCORPONI PENDIRI VURULMALIDIR.AMMA TAPA BILMIREM.ONU TVAROKLA EVEZ EDE BILEREM VE YAXUTDA QATIG SUZMESIYLE?SUALIMI CAVABLANDIRSANIZ COX SEVINEREK TIRAMISUNU DUZELDERDIM.

  • 93. Fəridə  |  Fevral 5th, 2012 at 11:07 pm

    SIMA - krema dediyiniz qaymaqdır, süd qaymağı. dükkanlarda elə qaymaq adıyla satılır.

    GÜL - mascarpone olmalıdır. yoxdursa, labne pendiri ola bilər. qatıq süzməsi turş olur.

Şərh Yaz

Lazımdır

Lazımdır, bloqda görünməyəcək

(Varsa)

Trackback this post  |  Subscribe to the comments via RSS Feed