Best in the World!
Dadlı yemək reseptləri bloqu

Toyuq Çığırtması

Çığırtma sözü Azərbaycan mətbəxinə yad deyil. O qədər çığırtma növümüz var ki. İspanaq Çığırtması, Pomidor Çığırtması, Kartof Çığırtması, Badımcan Çığırtması, Qiyma Çığırtma və sairə.  Bu yeməkləri birləşdirən odur ki, hamısının üzərinə ən axırda çırpılmış yumurta tökülüb bişirilir.  Toyuq Çığırtması belə yeməklərdən biridir. Çox ləzzətli olur. Bu yeməyin bişirmə üsulu şəhərdən şəhərə, rayondan rayona, hətta ailədən ailəyə bir az da olsa dəyişir. Mənim üsulum isə burda gördüyünüzdür. Toyuq əti bişdikdən sonra mən onu bir müddət pomidor və soğanla vam odda bişirirəm ki, dadlar bir birinə qarışsın və pomidorlu sous yumşalsın. Yumurtanın sayını isə çox eləmirəm. Rəfiqəm Güllü isə bu yeməyi başqa cür bişirir. Yeməyə limon turşusu əlavə edir. Məncə ləzzətli olar. Gərək bir gün onun da metodundan istifadə edim. Eşitdiyimə görə Səlyan rayonunda da toyuq çığırtmasını limon suyuyla bişirirlər. Bəs siz bu yeməyi necə bişirirsiniz? Maraqlıdır.

TOYUQ ÇIĞIRTMASI

4-6 porsiya üçün nəzərdə tutulub

Ərzaqlar

3 xörək qaşığı bitki yağı
2 xörək qaşığı kərə yağı
1 iri baş yarım-halqalara doğranmış soğan
1 kilo tikələrə bölünmüş toyuq əti (mən sümüksüz bud ətindən istifadə edirəm.Təxminən 10 tikə olmalıdır)
1 çay qaşığı duz
1/4 çay qaşığı istiot
4 xırda doğranmış iri yetişmiş pomidor
3 yüngülvari çalınmış yumurta
zövqə görə doğranmış keşniş

QEYD1: Əgər pomidorlarınız yaxşı yetişmiş ve sulu deyilsə, onda yarım stəkan qaynar suda 1 xörək qaşığı tomat yumuşaldın və pomidorlarla bərabər yeməyə əlavə edin.

QEYD 2: Bu yemək sobada bişirilib birbaşa süfrəyə də verilə bilər. Bunun üçün yumurtanı əlavə etməzdən əvvəl yeməyi soba qabına boşaldıb üzərinə yumurta əlavə edib 200C dərəcəlık sobada yumurta bərkiyənə qədər bişirin. Sonra Çığırtmanı elə o qabdaca süfrəyə verin.

1. Tavada 2 xörək qaşığı bitki yağı qızdırın və soğanı əlavə edib təxminən 10 dəqiqə qızardın. Qızarmış soğanı ayrı qaba boşaldıb,  qabı kənara qoyun.

2. Qalan bitki yağını və kərə yağını soğanı qızartdığınız tavada qızdırın. Qeyd: Ərinmiş yağdan istifadə edirsinizsə, onda bitki və kərə yağının yerinə 3 xörək qaşığı  ərinmiş yağ istifadə edin. Yağa toyuq tikələrini əlavə edib hər iki tərəfini yaxşıca qızardın.

3. Toyuğa duz və istiot vurun. Üztünə qızarmış soğanı,  doğranmış pomidoru da əlavə edin. Tavanın qapağını örtün və yeməyi arada qarışdıraraq orda odda təxminən 25 dəqiqə ərzində toyuq əti yumuşalana qədər bişirin.

4. Çalınmış yumurtaları toyuğun üzərinə tökün. Tavanın qapağını örtün və yeməyi yumurta bir az bərkiyənə kimi (təxminən 5-7 dəqiqə çəkir) bişirin. Bu müddət ərzində tavanı qarışdırmayın! Toyuq Çığırtmasını süfrəyə verməzdən əvvəl üstünə zövqə görə doğranmış keşniş səpin. Çörək və ya plovla yeyin. NUŞ OLSUN!

Bir cavab yazın

144 Şərh
  1. Salam Fəridə, əllərinə sağlıq.
    Acdım lap…
    Çığırtmanı heç vaxt bişirməmişəm desəm, gülmə.
    Gərək bir dəfə sınaq edim görüm necə alınacaq və bizimkilər senzuradan keçirəcəklərmi. EsmaNurun bloqunda bir çorba resepti vardı, Ezogelin, bir xoşladılar ki, hələ əlavə də tökdürdülər.

  2. Mehin, nush olsun:) Bisirsen xeber ver gorek nece alindi. Umid edirem ki, senzuradan kecer:) Ezogelin sorbasi menim en cox sevdiyim ve tez tez bisirdiyim sorbalardan biridir. Turkiye-Azerbayan ailesi oldughumuza gore evimizde turk yemekleri tez tez bisirilir. EsmaNUrun resepti ve sorba haqqinda hekayesi cox xosuma geldi.

  3. Chox teshekkur edirem resept uchun!

  4. Firuze, xos geldiniz. Men size tesekkur edirem bloqumu ziyaret etdiyinize gore.

  5. Fəridə, Bakı vaxtı ilə axşamın xeyir.
    Nəhayət ki, bu çığırtmanı bişirdim, gülmə, bizim evdə ilk kərə toyuq çığırtması bişdi. Və…senzuradan keçdi!!!! Bizimkilər dükan toyuğu yemirlər deyə, rayondan toyuq gəlməsini gözləməli olduq, ona görə bir az gec alındı. Ama əsas odu ki, mənim qızardılmış soğan yeməyən qızım belə, boşqabında zərrəcə nəsə saxlamadı, tərifləyə-tərifləyə yedi bitirdi. Son zamanlar bir də “ezogəlin” çorbasını belə bəh-bəhlə qarşılamışdılar ev əhli.
    Əllərinə sağlıq, yeni reseptlər yaz!

  6. MEHIN: Kaliforniya vaxti ile gunortan xeyir. Cox sevindim resepti “prob” etdiyine gore. Senzuradan yaxsi ki, kecdi, yoxsa biabir olacaq idim:) Tezlikle yeni reseptler yazacagam. Bu gunler bir az vaxta ehtiyacim var. Uzaq sahillerden salamlar.

  7. Uzaq sahillərə Bakı küləyi ilə salamlar!
    Sənə bir az vaxt göndərə bilərdim, ama bilmirəm necə…
    Bir yemək alınmayanda resepti verən niyə biabır olsun ki? Bişirənə cəza düşür, məsələn mənim kimi. Bir dəfə səhər yeməyinə Şəbnəmin dediyi kimi sıyıq bişirdim, özümə yedizdirdilər…..
    Allah sənin işlərini avanda salsın, sən də yeni reseplərini bölüşəsən.

  8. MEHIN: Tezlikle yeni reseptler gelecek. Memden de salamlar.

  9. Salam menim 17 yasim var Sumqayit 3 nomreli liseyinde asbaz fakultesinde oxuyuram.Nece desem sizi mene ALLAH gonderib mene de ele bunun resepti lazim idi Cox sag ol Tesekkurler yeni yemek reseptleri gozleyirem Cavab!

  10. FAMIL: Xos geldin bloquma. Sevindim ki, resept ishine yaradi. Nush olsun:) Indi ki, oyrendim ki, ashbazsam, men de senden dadli yemek reseptleri gozleyirem:) Yeni reseptlere hemise acigham.

  11. Salam Feride BAcim necesen?ne vaxtadir ki senin sehveni ziyaret ede bilmirem yeri gelmishken bu gun yel cersenbesidir seni ve aileni tebrik edirem.gelmishdim ki yemeye bu gun senin resptlerinden bir sey secim.lap evelden toyuq cigirtmasini gorub acdim cox lezzetlidir.cox isterdim meni qonaq devet edib bu cigirtmani bisiresen.olar?????????

  12. ROYA: Sagh ol, men yaxsiyam, sen necesen? Men de seni ve aileni tebrik edirem. Neche bele bayramlara. Uzaqda olmasaydin, sene chighirma bisirib qonaq ederdim. Bisirsen, nush olsun:)

  13. salam,ay daaaaa lap iştaha gəldim.çox gözəl yazirsiniz. mən də evdə bir dəfə kiftə bisirmisdim. təəssüflər olsun ki haməsənə özümə yedizdirdilər.anam deyir ki, mən yeyəcəyim yeməyə əlini vurma:(inşallah öyrənərəm hə?

  14. DENIŞ: Əlbəttə öyrənərsən:) Mən də subaykən çox az yemək bişirə bilirdim. Sonra oyrendim, tək başına, özüdə hamıdan uzaqda. Odur ki, narahat olma:)

  15. salam bu gun ilk defe idi ki bu sayta girdim ve cox shad oldum. Metbexi seven bir insanam her zaman diger dillerde olan saytlardan yararlanirdim. Bele bir sayin azerbaycanca olmasindan fexr hissi kecirirem. VE bun sayti erseye getiren her kese teüekkurler

  16. BU GUN BISHIRECEM AXSHAMA NE BISHIRIM DEYE DUSHUNURDUM))))

  17. bunu plova qarısdırıb yeyende cox lezzetlı olur

  18. AY FERIDE XANIM MENDEN CIXMAYAN IS,BU TOYUQ CIGIRTMASINI OXUMAMISAM,MUTLEQ TOYUQ ALIB BUNU BISIRECEM,AXI MEN EVIMIZIN KICIK ASPAZIYAM.EVDE MENE HER KES KICIK ASPAZ DEYIR.SIZDE DESENIS SEVINEREM

  19. Salam Feride xanim reseptlere gore minnetdaram. Tesevvurunuze getirenmersiz nece sevinirem bu sayti tapdigima gore. Mutleq hazirliyacam. Qerib olkede anamdan uzaq oldugum ucun bu sayt mene cox dogma oldu bu gunden.

  20. allah razi olsun super saytdir axtardiqimi tapdim

  21. COX SAGH OLUN!

  22. Tewekkurler Feride xanim.maraqli reseptleriniz var.

  23. salam cox sevindim bu sayta gore

  24. salam Feride xanim reseptlerinize gore cox sagolun.sizden bir xahishim var:mene turk paxlavasinin reseptini vere bilersiniz?eger sizde yoxdusa sizi izdiyenlerden xahish edirem onlarda varsa versinler.birde cox sagolun.

  25. SEVA: Turk paxlavasinin resepti mende var, amma phyllo xemiriyle, yani hazir satilan ince xemirle. bir gun bisirib sayta qoyaram.

  26. cox sagol gozleyecem

  27. Salam Farida xanum cox tesekkur edirem bu cur gozel yemek tarifleriniz ucun.Ellerinize sagliq

  28. Salam, Fəridə xanım hər şeyə görə Sizə minnətdaram. Yeməkləri şəkillərlə verməyiniz əladır bu mənə çox lazımdır. Sağolun.

  29. salam Feride xanim men bugun bu sayta daxil olmusam ve gorduklerime helede inana bilmiremki men niye buvaxtacan bu gozel reseptleri bilmirmisem .bundan sornra sizden faydalanacam 100% sizede cox tesekkurlerimizi bildiririk menimkimi yemek bisirmeyi cox seven insanlara bele asan serait yaratmisizki menyularimizi dahada zenginlesdirek .Tesekkurler.

  30. Feride salam. Necesen? Evvela Ramazan ayi munasibetile tebrik edirem hamini ve bu aydan behrelenmeyi dileyirem her kese. Allah butun muselmanlarin orucunu ve diger ibadetlerini qebul etsin. Amin!

    Yemeklere de soz yox cox gozel gorsenir, gorunduyu kimi de lezzetlidir. Eziyyetinize gore teshekkurler.

  31. SERHLERINIZE GORE COX SAGH OLUN!

    Lale, senin de Ramazan ayin mubarek olsun.

  32. Biz tərəflərdə (Yardımlıda) bunu aşqarası kimi tez-tez bişirirlər. İndi sizin qaydada bişirəcəm. Ümüd edirəm şəkildəki kimi alınacaq. Təşəkkürlər!

  33. XEYALE: Umid edirem ki, xosuna geler.

  34. cox gozel,ellerine sagliq.mumkunse yeni ne ise bir yemek,salat,sirniyyat reseptleride tez tez yazasiniz

  35. feride respetlere gore sagol. men kanadada telebeyem. heyatimda gayganag ve sosika gaynatmagdan bahsga bir sey bilmirem.ama senin reseptlerini tecrubeden kechirecem yegin emelli povar olacam::))
    bir daha sagol ki bura yazirsan reseptleri

  36. Feride xanim sizn sehifede sol terefdede reseptler vr amma ingiliscedi.Azerbaycanca elemek olmaz?

  37. SELIN: Soldakilar reklamdir.

  38. Feride xanim menim E_mailme sizden mektub gelib amma men heçne anlaya bilmedim.

  39. TEÜKKURLER SİZE.MEN TEZE AILE QURMUWAM METBEXDEN ELEDE ANLAYI W I M YOXDUR.SIZLERSE MENIM UCUN YENI BIR KEWF OLDUNUZ.MENE NE LAZIM OLSA DAHA ANAMA,BACIMA ZENG ETMEYECEM BURAYA DAXIL OLACAM.BIR DAHA TEWEKKURLER

  40. Uydaa tewekkur) ne yaxwiki bu sayti tanidim. artiq deyirem vaxtidida oyrenmeyin qaynanadan soz yemekdensee yemek yeyerem))))

  41. Cox ela saytdir. Kulinariya ile hedsiz cox maraqlaniram. Hercend ki vaxim az olur ama caliwiram oyrendiklerimden ailem ucun biwirim. Her kese zehmeti ucun tewekkurler.

  42. SALAM FƏRİDƏ XANİM MƏN BU GUN BASKA BİR SAYTDA SİZİN HAZİRLADİGİNİZ SALATLAR,GOBƏLƏK,BANANLI KEKSI GORMUŞƏM BUNDAN SİZİN XƏBƏRİNİZ VARMİ.CUNKI SIZIN ADINIZ ORDA YOXDUR.SAG OLUN

  43. PERVANE: Cox sag olun melumata gore. Basqa saytlarda reseptlerimi gormusem, bir necesine naraziciligimi bildirmisem, amma bele saytlarin sayi hesabi yoxdur. Teessufler olsun ki, muellif huquqlari, emeye hormek etmeyen insan coxdur. Bu sadece menim saytimdan ogurlanan reseptlere aid deyil, basqa yerlerden de ogurlayirlar. Bu hereket yalniz ogurluq adlana biler. Cox sag olun desteyinize gore.

  44. SALAM. FERIDE XANIM. RESEPTE GORE COX SAGOLUN. ZEBRANI VE NAPOLYONU PROP ELEDIM. GOZEL CIXDI, SAGOLUN TESEKKURLER. SAYTINIZI TESEDUF NETICESINDE TAPMISAM. COX BEYENMISEM. (SALYAN)

  45. salam Feride xanim .eger mümkünse mene kiyev kotletinin recepti lazimdi.texmini bilirem amma ki istiyirem sizden sorushum.Imkan olsa blogunuzda yerlesdirin.Yegin coxlarinin maragina sebeb olar.evvelceden teshekkürler(Germany)

  46. salam

  47. SALAM.RESEPTE GÖRƏ TEŞƏKKÜR EDİRƏM.MƏN BU YEMƏYİ KONSERV POMİDORLA DA ETDİM ÇOX GÖZƏL ALINDI.SAĞ OLUN

  48. Salam Feride xanim,necesiniz?Ciqirtmanin demek olarki butun novleriden xosum gelir amma bu novu hec bisirmemisem,gerek vaxt olduqda bunuda sonaqdan cixardim.Menim sizden bir xahisim var turklerin ezogelin corbasinin reseptini deye bilersiz,plz.

  49. İSEYİREM MENDE BİR RESEPT YAZIM
    TOYUQ RULETİ
    ƏRZAQ: 4-TOYUQ BUDU, 2- BİŞMİŞ MARKOV, 1-YAŞIL BİBƏR, 2xörək qaşıqı QAYMAQ, DUZ İSTİOT, 200qram- TOYUQUN SİNƏ ƏTİ
    TOYUQ BUDU SÜMÜKDEN AYRIİLR BİÇAQLA QALIN ƏTİ OLAN YERLƏRİ ÇƏRTİLİR Kİ ÇİY QALMASIN.
    İÇİ ÜÇÜN –SİNƏ ƏTİ MAŞINDAN KEÇİRİLİR.MARKOV BİBƏR XIRDA DOĞRANIR., PAMİDOD 4 YERƏ BOLÜNÜR İÇİ ÇIXARILIR ƏTLİ YERİ DOĞRANIR DOĞRANMIŞ MƏHSULLAR QATILIR QAYMAQA DUZ İSTİOT VURULUR QARIŞDIRILIR VƏ QATILIR SİNƏ ƏTİNƏ YAXŞICA QARIŞDIRILIR. AÇILMIŞ BUDLARA DUZ İST VURULUR HAZIRLANMIŞ İÇ QAŞIQLA QOYULUR ƏTİN İÇERİSİNE RULET KİMİ BÜKÜLÜR CÖPLEDE BAĞLAYİB SOBAYA VE YA YANMAYAN KAĞIZA BUKUB SOBAYA QOYULUR BİŞENE YAXIN KAĞIZ AÇILIRKİ ÜZERİ QIZARSIN SÜFREYE KARTOF PÜRESİ -QIZARTMASI İLE VERMEK OLUR NUŞ OLSUN
    FERİDE XANIM İNŞALLAH BEYENİB NEVAXTSA BİŞİRERSİNİZ VE OXUCULARINIZLA PAYLAŞARSINIZ MENDE COX SEVİNEREMKİ SİZ BEYENESİNİZ

  50. toyuqlu,gobelekli ne bilirsiz yazin.mende yazacam

  51. çox sağ olun Feridə xanım.

  52. Fəridə xanım yeni resseptlər nə vaxt olacaq?səbirsizliklə gözləyirəm.bye-bye

  53. mənim yazdigim yazilara görəsən niyə cavab gelmir?………………………………………………………………………………………………………….

  54. salam Feride xanim,cox sag olun receptleriniz ucun,demek olarki coxunu bisirmisem cox beyenmisik!ozum Ukrainada yasayiram genc aileyem,menim cox isime yarayir,tesekkur edirem size!!!

  55. tsk

  56. sizin reseptleriniz cox xoshuma gelir. sizin bir -iki yemaklarinizi bishirmisham. yaxshi alinib. hem de resepti deqiq yazdiqiniza gore teshekkurler.

  57. Salamlar. Sizin saytinizi cox beyenirem. Men teze aile qurduguma gore ele de cox resept bilmirem. Her zaman yeni bir xorek bisirmek isteyende insana cox yardimci olur ve sizin sayenizde yoldasimin yaninda her zaman uzu ag geze bilirem. Tesekkurler.

  58. Bir daha salam. Men bir resepti sizinle bolusmek qerarina geldim:
    Goyerti piroqu
    Bu yemeyi hazirlamaq ucun bize 10 eded lavas, 1 deste kesnis, suyut, ispanaq ve goy sogan, 100 qram holland pendiri, 100 qram yag, 1 eded yumurta, yarim stakan sud ve zovqe gore duz lazimdir.
    Ilk novbede tavani yaglayib lavasi ora qoymaq lazimdir. Her lay lavasin uzerine 1 cay qasigi yumurta ile sud qarisigi ve dogranmis goyerti elave edin. 5-ci laya catdiqda torkadan kecirilmis pendirin hamisini bura elave edin. Sonra yene de diger lavaslari ust uste yigin. sonuncu qatin uzerine hec ne eleve etmeyin. Bu yemeyi hem sobada bisir hem de qaz uzerinde her iki uzunu qizarda bilersiniz. Sufreye qatiqla verilir. Haminiza meslehet gorurem. Nush olsun.

  59. salam .. men icinde qatilasdirlimis sud olan qoz sirniyyatinin reseptin oyrenmek isteyirem.

  60. salam Fəridə xanim necəsiz.Sizdən bir şey soruçum Esmanurun blokun anecə girmək olar Ezo agəlin şorbasını bişirmək istərdim.Bizim evdə hır gün çorba yeyilirşHərgün eyni şorba bişirməkdə olmu istərəmki fərqli çorbalar bişirəm.İnşaallah mənə kömək olarsız siziiiiiiii çoxxxxxxxxxxxxxx sevirəm.

  61. ZİVƏR – Çox sağ olun reseptə görə. Maraqlı yeməyə oxşayır. Bişirməyə çalışaram.

  62. AYŞƏN – Esmanurun bloq keçidi işləmir deyəsən.

  63. Salam! Men toyuqla hazirlanasi xoreklerin riseptini oyrenmek isterdi,.bilen varsa yardim etsin mene o sahede.Evvelceden cox sagolun.

  64. men denedim normaldi

  65. men bu sayta leklam yerlesdirmek isterdim

  66. salam Feride xanim ele gozel bisirmisiz ki,lap acidim eee:)
    ellerinize sagliq,yeni reseptlerinizi gozleyirem.bayyyyy.

  67. Feride xanim !Əməkləriniz bizim ucun cox deyerlidi!! gozel yemek tariflerine gore teüekkurlıer! yenilerini sebirsizlikle gozleyirik.

  68. salam feride xanim.sizin bu reseptleriniz bizim ucun cox deyerlidir

  69. Cox sagolun………………

  70. Çox teşekkür edirem.Bele gözel resepte göre.En sevdiyim yemeklerden biridir.Beli Feride xanim düz qeyd etmisiniz Səlyan rayonunda bu yemeye limon turşusuda vurulur ve çoxda gözel alınır.

  71. her kese salam…men toyuq ciqirtmasini yumurtasiz bisirirem…………

  72. Salam. Mənə maraqlıdır, lavaşdan şirniyyatlar hazırlamaq mümkündür? Bilən varsa, zəhmət olmasa bölüşün)))

  73. MENE MARAQLIDIR KI EKLERI NECE HAZIRLAYIRLAR

  74. Feride xanim saytinizda bir cox seyleri artiq bisirmisem cox gozeldi

  75. salam.chox sagolun reseptlere gore.
    men pomidorla hazirlamamishdim hech.eledim,pomidor chigirtmasi dadini verdi.men yumurta vururam,ustune de bir limon sixiram,chox lezzetli olur.bir de bele bishirin:)

  76. bunlar həqiqətəndə çox gözəl

  77. men bişire bilmirem.amma memnuniyyetle yeyerdim

  78. eladi tewekkurler

  79. Toyuqları sevmeyen ətini də sevmez.

  80. haminiza salamlar haminza reseptler ucun tesekkur edirem hamisi bir birinden dadli lezetlidir

  81. Salam. Bilmek istiyirem burda yazilanlarin hamisi kitab ve ya jurnal seklinde var Bakida satisda. Olsaydi memnunluqla alardim

  82. cox dadli gorsenir tsk

  83. bunu evde mutleq yoldasimcun hazirlayacagam

  84. dadli olar yeqin ki

  85. Salam axshaminiz xeyr necesiniz xanimlar!
    Men bugun toyuq cigirtmasi hazirladim cox ela alindi hami beyendi.Feride xanim size de salamlar tezlikle xeber gözluyurem sizden.Men ad gunu ucun tort bishirmek istiyirem amma hele ki,hec bir resepte qerar vere bilmemishem siz ne meslehet görersiniz ?Xahish edirem tez bir zamanda mene cavab yazin teshekkurler……

  86. Mene hec kimden cavab gelmir axi tek Feride xanim yox siz eziz xanimlar sizde kömek edin mene tecili tort resepti!! Ad gunu ucun tort söz vermishem.Hadi cabuk olunn…..

  87. EBRU,ürəyiniz hansı resepti istəyirsə onu hazırlayın. Tort reseptlərindən birini götürə bilərsiz. Önəmli olan onu yaxşı hazırlanmasıdır.

  88. EBRU – Tort retesepləri RESEPTLƏR bölməsində var.

  89. Salam Feride xanim men Moskvada yasayiram, bu sayti teze tapmisam.Inanin ki,gorub ele sevindim ki,men teze aile qurmusam ve elede yaxsi yemek bisirmek bilmirdim.Azeri metbexi cox gozeldi,cox dadlidir.Men burdaki yemeklerden bisirirem ve yoldasimda cox xosdayir Size tesekkur edirem ,ve yeni reseptler gozdeyirem

  90. Diqqetinize göre cox sagolun teshekkurler …….
    Ebru ve Feride xanim sizede minnetdaram.

  91. Diqqetinize göre cox sagolun teshekkurler………

    Feride xanim ve Guler xanim sizede minnetdaram.

  92. Men bu sayti bu gun gormusem inanim o qeder sadam ki,ne yaxsiki burdayam ve inaniram ki sizlerden cox meslehetler ve terifler oyreneceyem.

  93. Buyur,Ebru)

  94. Guler xanim salam siz bu sehifada da varsiniz man bu gun toyuq cigirtmasi bisirdim ozum ucun evda Cox’ goozal alindi zahmat olmasa mana ordak etinin bu qaydada bisirilmasini komak edasiniz.
    Yasef.Gambarov@gmail.com

  95. MƏN ÇOX YAXŞI YEMƏK BİŞİRİRƏM AMMA HƏLƏ TOYUQ ÇIĞIRTMASINI BİŞİRMEMİŞƏM

  96. feride xanim cox tewehkkur edirem men cox komey olursuz bilmediyim yemylere burdan oyrenirem Allah razi olsun

  97. Faridichka,chox sagolun gozel reseptlerinize gore,mene chox komek olurlar ! Size bu eni ilde en esas can sagligi ve her sheyin en gozelini arzulayiram:)

  98. Amman vaxti ile axshaminiz xeyir! 🙂 Feride xanim, sabah ilk defe toyuq cigirtmasi bishirecem sizin reseptle, amma bir detay meni dushundurdu, Toyugu qaynatmaq lazimdi yayox? cavablandirsaniz sevinerem, onceden teshekkurler!

  99. RITA – Qaynatmaq lazim deyil.

  100. Salam Farida xanim Toyuq cigirtmasi cox aladir Allah sizdan razinolsun.
    Yasef.Gambarov@gmail.com

  101. hazirlanmasi asandir.bele gozel reseptleri gordukce lap cox heves olur metbexe.turkler demisken-adeta bagimlisi oldum bu saytin.heer gun baxmaliyam bura.))

  102. SALAM COK TSK EDERIM SUPER YIMEKLER VAR ELLERINIZE SAGLIK DEVAMINI BEKLERIZ:)))))))))

  103. baki

  104. Ferida Xanim, Alabamada olan telebelerden Size boyuk tewekkurler. Vallah agzimiz dada geldi. Yerigelmiwken, Siz Coliforniada restoran filan chaliwdirirsiniz?

  105. Toyug cigirtmasini en cox Azerbaycanda Guba zonasi bishirir .Bu il Azerbaycana gedende cox gözel alinmis toyug cigirtmasina gonag etdiler meni.Demek yumurtani gatdigdan sonra sobaya goyulur.Cox geseng,girmiziya calan alinmisdi.Belke de bu zövgden asilidir,amma esas olani ezilmemisdi

  106. bugun bisirecem gorek nece alinacaq;)

  107. salam.fəridə xanım.reseptlerinizi çox beyendim.size çox çox teşekkürler.nəcibə

  108. bilirsiz çığırtma çox dadlıdır ancaq kend çolpası ile bir başqa lezetlidir.

  109. Salam Feride xanim,necesiz.
    Menim adin Nicatdir ozum Bakidanam,Antalyadan yaziram size,men burda asciliq oxuyuram,yeni geleceyin Chef i olacam ).Sizin yazdiqlarinizi takip edirem ve cox sevinirem ki sizin kimi insanlar var.Men sizden meslehet almaq isteyirem.Men oxudugu akademiyada,her kes bir proje hazirlamalidir,yeni xeyalinda restoran acmalisan, italyan,fransiz,ispan ve basga metbexleri edenler olur.Men Azerbaycan metbexine muraciyet etmek istiyirem.Burda konsept,tema musteri kutlesi ve basga kriteriyalar var.A la Carte restoran dusunurem,ve menyuda 6 baslangic,6 ana yemek,6 tatli(desert) olmalidir ve bunlar milli metbexden olmalidir sizden xahisim menim 1 ci olmagima komek etmenizdir,Burda yegane xaricden gelen menem,Azerbaycan metbexini o qeder de tanimirlar,men bunu tanitmaq isteyirem.Siz menim yerimde olsaniz nece bir Menu hazirlayardiniz ???
    Cox sagolun,cavabinizi mutleq gozluyurem ,Antalyadan hormetler !!!
    Nicat Mamedov

  110. Salam feride xanim necesiz?size cox sagolmu bildirirem bu gozel yemek tariflerine gore.dahada dadli yemek tarifi gozleyirik sizden.

  111. Mən bu yeməyi bişirdim əla alındı təşəkkülər

  112. hamiya salam ..mende hazirladim super …coxsagolun

  113. Salam Feride.Menim 21 yasim var.Men Samuxdanam,belke esitmisen Gence Seherinin yaxinliginda yerlesir,Azerbaycanin xeritesine baxsan orda harda yerlesdiyini tapa bilersen.Biz toyuq cigirtmasini basqa cur edirik,ona qetiyyen yumurta vurmuruq.Menim anam toyugu bir qabda bisene qeder qaynadir,az su tokur.Toyuq bisende suyu tamam az qalir.Daha sonra basqa qabda sogan qovurur,ustune pomidor vurur ve bismis eti onlari birez qovurduqdan sonra ustune tokur.Onlari bir qabda 5 deq. kimi bir vaxtda qovurur.Cox lezzetli olur,meslehet gorurem.Amma calisacam sizin resepti de sinaqdan kecirim.

  114. salam.cox xahis edirem esl gurcuyemeyi olan xarconun reseptini bilen varsa yazsin.evvelceden tesekkurler…

  115. salam Feride.necesiniz?isirdim,cox gozel alindi.sag ol.Yeni-yeni reseptlrr gozleyirik.

  116. Salam Necesiniz dostlar man istirahata Istanbulda oldum orda gozal matbaxt var

  117. Salam Baliq Levengisi cox gozel yemekdir .

  118. Baliq Levengisi Cox gozel yemekdir.

  119. sаlаm аdim imzаle men levengi bisirdim evde cox beyebdiler bu sаyti oglum tаpdi tesekkgur edirem (GORАNBOY

  120. daha gozel reseptler goluyuruk

  121. reseptlere gore cox saq olun Feride xanim.her biri cox dadlidir

  122. tesekkur Feride xanim.Size bir resept hediyye etmek isteyirem (GOBELEK KOTLETI) gobelek 500 qr, bas sogan 50 qr, corek 40 qr, goyerti,yumurta 1 ed, duru yag, suxari, duz,istiot.

  123. Mene Azeri yemeklerinin reseptlerini deye bilersiz???

  124. cooooooooooooooooooox sagolun.super yemeklerdi.twk.

  125. Salam Farida xanim oncelikle sizi tebrik edirem ve ugurlar dileyirem.Sizden 1 xahishim olacaq et yemeklerinin reseptlerine saytinizda daha chox yer verseniz sevinerem.Sizi opurem Allaha emanet olun)

  126. ela yemekdi cox xowum gelir toyuq cigirtmasindan eziyete gore cox sagolun

  127. salam Feride xanim men sizin butun reseptlerinizi beyenirem.size tesekkurler.

  128. salam feride xanim sizin reseptlerinizin her birisi cox gozeldi size twk edirem

  129. gozle gorunur mende biwirecem tez zamanda 🙂

  130. Salam, Feride xanim, cox cox sag olun, sizin siteden goturduyum ve bishirdiyim her bir yemek dadli cixir, necesini bishirmishem, hamisi bir-birinden dadlidir. Lap nenemin defterini xatirlatdi.

  131. Slm hepinize feridecigim bence cok guzeldi

  132. salam,Fəridə xanim. çox dadlı yeməkdir. 🙂

  133. menhe sinaqdan kecirecem

  134. salam.nece sayta baxsam da yene qayidib bu saytdan yemek axtariram.gercekten super

  135. feride ellerine sagliq cok super yemedi yeni tarifler gozleyirem

  136. Salam. Mən Salyandanam. Bu xörəyi anam çox dadlı bişirir. Soğanla toyuq qovrulanda qora suyu deyilən (üzümün kal vaxti suyu sıxılır və soyuq yerdə saxlanır) turş mayedən bir iki qaşıq əlavə edilir.

  137. Salam xanim.Men de bele hazirliyiram cox sevdiyim yemeklerdendir ama hal-hazirda bu yemeyi yeye bilmirem.Cox darixmiwam cixirtma ucun.Plovla daha dadli olur.

  138. cox dadli idi twk edirem yeyende sizi yaddan cixarmadim

  139. cox dadli alindi sagolun yenede twk

  140. salam Feride xanim.size ilk defe yazsamda bizim evde meshursuz.pastayanni tel ile girib senin reseptlerinden istifade edirem.artiq nese bisirende evdekiler tez sorusurlar feridenin reseptidi?meni bu sayta celb eden reseptden evvel semimi sohbetdi
    bilmirem fikrimi tam catdira bildim?

  141. Salam men indi bişirecem dadlı gorunur çox sagolun

Bir cavab yazın