
“Daşarası” Toyuq və yaxud Tabaka
Düzü, bu toyuğun sözün əsl mənasında daşarası adına laiq olması üçün gərək onu dədə-baba qaydasıyla, iki yastı çay daşı arasına qoyaraq bişirərdim. Mən isə onu müasir mətbəxin şərtlərinə əməl edərək bişirdim. Belə ki, müasir mətbəxdə, iki daş, tava və toyuğun üstünə yüklənmiş hər hansı bir ağırlıqla əvəz olunur. Beləliklə, daşarası olur tabaka. Deyirlər tabaka yeməyinin əsl vətəni Gürcüstandır, və tabaka Gürcü sözü tafa - yəni bizim bildiyimiz tava deməkdir. Mən biləni, Gürcüstanda hazırlanan tabaka xusisi turşməzə sousla süfrəyə verilir. Burada gördüyünüz tabaka isə Azərbaycansayağıdır. Nuş Olsun.
Resept buradan adaptə edilmişdir (orijinal reseptin tərtibçisi Stalikə dərin təşəkkürlər)
1 ədəd toyuq (təxminən bir kilo, bir kilo yarımlıq)
3 xörək qaşığı kərə yağı
Marinad Üçün:
4 xörək qaşığı zeytun yağı
1 xörək qaşığı qurudulmuş kəklikotu
1 xörək qaşığı şirin qırmızı bibər tozu (paprika)
bir çay qaşığının dörtdə biri qədər döyülmüş zirə
8 diş sarımsaq - soyub əzin
2 xörək qaşığı limon suyu
Duz
İstiot
Üstünə:
doğranmış keşniş
nar gilələri
Toyuğu yuyub qurulayın. Quyruğunu kəsib atıb. Toyuğu döşü üstə olmaq şərtilə mətbəx taxtasının üstünə qoyun. İti bıcaqla və ya mətbəx qayçısıyla döş sümüyünün ortasından elə kəsin ki, döş əti ikiyə bölünsün, amma toyuqdan ayrılmasın. Toyuğu o tərəfə çevirib üstündən basın ki, yastılansın.
Marinadın ərzaqlarını bir qabda yaxşıca qarışdırın. Toyuğun hər tərəfinə bu marinadı çəkin. Toyuğu yastı qaba yerləşdirib, üstünü örtün və marinə olması üçün soyuducuya qoyun - ən azı 3 saatlığına. Toyuq marinadda nə qədər çox qalsa, bişdiyində o qədər dadlı olar. Toyuq marinadda bir gecə də qala bilər.
Qalın tavada 3 qaşıq yağ qızdırın. Toyuğu döş əti üstə olmaq şərtilə tavaya qoyun. Sonra isə üstünə ağırlıq yerləşdirin ki, toyuğu yastı tutsun. Mən adətən toyuğun üstünə alt-üst çevrilmiş yastı qab qoyuram, bunu üstünə isə su dolu balaca qasan.
Toyuğun bir tərəfini orta odda təxminən 15 dəqiqə, və yaxud qızaranadək bişirin. Sonra o biri tərəfinə çevirib, o tərəfi də qızardın. Hazır toyuğu süfrəyə verməzdən əvvəl, üstünə göyərti və nar gilələri səpin. Nuş olsun!


16 Comments Add your own
1. Basti | Dekabr 25th, 2010 at 12:36 am
feride selam men sene elektron adresimi gönderdim. Maman deyir ki, sende yok
2. Basti | Dekabr 25th, 2010 at 1:25 am
Qonşu qızı deme . Canım nasılsan. İyimsen. Çoçuklar nasıl.
Ayten ve uşaqlar iyidirler. Meltem ve Emre nasıl.
Anna babaları ile barışdılarmı. Annan ile tez-tez söhbetleşirem.
Senin fotoaparatının başını tapdım. Annena vererem.
Öpdüm seni çok-çok. Ellerine sağlık. Senin bu saytını Türkiyede yaşanan ablamın gelininede verdim. salamat kal. Allaha emanet.
3. Aydin | Dekabr 26th, 2010 at 12:31 am
Cox maraqli rechepdir. Chox sag olun, mutleq hazirlayacagam, belke yeni il uchun qesheng hediyye oldu mene.
4. Aytac | Dekabr 26th, 2010 at 10:10 am
Sekilde dadli gorsenir.bundan mutleq edeceyem.tesekkurler.
5. nergiz | Dekabr 27th, 2010 at 11:35 am
Salam Feride xanim. Size oz minnetdarliqimi bildirirem . Reseptlerinizi cox aydin sekilde izah edirsiniz Bu bizlere daha deqiq hazirlamaqa komek edir Cox Saqolun Size her bir islerinizde uqurlar dileyirem
6. ilona_85 | Dekabr 27th, 2010 at 3:20 pm
Salam Feride xanim.Men sizin araniza yeni qatılanlardanam. Yeni reseptinizi çox beyendim. Gelen yeni reseptleriniz arasında Quş südü tortunu görsen meni çox sevindirmiş olarsınız. Əvvəlcədən təşəkkürlər.
7. akife | Dekabr 28th, 2010 at 5:02 am
Salam Feride xanim sizi ve butun bloqdakilari qarsidan gelen 31 dekabr AZERBAYCANlilarin hemreyliliyi gunu ve yeni il munasibetile urekden tebrik edirem arzu edirem ki yeni il size saglik ve xosbextlik yeni yeni ugurlar getirsin.Resetiniz cox dadli gorunur ellerine saglik calisacam yeni il sufresi ucun hazirlayim ,tesekkurler.
8. Sukufe | Dekabr 29th, 2010 at 2:09 am
Salam feride xanim..BLogunuzda yeniyem ve cox beyendim. ELLerinize sagLik
sizden xahisim kiev kotLetinin reseptini istiyerdim,eger mumkunse.cox sagoLun:-)
9. mehriban | Yanvar 1st, 2011 at 6:45 am
salam feride xanim yeni iliniz de mubarek basa dusmedim ZIRE nedir?
10. FƏRİDƏ | Yanvar 3rd, 2011 at 11:56 am
MEHRIBAN: Zire edvadir. Toxumdur. Ruscasi kumindir.
11. Gunay | Fevral 13th, 2011 at 7:39 am
keklikotu,zire, limon Vallah agzimin suyu axdi
12. AYSEN | Fevral 14th, 2011 at 7:01 am
SOBADA BISIRMEK OLAR?
13. FƏRİDƏ | Fevral 16th, 2011 at 12:01 pm
AYSEN: Olar. Üstünə ağırlıq qoyun.
14. Narminka | Fevral 24th, 2011 at 11:59 am
bishirdim bu toyugu qaynatamin yoldashimin cox xoshlarina geldi. Xeyli teriflendim teshekkurler
15. Narminka | Fevral 24th, 2011 at 12:03 pm
Kumin yoxee Tmin. Men Rusiyada yashiyiram bilmirdim zire nedi ama kumin sozu yoxdu tmindi men aldim tmin bishirdim toyugu.
16. Narminka | Fevral 24th, 2011 at 12:05 pm
men sobada eledim mende tabaka ucun tava var ustunde agir demir sora demir tutulacagi var sixilir onnan imenno tabaka ucundu,tavani qoydum sobada bishirdim.olar sobada
Şərh Yaz
Trackback this post | Subscribe to the comments via RSS Feed