kataloq

Toyuq Çığırtması

Çığırtma sözü Azərbaycan mətbəxinə yad deyil. O qədər çığırtma növümüz var ki. İspanaq Çığırtması, Pomidor Çığırtması, Kartof Çığırtması, Badımcan Çığırtması, Qiyma Çığırtma və sairə.  Bu yeməkləri birləşdirən odur ki, hamısının üzərinə ən axırda çırpılmış yumurta tökülüb bişirilir.  Toyuq Çığırtması belə yeməklərdən biridir. Çox ləzzətli olur. Bu yeməyin bişirmə üsulu şəhərdən şəhərə, rayondan rayona, hətta ailədən ailəyə bir az da olsa dəyişir. Mənim üsulum isə burda gördüyünüzdür. Toyuq əti bişdikdən sonra mən onu bir müddət pomidor və soğanla vam odda bişirirəm ki, dadlar bir birinə qarışsın və pomidorlu sous yumşalsın. Yumurtanın sayını isə çox eləmirəm. Rəfiqəm Güllü isə bu yeməyi başqa cür bişirir. Yeməyə limon turşusu əlavə edir. Məncə ləzzətli olar. Gərək bir gün onun da metodundan istifadə edim. Eşitdiyimə görə Səlyan rayonunda da toyuq çığırtmasını limon suyuyla bişirirlər. Bəs siz bu yeməyi necə bişirirsiniz? Maraqlıdır.

TOYUQ ÇIĞIRTMASI

4-6 porsiya üçün nəzərdə tutulub

Ərzaqlar

3 xörək qaşığı bitki yağı
2 xörək qaşığı kərə yağı
1 iri baş yarım-halqalara doğranmış soğan
1 kilo tikələrə bölünmüş toyuq əti (mən sümüksüz bud ətindən istifadə edirəm.Təxminən 10 tikə olmalıdır)
1 çay qaşığı duz
1/4 çay qaşığı istiot
4 xırda doğranmış iri yetişmiş pomidor
3 yüngülvari çalınmış yumurta
zövqə görə doğranmış keşniş

QEYD1: Əgər pomidorlarınız yaxşı yetişmiş ve sulu deyilsə, onda yarım stəkan qaynar suda 1 xörək qaşığı tomat yumuşaldın və pomidorlarla bərabər yeməyə əlavə edin.

QEYD 2: Bu yemək sobada bişirilib birbaşa süfrəyə də verilə bilər. Bunun üçün yumurtanı əlavə etməzdən əvvəl yeməyi soba qabına boşaldıb üzərinə yumurta əlavə edib 200C dərəcəlık sobada yumurta bərkiyənə qədər bişirin. Sonra Çığırtmanı elə o qabdaca süfrəyə verin.

1. Tavada 2 xörək qaşığı bitki yağı qızdırın və soğanı əlavə edib təxminən 10 dəqiqə qızardın. Qızarmış soğanı ayrı qaba boşaldıb,  qabı kənara qoyun.

2. Qalan bitki yağını və kərə yağını soğanı qızartdığınız tavada qızdırın. Qeyd: Ərinmiş yağdan istifadə edirsinizsə, onda bitki və kərə yağının yerinə 3 xörək qaşığı  ərinmiş yağ istifadə edin. Yağa toyuq tikələrini əlavə edib hər iki tərəfini yaxşıca qızardın.

3. Toyuğa duz və istiot vurun. Üztünə qızarmış soğanı,  doğranmış pomidoru da əlavə edin. Tavanın qapağını örtün və yeməyi arada qarışdıraraq orda odda təxminən 25 dəqiqə ərzində toyuq əti yumuşalana qədər bişirin.

4. Çalınmış yumurtaları toyuğun üzərinə tökün. Tavanın qapağını örtün və yeməyi yumurta bir az bərkiyənə kimi (təxminən 5-7 dəqiqə çəkir) bişirin. Bu müddət ərzində tavanı qarışdırmayın! Toyuq Çığırtmasını süfrəyə verməzdən əvvəl üstünə zövqə görə doğranmış keşniş səpin. Çörək və ya plovla yeyin. NUŞ OLSUN!

Related Posts with Thumbnails

51 Comments Add your own

  • 1. Mehin  |  Dekabr 16th, 2008 at 12:56 am

    Salam Fəridə, əllərinə sağlıq.
    Acdım lap…
    Çığırtmanı heç vaxt bişirməmişəm desəm, gülmə.
    Gərək bir dəfə sınaq edim görüm necə alınacaq və bizimkilər senzuradan keçirəcəklərmi. EsmaNurun bloqunda bir çorba resepti vardı, Ezogelin, bir xoşladılar ki, hələ əlavə də tökdürdülər.

  • 2. Feride  |  Dekabr 16th, 2008 at 8:56 pm

    Mehin, nush olsun:) Bisirsen xeber ver gorek nece alindi. Umid edirem ki, senzuradan kecer:) Ezogelin sorbasi menim en cox sevdiyim ve tez tez bisirdiyim sorbalardan biridir. Turkiye-Azerbayan ailesi oldughumuza gore evimizde turk yemekleri tez tez bisirilir. EsmaNUrun resepti ve sorba haqqinda hekayesi cox xosuma geldi.

  • 3. Firuza  |  Yanvar 7th, 2009 at 1:25 am

    Chox teshekkur edirem resept uchun!

  • 4. Feride  |  Yanvar 8th, 2009 at 1:34 pm

    Firuze, xos geldiniz. Men size tesekkur edirem bloqumu ziyaret etdiyinize gore.

  • 5. Mehin  |  Yanvar 17th, 2009 at 8:57 am

    Fəridə, Bakı vaxtı ilə axşamın xeyir.
    Nəhayət ki, bu çığırtmanı bişirdim, gülmə, bizim evdə ilk kərə toyuq çığırtması bişdi. Və…senzuradan keçdi!!!! Bizimkilər dükan toyuğu yemirlər deyə, rayondan toyuq gəlməsini gözləməli olduq, ona görə bir az gec alındı. Ama əsas odu ki, mənim qızardılmış soğan yeməyən qızım belə, boşqabında zərrəcə nəsə saxlamadı, tərifləyə-tərifləyə yedi bitirdi. Son zamanlar bir də “ezogəlin” çorbasını belə bəh-bəhlə qarşılamışdılar ev əhli.
    Əllərinə sağlıq, yeni reseptlər yaz!

  • 6. FƏRİDƏ  |  Yanvar 19th, 2009 at 3:31 pm

    MEHIN: Kaliforniya vaxti ile gunortan xeyir. Cox sevindim resepti “prob” etdiyine gore. Senzuradan yaxsi ki, kecdi, yoxsa biabir olacaq idim:) Tezlikle yeni reseptler yazacagam. Bu gunler bir az vaxta ehtiyacim var. Uzaq sahillerden salamlar.

  • 7. Mehin  |  Yanvar 20th, 2009 at 9:57 am

    Uzaq sahillərə Bakı küləyi ilə salamlar!
    Sənə bir az vaxt göndərə bilərdim, ama bilmirəm necə…
    Bir yemək alınmayanda resepti verən niyə biabır olsun ki? Bişirənə cəza düşür, məsələn mənim kimi. Bir dəfə səhər yeməyinə Şəbnəmin dediyi kimi sıyıq bişirdim, özümə yedizdirdilər…..
    Allah sənin işlərini avanda salsın, sən də yeni reseplərini bölüşəsən.

  • 8. FƏRİDƏ  |  Yanvar 20th, 2009 at 5:38 pm

    MEHIN: Tezlikle yeni reseptler gelecek. Memden de salamlar.

  • 9. Famil  |  Yanvar 26th, 2009 at 8:41 am

    Salam menim 17 yasim var Sumqayit 3 nomreli liseyinde asbaz fakultesinde oxuyuram.Nece desem sizi mene ALLAH gonderib mene de ele bunun resepti lazim idi Cox sag ol Tesekkurler yeni yemek reseptleri gozleyirem Cavab!

  • 10. FƏRİDƏ  |  Yanvar 26th, 2009 at 3:29 pm

    FAMIL: Xos geldin bloquma. Sevindim ki, resept ishine yaradi. Nush olsun:) Indi ki, oyrendim ki, ashbazsam, men de senden dadli yemek reseptleri gozleyirem:) Yeni reseptlere hemise acigham.

  • 11. Roya  |  Mart 10th, 2009 at 5:23 am

    Salam Feride BAcim necesen?ne vaxtadir ki senin sehveni ziyaret ede bilmirem yeri gelmishken bu gun yel cersenbesidir seni ve aileni tebrik edirem.gelmishdim ki yemeye bu gun senin resptlerinden bir sey secim.lap evelden toyuq cigirtmasini gorub acdim cox lezzetlidir.cox isterdim meni qonaq devet edib bu cigirtmani bisiresen.olar?????????

  • 12. FƏRİDƏ  |  Mart 10th, 2009 at 11:15 am

    ROYA: Sagh ol, men yaxsiyam, sen necesen? Men de seni ve aileni tebrik edirem. Neche bele bayramlara. Uzaqda olmasaydin, sene chighirma bisirib qonaq ederdim. Bisirsen, nush olsun:)

  • 13. denish  |  Aprel 9th, 2009 at 2:49 am

    salam,ay daaaaa lap iştaha gəldim.çox gözəl yazirsiniz. mən də evdə bir dəfə kiftə bisirmisdim. təəssüflər olsun ki haməsənə özümə yedizdirdilər.anam deyir ki, mən yeyəcəyim yeməyə əlini vurma:(inşallah öyrənərəm hə?

  • 14. FƏRİDƏ  |  Aprel 9th, 2009 at 10:13 am

    DENIŞ: Əlbəttə öyrənərsən:) Mən də subaykən çox az yemək bişirə bilirdim. Sonra oyrendim, tək başına, özüdə hamıdan uzaqda. Odur ki, narahat olma:)

  • 15. VEFA  |  Aprel 16th, 2009 at 1:07 am

    salam bu gun ilk defe idi ki bu sayta girdim ve cox shad oldum. Metbexi seven bir insanam her zaman diger dillerde olan saytlardan yararlanirdim. Bele bir sayin azerbaycanca olmasindan fexr hissi kecirirem. VE bun sayti erseye getiren her kese teüekkurler

  • 16. sladkayewka  |  Aprel 17th, 2009 at 3:41 am

    BU GUN BISHIRECEM AXSHAMA NE BISHIRIM DEYE DUSHUNURDUM))))

  • 17. nuriye  |  Aprel 26th, 2009 at 12:44 am

    bunu plova qarısdırıb yeyende cox lezzetlı olur

  • 18. TUNZALE*93  |  Aprel 29th, 2009 at 10:16 pm

    AY FERIDE XANIM MENDEN CIXMAYAN IS,BU TOYUQ CIGIRTMASINI OXUMAMISAM,MUTLEQ TOYUQ ALIB BUNU BISIRECEM,AXI MEN EVIMIZIN KICIK ASPAZIYAM.EVDE MENE HER KES KICIK ASPAZ DEYIR.SIZDE DESENIS SEVINEREM

  • 19. Yasemen  |  May 26th, 2009 at 2:17 am

    Salam Feride xanim reseptlere gore minnetdaram. Tesevvurunuze getirenmersiz nece sevinirem bu sayti tapdigima gore. Mutleq hazirliyacam. Qerib olkede anamdan uzaq oldugum ucun bu sayt mene cox dogma oldu bu gunden.

  • 20. gulxar  |  Iyun 19th, 2009 at 6:18 am

    allah razi olsun super saytdir axtardiqimi tapdim

  • 21. FƏRİDƏ  |  Iyun 22nd, 2009 at 2:36 pm

    COX SAGH OLUN!

  • 22. Fəridənin Yemək Kitab&hellip  |  Iyun 26th, 2009 at 11:07 am

    [...] Həyatımda  yediyim toyuq yeməklərindən ən ləzzətlilərindən biridir. Bir qədər bizim toyuq çığırtmasını hatırladır, amma yenə də özünə məxsus fərqi və ləzzəti var. Dadını yazmaqla izah [...]

  • 23. kama  |  Iyul 5th, 2009 at 2:25 pm

    Tewekkurler Feride xanim.maraqli reseptleriniz var.

  • 24. gulya  |  Iyul 17th, 2009 at 1:59 am

    salam cox sevindim bu sayta gore

  • 25. seva  |  Iyul 23rd, 2009 at 6:54 am

    salam Feride xanim reseptlerinize gore cox sagolun.sizden bir xahishim var:mene turk paxlavasinin reseptini vere bilersiniz?eger sizde yoxdusa sizi izdiyenlerden xahish edirem onlarda varsa versinler.birde cox sagolun.

  • 26. Fəridə  |  Iyul 24th, 2009 at 10:42 am

    SEVA: Turk paxlavasinin resepti mende var, amma phyllo xemiriyle, yani hazir satilan ince xemirle. bir gun bisirib sayta qoyaram.

  • 27. seva  |  Iyul 27th, 2009 at 8:46 am

    cox sagol gozleyecem

  • 28. Elnure  |  Avqust 4th, 2009 at 11:39 pm

    Salam Farida xanum cox tesekkur edirem bu cur gozel yemek tarifleriniz ucun.Ellerinize sagliq

  • 29. Cücə  |  Avqust 6th, 2009 at 1:50 am

    Salam, Fəridə xanım hər şeyə görə Sizə minnətdaram. Yeməkləri şəkillərlə verməyiniz əladır bu mənə çox lazımdır. Sağolun.

  • 30. Mehseti  |  Avqust 25th, 2009 at 3:45 am

    salam Feride xanim men bugun bu sayta daxil olmusam ve gorduklerime helede inana bilmiremki men niye buvaxtacan bu gozel reseptleri bilmirmisem .bundan sornra sizden faydalanacam 100% sizede cox tesekkurlerimizi bildiririk menimkimi yemek bisirmeyi cox seven insanlara bele asan serait yaratmisizki menyularimizi dahada zenginlesdirek .Tesekkurler.

  • 31. Lale  |  Avqust 28th, 2009 at 4:10 am

    Feride salam. Necesen? Evvela Ramazan ayi munasibetile tebrik edirem hamini ve bu aydan behrelenmeyi dileyirem her kese. Allah butun muselmanlarin orucunu ve diger ibadetlerini qebul etsin. Amin!

    Yemeklere de soz yox cox gozel gorsenir, gorunduyu kimi de lezzetlidir. Eziyyetinize gore teshekkurler.

  • 32. FƏRİDƏ  |  Avqust 28th, 2009 at 8:12 am

    SERHLERINIZE GORE COX SAGH OLUN!

    Lale, senin de Ramazan ayin mubarek olsun.

  • 33. Xəyalə  |  Sentyabr 28th, 2009 at 8:43 am

    Biz tərəflərdə (Yardımlıda) bunu aşqarası kimi tez-tez bişirirlər. İndi sizin qaydada bişirəcəm. Ümüd edirəm şəkildəki kimi alınacaq. Təşəkkürlər!

  • 34. FƏRİDƏ  |  Sentyabr 28th, 2009 at 11:31 am

    XEYALE: Umid edirem ki, xosuna geler.

  • 35. valida  |  Sentyabr 30th, 2009 at 10:29 pm

    cox gozel,ellerine sagliq.mumkunse yeni ne ise bir yemek,salat,sirniyyat reseptleride tez tez yazasiniz

  • 36. elvin  |  Oktyabr 14th, 2009 at 4:06 pm

    feride respetlere gore sagol. men kanadada telebeyem. heyatimda gayganag ve sosika gaynatmagdan bahsga bir sey bilmirem.ama senin reseptlerini tecrubeden kechirecem yegin emelli povar olacam::))
    bir daha sagol ki bura yazirsan reseptleri

  • 37. selin  |  Noyabr 22nd, 2009 at 10:20 pm

    Feride xanim sizn sehifede sol terefdede reseptler vr amma ingiliscedi.Azerbaycanca elemek olmaz?

  • 38. FƏRİDƏ  |  Noyabr 23rd, 2009 at 2:10 pm

    SELIN: Soldakilar reklamdir.

  • 39. selin  |  Noyabr 24th, 2009 at 2:30 am

    Feride xanim menim E_mailme sizden mektub gelib amma men heçne anlaya bilmedim.

  • 40. MİLANO13  |  Noyabr 24th, 2009 at 6:57 pm

    TEÜKKURLER SİZE.MEN TEZE AILE QURMUWAM METBEXDEN ELEDE ANLAYI W I M YOXDUR.SIZLERSE MENIM UCUN YENI BIR KEWF OLDUNUZ.MENE NE LAZIM OLSA DAHA ANAMA,BACIMA ZENG ETMEYECEM BURAYA DAXIL OLACAM.BIR DAHA TEWEKKURLER

  • 41. Gunay  |  Noyabr 26th, 2009 at 3:20 am

    Uydaa tewekkur) ne yaxwiki bu sayti tanidim. artiq deyirem vaxtidida oyrenmeyin qaynanadan soz yemekdensee yemek yeyerem))))

  • 42. Aynure  |  Dekabr 28th, 2009 at 12:54 am

    Cox ela saytdir. Kulinariya ile hedsiz cox maraqlaniram. Hercend ki vaxim az olur ama caliwiram oyrendiklerimden ailem ucun biwirim. Her kese zehmeti ucun tewekkurler.

  • 43. PƏRVANƏ  |  Fevral 3rd, 2010 at 8:51 am

    SALAM FƏRİDƏ XANİM MƏN BU GUN BASKA BİR SAYTDA SİZİN HAZİRLADİGİNİZ SALATLAR,GOBƏLƏK,BANANLI KEKSI GORMUŞƏM BUNDAN SİZİN XƏBƏRİNİZ VARMİ.CUNKI SIZIN ADINIZ ORDA YOXDUR.SAG OLUN

  • 44. FƏRİDƏ  |  Fevral 4th, 2010 at 5:38 pm

    PERVANE: Cox sag olun melumata gore. Basqa saytlarda reseptlerimi gormusem, bir necesine naraziciligimi bildirmisem, amma bele saytlarin sayi hesabi yoxdur. Teessufler olsun ki, muellif huquqlari, emeye hormek etmeyen insan coxdur. Bu sadece menim saytimdan ogurlanan reseptlere aid deyil, basqa yerlerden de ogurlayirlar. Bu hereket yalniz ogurluq adlana biler. Cox sag olun desteyinize gore.

  • 45. konul  |  Fevral 11th, 2010 at 11:22 am

    SALAM. FERIDE XANIM. RESEPTE GORE COX SAGOLUN. ZEBRANI VE NAPOLYONU PROP ELEDIM. GOZEL CIXDI, SAGOLUN TESEKKURLER. SAYTINIZI TESEDUF NETICESINDE TAPMISAM. COX BEYENMISEM. (SALYAN)

  • 46. Elvira  |  Mart 2nd, 2010 at 2:04 pm

    salam Feride xanim .eger mümkünse mene kiyev kotletinin recepti lazimdi.texmini bilirem amma ki istiyirem sizden sorushum.Imkan olsa blogunuzda yerlesdirin.Yegin coxlarinin maragina sebeb olar.evvelceden teshekkürler(Germany)

  • 47. sahil  |  Mart 2nd, 2010 at 11:06 pm

    salam

  • 48. xatire  |  Mart 19th, 2010 at 9:27 am

    SALAM.RESEPTE GÖRƏ TEŞƏKKÜR EDİRƏM.MƏN BU YEMƏYİ KONSERV POMİDORLA DA ETDİM ÇOX GÖZƏL ALINDI.SAĞ OLUN

  • 49. Guler  |  Aprel 6th, 2010 at 12:34 pm

    Salam Feride xanim,necesiniz?Ciqirtmanin demek olarki butun novleriden xosum gelir amma bu novu hec bisirmemisem,gerek vaxt olduqda bunuda sonaqdan cixardim.Menim sizden bir xahisim var turklerin ezogelin corbasinin reseptini deye bilersiz,plz.

  • 50. Meleyke  |  May 2nd, 2010 at 12:33 am

    İSEYİREM MENDE BİR RESEPT YAZIM
    TOYUQ RULETİ
    ƏRZAQ: 4-TOYUQ BUDU, 2- BİŞMİŞ MARKOV, 1-YAŞIL BİBƏR, 2xörək qaşıqı QAYMAQ, DUZ İSTİOT, 200qram- TOYUQUN SİNƏ ƏTİ
    TOYUQ BUDU SÜMÜKDEN AYRIİLR BİÇAQLA QALIN ƏTİ OLAN YERLƏRİ ÇƏRTİLİR Kİ ÇİY QALMASIN.
    İÇİ ÜÇÜN –SİNƏ ƏTİ MAŞINDAN KEÇİRİLİR.MARKOV BİBƏR XIRDA DOĞRANIR., PAMİDOD 4 YERƏ BOLÜNÜR İÇİ ÇIXARILIR ƏTLİ YERİ DOĞRANIR DOĞRANMIŞ MƏHSULLAR QATILIR QAYMAQA DUZ İSTİOT VURULUR QARIŞDIRILIR VƏ QATILIR SİNƏ ƏTİNƏ YAXŞICA QARIŞDIRILIR. AÇILMIŞ BUDLARA DUZ İST VURULUR HAZIRLANMIŞ İÇ QAŞIQLA QOYULUR ƏTİN İÇERİSİNE RULET KİMİ BÜKÜLÜR CÖPLEDE BAĞLAYİB SOBAYA VE YA YANMAYAN KAĞIZA BUKUB SOBAYA QOYULUR BİŞENE YAXIN KAĞIZ AÇILIRKİ ÜZERİ QIZARSIN SÜFREYE KARTOF PÜRESİ -QIZARTMASI İLE VERMEK OLUR NUŞ OLSUN
    FERİDE XANIM İNŞALLAH BEYENİB NEVAXTSA BİŞİRERSİNİZ VE OXUCULARINIZLA PAYLAŞARSINIZ MENDE COX SEVİNEREMKİ SİZ BEYENESİNİZ

  • 51. aylin  |  May 24th, 2010 at 10:56 am

    toyuqlu,gobelekli ne bilirsiz yazin.mende yazacam

Şərh Yaz

Lazımdır

Lazımdır, bloqda görünməyəcək

(Varsa)

Trackback this post  |  Subscribe to the comments via RSS Feed